Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə32/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   28   29   30   31   32   33   34   35   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

II qrupa aid edilən uşaqların klinik və psixoloji-pedoqoji müayinəsi əsasında tərtib edilən xarakteristikaların təhlili göstərir ki, bu qrupa aid edilən uşaqlarda intellektual çatışmazlıq ön planda durur. Onlarda sözlü-məntiqi təfəkkürün aşağı göstəriciləri bilik təsəvvürlərin həcminin kasıb olması ilə uyğunluq təşkil edir. Hər iki qrupa aid edilən uşaqlarda müşahidə olunan əsas cəhət iradi-emosional sfera ilə bağlıdır. Belə ki, II qrupa aid edilən uşaqlarda təhriklərin zəif olması, qətiyyətsizlik, passivlik kimi hallar diqqəti cəlb edir. Beləliklə, psixi inkişafda geridəqalan uşaqların müayinəsi vasitəsilə onların təlimdə qarşılaşdığı çətinlikləri müəyyənləşdirmək, psixoloji xüsusiyyətlərini kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmək və adekvat korreksiyaedici metodları müəyyənləşdirmək mümkündür.

Psixi inkişafda geridəqalan uşaqların müayinəsi prosesində psixoloq diaqnostik metodikaların seçilməsinə verilən aşağıdakı tələbləri nəzərə almalıdır:

1. İstifadə olunan metodikalar defektin strukturunda aparıcı amili aşkar etməyə, yəni, fəaliyyətin ixtiyari formalarının tənzimi ilə idrak prosesləri arasındakı pozğunluğun qarşılıqlı əlaqəsini müəyyən etməyə imkan verməlidir;

2. Bu və ya digər psixi funksiyanın vəziyyəti və onlar arasındakı əlaqənin xarakterini müəyyənləşdirməkdə etibarlılığı təmin etməlidir. Onların vasitəsilə norma ilə patologiya arasındakı münasibət (somatik, zəiflik, pedoqoji nəzarətsizlik, sensor və lokal qüsurlar və s.) müəyyən edilir;

3. Müayinə bir saatdan artıq davam etməməlidir. Çünki, qeyd olunan kateqoriyaya aid edilən uşaqlar üçün uzunmüddətli intellektual xarakterli tapşırıqların yerinə yetirilməsi, fəaliyyətin davamlılığı səciyyəvi deyildir.

Psixi inkişafda geridəqalma halları müşahidə olunan uşaqlarla ilkin müayinə zamanı yığcam, psixi qüsurları kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən metodikalardan istifadə olunmalıdır. İlkin müayinənin nəticələrindən asılı olaraq əlavə və klinik müayinə metodlarının zəruri olub-olmaması haqqında rəy əldə edilməlidir. Klinik və psixoloji praktikada müxtəlif və çoxsaylı diaqnostik metodikalardan istifadə olunsa da, onların çoxu psixi inkişafda geridəqalmanın səbəblərini, psixi pozğunluğun etiologiya və patogenezini müəyyənləşdirməyə imkan vermir. Bəzi metodikalar (məsələn, Veksler testi) psixi qüsurların diaqnostikası üçün optimal deyildir. Psixi inkişaf qüsurları olan uşaqların diaqnostikasında eksperimentator və ya psixoloq stimullaşdırıcı və təşkiledici xarakterli metodikalarla işləməyə üstün əhəmiyyət verməlidir.



Klinik müayinə aşağıdakı xüsusi məqsədlərlə həyata keçirilir:

1. Mərkəzi sinir sisteminin lokal mərkəzlərindəki pozğunluqların (sensor və nitq qüsurlarının, serebral iflic, epilepsiya) ocaqlarının müəyyən edilməsi;

2. İlkin yaş dövrlərində uşağın aldığı travmaların mərkəzi sinir sisteminə pozucu təsirinin öyrənilməsi;

3. Psixi xəstəliklərdən asılı olaraq onların mərkəzi sinir sisteminə göstərdiyi pozucu təsirlərin və onların klinik forma almış əlamətlərin (sindromların) inkişafda geridəqalmaya təsirinin araşdırılması;




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin