Mövzu Sosial təminat hüququnun anlayışı və sosial təminat hüququnun predmeti HÜquq sisteminin Ümumi elementləRİ


Hüquq ədəbiyyatında hüquq sistemi kimi sosial təminatın strukturunda mövcud olan aşağıdakı xüsusi hüquqi təsisatlar fərqləndirilir



Yüklə 457,09 Kb.
səhifə2/9
tarix02.01.2022
ölçüsü457,09 Kb.
#35096
1   2   3   4   5   6   7   8   9
movzu-3

Hüquq ədəbiyyatında hüquq sistemi kimi sosial təminatın strukturunda mövcud olan aşağıdakı xüsusi hüquqi təsisatlar fərqləndirilir

  • I. Vətəndaşların gəlirlərinin bərabərləşdirilməsi məqsədi ilə ümumi daxili məhsulun sosial təminat sistemləri vasitəsi ilə bölüşdürülməsi üsullarını təsbit edən normalar kompleksi.

  • II. Maliyyə vasitələrinin toplanması və sonradan əhalinin sosial təminatı üçün bölüşdürülməsi funksiyalarını həyata keçirən orqanlar sisteminin idarə edilməsi ilə bağlı münasibətləri tənzimləyən normalar kompleksi.

  • III. Sosial təminatı əhatə edən hüquqi təsisatların müəyyənləşdirilməsi:

  • a) təmin olunan şəxslərin dairəsi, b)baş verdikdə təminatın təqdim olunduğu sosial risklərin növləri,

  • c)sosial təminatın növləri və onların təqdim olunması şərtləri; d)təqdim olunan sosial təminatın həddi;

  • e)vətəndaşın sosial təminatın hər hansı növünə olan hüququnun reallaşdırılması qaydası

  • IV. Sosial təminat sahəsində pozulmuş hüquqların müdafiəsi üsulları.

  • V. Sosial təminatın fəaliyyıti ilə əlaqədar yaranan ictimai münasibətlərin bütün iştirakcılarının öz vəzifələrini yerinə yetirməməsi ilə ictimai münasibətlərin digər iştirakcılarına ziyan vurduğu hallarda məsuliyyəti müəyyələşdirən və onu tənzimləyən normalar.

Ümumi hüquq nəzəriyyəsindən məlumdur ki, hüquq sisteminin əsas elementi hüquq sahəsidir. Bir hüquq sahəsini digər hüquq sahəsindən fərqləndirən əsas meyarlar kimi hüquq sahəsinin predmeti və metodu çıxış edir.
Məlumdur ki, hüquq sahəsinin predmeti tənzimlənməyə ehtiyacı olan ictimai münasibətlər, metod isə eynicinsli ictimai münasibətlər kompleksinin tənzimlənməsi üsullarıdır.

Hüquq sahəsi - müxtəlif növlü yekcins ictimai münasibətlərin sahəsini tənzimləyən, biri – biri ilə əlaqəli hüquq institutlarını birləşdirən hüquq sisteminin əsas elementidir.

Beləliklə, hər bir hüquq sahəsi ümumi və xüsusi əlamətlərə malikdir.




Yüklə 457,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin