FƏNN: geoekologiya səRBƏst iŞİ № : 1- 2



Yüklə 101.77 Kb.
tarix21.04.2017
ölçüsü101.77 Kb.
c:\users\admin\desktop\скачанные файлы.png

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE ÜNİVERSİTETİ

FAKULTƏ: GEOLOJİ-KƏŞFİYYAT

KAFEDRA: NEFT-QAZ YATAQLARININ AXTARIŞI KƏŞFIYYATI

FƏNN: GEOEKOLOGİYA

SƏRBƏST İŞİ № : 1- 2

MÖVZU: GİRİŞ, Geoekologiya - geosferlərin ekoloji problemləri haqqında elmi istiqamət kimi, Dünya əhalisi geoekoloji amil kimi, Geoekologianın xalq təsərüfatında əhəmiyəti, Yer. Yerin ölçüləri, forması və hərəkəti.

QRUP : 153.3

KURS: 3

TƏLƏBƏ: Mehmet Şirin Salih

MÜƏLLİM: Dos.H.A.Məmmədov

BAKI-2016

Yerin forması,ölçüləri və hərəkəti

Yerin forması,ölçüləri, və hərəkəti təkcə onun xarici görünüşünü müəyyən etmir,eyni zamanda bu görünüşü dəyişən proseslərə də öz təsirini göstərir.

Yerin forması və ölçüləri haqqında təsəvvürlər var idi.(pifaqor,eradan əvvəl 5-ci əsr).Eradan əvvəl III əsrdə Aristotel Yerin kürə şəklində olduğu haqda fikri təsdiqlənmiş oldu.Bunun üçün o,ayın tutulması zamanı Yerin ay üzərinə düşən kürə şəkilli kölgəsini sübut kimi göstərirdi.

XVII-XVIII əsrlərdə,Yerin ğlçülərini təyin etmək üçün trianqulyasiya metodundan istifadə etməklə,müəyyən olunub ki,Yer ideal kürə formasında deyil,çünki,onun qütb və ekvatorial radiusları fərqlidir.(fərq-21 km ).Beləliklə,belə nəticəyə gəlindi ki,Yer ellipsoid formasındadır.

Sonraki ölçmələr nəticəsində sübut olundu ki,Yer nəinki qütblərdə,həmçinin ekvator boyunca da sıxılmışdır,beləki,ekvatorda Yerin böyük radiusu ilə kiçik radiusu arasındakı fərq -210 m təşkil edir.Lakin Yerin forması daha mürəkkəbdir,buna səbəb burada olan hündürluklər və çökəkliklərdir.

Yerin müasir formasına uyöun,elə fiqurdur ki,bu fiqurun səthinə görə ağırlıq qüvvəsi hər yerdə perpendikulyar istiqamətlənir.Belə fiqur geoid adlanır.Bunun hərfi mənası “Yalnız Yerə məxsus fiqur” deməkdir.

Yerin aşağıdakı ölçülərini qeyd etmək olar :

Ekvatorial radius: 6378245 m

Qütb radiusu: 6356863 m

Yer səthinin sahəsi: 510 mln.km2

Yerin həcmi: 1012 km3

Meridianın uzunluğu:40008,6 km

Ekvatorun uzunluğu:40075,7 km

450 en dairəsində 10-nin qövsünün uzunluğu---111109,713 m


Ekvatorial və Qütb radiuslarının fərqi əsasında Yerin sıxılması təyin olunur:


  1. Ekvatorial radius

  2. Qütb radiusu

Bu radiuslar arasındakı fərq 21,38 km təşkil edir.Yerin ən hündür nöqtəsi Himalay dağında Everest zirvəsidir (8884 m),ən dərin nöqtəsi isə Sakit okeanda Marian çökəklidir ki,onun dərinliyi 11022 m təşkil edir.Yerin ən hündür nöqtəsi ilə ən dərin nöqtəsi arasındakı məsafə--19,906 m təşkil edir.

Bizim planet həm öz oxu ətrafında,həm də, günəş ətrafında hərəkət edir.

Məlumdur ki,Yer öz oxu ətrafında təqribən 1 sutka ərzində(daha dəqiq desək,23 saat,56 dəqiqə,4 san)fırlanır.

Yerin Günəş ətrafında elliptik orbit üzrə fırlanması və Yerin oxunun orbitin səthinə görə 23,5 dərəcə vəziyyətində olmas, Yerdə fəsillərin dəyişməsini və gündüzlə gecənin davam müddətini şərtləndirir,yalnız ekvatorda il ərzində Gündüz və gecənin davam müddəti eyni qalır.

Planetimizin səthinin böyük hissəsi (70,8 faiz) su ilə örtülürdür ,qalan 29,2 faizi isə qurunun payına düşür.Materiklər su səthinə qeyri-bərabər yerləşmişdir.Materiklərin orta hündürlüyü 875 m-dir.Xətti uzanmış dağ silsilələrini və qurşaqlarını əməkə gətirən yüksək dağlıq hissələr,adətən kontinentlərin kənar hissələrinə uyğun gəlir.

Qurunun orta qiymətləri 200 m olan hamar hissələri düzənlik adlanır.Onlar quru sahəsinin təxminən 20 faizini tutur və materiklərin həm kənar,həm də mərkəzi hissələrində yerləşir.

Qurunun yaylalar adlanan yüksək təpəli hissələri onun 53 faizini tutur.Okeanın orta dərinliyi 3800m-dir.

Okean dibində ayrılırlar Şelf(dayazlıq) – 200 m dərinliyə qədər (yer səthinin 5,5 faizi) kontinental yamac – 3000 m dərinliyə qədər (səthin-34,7 faiz),dərinlik çökəklikləri-11 km dərinliyə qədər və daha çox,aralıq okean silsilələri.

Yerin orta sıxlığı-5,52-dir.Yerin süxurlarının orta sıxlığı 1,5-3,3 arasında dəyişir.Yer qabığının orta sıxlığı isə 2,7-2,8 T/m3 -dir.




YERİN QURULUŞU

Daxili geosferlər : Yerin bərk hissəsində 3 təbəqə ayrılır. Mərkəzi –nüvə, Aralıq-mantiya, Xarici-yer qabığı.



Yerin nüvəsi.

Yerin nüvəsi planetin daxili hissəsini, yəni 2900 km-dən 6370 km-ə qədər təşkil edir. Nüvə süxurlarının sıxlığı 9-10 t/km3 - dir. Nüvənin xarici hissəsi eninə seysmik dalğaları keçirmir. Eninə seysmik dalğalar mayedən kecmədiyi üçün, güman olunur ki, xarici nüvə maye halındadır. Nüvənin daxili hissəsi isə, bir çox alimlərin fikrinə görə, bərk maddələrin xassələrinə malik ola bilər. Nüvənin tərkibinə gəldikdə, burada iki fikir var. Bəzi alimlər qeyd edir ki, nüvə əsasən metallardan, və xüsusən dəmirdən təşkil olunmuşdur. Digərləri isə hesab edirlər ki, nüvənin maddəsi həddən artıq yüksək təzyiq nəticəsində, xüsusi metallaşmış hala düşmüşdür, atomlar elektronlarını itirərək, həddən artıq sıxlaşmış, nüvənin maddəsi metalların xüsusiyyətləri malik olmuşlar, xərcənd ki, nüvənin maddəsi, mantiyada olduğu kimi silikatlardan ibarətdir.



MANTİYA və ya ARALIQ təbəqə

Mantiya və ya aralıq təbəqə Yer qabığından aşağı 2900km dərinliyə qədər uzanır. Bu təbəqənin seysmik dalğalar vasitəsilə öyrənilməsi nəticəsində müəyyən olunmuşdur ki, o bircins deil və 3 qata bölünür: üst mantiya keçid zonası və alt mantiya.

Ümumiyyətlə, mantiya bərk haldadır, lakin üst hissəyə yaxın, ola bilsin ərimiş haldadır çünki vulkanların ilkin qidalanma ocaqları burada yerləşir

Mantiyanın sıxlığı-üst mantiyada-3.2t/m3, alt mantiyada isə-5.68t/m3 təşkil edir.

Bir çox alimlər hesab edir ki, mantiyanın (üst) tərkibi ültra gələvi süxurların –peridotitlırin tərkibilə eyni gəlir. Buna görə üst mantiyanı peridotit qatı da adlandırırlar.

Litosfer və ya Yer qabığı

Litosferin qalınlığı 5-10 km-dən (okean suları altında)70-80km-ə qədər (materiklərdə)dəyişir.

Litosferin kimyəvi tərkibi əsasən aşağıdakı 10elementdən təşkil olunmuş və onlar mineralların tərkibində yerləşmişlər.

Oksigen(O)---- 49,13% Natrium (Na)---2,40

Silisium (Si)----26,0% Maqnezium (Mg)---2,35

Alüminium (Al)---7,45 Kalium (K)----2,35

Dəmir(Fe)---4,20 Hidrogen (H)---1,0

Kalsium(Ca)—3,25 Titan (Ti)----0,61

Yerdə qalan digər elementlərin payına isə 1,26%düşür.Bu elementlərdən 3-ü(O,Si,Al) Yer qabəğının 82,58%-ni təşkil edir.Ona görə bu elementlərin yerləşdikləri birləşmələr (minerallar)Yer qabığında daha çox yayılmışdır.

Fiziki xassələrinə və tərkibinə görə Yer qabığı 3qata bölünür.Üst qat əsasən qırıntı suxurlardan təşkil olunur və çökmə süxur qatı adlanır. Buna eyni zamanda stratisfer də deyilir.

Ondan aşağı , materiklərdə qalınlığı 35km-ə qədər sıx kristallik süxur qatı yerləşir.Bu qat orta tərkibinə görə qranitə yaxın olduğu üçün qranit qatı adlanır. Bu qat həm də Sial qatı adlanır,çünki burada oksigendən savayı,ən çox silisiumalüminium iştirak edir.

Qranit qatından aşağı III qat bazalt qatıyerləşir.(Fiziki xassələrinə görə bazalta yaxın olduğu üçün belə adlanır)Bu qat eyni zamanda Sima qatıadlanır, çünki burada oksigendən savayı ,ən çox silisiummaqnezium iştirak edir.Qranit qatının sıxlığı 2,7-2,8,bazalt qatının sıxlığı isə 3,0-3,2t/m3 təşkil edir.

Okeanlarda qranit qatı iştirak etmir.Ona görə Yer qabığının geoloji quruluşunda -2tip: Kontinental okeanik quruluş iştirak edir.



ATMOSFER

Atmosfer –Yerin xarici qaz qatıdır.Kosmik fəza ilə Yer arasında maddələr mübadiləsi atmosfer vasitəsilə həyata keçirilir.Atmosferin quruluşu biacins deyil, o bir sıra subgeosferlərə bölünür: troposfer,stratosfer, mezosfer,termosfer və ekzosfer.

Onlar bir- birindən sıxlığı,temperaturu ,maddələr mübadiləsinin xarakteri, kimyəvi tərkibi , maddənin fiziki halı və geokimyəvi proseslərin xarakteri ilə fərqlənirlər

TROPOSFER. Troposferin qalınlığı orta hesabla-12km-dir.Qütblərdə qalınlıq 8-10km,rkvatorda 16-18km çatır.Atmosfer kütləsinin 80%-i troposferdə cəmlənmişdir. Troposferin alt qatlarında havanın təzyiqi ən yüksək qiymətlərlə səciyyələnir: dəniz səviyyəsində onun qiyməti 1 atm və ya 760 mm civə sütunu təşkil edir.10km hündürlükdə təzyiq 200mm civə sütununa qədər azalır. Təbii ki, stratosferdə ,sonra isə ionosferdə təzyiqin qiyməti “0”-a enir.Troposferin tərkibi qazlarda ;azotdan -78%,oksigendən -21% ,arqondan -0,93%,karbon qazından –0,03% təşkil olunmuşdur.Təsirsiz qazlar –neon ,kripton,ksenon və helium –çox cüzi miqdarda iştirak edir. Troposfer –Litosfer , Hidrosfer,Biosfer və Atmosferin yuxarı qatları ilə geokimyəvi əlaqədədir.

STRATOSFER -16-18km-dən 50km-ə qədər hündürlüyü əhatə edir.Onun aşağı hissəsində temperatur -500C və daha az, yuxarı qatlarda isə aşağıdan yuxarı artaraq 00C-yə çatır.Buna temperaturun inversiyası deyilir. Kimyəvi tərkibinə görə troposferdən az fərqlənir.Lakin stratosfer lazımi bir xüsusiyyətə malikdir;burada ozonun (O3) miqdarı yetərincə artır və nəticədə “ozon qatı” əmələ gəlir.Bu ozon qatı canlı aləmi günəşin qısa dalğalı ultra bənövşəyi şüalarından mühafizə edir.

Stratosferdən yuxarıda mezosfer yerləşir.Onun yuxarı sərhədi 80km hündürlüyə qədər davam edir.Merosferdə yenidən temperatur aşağıdan-yuxarı azalaraq,-800C-yə qədər çatır.

Atmosferin yuxarı hissələrinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada qazların ionlaşması prosesi baş verir.1000km hündürlükdə olan qazlarda ionlar 20% təşkil edir,3000km-dən yuxarı isə artıq ionlar üstünlük təşkil edir.

1000km-dən artıq ekzosfer başlanır və o,getdikcə tədricən planetlər arası fəzaya keçir.Burada əsas yeri hidrogen (H2)və helium (He)tutur.Hidrogen əsasən protonlar şəklində təzahür etdiyi üçün ,buranı bəzən protonosfer də adlandırırlar.

Atmosferin mənşəyi və sonrakı təkamülü diskussiya xarakterlidir.Bəzi tədqiqatçılara görə (akavf Vernadski),atmosfer Yerin formalaşmasının ilkin dövründə yox imiş və yalnız sonrakı dövrlərdə planetin sülh hissəsindən ayrılan uçan qarlar hesabına əmələ gəlmişdir.

Digərlərinə görə isə (X.Alfven və Arrenius)atmosfer ilin qaz-toz buludlarından əmələ gəlmişdir.

Hər 2 fərziyyə-ilkin atmosfer və oksigenin olmaması ilə razılaşır və oksigenin biosferin məhsulu olaraq ,sonradan yarandığı fikrini irəli sürür.Atmosferdə olan azotun mənşəyi də qaranlıqdır.Yernabski azotun da biogen mənşəli olduğunu qəbul edir.

HİDROSFER

Hidrosfer Yerin su qatıdır.O,Dünya okeanı (Sakit,Atlantik,Hind və Şimal Buzlu okeanları)sularını ,kənar və daxili dəniz sularını,göl və çayları əhatə edir. Bundan əlavə bura buzlaqlar da (Antraktida,Qrelandiya)daxildir.

Hindrosferin 1372 mln km3-nı okean və dəniz suları 23 mln km3-nı buzlaqlar ,yalnız1 mlnkm3-nı isə göllər və çaylar təşkil edir.

Dəniz və ya okean dibinin relyefində ,dərinlikdən asılı olaraq, bir neçə əsas zona və ya element ayırmaq mümkündür ki, bunlar da bir- birindən tektonik quruluşu ,fiziki şəraitləri və digər xüsusiyyətləri ilə fərqlənirlər. (cədvəl 4.1)

Dünya okeanının əsas zonaları cədvəl 4.1

Dünya okeanı dibinin relyefinin elementləri

Dərinlik

Okeanın bütün sahəsinə görə nisbəti,%

Şelf

0-200m

7,6

Kontinental yamac

200-2500

15,0

Dünya okeanı

2500-6000

76,0

Dərin okeanık çökəkliklər

6000-11000

1,4

Cədvəldən göründüyü kimi ,Dünya okeanının böyük hissəsi dərində yerləşir.Dünya okeanı Yer qabığının az hərəkətli hissəsidir.Lakin şelf və kontinental yamac zəif ehtizazi hərəkətləri ilə seçilir.Okeanın çökəkliklər Yer qabığının aktiv sahələridir. Bu sahələrlə dərin fokuslu zəlzələlər ,sualtı vulkanizm və dərinlik qırılmaları əlaqədardır.

Dünya okeanı suları kimyəvi tərkibinə görə ,temperaturun müxtəlifliyinə görə seçilir.Dəniz və okean sularının temperaturu həm suyun səthinə ,həm də dərinliklərdə sabit deyil.Su səthinin temperaturu iqlimlə düz mütənasib olaraq dəyişik ,ekvatorial zonada temperatur 30-350C (Fars körfərində 450C-yə qədər),qütb sahələrində isə 00C və 20C-yə qədər enir.

Dərinlik artdıqca ,dəniz və okean aularının temperaturu azalır və okean səviyyəsindən 1000m dərinlikdə 00C-yə qədər enir.

Dərinlik artdıqca ,təzyiq də artır,hər 10m-yə təzyiq 1atm artır.Ona görə böyük dərinliklərdə təzyiqin qiyməti 800-1000atm təşkil edə bilər.Dünya okeanının sularının normal duzluluğu 3,5%(1 litr suda 35 qram duz)təşkil edir.

Dəniz sularının duzluluğunu promille ilə də qeyd edirlər.1 promille—tamın mində bir hissəsidir və %o belə işarə olunur.Onda normal duzluluq 35%0promille olacaq.

Dünya okeanı sularının kimyəvi tərkibi aşağıdakı kimidir: %

NaCl------ 77,75 MgSO4-----4,73

K2SO4-----2,46 CaSO4----3,60

MgCl2----10,87 CaCO3----0,34 MgBr2---0,21

Beləliklə ,dəniz və okean suları əsasən xloridlərdən (88%-dən çox )və sulfatlardan ibarətdir.(10%-çox).Duzlardan əlavə ,dəniz suyunda azot,oksigen və karbon qazı (CO2) həll olur. Bəzi hallarda H2S təsadüf olunur.

BİOSFER

Biosfer –Yerin ən mürəkkəb qatıdır. O,atmosferin alt qatlarını (troposferi), Hidrosfer və Litosferin üst qatlarını (pelosferi-okeanların dib çök-ri və pedosferi—torpaq qatı) əhatə edir.

Biosfer –canlı orqanizmlərin yayıldığı sahələri əhatə edir.Biosfer haqqında fikir ilk dəfə Jan Batist Lamark təlimi isə akad V.İ.Vernadski tərəfindən irəli sürülmüşdür. Canlı orqanizmlərin kütləsi müxtəlif hesablamalara görə 1011-1013 ton təşkil edir.Hindistanın ən böyük hissəsini meşələr təşkil edir.Biogeokimya üçün biokütlənin miqdarı yox ,orqanizmlərin artım sürəti –bioməhsullar daha çox əhəmiyyət kəsb edir.Prof.D.P.Dobrodeyerin fikrinə görə,okeanın biokütləvi 33 gün ərzində ,qurunun fitokütləsi isə 14 il ərzində yerləşir;başqa sözlə desək, okeanın bioməhsulları qurunun bioməhsullarından bir neçə dəfə çox olur.Akad .Vernodiskinin fikrinə görə ,bir sıra bakterialar gün ərzində 64 dəfə parçalanaraq ,çoxalırlar .İdeal şəraitdə belə bakteriaların törəmələri bütün Yer səthini birqat örtüklə 36 saat ərzində örtə biərdilər.

Cədvəl 5.1-də canlı maddələrin əsas tiplərinin element tərkibi (akad.Vernadskiyə görə) verilir:

Cədvəl 5.1

Üzvü maddə



Kütlə ,%

C

H

O

N

Fitoplanktan

45

7


45

3

Zooplankton

50

8

32

10

Qurunun bitkiləri

54

6

37

3

Torpaq humusu

56

4,5

36

3,5

Canlı orqanizmlərin tərkibində əsasən aşağıdakı biogen elementlər: C,H,O,N,S,P,K,Fe iştirak edir.Biokütlə geoloji proseslərdə aktiv rol oynayır. Orqanizmlərdə suxurların dağılması və dəyişməsi prosesində mestəsna rola malikdir. Bir çox orqanizmlər süxur əmələ gətirici olduqlarından karbonatla süxurların növünü və neft laylarının əmələ gəlməsində böyük rol oynayır. Təkcə ayrı-ayrı elementlərin üzvi maddələrindəki miqdarı deyil,həmçinin onların nisbi konsentrasiyasının,yəni onların canlı maddədəki klarklarının, Yer qabığındakı klarklara olan nisbətləri böyük maraq doğurur.Sonuncu qeyd etdiyimiz kəmiyyətlər elementlərin biofilliliyini əks etdiririk.

Biogeokimyəvi proseslər müxtəlifdir.Onlardan ən əsasları fotosintez, karbonat toplama və kömür (neft)əmələ gəlmədir.



Fotosintez – Yerdə üzvi maddələrin əmələ gəlməsi üçün lazım olan əsas prosesdir.Fotosintez zamanı işıq enerjisi kimyəvi enerjiyə çevrilir.Prosesin əsasını sudakı Hidrogenin CO2-yə çevrilməsi və üzvi maddələrin qlükoza və oksigen formasında əmələ gəlməsi təşkil edir.Oksigen Su molekulundan ayrılır.Qlükozadan avtotrof orqanizmlər polisaxaridləri sintez etməyə imkan verir; məsələn sellüloza və nişastanı əmələ gətirir.Reaksiyanı 6-ı şəkildə yazmaq olar.

qlükoza


6CO2+ 12 H2 O hν C6H12O6+6Oq+6H2

674kkal


Polisaxaridlər

Fotosintez əsasən işığı absorbsiya edən yaşıl piqment-xlorofil vasitəsi ilə həyata keçirilir. Karbonatların çökmə prosesi su hövzələrinin, əsasən dənizlərin dibində baş verir. Bu proses müxtəlif dəniz orqanizmlərinin həyat fəaliyyəti ilə tənzimlənir, belə ki, bu orqanizmlər CaCO3 –ı su məhlullarından çıxararaq öz skletlərini qururlar. Bu orqanizmlərin məhvindən sonra bu maddələr dib çöküntüləri ilə qarışır.

Belə orqanizmlərə - birqəfəsli yosunları, sadə mərcanları, molyuskaları aid etmək olar. Bu prosesin hidrosfer və Yer qabığı üçün müstəsna rolu vardır, belə ki, biogen mənşəli karbonatlar çökmə süxur qatının 20 %-ni təşkil edir.

Üzvü qalıqların kömür və neft əmələgəlmədə rolu dünya alimlərinin 99 %-i tərəfindən qəbul edilir. Prosesin kömür və ya neft əmələgəlmə ilə ələqədar olması geokimyəvi şəraitlə sıx bağlıdır.

Oksigenli mühitdə proses kömür əmələgəlmə ilə, oksigensiz (bərpa) mühitdə isə neft əmələgəlmə ilə müşayət olunur.

Dediklərimiz biosferin qlobal əhəmiyyətə malik olmasını birdaha sübut edir.

Həyat arxey erası dövründə 4 mlrd.il bundan əvvəl meydana gəlmişdir. Bu günkü günə ən qədim üzvü qalıqlar Fiq-İRİ çökmə süxur formasiyasında Sivazilent ştatında (Cənubu Afrika) yaşı 3.8 mlrd. il olmaqla qeydə alınmışdır.

Yerin planet kimi geoekoloji rolu

Yerin geoekoloji cəhətdən mühüm xüsusiyyətləri aşağıdakılardır:

- Yer nisbətən kiçik planetdir. Onun səthinin sahəsi 510 milyon km2 –dir, bundan 149 milyon km2-quru, buzlaqlardan azad olan quru-133 milyon km2-dir. Bəşəriyyətin həm hazırda, həm də gələcəkdə sonrakı artımı və inkişafı üçün ixtiyarında olan məkan budur. Bu məkanda olan ərazinin və ehtiyatların məhdudluğu dünya əhəlisinin sayının artan və onun tələbatının yüksələn şəraitlərində, gec və ya tez qlobal ekoloji böhranın yaranmasına gətirib çıxarır.

- Ekosferin fəaliyyəti üçün vacib olan başlıca mənbə Günəşdir. Yerin Günəşə nisbətdə mövqeyi başqa planetlərlə müqayisədə optimaldır. Bizim planet biosferdə demək olar ki, bütün əsas prosesləri müəyyən edən vacib enerji miqdarını almaq üçün günəşə kifayət qədər yaxındır. Həm də yer günəşə o qədər yaxınlaşmayıb ki, artıq enerji miqdarı əldə etsin;

- Yerin fırlanma oxu, yerin günəş ətrafında hərəkət müstəvisinə (ekliptika müstəvisinə) 66033/ bucaq altında mailidir. Bu hal yer səthində günəş radiasiyasının il ərzində qeyri-bərabər paylanmasının dəyişməsini beləliklə də, ilin fəsillərinin növbələşməsini şərtləndirir. O, həmçinin işıqlı günün müxtəlif davamiyyətini və en dairəsindən asılı olaraq, onun il ərzində daxili dəyişməsini təmin edir.

Yerin qlobal sıxılması və genişlənməsi

XX əsrin I yarısında geologiyada uzun müddət “ kontraksiya” (latınca- sıxılma) hipotezi hökm sürmüşdür. Bu hipotezə görə ilkin bərk qızmış Yer, soyuyaraq həcmi azalmışdır. Bərkimiş xarici örtük- yer qabığı, kiçilən nüvəyə uyğunlaşaraq, ağırlıq qüvvəsinin təsiri altında dağılırmış.Yer qabığının sahəsi azalır, onu təşkil edən süxurlar sıxılmaya məruz qalırdılar. Qabıq bürüşməyə başlamış, onun üzərində qırışlar-qırışıqlıq dağ zəncirləri və qırılmalarla bölünmüş çökəkliklər yaranırdı. Qırılmalardan yer səthinə hava axınları gəlirdi. Son illərdə bu fikirlər yenidən alimlərin diqqətini cəlb etməyə başlamışdır.

Nisbətən sonrakı hipotezə görə Yer kürəsinin ilkin radiusu (3500-4000 km) müasirdən (6356.9-6378.2 km) çox azdır. Yer səthi də iki dəfə az olmuşdur. Okeanlar yox idi, materik qabığı bütöv örtüklə bütün planeti örtürdü. Sonralar yerin radiusu ildə orta hesabla 0.6 mm çoxalmağa başladı.Bunun nəticəsində əvvəllər vahid olan materik qabığı çatlamış, ayrı-ayrı kontinentlərə parçalanmışdır. Yerin get-gedə daha çox genişlənməsi ilə kontinentlər bir-birindən daha çox uzaqlaşmışdır. Materiklər arasında yaranan qırılmalara mantiya maddəsi dolmuş və okean tipli yeni qabığı formalaşdırmısdır.

- Bir sıra alimlərin fikrincə, Yer “döyünür” (pulsasiya edir) ; onun genişlənmə epoxaları sıxılma epoxaları ilə növbələşir. Döyünən yer hipotezi bir sıra yeni faktlarla təsdiq olunur. Bununla belə bu pulsasiyaların səbəbi hələ də aydın deyildir. Bu faktlara yerin öz oxu ətrafında fırlanmasının bucaq sürətini, sutka davamiyyətinin dəyişməsini göstərmək olar.

1873-cü ildə Amerika geoloqu Ceyms Dena tərəfindən irəli sürülən geosinklinal hipotez 100 ilədək mövcud olmuş və öz sadəliyi ilə bir çox geoloqları indi də cəlb edir. Yerin geoloji tarixini bu hipotez mövqeyindən qısaca belə izah etmək olar. 3.5 milyard il bundan əvvəl mantiyadan bazalt axınları hesabına yer qabığının ilkin – qranit yer qabığı formalaşmağa başlayıb. Arxey erasının sonuna onun daxilində ilk geosinklinal çökəkliklər yarandı. Onları “protogeosinklinal” (yunanca “protos – birinci, ilkin) adlandırırdılar. Bu çökəkliklərə ilkin bazalt və yer qabığının dik hissələrindən qırıntı materialları daşınmağa başladı. Arxey və proterozoy eralarının sərhəddində (1,9 mlrd il əvvəl) ən qədim qarışıqlıq epoxaları yarandı.

Yerin sonrakı tarixində 5 iri qarışıqlıq dövrləri baş verib: Gec proterozoy (baykal), ilkin paleozoy (kaledon), gec paleozoy (hersin), mezozoy (alp). Bunların hər biri dağ-qarışıqlıq qurşaqlarının əmələ gəlməsi ilə başa çatmışdır. Onları uyğun qarışıqlıqların adı ilə baykalid, kaledonid, hersinid, mezozoidalpidlər adlandırırlar.



Yerin qlobal dinamikası

“Yeni qlobal tektonika” (“plitələr tektonikası”) tərəfdarlarına görə bir neçə bərk litosfer plitələri Yerin mantiyasının üst hissəsində yerləşən astenosfer səthində dreyfə (yerdəyişmə) məruz qalır. Dreyf edən okean plitələrinin sərhədləri aralıq okean silsilələrinin rift yarıqları dərin novlar və kontinentlərin kənarlari üzrə cavan qarışıqlı dağlardır. Rift yarıqlarına mantiyadan qalxan bazalt lavalar keçir və okeanların yeni diblərini formalaşdırır. Yarıqlarda soyuyaraq, onlar okean plitələrini əks tərəflərə aralayır, onların əks yanları dərinlik novlərinin maili səthləri boyunca mantiyaya batır. Kontinentlərin sərhəddində plitələr toqquşaraq dağ-qırışıqlıq qurşaqlarını əmələ gətirirlər. Bu hipotezin tərəfdarları hesab edir ki, məsələn, Alp-Himalay dağ qırışıqlıq qurşağı belə yaranıb, yeni Avrasiya şimal materikinin Qondvana ilə və Hindistan plitəsinin Asiya plitəsi ilə toqquşması nəticəsində.

Müasir müşahidələrlə müəyyən edilmişdir ki, litosferin ayrı-ayrı plitələrinin nisbi hərəkəti həqiqətən mövcuddur. Yaponiya dəniz təhlükəsizliyi agentliyinin peyk müşahidələrinə əsaslanan məlumatlarına görə, 1983-1987-ci illərdə Avstraliya Yaponiyaya tərəf - 38 sm, Şimali Amerika – 11 sm, Havay adaları – 39 sm yaxınlaşmışdır. Əgər belə hərəkət tempi saxlanılarsa, onda Havay adaları 100 milyon ildən sonra Yapon adaları ilə birləşə bilər.

Zəlzələrin geoekoloji nəticələri

Yer kürəsi əhaləsinin yarıya qədəri seysmik cəhətdən təhlükəli ərazilərdə yaşayır.Yeri hər il M7 maqnitudalı 8-10 seysmik zəlzələlər titrədir. 300-ə qədər zəlzələlərin maqnitudası 5-ə bərabərdir. Dünyada hər il 10-15 min insan zəlzələlərin qurbanı olur. Təxmini hesablamalara görə axırıncı 4 min ildə zəlzələlər 13 milyon insanın həyatına son qoyub. Çin alimləri 2750-ci il üçün zəlzələlərin siyahısını tərtib etmişlər. Onlar 1000-dən artıq dağıdıcı zəlzələlərin olacağını göstərirlər. Maddi dəyərlərin dağılması ilə əlaqədar itkilər milyard dollarla hesablanır. Zəlzələ ocağında seysmik təkanların intensivliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün zəlzələni yaradan seysmik ehtirazların (vibrasiyanın) ümumi enerjisini səciyyələndirən maqnitudaların şkalası yaradılmışdır.Onu yunan alimi T.Vadati təklif etmiş və amerikan seysmoloqu Ç.Rixter təkmilləşdirmişdir.Sonuncunun adı ilə o “Rixter şkalası” adlanır.

Zəlzələlərin dağıdıcı nəticələri qruntun yumşalması, qırılmalar, sürüşmələr, uçqunlar və s. proseslərlə güclənir.

Qırılmalarla əlaqədar Şimali Çində (1976), Qvatemalada (1976), Baykal gölündə (1999) sürüşmə və uçqunlarla əlaqədar isə (Anqanikada 1850), Pamirdə (1911), Çində (1920), Yaponiyada (1923), Peruda (1970) güclü zəlzələlər olmuşdur.



Vulkanizmin geoekoloji nəticələri

Vulkan fəaliyyəti Yerin bütün geoloji tarixini müşayiət etmişdir. O, yer qabığının, hidrosferin və atmosferin yaranmasına kömək etmişdir. Yer kürəsində 850 fəaliyyətdə olan vulkan vardır. Onların çoxu sualtı vulkanlardır. Hər il dünyada yüzlərlə vulkan püskürməsi baş verir. 4.5 milyard il ərzində vulkanlar yer səthinə 13.5ּ 1018 ton dərinlik maddəsi çıxarmışdır.

Qədim geoloji dövrlərdə bazalt lavalarının püskürmələri geniş yayılmışdır. Belə ki, Krasnoyarski vilayətində 1.5 milyon km2 ərazi mezozoy yaşlı bazalt örtükləri ilə tutulmuşdur.

Hazırda bazaltlar okean dibinin çox böyük sahələrini örtür.Vulkanlar böyük miqdarda lava, kül, xırda və iri süxur parçaları, müxtəlif qazlar püskürməklə, geoloji mühitə və insanların həyatına çox güclü təsir göstərir.



Palçıq vulkanları. Azərbaycanda palçıq vulkanları geniş yayılmışdır. Palçıq vulkanı brekçiyası üçün xarekterik elementlər bunlardır:B,Hg, Mn, Ba, Sr, Cu, Mo, Li, Pb.

Belə bir fikir formalaşır ki, Abşeron yarımadasında ekoloji gərginliyin yaranmasında palçıq vulkanları da müəyyən rol oynayır. Onların fəaliyyəti nəticəsində ətraf mühitə zəhərli kimyəvi elementlər daxil olur. Ən böyük vulkanlardan olan Lökbatan, Leyrəki, Bozdağ, Güzdək və s. Püskürmə zamanı yer səthinə külli miqdar müxtəlif duzlar və mikroelementlər çıxarır. Əsasən bor, qurğuşun, molibden, xrom və s. Torpağa və qrunt sularına nüfuz edərək onların kimyəvi tərkibini və xassələrini pisləşdirir, bitkiləri zəhərləyərək, onların növ tərkibini dəyişir, seyrəkləşdirir, məhv edir.



Neft çıxışları. Litosferin həmçinin hidrosferin təbii yolla çirklənməsində neft-qaz çıxışları da müəyyən rol oynayır. Abşeron yarımadasında geoekoloji vəziyyəti gərginləşdirən amillərdən biri də geniş ərazidə neft-qaz çıxışlarının olmasıdır. Yasamal dərəsində Məhsuldar Qatın klassik kəsilişində neft ilə doymuş çoxlu layları müşahidə etmək olar. Binəqədidə Bitum yatağı, IV dövr fauna və florası ilə zəngin olan “heyvanlar qəbiristanlığı” mövcudddur.

Atəşgahda neftin kustar üsulla hasilatı sahələri, qaz çıxışları, neftlə doymuş sahələr müşahidə olunur. Binəqədidə, Qırməki Dərəsində üzə çıxan neftli laylar geniş əraziləri neft ilə hopdurmuşdur.

Ümumiyyətlə, dənizdə neft hasilatı olan sahələrdə dəniz dibində neft-qaz sızmaları (qrifonlar) qetdə alınır. Onların sayı Xəzərdə yüzdən çoxdur və mənşə etibarilə tektonik qırılmalarla əlaqədardır.



Texnogen birləşmələr. “Texnogenez” termini akademik A.Fersmanın tədqiqatlarından sonra (1922) tətbiq olunmağa başlayıb, lakin insanların fəaliyyətinin geokimyəvi nəticələri bir neçə yüzilliklər bundan əvvəl təzahür etmişdir. Ancaq bu nəticələrin mənası yalnız XX əsrdə kəskin surətdə yüksəlmişdir. Antik dünyada insanlar cəmi 19 elementdən istifadə edirdilər. XXIII əsrdə - 28, XIX əsrdə - 50, XX əsrin əvvəllərində - 60. Son onilliklərdə, nəinki yer qabığında mövcud olan 89 məlum kimyəvi elementdən hətta süni radioaktiv elementlərdən istifadə etməyə başlamışlar.

Mineral xammal hasilatı, kaustobiolitlər daxil olmaqla, 100 milyard ton təşkil edir. Mineral xammal emal məhsullarının əksəriyyəti kimyəvi elementlərin birləşmələrindən ibarətdir. Onlar təbii proseslər nəticəsində yaranmır və biosferdə rast gəlinmir, yalnız antropogen fəaliyyət nəticəsində bura düşürlər. Bununla əlaqədar onların biosferdə davranışı təbii birləşmələrin davranışından fərqlənir. Bu texnogen mənşəli birləşmələr, təbii metallar texnogen yolla biosferə keçərək sonradan burada fəaliyyət göstərən miqrasiya və koufentrasiyanın əsas qanunlarına tabe olmağa başlayır. Texnogen birləşmələr biosferə daxil olduqdan sonra canlı orqanizmlərə xüsusi şəkildə təsir etməyə başlayır.



Belə birləşmələrin istehsalı, həm ümumi kütlə üzrə həm də müxtəlifliyinə görə fasiləsiz surətdə və tez artdığından, orqanizmlərə təsirdə də get-gedə güclənir. Artıq texnogen birləşmələrin biogeokimyəvi rolunu nəzərə almamaq mümkün deyildir.

Texnogen birləşmələrin istehsalı üçün enerji lazımdır. Əksər hallarda onun mənbəyi təzələnməyən ehtiyatlar olan kömür, neft, və qazdır. Neft üzvi sintez üçün də xammal kimi xidmət edir: Bu məqsəd üçün bütün xammalın 90%-i neftdən alınır.
Каталог: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə