Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


İstehsalın təşkilinin dəstəli üsulu aşağıdakı əlamətlərlə xarakterizə olunur



Yüklə 0,95 Mb.
səhifə9/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   5   6   7   8   9   10   11   12   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

İstehsalın təşkilinin dəstəli üsulu aşağıdakı əlamətlərlə xarakterizə olunur:
- emal olunacaq materialın istehsala partiyalarla buraxılması;
- bir neçə növ materialın eyni zamanda emalı;
- bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi;
- ixtisaslaşmış və aqreqat avadanlıqla yanaşı universal avadanlıqdan da geniş istifadə olunması;
- yüksək ixtisaslı və nisbətən geniş ixtisas profılli kadrlardan istifadə edilməsi;
- eyni tip avadanlıqların əsasən qrup halında yerləşdirilməsi. İstehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsini və ya kiçik partiya halında istehsalını nəzərdə tutur. O, mürəkkəb, unikal avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə olunur.
İstehsalın təşkilinin fərdi üsulunun fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
- istehsalı təkrar olunmayan geniş nomenklatura;
- yalnız universal avadanlıqlardan istifadə;
- eyni tipli avadanlıqların qrup şəklində yerləşdirilməsi;
- iriləşdirilmiş texnologiyaların hazırlanması;
- yüksək ixtisaslı və həm də geniş ixtisas profilli fəhlələrdən istifadə;
- icra olunan işin, əsasən, əl əməyi ilə yerinə yetirilməsi;
- bitməmiş istehsalın və istehsal ehtiyatları həcminin yüksək olması ilə əlaqədar maddi-texniki təminatın təşkilinin mürəkkəbliyi;
- istehsal və məhsulun satışı xərclərinin yüksək, dövriyyə fondlarının dövretmə sürətinin və avadanlıqlardan istifadə səviyyəsinin aşağı olması.
İxtisaslaşdırma dərəcəsinə görə universal və ixtisaslaşdınlmış istehsal prosesləri fərqləndirilir. Fərdi və kiçik seriyalı istehsal şəraitində universal proseslər və deməli, universal avadanlıqlar, iri seriyalı və kütləvi istehsal şəraitində isə ixtisaslaşdırılmış proseslər və bununla əlaqədar xüsusiləşmiş və avtomat avadanlıqlar tətbiq edilir.


2.2. İstehsal tsikli və onun tərkibi

İstehsal tsikli - xammal və materialların istehsal prosesinin ilk əməliyyatına daxil olduğu andan hazır məhsulun alınmasına qədər sərf olunan təqvim vaxtını əks etdirir. İstehsal tsiklinin əsasında müəssisənin istehsal - təsərrüfat fəaliyyətinin bir sıra vacib texniki - iqtisadi və iqtisadi göstəriciləri hesablanır. İstehsal tsiklinə məhsulun hazırlanması üzrə əməliyyatların yerinə yetirilməsi ilə bağlı və fasilələləri əhatə edən vaxtlar aiddir. Əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxta texnoloji əməliyyatların, köməkçi və xidmətedici işlərin, nəzarət və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan və təbii proseslərin tələb etdiyi vaxtlar daxildir. Məhsulun emalı ilə əlaqədar olan əsas əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxt texnoloji tsikli əks etdirir və bu, əmək predmetinə insanın birbaşa və ya dolayı təsirinin həyata keçirildiyi müddəti özündə əks etdirir.


İstehsal tsiklinə nəqletmə və nəzarət işinə sərf olunan vaxtlar da daxildir. Müəssisədaxili nəqletmə vaxtını əmək predmetlərinin yerinin dəyişdirilməsinə və bununla əlaqədar olan yükləmə-boşalt-ma əməliyyatlarma sərf olunan vaxtları əhatə edir. Nəzarət işinə sərf olunan vaxt buraxılan məhsulların standartlara, texniki şərtlərə və fabrik-zavod normativlərinə uyğunluğunun yoxlanması ilə əlaqədardır.
İstehsal prosesindəki fasilələr müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar və təşkilati-texniki səbəblərlə şərtlənən boşdayanmalar nəticəsində yaranır. Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələrə qeyri-iş günləri və növbələri, növbələrarası və nahar fasilələri, işçilərin istirahəti ilə əlaqədar növbədaxili reqlamentləşdirilmiş fasilələr və s. aiddirlər. Təşkilati-texniki səbəblərlə şərtlənən fasilələrə isə müxtəlif iş yerlərində iş ritmlərinin fərqli olması, xammal və materialların, enerjinin və s.-nin olmaması ilə əlaqədar boşdayanmalar daxil edilir. Qeyd etmək lazımdır ki, istehsal tsiklinə müxtəlif səbəbdən baş verən boşdayanmalar deyil, müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələr aid olunur.
İstehsal tsikli xammal və materialların əsas istehsala buraxılmasından hazır məhsulun alınmasına qədər istehsalda qaldığı təqvim iş vaxtını (Ti.t) əhatə edir və aşağıdakı kimi hesablanır:
Ti.t = Ttex + T təb + Tn + Tnəq + Təa + Tna

Burada, Ttex, Ttəb, 2Tn, Tnəq - müvafiq olaraq texnoloji, təbii, nəzarət və nəqletmə əməliyyatlarının yerinə yetırilməsinə sərf olunan vaxtlardır;


Təa - əməliyyatlararası fasilə vaxtı;
Tna - növbələrarası fasilə vaxtı.
İstehsal tsiklinin uzunluğu azaldıqda istehsal gücünün artması hesabına məhsul buraxılışı həcmi artır, ona görə ki, məhsul vahidinin istehsalına sərf olunan köməkçi və xidmətedici işçilərin, mühəndis-texniki heyətin və fəhlələrin iş vaxtına qənaət edilir.
İstehsal tsiklinin azalması nəticəsində məhsul vahidinə düşən ümumzavod və ümumsex xərclərinin azalması hesabına onun (məhsulun) maya dəyəri də aşağı düşür.
Beləliklə, bütün bunlar göstərir ki, istehsal tsiklinin qısaldılması müəssisədə istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas ehtiyyat mənbələrindən biridir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin