Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə29/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   25   26   27   28   29   30   31   32   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

İdiotiya- (yunanca avamlıq, ədəbsizlik) psixi inkişafdan qalmanın, oliqofreniyanın ən ağır formasıdır. İdiotiyanın səbəbləri adətən dölün ana bətnində inkişafdan qalması (hamiləlik dövründə ananın keçirdiyi xəstəliklər və xəsarətlər, doğuş travmaları və s.) ilə əlaqələndirilir. Psixi xəstəliyin bu növünün etiologiyasında valideynlərin siflis xəstəliyinin daşıyıcısı olması da xüsusi təsirə malikdir.

İdiotiyanın qazanılma forması körpəlik dövründə uşağın keçirdiyi ağır beyin xəstəliklərinin də rolu vardır. İdiotiyanın ağır formaları özünü beynin funksiyalarının hətta elə ağır pozğunluğunda göstərir ki, uşaqda elementar şərti reflekslərin yaradılması belə mümkün olmur.

İdiotiyanın əsas əlaməti ağır formalı kəmağıllıqdır. İdiotlar nəinki təlimə qabil deyillər, hətta özünəxidmət bacarıqlarından da məhrumdurlar. Motorikanın inkişafı kəskin şəkildə ləng getdiyindən onlar ayaq üstündə durmağı və yeriməyi bacarmırlar. İdiotlarda stereotip olaraq avtomatik təkrarlanan hərəkətlərə meyllilik (bədənin yırğalanması, barmaqları sovurmaq) müşahidə olunur. Onlarda duyğular və emosional sfera kəskin şəkildə pozulmuşdur. Ona görə də belə xəstələr adətən görmə və eşitmə orqanları üçün xarakterik olan qıcıqlandırıcılara cavab reaksiyası göstərə bilmirlər. İybilmə və dadbilmə duyğuları inkişafdan qaldığına görə idiotlar yemək və içmək üçün tam yararsız olan şeyləri yeyib-içməyəcəhd göstərirlər. Nitq inkişafdan qaldığına görə belə xəstələr heç bir sözü tələffüz edə bilmir, yalnız ayrı-ayrı səslər çıxarırlar.

Təfəkkür inkişafdan qaldığına görə onlar məhfumları və hökmləri qavraya bilmirlər. Onların bütün maraqları üzvi tələbatların təmin edilməsinə yönəlmiş olur. Emosional sahənin hədsiz kütlüyünə baxmayaraq idiotlarda bəzən kəskin qəzəb hissləri müşahidə olunur. Belə hallarda onlar birgəyaşayış şəraitində təhlükəli hərəkətlər törədə bilirlər. Əksər hallarda idiotlarda doğma adamlara bağlılıq hissləri müşahidə olunmur. İdiotların fizioqonomik maskasında da disharmoniya nəzərə çarpır. Onların əl barmaqları uzun, qulaq seyvanları böyük, çənələri kəskin görüntülü olur.

İdiotiya müalicə olunmayan psixi xəstəlikdir. Belə xəstələrin həyat qabiliyyətləri zəif olduğundan infeksiyalara yoluxma nəticəsində ölürlər. Onlar daim nəzarətə, kömək və sosial himayəyə möhtacdırlar. Daha ağır formalı idiotlar xüsusi psixatriya müəssisələrində saxlanılırlar.

Müasir tibbi və psixoloji ədəbiyyatlarda intellektual inkişafda geridəqalmanın 4 əsas variantı fərqləndirilir:



    1. konstitutsional;

    2. somatogen;

    3. psixogen;

    4. serebral-üzvi mənşəli (beyin mexanizmlərinin zədələnməsi) İnkişaf tempi zəif olan uşaqlarda intellektual pozğunluğun aşağıdakı formaları müəyyən edilmişdir:

      • əlverişsiz mühit və tərbiyənin və yaxud davranış patologiyası ilə bağlı intellektual pozğunluqlar;

      • somatik xəstəliklərin təsiri ilə uşağın uzunmüddətli astenik vəziyyəti nəticəsində meydana çıxan intellektual pozğunluqlar;

      • müxtəlif formalı infantilizmin doğurduğu pozğunluqlar;

      • eşitmə, görmə, nitq qüsurları, oxu və yazı qabiliyyətinin pozulması ilə əlaqədar ikinci intellektual çatışmazlıq.

Fenomatik sintez və analizin kifayət qədər inkişaf etməməsi, nitq səslərini fərqləndirmə qabiliyyətinin inkişafdan qalması, yazı və oxu vərdişlərinin mənimsənilməsində çətinliklər yaradır, verbal təfəkkürün inkişafını ləngidir, tələffüz çətinliklərinə, oxu və yazının pozulmasına, nəticədə nitqin inkişafdan qalmasına səbəb olur. Defektoloqların fikrincə, nitqin ümumən inkişafdan qalması (alaliya), nitqin ümumiyyətlə anadangəlmə inkişaf etməməsi və ya olmaması beyinin nitq mexanizmlərinin zədələnməsi ilə bağlıdır.

İntellektual fəaliyyətin pozulması astenik vəziyyətin (hədsiz yorulma, əsəb sisteminin gücdən düşməsi, baş ağrıları, hafizənin, diqqətin, iş qabiliyyətinin zəifləməsi) nəticəsi olaraq meydana gəlir. Serebral asteniya (beyində mayenin hərəkətinin pozulması, beyin silkələnməsi, beyində iltihab ocaqlarının yaranması), somatogen asteniya (kəskin və xroniki somatik xəstəliklər) və psixogen asteniya kimi intellektual pozğunluğa səbəb olan amillər fərqləndirilir. Ümumi qüvvətləndirici və xüsusi müalicəvi tədbirlər vasitəsilə astenik təzahürləri və təlimdə çətinlikləri müəyyən səviyyədə aradan qaldırmaq mümkündür.

Serebral -üzvi mənşəli geridəqalmanı şərtləndirən amillər sırasında aparıcı amil kimi əksinə, intellektual çatışmazlıq və onun emosional-iradi sferaya təsiri əsas hesab olunur.

Psixi inkişafda geridəqalan kiçik yaşlı məktəblilərin psixofizioloji və pedoqoji-psixoloji cəhətdən tədqiqi nəticələri bu kontingentin müxtəlif olduğunu göstərmişdir. Bu qrupa aid edilən uşaqların 20-50 %-də tapşırığın çətinlik dərəcəsindən asılı olaraq mnemik, perseptiv və fikri məsələlərin həlli zamanı orta normadan geridəqalma halları qeydə alınmışdır. Psixi inkişafda geridəqalan bütün uşaqlar üçün xarakterik olan bütün cəhətlər müxtəlif səviyyəli emosional dayanıqsızlıq, ixtiyari diqqətin formalaşmaması, hədsiz yorulma və s. kimi fəaliyyətin ixtiyari formalarının tənzimi təmin edən idrak proseslərində müşahidə olunan qüsurlarıdır.

Bu qüsurların klinik-fizioloji və pedoqoji-psixoloji təhlili onların strukturunda aparıcı amilləri fərqləndirməyə əsas verir:


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin