Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə12/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   ...   7   8   9   10   11   12   13   14   15
İmarət Diplom işi-converted

toying with the idea of joining one. "Do you have to be a Catholic and all?”

Bura bax, monastıra necə düşmək olar? – Birdən-birə beynimə monastıra getmək düşmüşdü. – Gərək, hökmən, katolik olasan, hə?

Mütərcim bu hissədə idiomun tərcüməsi zamanı hədəf dildə orijinal dilə uyğun ekvivalent mənadan yararlanmışdır.

That hat I bought had earlaps in it, and I put them on - I didn't give a damn how I looked. Nobody was around anyway. Everybody was in the sack.

Bu kepkanın qulaqları vardı, salmışdım aşağı. Gülsələr vecimə deyildi. Onsuz da kim idi mənə fikir verən, küçədə heç kəs yoxuydu. Hamı çoxdan xorhaxor yatırdı.

Tərcüməçi burada tərcümə zamanı kontekstual mənadan yaralanmışdır. Hərfi olaraq versək “sack” sözünə “kisə, torba” mənaları uyğun gəlir. Cümləni “hər kəs öz qınına çəkilmişdi” şəklində vermək mümkün variantlardan biridir. Ancaq burada kontekstə baxılmış, günün vaxt diliminə uyğun mütərcim tərcümənin hansı formada olmasına qərar vermişdir.



The worst he'll do, he'll give me hell again, and then he'll send me to that goddam military school.

Uzaqbaşı, yenə də bir az danlayıb-dansıyandan sonra o andır hərbi məktəbə göndərəcək.

Tərcüməçi burada bədii dilin canlılığını qoruyub saxlamaq üçün ifadənin orijinal dilinə uyğun öz canlı danışıq dilimizdə istifadə edilən birləşmədən istifadə etmişdir.



I didn't have anything special to do, so I went down to the can and chewed the rag with him while he was shaving.

Elə bir işim olmadığına görə mən də durub əl-üz yuyulan otağa getdim. İstəyirdim, o üzünü qırxıb qurtaranacan bir az laqqırtı vuraq.

Burada tərcüməçi mətnin verilən hissəsindən onun mənasına uyğun olaraq obrazlılıq yaratmaq üçün bir neçə ekvivalent tərcümə variantları olduğu halda əsərin oxunaqlılığı və anlaşıqlılığını ən yaxşı formada təmin edən variantdan faydalanmışdır.



In New York, boy, money really talks - I'm not kidding.
Bu Nyu-Yorkda pulnan nə desən, eləmək olar. Ciddi sözümdür.
Cümlə şəklində verilmiş frazeoloji birləşmələr bəzən söz, bəzən söz birləşməsi, əksər hallarda isə cümlə şəklində tərcümə olunur. Burada da strukturun pozulmadığını görə bilərik.

I don't remember exactly what I had left, but it was no fortune or anything. I'd spent a king's ransom in about two lousy weeks. I really had. I'm a goddam spendthrift at heart.

İndi yadımda deyil, nə qədər pulum qalmışdı, hər halda, o qədər varlı deyildim. İkicə həftənin içində bir ətək pul xərcləmişdim. Vicdan haqqı. Məndən israfcıl adam tapmaq çətindir.

Verilən hissədə mütərcim hərfi tərcümə verərək də mənanı oxucuya çatıra biləcəyi halda eyni mənanı verən analoq tərcümə üsulundan istifadə etmişdir.



You never saw so many mean guys in your life. For instance, if you were having a bull session in somebody's room, and somebody wanted to come in, nobody'd let them in if they were some dopey, pimply guy.

Elə bil, dünyanın bütün əclaflarını ora toplamışdılar. Məsələn, tutaq ki, birinin otağına yığışıb hansı məsələdənsə söhbət edirik və birdən biri qapını döyüb içəri girmək istəyir, onu heç kəs içəri buraxmır.

Frazeoloji birləşmələr içərisində ən çox rast gəlinənlərə “have”, “get”, “make” tipli köməkçi felləri vasitəsilə düzələnlər aid edilir.



I damn near dropped dead when he asked me, I was so surprised and all. O, bunu xahiş eləyəndə lap məəttəl qaldım, çünki heç cür gözləmirdim.

Hərfi tərcümə olunduğu və ya kontekstini dəyişdikdə tamam fərqli mənaya sahib frazeoloji birləşmə bu kontekstdə mütərcim tərəfindən düzgün dəyərləndirilərək ən uyğun variantla tərcümə olunmuşdur. Bu da frazeoloji birləşmənin tərcüməsi zamanı əsas diqqət yetirilməli məqamlardan biridir.



Well, you could see he really felt pretty lousy about flunking me. So I shot the bull for a while.

Görünür məni kəsməyinə pərt olmuşdu. Ancaq özümü o yerə qoymadım,


Yüklə 45,23 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin