Mövzunun planı Marketinqin idarə edilməsinin mahiyyəti və məqsədi Marketinqin idarə edilməsi prosesi


İkinci qrup prinsiplərə aşağıdakılar daxildir



Yüklə 142,64 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü142,64 Kb.
#41284
1   ...   4   5   6   7   8   9   10   11   12
ASEU TEACHERFILE WEB 8727512000963078345.docx 1600268912.docx

İkinci qrup prinsiplərə aşağıdakılar daxildir:

  • informasiyaların yetərliliyi prinsipi;

  • maddi və mənəvi stimullaşdırma prinsipi;

  • məqsədlər üzrə uyğunlaşdırma prinsipi;

  • informasiya yetərliliyinin ekspert izlənməsi prinsipi;

  • idarəetmənin kollektivin inkişaf səviyyəsinə uyğunluğu prinsipi.

Taktiki təhlil və layihələndirmə üzrə prinsiplərə aşağıdakılar daxildir:

  • rəhbərliyin peşəkarlığı prinsipi;

  • mənfəətlilik və səmərəlilik prinsipi;

  • idarəetmənin mərkəzləşdirilməsi və qeyri-mərkəzləşdirilməsi prinsipi;

  • vahid başlanğıc və kollegiallıq prinsipi;

  • nəzarət prinsipi;

  • səlahiyyətlərin bölgüsü prinsipi;

  • təşkilati layihələndirmə və reflektiv davranış prinsipi;

  • təşkilkati normalaşdırma prinsipi və s.

Nəticə

Marketinqin idarə edilməsi dedikdə məhsul və xidmətlərə tələbin formalaşdırılması, təkrar istehsalının intensiv­ləş­dirilməsi, satışın və mən­fə­ətin artırıl­ması üzrə tədbirlərin planlaşdırıl­ma­sı, təşki­li, əlaqələn­dirilməsi, ona nəzarətin, auditin və stimu­l­laş­dırıl­manın həyata keçi­rilməsi ilə əla­qə­dar olan idarə­etmə fəaliyyəti başa düşülür.

Marketinqin idarə edilməsi sosial-iqtisadi sistemin bütün səviyyələ­rində marketinq fəaliyyətinin idarə edilməsinin funksional və insti­tu­sio­nal mahiyyətini özündə birləşdirir.

Marketinqin məqsədi dedikdə, bu fəaliyyəti həyata keçirməklə müəssisənin nəyə nail olmaq istəməsi, bu fəaliyyət nəti­cəsində nə əldə etmək istəməsi başa düşülür və sahibkarlıq fəaliy­yətinin məqsədləri ilə müəyyən edilir. Buna uyğun olaraq marketinqin məqsədi (məqsədləri) a) strateji (başlıca) məqsədə (və ya məqsədlərə) və b) taktiki (lokal) məqsədə (və ya məqsədlərə) bölünür.

Marketinqin idarə edilməsi prosesində yüksək göstəricilərə nail olunması onun məqsədi, marketinq idarəetmə konsepsiyaları və prinsipləri haqqında geniş təsəvvürə malik olmanı tələb edir.

Ədəbiyyat

1.N.D.Verdiyev. Marketinqin idarə edilməsi, dərs vəsaiti, ATU, 2012

2.Т.П.Данко.Управление маркетингом:Учебник, 2-ое изд., ИНФРА-М,

2001


3.Н.Капон, В.Колчанов, Дж.Макхалберт. Управление маретингом,

СПб.: Питер, 2010
Yüklə 142,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin