Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə1/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
  1   2   3   4   5   6   7   8   9   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)






Mövzu 1. Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



    1. İstehsal müəssisələrinin mahiyyəti və vəzifələri

Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması, əsasən, müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi ilə həyata keçirilir. Müəssisədə - qarşıya qoyulmuş məqsədlərə və mövcud şəraitə uyğun olaraq - məhdud istehsal resurslarından optimal istifadə olunmaq yolu ilə cəmiyyətin tələbatlarının ödənilməsinin texniki, iqtisadi, maliyyə və s. məsələləri həll edilir.


Qeyd etmək lazımdır ki, müasir dövrün təsərrüfat praktikasında və iqtisadi ədəbiyyatda "firma" (italyan sözü olub «imza» mənasını verir) və "müəssisə" məfhumlarından geniş istifadə edilir və bəzən də onlar sinonim kimi qəbul olunurlar.
«Firma» ilə «müəssisə»nin sinonim kimi qəbul edilməsinin əsas səbəbi bır çox hallarda onun (firmanın) bir müəssisədən ibarət olmasıdır. Lakin firma - özündə eyni və ya müxtəlif profilli bir necə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan iqtisadi subyektdir. Müəssisənin firma adı alması üçün onun vasitəçilərlə deyil, özünün birbaşa bazara çıxışı əsas şərtdir.
Firmalar istehsalla yanaşı digər başqa sahələrdə də - ticarət, nəqliyyat, bank, auditor və s. yaranır və müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
İstehsal müəssisələrinin birləşmə formalarına görə firmaların aşağıdakı növləri fəaliyyət göstərirlər:
1. Məhsulunun iqtisadi təyinatı eyni olan müəssisələri birləşdirməklə yaradılan və fəaliyyət göstərən firmalar (bir vaxtlar Bakı Kamvol və Zərif mahud kombinatlarının birləşdirilməsi əsasında «Şəfəq» firması fəaliyyət göstərmişdir).
2. Təkrar istehsalın müxtəlif mərhələlərinə mənsub müəssisələrin birliyi. Məsələn, dəmir filizi hasil və emal edən, çuqun, polad və prokat (yayma polad) istehsal edən metallurgiya firmaları.
3. Müxtəlif sahələrin müəssisələrini özündə birləşdirən fırmalar. Buna misal olaraq telefon və teleqraf avadanlıqları, çörək-bulka məmulatları, tədris materialı istehsallarını, otellərin istismarını və sığorta xidmətini özündə birləşdirən ABŞ-ın məşhur konqlomerat (mexanki və ya qaydasız qarışıq) «İTT» firmasını göstərmək olar.
Firma müəyyən mülkiyyətə və hüquqi şəxs səlahiyyətlərinə malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə müəssisədən ibarət olan, məhsulun istehsalı və satışını idarə edən təşkilati-təsərrüfat vahididir. Firma, müəssisədən fərqli olaraq bazarın ilkin həlqəsidir və bazarda qiymət siyasətini məhz o həyata keçirir, rəqabət mübarizəsini aparır, mənfəətin bölüşdürülməsində iştirak edir. Firmaya daxil olan müəssisələrin idarə olunması, onların inkişaf istiqamətləri onun (firmanın) idarəetmə orqanları tərəfindən həyata keçirilir.
Müəssisə isə, əvvəllər qeyd olunduğu kimi, ölkə iqtisadiyyatının ilkin həlqəsi olub, müəyyən mülkiyyətə və kollektiv əməyə əsaslanan, ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsııl istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal-təsərrüfat vahididir.
Müəssisələrin tərkibinə daxil olan struktur bölmələrinin istehsal-texniki vəhdətliyi ya buraxılan məhsulların iqtisadi təyinatının ümumiliyi, ya da onların konstruktiv quruluşları və hazırlanması texnologiyalarının oxşarlığı ilə şərtlənir. Bu, birincisi, istehsal proseslərinin qarşılıqlı əlaqələrinə, yəni hər bir xüsusi istehsal texnologiyasının əmək predmetini hazır məhsula çevirə bilən ümumi bir prosesin tərkib hissəsi olmasına əsaslanır. İkincisi, həmin vəhdətlik əmək vasitələri və əmək predmetlərinin müəyyən sisteminə söykənir, başqa sözlə, maşınlar (aqreqatlar) dəsti və material-enerji axınlarının kəmiyyət asılılığına və hər bir müəssisə tərkibində nisbətən sabit məkan bağlılığına malik olurlar. Üçüncüsü, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinə xidmət göstərmək baxımından ümumi olan köməkçi və xidmətedici bölmələrin mövcudluğuna və əlbəttə, müəssisənin müəyyən əraziyə malik olmasına əsaslanır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin