Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 3(4)

 
 
 
XVIII əsrin birinci yarısında fransız ədəbiyyatında cərəyanlar mübarizəsi. 
Artıq XVIII əsrin ilk onilliklərində fransız cəmiyyətinin mənəvi atmosferində dinə, 
kral hakimiyyətinin özbaşınalığına, kral məşuqələrinin və yaxınlarının ağalığına, 
əyanların və nazirlərin satqınlığına qarşı kəskin tənqidi münasibətin əlamətləri 
müşahidə edilir. Bu əhval-ruhiyyə əvvəlcə ədəbiyya həcvlər, sərt pamfletlər və 
digər satirik çıxışlar şəklində daxil oldu. Tədricən güclənərək, tarixin fəlsəfəsi 
(Volter), hüququn və dövlət quruluşunun nəzəri məsələləri (Monteskyö), dini 
ehkamların və kilsənin tənqidi (Volter, Didro, Helvetsi, Holbax) kimi 
ümumiləşdirilmiş konsepsiyalarla təzahür etməyə başladı.
Fransada Maarifçilik dövrünü adətən üç mərhələyə bölürlər. Birinci mərhələə 
şərti olaraq, XIV Lüdovikin ölümü (1715) tarixi ilə başlayır, bu həm də "klassik" 
XVII əsrin sonu hesab olunur. Birinci mərhələ Ensiklopediyanın (1751) birinci 
cildinin çıxdığı ilə qədər davam edir. İKinci mərhələ 1751-ci ildən Böyük Fransa 
İnqilabına qədər davam edir. Üçüncü mərhələ əslində ikinci mərhələnin sərhəldəri 


çərçivəsində qalır: Jan-Jak Russonun ideyalarının geniş yayılması ilə xarakterizə 
olunur. (1760-1770-ci illər). 
XVIII əsrdə Fransada estetik zövqlər dəyişməyə başalyır. Ədəbiyyata qarşı yeni 
tələblər ortaya çıxır. Çünki, ədəbiyyat artıq XVII əsrdə olduğu kimi, yalnız 
əhalinin yüksək təbəqəsinə şamil olunmurdu, demokratik təbəqələr arasında geniş 
yayılmağa başlamışdı. Bu əsrdə Fransız ədəbiyyatında əsasən dörd cərəyan özünü 
göstərirdi: maarifçi klassisizm, maarifçi realizm, sentimentalizm və rokoko. 
1715-1750-ci illərdə Fransada fəlsəfi fikir sürətlə inkişaf etməyə başlamışdı, bir 
tərəfdən də klassik zövq və üslub özünü qoruyurdu. 1715-ci ildə XIV Ludovikin 
ölümündən sonra ta 1751-ci ildə Ensiklopediyanın nəşrinə qədər Fransada 
maarifçilik klassik üslubun hakimliyi ilə müşahidə olunur. Bu mərhələnin əsas 
fəlsəfi prinsiplərinə gəlincə, Tanrı mərkəzli qurulmuş ənənəvi inanc yerinə 
filosoflar şüurun əqli və təcrübi prinsiplərini irəli sürürlər. Dinin nüfuzu yerinə 
bəşəri elmlərin nüfuzunu qoymağa çalışırlar. Nyuton sistemi, mədən xalq içində 
böyük maraq doğurur, elm dünyasına getdikcə artan rəğbət sayəsində batil 
etiqadlarla dolu köhnə fiziki qanunlar iflasa uğrayır. Əyalət Akademiyalarında, 
hətta həmvətənlərin görüşlərində təcrübə və laboratoriya tədqiqatlarına meyl artır, 
eyni zamanda tarixi və arxeoloji şüur inkişaf edir. Kosmopolit (çox dünyalı) 
xarakter formalaşır. Başqa ölkələrin adət və ənənələrinə güclü bir maraq yayılır. 
Səyyahlar getdikcə çoxalır. İngiltərə xüsusi hörmət və ehtirama layiq ölkə statusu 
qazanır. Milli özünə hörmət barədə Fransız və İngilis qurumları arasında tez-tez 
sərt müqayisələr aparılır. İncəsənət sahəsində böyük klassiklər hələ örnək olmaqda 
davam edir. Faciə, komediya, roman müəyyən yeniləklərlə dövrün əsas janrlarını 
təşkil edir. Pyer Marivonun teatrı klassikanın böyük uğuru hesab edilir. Volter və 
Monteskyö öz görüşlərini klasik dühaya uyğun düşüncə aydınlığı və ifadə səlisliyi 
ilə yazıya çevirirdilər.Klassisizm XVII əsrdə Fransanın dövlət tərəfindən etiraf 
edilən rəsmi bədii üslubu idi. Kral və hakim dairələr klassisist sənətkarları himayə 
edir, onlara təqaüdlər verirdilər. Mütləqiyyətçi dövlətin siyasəti feodal 
məhəlləçiliyindən və əyalətçiliyindən ümummilli birliyə keçid dövründə mütərəqqi 
bir hadisə idi. IV Henrixin, kardinal Rişelyenin və XIV Lüdovikin köhnə feodal 
qaydalarını dağıdıb yeni dövlət və vətəndaşlıq intizamı prinsipini yeritdiyi bir 
dövrdə incəsənətdən də ciddi forma intizamı tələb olunurdu. Klassisizmin 
estetikasında gözəlliyin əbədi, dəyişməz və bütün zamanlar üçün mütləq dərəcədə 
eyni olması fikri əsas yer tutur. Onlar gözəllik anlayışının tarixiliyini, nisbiliyini, 
dəyişkən olduğunu qəbul etmirdilər. Buna görə də onlar elə hesab edirdilər ki, 
gözəlliyin hər hansı bir dövrdə yaradılmış ideal nümunələri bütün başqa dövrlər 
üçün də doğrudur, sonrakı dövrlər ancaq əvvəlki dövrlərin yaratdığı ideal 
nümunələri öyrənməli, onu təqlid etməli, öz yaradıcılığında ona daha yaxın olmağa 
çalışmalıdır. Gözəlliyin belə ideal və bütün dövrlər üçün örnək olan ideal 
nümunələri, klassisizm estetikasına görə, artıq antik dövrdə yaradılmışdır. Yeni 
dövrün sənətkarlarının işi bu antik ideal nümunələr təqlid etməkdən ibarətdir. 
İntibah dövrünün humanistləri kimi klassisistlər də incəsənətin tərbiyəvi vəzifəsinə 
xüsusi diqqət yetirir, eyibləri tənqid edir, xeyri, gözəlliyi mükafatlandırmaq 


prinsipini əsas götürürdülər. Ağlı bədii həqiqətin əsas meyarı kimi götürmək 
prinsipi də klassisizmin estetikasının toxunulmaz qanunlarından biri idi. Onlar belə 
düşünürdülər ki, antik müəlliflər ağlın qanunları ilə yazıb yaratdıqları kimi, yeni 
dövrün yazıçıları da ağlın tələblərinə əməl etməlidirlər. Buradan da riyazi 
dəqiqliklə 
yerinə 
yetirilməsi 
tələb 
olunan 
qaydalar 
və 
qanunlar 
müəyyənləşdirilmişdi. Üç vəhdət qanunu, janrların növlərə və qruplara bölünməsi, 
əsərin quruluşundan tələb olunan simmetriya və mütənasiblik buna misal olabilər. 
Bu cəhət klassisist əsərlərin soyuq, quru, cansız çıxmasına səbəb olmuşdur. Ancaq 
tək-tək böyük sənətkarlar bu məhdudluqlardan yaxa qurtara bilmiş və əsl sənət 
əsərləri yaratmışlar 
Molyer, Kornel, Rasin kimi ən yaxşı nümayəndələri tamaşaçını və oxucunu 
"əyləndirərək öyrədirdilər". Lakin daha az istedada və bacarığa malik olan 
klassisistlər quru nəsihətçilik səviyyəsinə enir, ürəkləri həyəcanlandıra bilmirdi. 
Lakin onu da qeyd edək ki, müəyyən dövrlərdə klassisizmin tərbiyəedici 
tendensiyalılığı mütərəqqi rol oynamış, azadlıq ideyalarının daha coşqun və 
ehtiraslı şəkildə irəli sürülməsində əlverişli bir vasitə olmuşdur. XVIII əsrdə 
Volterin yüksək vətəndaşlıq pafosu ilə aşılanmış faciələri bu cəhətdən artıq başqa 
tarixi məqsədlərə ləyaqətlə xidmət edirdi.
Maarifçi realizm – bu istiqamətin formalaşmasında Alen Röne Lesaj və Pyer 
Marivonun mövqeyi xüsusi əhəmiyyət daşıyır. Volter və Didronun nəsrində özünü 
göstərib. Maarifçi realistlər müsbət, şüurlu insanın tərbiyə və təhsil sayəsində yeti-
şəcəyinə inanırdılar. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətləri və insanların 
qüsurlarının avamlıq və savadsızlığın nəticəsi kimi göstərilməsi əsas olub. Maarifçi 
realizm ədəbiyyatda yeni ədəbi formaların, xüsusilə roman və dramın, satira 
janrının daha da inkişaf etməsində mühüm rol oynadı. Lakin maarifçilər teatr və 
dramaturgiyaya da əsas sosial tərbiyə janrları kimi baxırdılar. Bu realizmin əsas 
əlaməti onun müsbət, şüurlu insanı tərbiyənin və təhsilin məhsulu kimi 
anlamasıdır. Elə buradan da maarifçi realizm termininə yaxın olan pedaqoji roman 
anlayışı yaranmışdır. Maarifçi yazıçılar öz əsərlərində düzgün tərbiyə sistemini və 
onun nəticəsi olan şüurlu vətəndaşların obrazlarını yaratmağa çalışırdılar. İlkin 
maarifçilik mərhələsində hələ Burjua cəmiyyətinin qəddar və yırtıcı təbiəti ortaya 
çıxmamışdı. Onu görə sosial ədalətsizliyin azalmasında düzgün tərbiyə amilinə 
xüsusi əhəmiyyət verilirdi. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətlərini, 
insanların qüsurlarını tərbiyəsizliyin, savadsızlığın nəticəsi kimi təqdim olunması 
səciyyəvi idi. Fransız dramaturgiyasında Bomarşenin yaradıcılığı maarifçi 
realizmin bariz nümunələrindəndir.
Sentimentalizm - Fransada ədəbiyyatında sentimentalizmi klassik formada özünü 
bildirib. Jan Jak Russo "Yeni Eloiza" və "Emil" romanlarında didaktik 
söhbətlərdən, ricət, haşiyə, mühakimə və əhatəli təbiət təsvirlərindən istifadə 
etmişdir. Çünki onun niyyəti insanların hissiyatına təsir göstərmək, dünyabaxışı və 
mənəviyyatı formalaşdırmaq, burjua əxlaq normalarını tənqid etmək idi. 1790-cı 


illərdə, Böyük Fransa inqilabı mərhələsində sentimentalizm tədricən öz mövqeyini 
itirir və yerini tədricən romantizmə ötürür. 
Rokoko- XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət 
üslubudur. Bu dövrün saray və köşklərinin iç dekorasiyası və mebelləri də bu yeni 
üslubu əks etdirməkdədir. Sənət tarixçiləri, bitki mənşəli bəzəmələrin və divarları 
örtən şəkillərin göz əyləndirən, dərdsiz və zərli üslubunu "Rokoko" deyə 
adlandırmışlar. Bu söz, Fransızca rocaille sözündən gəlməkdədir. Rocaille- çürük 
quruluşlu daşların xərclə qarışdırılmasıyla yaradılan süni qayalıqlara verilən 
addır.Fransız Rokoko rəssamı Fragonardın Saint-Cloudda Əyləncə (Banque də 
France, Paris) adlı rəsmi, o dövrdə saray ətraflarının çox xoşlandıqları parkı və 
park həyatını müvəffəqiyyətlə əks etdirməkdədir. Rokoko üslubunun əsas 
elementləri :rahatlılıq, səliqə, kompozisiyalarin simmetriyasızlıqi, zəriflik; gizli 
pavilyonlar, çin evcikləri, xəlvət qrotlar; üslubun ideali: yeniyetmə qadin
materiallar: ağac, zər, parçalar, aynalar, tunc, büllur; zəngin işiqli palitra: pastel 
tonlar, mirvarili qamma, solğun bənövşəyi və mərmər çalarlar, yaşil və cəhrayı 
rənglərin ahəngi; tökmə bəzək, qızıli ornamentlər, kəsmə panellər; 
kompozisiyalarin və interyerin iri dekorativ yüklənməsi; xırda üslublaşdırılmış 
incə ornament , qrotesk, buruqlar, qabariq lövhələr, yuvarlaq və ya oval guşəli 
balaca otaqlar, assimetrik dinamik formalar.Rokoko üslubu çətin və qəliz detallara 
həvəs göstərənlər üçün, zərif, incə və nazik naturalar üçün idealdir.Məhz Rokoko 
özündə yüngüllük, bədii gözəllik və dekorativlik birləşdirir.Şübhəsiz, Rokoko 
üslubunda interyer olduqca zərif alinir, və bu heç də təəccüblü deyil: Madam 
Pampadur özü bu üslubun yaranmasina əl qoyub. Markiz de Pezayın şeirlərində, 
Luve de Kuvun romanlarında rokoko tərzi özünü göstərir. Ümumiyyətlə, rokoko 
dövrün klassik, realist, sentimentalist cərəyanlarına məxsus əsələrin içində 
müəyyən elementlər şəkilndə rast gəlinir. Rokoko üslubunda yazılmış poeziya və 
nəsr yüngül olur. Mahnı, sonet, həcv, madrigal janrları rokoko cərəyanı üşün daha 
xarakterik idi. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin