Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 35,5 Kb.
tarix22.05.2023
ölçüsü35,5 Kb.
#119532
Документ Microsoft Word (11)




Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fakültə: Tarix
İxtisas: Sosiologiya

Fənn: Əməyin Sosiologiyası


Mövzu: Əməyə münasibət və əmək fəallığı


Əməyə münasibətin formalaşması mürəkkəb və çoxcəhətli bir prosesdir. Bunu ayrı-ayrılıqda nə mənəvi-etik və nə də maddi dəyərlər, nə də hər hansı bir ayrılıqda götürülmüş bir amillə izah etmək olmaz. Buna əmək şəraiti və əməyin məzmunu, şəxsi, kollektiv və ictimai mənafelərin vəhdətliyinin təmin edilməsi, işçinin yaradıcılıq potensialından istifadə etmək üçün yaradılmış ilkin şərtlər, işçinin əməyə daxili tələbatı və sair. amillər və şərtlər təsir göstərir.Əməyə münasibət yalnız nəzəri məsələ deyil, həm də operativ-empirik səciyyəli əmək davranışının təzahür formasıdır; bu isə işçinin əmək mövqeyi, dəyərlər meyli, habelə işçinin səriştəliliyi, özünü dərk etməsi və bunun əsasında əmək intizamına, onun səmərəlilik nəticələrinə dərindən maraqlı olması ilə əlaqədardır. Əməyə münasibət həm də işçinin sosial fəallığı və müəyyən sosial funksiyanı öz üzərinə götürməsini dərk etməsi və ictimai rəyi nəzərə alması ilə sıx bağlıdır. Burada əməyin özü insan üçün artıq dəyərlər meylinə çevrilir. Buna görə də o yerdə ki, işçi öz hərəkətlərini kollektivin mənafeləri ilə əlaqəndirə bilir bu zaman əməyə münasibət daimi və mütərəqqi xarakter alır. Əməyə münasibət aşağıdakı məsələləri özündə birləşdirir. Əməyə daxili tələbat; məsuliyyəti dərk etmək; əmək mövqeyi ilə əmək davranışının və onların motivlər strukturunun optimal əlqələndirilə bilməsi; səmərəli iqtisadi davranış və əmək fəallığı; əmək fəaliyyətinin emosional qaydada dərk edilməsi və qəbul olunması
Əməyə münasibətin obyektiv və subyektiv göstəriciləri vardır. Obyektiv göstəricilər özünü istehsal fəaliyyətinin nəticələrində əks etdirir. Əməyə münasibətin subyektlə bağlı göstəriciləri isə işçinin işdən razı qalması amilləri ilə müəyyən olunur. Əməyə münasibətə bir çox amillər təsir göstərir. Bu amillər istehsal xarakterli amillər, sosial-demokrafik xüsusiyyətli amillər, istehsalda mövcud olan əmək fəaliyyəti şəraiti və sairdən ibarətdir. Burada ən vacib məsələlərdən biri istehsal, sosial-demokrafik və digər qeyri-müstəqim amillərin nəzərə alınması və onlardan səmərəli istifadə olunmasıdır. Çünki həmin amillərin potensialından istifadə etmək əmək fəallığını artırmağın ən başlıca yoludur. Məsələn, işçinin intellektual və fiziki potensialından istifadə edilməsi əməyə münasibətin səmərəliliyinin artırılmasına mühüm təsir göstərir.
Əməyə münasibət əməyin məzmunluluq səviyyəsi, fəhlələrin ixtisas dərəcəsinin real artımdakı dəyişikliklər, onların xüsusi hazırlıq səviyyəsi, ümumi peşə-texniki hazırlığı, əmək yükü ( əmək yükü əməyin fiziki və psixi gərginliyi və intensivliyi ilə ölçülür), əməyin sanitar-gigiyenik şəraiti, maddi və mənəvi həvəsləndirmə şəraiti və sair başlıca əhmiyyət kəsb edir. Əməyə münasibətin yaxşılaşması və yaxud əmək fəaliyyətindən razı qalmama halları 3 səviyyə-fərdi ( ayrı-ayrı işçilər ), müəssisə və cəmiyyət baxımından öyrənilə bilər. Əməyə münasibətin yaxşılaşması bütün səviyyələrdə səmərəli nəticələrin başlanğıcı rolunu oynayır. Əksinə olduqda isə neqativ nəticələrə gətirib çıxardır. Sosioloji tədqiqatlar göstərmişdir ki, əməkdən razı qalmama, qane olmama halları işçilərdə məyusluq hissləri doğurur, qeyri-normal davranış qaydaları yaradır, məhsuldarlığı aşağı salır, münaqişə situasiyası yaradır, antisosial mühitin formalaşmasına səbəb olur, ürək-damar və şəkər xəstəlikləri ehtimalını artırır və nəticədə ölümü surətləndirir. Ona görə də əməkdən razı qalma və qalmama həm də sosial həyatdan razı qalma və qalmama ilə bağlıdır.
Əmək fəaliyyəti ilə əmək məhsuldarlığı arasındakı əlaqənin öyrənilməsi sahəsində Amerika sosioloqları R.Kuin, C. Steynz və M.Makkula qırx ildən artıq elmi-tədqiqat işləri aparmışlar. ABŞ sosioloqu J. Fridman altımışıncı illərdə apardığı sosioloji tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişdir ki, Amerika fəhlələrinin əməyə münasibəti tədricən azalmağa başlayır. 60-70-ci illərdə bir çox qərb sosioloqları işçilərin əməyə olan münasibətlərini 5 bal şkalası ilə qiymətləndirmişlər: 1- son dərəcə qane olmama; 2- əsasən qane olmama; 3-qismən qane olmama; 4- əsasən qane olma; 5- tamamilə qane olma. Həmin 5 bal şkalası 70-ci illərdə bir sıra ölkələr üzrə əməyə münasibət səviyyəsi aşağıdakı kimi olmuşdur: ABŞ 1 ballıq şkala üzrə fəhlələrin xüsusi çəkisi - 4,4; 2-8,9; 3-17,7; 4-32; 5-36,9 orta bal 3,88. Fransa 1-9,8 ; 2-8,8 ; 3- 21,6 ; 4- 49 ; 5- 10,8 orta bal 3,42. İngiltərə 1-5,6 ; 2-14 ; 3- 37,1 ; 4- 33,1 ; 5- 10,1 orta bal 3,28. SSRİ 1-0,3 ; 2-3,1 ; 3- 20,1 ; 4- 60,2 ; 5- 16,4 orta bal 3,89. İtaliya 1- 2,9 ; 2- 0,9 ; 3- 40,2 ; 4- 34,5 ; 5- 15,5 orta bal 3,53. Almaniya 1- 0,9 ; 2- 2,2 ; 3- 18,3 ; 4- 37,4 ; 5- 41,3 orta bal 4,16. ADR 1- 0 ; 2- 5 ; 3- 10 ; 4- 39,2 ; 5- 39,2 orta bal 4,13. Danimarka 1- 1,5 ; 2- 4,4 ; 3- 10,3 ; 4- 50 ; 5- 33,8 orta bal 4,10.
Əlbəttə, yuxarıda göstərilən hər bir ölkədə əməyə münasibətin dəyərlər meyli, əməyə münasibət etalonu eyni dərəcəli, eyni səviyyəli olmamışdır. Bundan başqa, hər bir ölkədə texniki – texnoloji dəyişikliklər, fəhlələrin həmin dəyişikliklərə münasibəti və onların sosial təcrübəsi müxtəlif səciyyə daşımışdır.
Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin