Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Obyekt fövqəladə hallar komissiyasının vəzifələri



Yüklə 0,67 Mb.
səhifə25/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   70
2. Obyekt fövqəladə hallar komissiyasının vəzifələri

FHK-nın əsas vəzifəsi obyektin idarə orqanlarının qüvvə və vasitələrinin daima hazır vəziyyətdə saxlanmasını təmin etməkdən ibarətdir.


Fövqəladə hallar komissiyası təbii fəlakət, qəzalar və epidrmiyalar zamanı aşağıdakı işlərin təşkilinə bilavasitə cavabdehdir:
- FH zamanı nəticələrin aradan qaldırılması;
- qəza-bərpa, xilasetmə işlərinə rəhbərlik, işçilərin və yaxınlıqda yaşayan əhalinin fəlakət zonalarından çıxarılması tədbirlərinin planlaşdırılması və təşkili;
- FH-ın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər planının işlənib hazırlanması;
-obyekt FHK-nin işinin şəhər (rayon) FHK-nın işləri ilə əlaqələndirilməsinin təşkili;
- obyekdə lazımi informasiya və xəbərdarlıq xidmətinin təşkil edilməsi.


3. Obyekt fövqəladə hallar komissiyasının hüquqları və bu komissiyanın işinin təşkili.
Obyekt fövqəladə hallar komissiyasının aşağıdakı hüquqları vardır:
- FH barəsində müəssisə rəhbərinin və onun nümayəndələrinin məlumat və məruzələrini dinləmək;
- FH zamanı qüvvə və vasitələrin hazırlığını və nəzarətini təşkil etmək;
- obyektin yerləşdiyi ərazidə xilasetmə və qəza-bərpa işlərinə bilavasitə rəhbərlik etmək.
Obyekt fövqəladə hallar komissiyasının işi aşağıdakı qaydada təşkil edilir:
1. Gündəlik fəaliyyət rejimində komissiya öz işini təsdiq edilmiş plan əsasında qurur;
2. FH zamanı fəlakətin miqyasından asılı olaraq fəlakətin nəticələrinin aradan qalsırılması üçün operativ qruplar təşkil edir və ona rəhbərlik edir;
3. Komissiyanın sədri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bilavasitə məsuliyyət daşıyır və o vəzifələri komissiyanın üzvləri arasında bölüşdürür , onların işini təşkil edir və nəzarət edir;
4. Komissiyanın sədri fəlakət zonasında ictimai asayişin qorunması, mühafizənin gücləndirilməsi üçün obyektdə giriş-çıxış, texniki- təchizat və nəqliyyatın hərəkəti qaydaları rejimlərini müəyyən edir və ona nəzarət edir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin