Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə70/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
I mərhələ - Orta illik meteoşəraitin nəzərə alınmaqla proqnoz əsasında, nüvə və kimyəvi zərbələrin, radioasiya və kimyəvi təhlükəli obyektlərdə qəzaların parametrlərinin qiymətlərinə görə radioasiya və kimyəvi şəraitin qabaqcadan aşkar edilməsi və qiymətləndirilməsi.
II mərhələ - Nüvə və kimyəvi zərbələrdən, radioasiya və kimyəvi təhlükəli obyektlərdə qəzalardan sonra proqnoz əsasında radioasiya və kimyəvi şəraitin aşkarı və qiymətləndirilməsi;
III mərhələ - kəşfiyyatın məlumatına görə radioasiya və kimyəvi şəraitin aşkar edilməsi və qiymətləndirilməsi;
Radiasiya və kimyəvi kəşfiyyat (RKK) xüsusi kəşfiyyatın bir növü olub, ARFHN orqanlarının qüvvələrinin qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədilə düşmənin hücum vasitələrinin təsirində, təbii fəlakət və istehsalat qəzalarında yaranan radioasiya və kimyəvi şərait haqqında məlumatların əldə edilməsi, toplanması və s üçün tədbirlər kompleksidir.
RKK yerin, havanın, suyun və xarici mühitin digər obyektlərinin RM-lə və QKTM zəhərlənməsinin vaxtında aşkar edilməsi, zəhərlənmənin xarakterinin və dərəcəsinin təyini, şüalanma dozasının gücü az olan və kimyəvi zəhərlənmə sahələrinin yandan ötmə yollarının və istiqamətlərinin axtarılması məqsədilə aparılır.
RKK qrupları (14 nəfər), yerin, havanın və xarici mühitin digər maddi obyektlərin radioaktiv və kimyəvi zəhərlənmə xarakteri haqqında məlumatların alınması üçün təyin edilir. RKK qrupunun hərəsi 4 nəfərdən olan 3 manqadan ibarətdir.
Radiasiya və kimyəvi nəzarət (RKN) məntəqəsi (postu) 3 nəfər məntəqə ətrafında radioasiya və kimyəvi şəraiti müşahidə etmək üçün təyin edilir.
Ümumi təyinatlı dəstələrdə eləcədə bəzi digər hərbiləşməmiş dəstələrdə RKK həmin dəstələrin tərkibindəki kəşfiyyat qruplarının, rabitə və kəşfiyyatın, idarəetmə və kəşfiyyatın kəşfiyyatçı-kimyaçı və kəşfiyyatçı – dozimetrçi tərəfindən aparılır.
Radioasiya və kimyəvi müşahidəsinin aparılması üçün respublikada vahid qayda müəyyən edilmişdir. Sülh dövründə müşahidə daimi olaraq İM-nin əməliyyat növbətçisi, MM hissələrində və FH idarəetmə orqanlarında növbətçi tərəfindən sutka növbətçiliyində olan şəxs və istifadə olunan RKK cihazlarının (DP-5B,İMD-21,VPXR, QSA-12,UQ-2 və b.) istifadə edilməsilə aparılır. Şüalanma dozasının gücünün ölçülməsi sutkada 2 dəfə aparılır.
Hərbi dövrdə əlavə olaraq MLNŞ müəssisələrinin qüvvələri ümumi RKK dəstələri və nazirliklərin, idarələrin, obyektlərin, FHN - idarəetmə orqanlarının növbətçiləri, eləcə də MM qoşunlarının yerləşdiyi rayonlarda kimyəvi müşahidə postları tərəfindən daimi müşahidə keçirilir.
Şüalanma dozasının gücü 0,5 rad/san-dan az olduqda və QKTM əlamətləri olmadığı zamanda müşahidənin nəticələri məruzə edilir.
QKTM aşkarı zamanı növbətçilər (müşahidəçilər) təcili olaraq müvafiq FMV geyinərək müstəqil surətdə “Kimya həyəcanı” xəbərdarlıq siqnalı verdikdən sonra müvafiq məruzələr edirlər.
Sülh və hərbi mənşəli FH zamanı radiasiya və kimyəvi müşahidəni gücləndirmək üçün FHN-yi idarəetmə orqanlarının qüvvələri və MM dəstələri tərəfindən radiasiya və kimyəvi müşahidə postları (RKMP) qoyulur.
Sülh dövründə radiasiya və kimyəvi şəraitə müşahidə AR-sı nazirliklərinin və idarələrinin müşahidə və nəzarət orqanları tərəfindən həyata keçirilir. Təbii mühitin radioaktiv və kimyəvi zəhərlənməsi haqqında informasiyaların meyarları, dövrilik, müddətlər və informasiyaları təqdim edən idarəetmə orqanları xüsusi sənədlərdə qeyd olunur.
Radiasiya və kimyəvi şərait haqqında informasiyaların yığılması və mübadiləsi təşkilatlara, yerli idarəetmə orqanlarına, AR şəhər və rayonların icra hakimiyyəti orqanlarına və AR nazirliklərinə və idarələrinə həvalə edilir.
Yerli idarəetmə orqanları müvafiq ərazidə radiasiya və kimyəvi şərait haqqında informasiyaları yığır, işləyir, mübadilə aparır və yuxarı orqanlara təqdim edir.
Azərbaycanın şəhər və rayon icra hakimiyyəti orqanları müvafiq ərazidə radiasiya və kimyəvi şərait haqqında informasiyaları yığır, işləyir, mübadilə aparır və informasiyalarını AR-sı FHN-ə təqdim edir.
Yerli idarəetmə orqanları və AR icra hakimiyyəti orqanları, bir qayda olaraq müvafiq FH-ı idarəetmə orqanlarının vasitəsilə radiasiya və kimyəvi şərait haqqında informasiyanın yığılmasını, işlənməsini və mübadiləsini həyata keçirir.
Regional idarəetmə orqanları müvafiq ərazidə radiasiya və kimyəvi şərait haqqında informasiyaları yığır, işləyir, mübadilə aparır və informasiyaları AR FHN-ə təqdim edir.
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin