Mövzu müəssisələrin rəqabətliliyinin artırılması və qarşıya çıxa biləcək problemlərin həlli


Malların (xidmətlərin) rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#48212
1   2   3   4   5   6   7   8   9   10   11
Mussislrin rqabtliliyinin artirilma

Malların (xidmətlərin) rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi və 

istiqamətdə idtifadə edilən metodikalar 

  

      Xidmət sahəsində olan  müəssisələrinin rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi 



və  dəyərləndirilməsi,  bu  cür  müəssisələrin  fəaliyyət  sahəsi  ilə,  habelə,  onların  

fəaliyyətində  qeyri-maddi  aspektlərin    muhim    dərəcədə    olması    ilə    çətinləşir.  

Həmçinin,    xidmət    sahəsi  müəssisələrinin  çox  hissəsi    əsasən    xırda    və    orta    biznesə  

aiddirlər,    rəqabətin      qiymətləndirilməsi    üzrə    irihəçimli      tədbirlərin    təşkil  edilməsi 

üçün  çoxlu  maliyyə  və  insan  resurslarına  malik  deyillər.  Buna  görə  də,  rəqabət 

qabiliyyətliliyinin  ölşülməsinin    elə  yolları  axtarılıb  tapılması  zəruriyyəti  meydana 

gəlmişdir ki, o,  bir  tərəfdən,  xidmət  sahəsi ilə məşğul olan   müəssisələrin  fəaliyyətinin  

spesifikasını    nəzərə  alacaqdır,  ikinci  tərəfdən  isə,  başa  düşülmək  üçün  sadə  olacaq, 

mürəkkəb riyazi düsturlar və bahalı texnologiya tətbiqinə ehtiyac olmayacaqdır. 

         Araşdırmalar 

göstərir 

ki, 


hazırda  Azərbaycanda  müəssisələrin  rəqabət  

qabiliyyətliliyinin  ölçülməsinin    ümumi  qəbul  olunmuş  metodikası  mövcud  deyildir. 

Amma  buna  baxmayaraq  hal-hazırda,  mövcud  olan  yanaşmaları  iki  iri  qruplara  bölmək 

olardı:  

    1) müəssisənin  rəqabət  qabiliyyətliliyini və onun  fəaliyyətinin  maliyyə  göstəriciləri 

əsasında tətbiq edilib qiymətləndirilən yanaşmalar;  

    2) ekspert nümayəndələrinin qiymətləri köməyi ilə müəssisənin və ya xidmət sahəsinin   

rəqabət  üstünlüklərinin qiymətləndirilməsinə əsaslanan yanaşmalar.  

       Birinci yanaşmaya əsasən exsperlərin bir çoxu müəəsisə  və təşkilatlarin rəqaətliliyini 

ölçmək üçün  həmin müəssisənin maliyyə-təsərüffat fəaliyyətləri əsasında təhlil edirlər.   

Buna görə də aşağıdakı əsas göstəricilərə diqqət etmək lazıçdır. 

  Iqtisadi  fəaliyyətin  effektivliyi  və  bunula  yanaşı  potensial  göstəriciləri 

(rentabelliyi, mənfəəti, satış həcmləri, bazarda tutduğu yer və s.) 



 

  maliyyə    vəziyyətinin    göstəriciləri        (likvidlik    əmsalı,    rentabellik    əmsalı,  



dayanıqlıq  əmsalı,  ödəniş  qabiliyyətliliyi,  kredit  qabiliyyətliliyi,  investisiya 

kriteriyaları);  

   əmək resurslarının vəziyyəti və kadr axını göstəriciləri ; 

  istehsalat  və  satış  potensialı  göstəriciləri;  kapital  qoyuluşlarının  miqyası  və 

istiqamətləri  

        Buna  baxmayaraq  iqtisadçıların  fikrincə,    müəssisənin  maliyyə  ehtiyatları  onun 

rəqabətliliyi  üçün  lazımi  şərt  olsa  da  amma  kifayət  edici    faktor  deyil.Rentabellik, 

likvidlik  və  s.  göstəricilərinə  görə  müəssisələrin  rəqabətliliyini    müqayisə  edərkən,  biz 

onların  sahələrindəki  fəaliyyətinin    effektivliyini  və  dayanıqlığını  qiymətləndiririk,    bu  

da,  şübhəsiz  ki,  onun  rəqabət qabiliyyətliliyini nisbətən  əks  etdirir,  həmçinin  başqa 

bit  tərəfdən  isə,  tam şəkildə  hansı  amillərin  hesabına onu qazanması  haqqında  heç  

bir  informasiya  vermir.  Budan  başqa,  maliyyə  göstəriciləri  xarici  mühitin  cari  

vəziyyətində  müəssisənin  cari  vəziyyətini  təsvir    etdirirlər,  rəqabət  qabiliyyətliliyi    isə 

dinamik  anlayışdır.  Bunu    nəzərə  alaraq  da  ,  təkcə  maliyyə  göstəriciləri  xidmət    sahəsi  

müəssisələrinin  dəyərləndirilməsi  və  proqnozu  üçün  kifayət qədər göstərici deyildir.  

       Yanaşmaların    ikinci    qrupu    çoxlu    sayda    müxtəlif    növ    metodvə  yollardan  

ibarətdir. Onlardan bəzi əsas qəbul etdiklərimizi təhlil edək.   

 

Müəssisələrin  rəqabətliliyini  dəyərləndirməsində  müəssisənin  fəaliyyətinin  



SWOT-təhlili.  Müəssisələrin  güclü  və  zəif  tərəflərini  həmçinin  imkan  və  təhlükələrini 

təhlil edir. Təhlilin özəyinin təşkili müəssisənin elə bir strategiyası  formalaşdırılır ki, bu 

da,  xarici  mühit  amillərinin  təsirini  nəzərə  almaqla  müəssisənin  imkanlarından    istifadə 

olunmasına imkan verir.    

   Mak-Kinsi  «7S»  modeli,  bunun  köməkliyi  ilə  müəssisənin  daxili  imkanlarını, 

onların  rəqabət  güclərinə  əks  təsir  göstərmə  baxımından  qiymətləndirilməsi  həyata 

keçirilir. Mak-Kinsin  «7S» modelində  aşağıdakı  şərtlər  göstərilmişdir: strategiya ,vərdiş, 

bacarıq,  birgə  dəyərlər,  struktu,  işçi  heyəti,  system,  stil,  üslub.  Bu  gördüyümüz  iki 

metodlar  müəssisənin    daxili    və  xarici    mühitinin    bütöv  şəkildə  qiymətləndirilməsini  

yerinə    yetirməyə  şərait yaradır.  Lakin,   onlar,  iri  həcmli məzlumatlar   analizi zamanı  




10 

 

tətbiq  edilərkən  mürəkkəbdirlər,  onlar  amilləri  təsiretmə  dərəcəsinə  görə  sıralanırlar, 



rəqabət qabiliyyətliliyininin inteqral göstəricisini vermirlər.  

  Müəssisənin    biznes    sahəsində    mövqeləşməsi    matrisası.    BCG    matrisası    ilə  

oxşar olaraq, hər bir müəssisə matrisanın xanalarından birində  yerləşdirilir ki, burada X 

oxu üzrə  ekstrapolyasiya  olunmuş  rəqabət  mövqesini  (güclü,  zəif),  Y  oxu  üzrə  isə  

müəssisənin ölçüsünü (iri, böyük olmayan) əks etdirir.  

  Mak-Kinsi  matrisası,  əvvəlki    matrisa  ilə  oxşar  qurulan,  lakin  xırda  miqyas 

bölgüsünə malik olan.  

  Rəqabətdə olan firmaların rəqabət  yerini qiymətləndirilməsi üçün strateji qruplar 

xəritəsi.  Əvvəlki  metodlar  kimi,  bu  metod,  mövcud  olan  rəqibləri  «rəqabət  aktivliyinin 

eyni  üslub» mövqeyi  üzrə  bölüşdürür.  Bu  metodlar  sahənin   qısamüddətli   perspektivə 

istiqamətlənmiş  müəssisələrinin müqayisə olunmasına imkan verirlər və amillərin az bir 

sayını  nəzərə  alırlar.Müəssisənin  fəaliyyətinin  ballarla  qiymətləndirilməsinə  əsaslanan 

qiymətləndirici  və  hesablama  metodları,  müəssisənin,  sahənin  müəssisələri  arasında 

reytinqini  müəyyən  etməyə  imkan  verir.  Ekspert  qiymətləndirilməsinə  əsaslanırlar  və 

rəqibləri  müqayisə  etməyə  imkan  verirlər,  lakin  riyazi  metodların  tətbiqini  tələb  edirlər, 

tətbiq üçün çətindirlər və bahalıdırlar.  

Qeyd  eləmək  lazımdıır  ki,  bu  metodların  əksəriyyəti,  bütün  sahələrdə  fəaliyyət 

göstərən  bütün  müəssisə  qrupları  üçün  işlənib  hazırlanmışlar.  Bu  metodların  bir  çoxları 

müəssisənin  hər  hansı  bir  fəaliyyət  sahəsini  qiymətləndirirlər,  müəssisənin  rəqabət 

qabiliyyətliliyini malın (xidmətin) rəqabət qabiliyyətliliyinə və yaxud onun fəaliyyətinin  

rəqabət qabiliyyətliliyinə  bərabər  edirlər. Bunlarda  əsas diqqət  şirkətin  maddi  rəqabət  

üstünlüklərinə verilir, o biri tərəfdən isə rəqabət üstünlüyü, xüsusilə də xidmət sahəsində,  

daha çox  qeyri-maddi  (informasiya)  xarakteri  daşıyır.  Onlar  xidmət  sahəsi üçün əsas 

təşkil  eləyən  rəqabət  qabiliyyətliliyi  mənbələrini,  yəni:  təşkilati  mədəniyyət,  keyfiyyətin  

idarəedilməsi sistemi, innovasiya  fəallığı, istehlakçının loyallığı və  s. bu kimi mənbələri 

nəzərə  almırlar.  Bundan  başqa,  xidmət  sahəsi  üçün  vacib  olan:  xidmət  sferası  

müəssisəsinin  xarici  mühitdə  dəyişmələrə    uyğunlaşması  (adaptivliyi)    amili 

qiymətləndirilmir.  

      Вununla əlaqədar olaraq, xidmət sferası müəssisələrinin fəaliyyət göstərməsinin  



11 

 

spesifikliyini  nəzərə  alan  və  istifadə  olunmanın  sadəliyi  tələblərinə  cavab  verən  və  



yüksək    maddi    məsrəflərin    olmadıği  rəqabət    qabiliyyətliliyi    metodikasının    işlənib 

məqsədəuyğun  hesab  edilir.  Xidmət  sferası  müəssisəsinin  spesifikasının  sahənin 

seqmentindən  asılı  olaraq    güclü  surətdə  fərqlənməsini  nəzərə  almaqla,  rəqabət 

qabiliyyətliliyinin  bir  çox  indikatorları  və  göstəriciləri  bir-birindən  fərqli  olacaqlar. 

Məsələn,  turizm  müəssisələri  üçün  uyğunlaşdırılmış  metodika  xidmət  sferasının  bütün 

digər  müəssisələrində  də  tətbiq  oluna  bilər  və  bu  zaman  fəaliyyət  spefikasına uyğun  

olaraq bir sıra indikatorların və göstəricilərin dəyişilməsi kifayət edir.  

       Xidmət  sferası  müəssisəsinin  rəqabət  qabiliyyətliliyininin  qiymətləndirilməsi  

prosesini bir neçə mərhələyə ayırmaq olar.  

      Xidmət    sferası    müəssisəsinin    rəqabət    qabiliyyətliliyininin    səviyyəsinin 

qiymətləndirilməsi  barədə  qərar  qəbul  ediləndən  sonra,  rəqabət  mühitinin  və  bazarın 

cəlbediciliyinin    ümumi  vəziyyətinin  qiymətləndirilməsini  həyata  keçirmək  lazımdır.  

Məsələn,    bu    təhlilin    turizm    sənayesi    sahəsində    həyata    keçirilməsi    üçün    turizm 

təyinatının    (destinasiyası)    rəqabət    qabiliyyətliliyinin    monitoru    metodunun    tətbiqi 

nəticəsində əldə olunmuş məlumatlardan istifadə etmək məqsədəuyğun olardı.   

      Qiymətləndirmənin  sonrakı  mərhələsi  xidmət  fəaliyyətinin  və  onun  rəqabət  

qabiliyyətliliyi göstəricilərinin təhlili olmalıdır.  

      İlk   növbədə,  müəssisənin   bazardakı   cari   vəziyyətini   qiymətləndirmək  lazımdır. 

Bu  məqsədlə  turizm  sənayesində  elə  göstəricilər  tətbiq  oluna  bilərlər  ki,  onların  da 

əsasında turizm firmalarını öz aralarında müqayisə etmək:  

● aktivlərin rentabelliyinin və dövriliyi göstəricisi;  

● turist axının həcmi (bu göstəricini ölkəyə daxil olan və ölkədən çıxan axınlara bölmək 

məqsədəuyğun olardı);  

  bazarın payı; 

  

  təqdim olunan xidmətlərin çeşidi, turizm firmalarının təkliflərinin strukturunun  



təhlili.  Bu  parametrlərin  xarakteristikası  müəssisənin  menecmentinə,  öz  xidmət  dəstini 

rəqiblərlə  müqayisə  etməyə,  həmçinin  göstərilən  xidmətlərin  sayının  genişləndirilməsi 

zəruriliyini müəyyən etməyə imkan verir;  



12 

 

  turlara olan qiymət səviyyəsi və xidmətlərin maya dəyəri. Qiymətləri  rəqiblərin  



qiymət səviyyələri ilə müqayisə etmək lazımdır. Bu parametrin öyrənilməsi müəssisəyə  

göstərilən  xidmətlərə  optimal  qiymətləri  formalaşdırmağa  imkan  verir  ki,  bu  da  xidmət 

sferası müəssisəsinin əhəmiyyətli rəqabət üstünlüyü sayılır.    

  xidmət olunan turistlərin səvciyyəsi;  

  reklam-informasiya 

fəaliyyətinin 

effektivliyi.Bu 

göstərici 

müştərinin 

anketləşdirilməsi  metodu  əsasında  qiymətləndirilir.  Bunun  strukturuna  həmçinin,  NPS 

(Net  Promoter  Score  -  xalis  dəstək  vermə  indeksi,  istehlakçıların  mala  və  yaxud  şirkətə 

həvəsli,  meylli  olmasını  müəyyən  edən  indeks  (tövsiyə  etməyə  hazırlıq  indeksi),  təkrar 

alışlara  hazır  olmağa  hazırlığın  qiymətləndirilməsi  zamanı  istifadə  ollunur)  və  CSI 

(Customer Satisfaction Index -  müştərilərin  məmnunluğunun  qiymətləndirilməsiindeksi, 

daha  çox  B2B  sahəsində  tətbiq  olunur)  metodlarının  tətbiqi  bazasında  turizm  firmasının 

imicinin və işgüzar nüfuzu göstəricilərinin daxil edilməsi mümkündür.  

       Qiymətləndirmənin  məqsədlərindən  asılı  olaraq  əlavə  göstəricilər  də  tətbiq  oluna 

bilərlər.  Daha  sonra,  xidmət  sferası  müəssisəsinin  dayanıqlı  rəqabət  qabiliyyətinin    əsas 

imkanlarının qiymətləndirilməsini yerinə yetirmək lazımdır. Göstəricilərin tərkibini və  

onların qiymətləndirilməsi metodikasını nəzərdən keçirək.  

1.  İnformasiya  texnologiyaları.  Xidmət  sahəsinin  bütövlükdə  və  həmçinin  turizm  

sahəsinin müasir vəziyyəti burada informasiya texnologiyalarından istifadə olunmanın  

genişləndirilməsini  daha  aktual  edir.  Bu  göstəricinin,  turizm  müəssisəsinin  rəqabət  

qabiliyyətliliyinin    qiymətləndirilməsi    üçün        aşağıdakı    göstəriciləri    təklif    etmək  

olar:müəssisədə  lokal  (informasiya)  şəbəkəsinin  mövcud  olması,  elektron kommersiya  

resurslarının  tətbiq  olunması,  on-layn  bronlama,    müəssisənin  saytının  olması  və  onun 

daima yeniləşdirilməsi.  

2.  Müəssisənin innovasiya aktivliyi göstəriciləri. Bu göstəricilər  qrupuna  aşağıdakıları  

aid eləmək olar [14]:   

  daxili    tədqiqatlar    və    eksperimental    işləmələr  –    müəssisənin    daxilində  

sistematik olaraq həyata keçirilən yaradıcı fəaliyyət, əsaslı tədqiqatlar da daxil edilməklə;   

  patentlərdən  və  patentləşdirilməmiş  ixtiralardan,  ticarət  nişanlarından,  nou-

haulardan və s. alınmış istifadə hüquqlarının  miqdarı;   



13 

 

  turların    yeni    növlərinin    layihələşdirilməsi,    planlaşdırılması,    turizmin    yeni 



növlərinə  istiqamətlənmə,  turların   yeni   yeridiliş   kanallarının   tapılması  və    onlardan 

istifadə olunması;   

  innovasiyaların  işlənilməsi  və  onların  tətbiqi  ilə  bağlı  olan  işçi  heyətinin 

öyrədilməsi və inkişafı proqramının mövcudluğu;  

  yeni idarəetmə metodlarının tətbiqi və planlaşdırılması;  

  innovasiyaların  inkişafına  gətirib  çıxaran  işçi  heyətinin  müvafiq  iş  şəraitinin 

olması.  

3.  Müəssisənin  imici  və  onun  işgüzarlıq  nüfuzu.  Xidmət  sferasının  imici  istehlakçının 

bütövlükdıə  müəssisənin fəaliyyəti və həmçinin onun xidmətləri haqqında mövcud olan 

təsəvvürlər kompleksi  ilə  müəyyən olunur. Əsas məqam  ondan ibarətdir ki,  müəssisənin 

imici  idarə  oluna  bilər,  onu  inkişaf  etdirmək  və  cəmiyyətə  satmaq  olar.  Buna  görə  də 

xidmət    sferası    müəssisəsinin    imicinin    qiymətləndirilməsi    zamanı    onun    tanınan 

olmasını  və  onun  müştərilərinin  rəylərini  qiymətləndirmək  lazımdır.  Müsbət  imicin 

formalaşması  xidmət  sferası  müəssisəsinin  rəqabət  qabiliyyətliliyinə  çox  böyük  təsir 

göstərir.  Xidmət  sferasında bütövlükdə  müəssisənin  və  həmçinin turizm  nüəssisəsinin 

imicinin  əsas  göstəricisi,  istehlakçının  loyallığı  və  оnun  bu  müəssisəni  digər  potensial 

müştərilərə    tövsiyə    etmə    arzusudur    (düşünülərək    və    düşünmədən).    İstehlakçının 

loyallığının    qiymətləndirilməsi    üçün    xalis    dəstək    verilmə    indeksindən    və    yaxud  

NPS  istifadə  edilməsi  təklif  oluna  bilər.  Bu  metodun  üstünlüyü  ondan  ibarətdir  ki,  o, 

rəqabət  qabiliyyətliliyinin        əsas    mənbələrini    qiymətləndirməyə    və    onun    şirkətdə  

idarəetmə səviyyələrinə görə bölüşdürülməsini müəyyən etməyə imkan verir.     

4. Xidmətin keyfiyyəti göstəriciləri. Bu göstəricilər müəssisədə keyfiyyətin idarəedilməsi  

sisteminin  təsiri  altında  formalaşır  ki,  bu  da  xidmət  sferasında  müəssisənin  rəqabət 

üstünlüyünün vacib mənbələrindən biri sayılır.  

       Turizm  sənayesinin  xidmətlərinin  qiymətləndirilməsinin kompleks qiymətləndirmə 

metodlarından  istifadə  etməklə  aparılması  daha  məqsədəuyğundur.  Bunun  üçün    Len 

Berri,  Valarie Zeyrhalm və  'Parsu' Parazurman tərəfindən 1977-ci ildə  nəşr  olunmuş  və  

1985-ci  ildə  işlənilmiş  və  xidmət  sferası  üçün  uyğunlaşdırılmış  «çəkili  SERVQUAL»  

metodikasından istifadə  edilməsi  təklif  oluan  bilər. ERVQUAL  -  SERVice  QUALity   



14 

 

(servisin  keyfiyyəti,  və  yaxud  RATER)  və SERVPERF  -  SERVice  PERFormance  



(yerinə   yetirilən  keyfiyyət  səviyyəsi) metodikalarının  əsasında    beş   istiqamət  üzrə 

müştərilərin  gözləmə  ümidinə  reallığın uyğunluğunun qiymətləndirilməsi durur:  

     -  Reliability/Etibarlılıq. Şirkətin etibarlı olması (vəd olunmuşların  vaxtında göstərilən 

həcmlərdə və keyfiyyətdə yerinə yatirilməsinə zəmanət);  

     -    Assurance/Özünə    inamlıq.    İşçi    heyətinin    peşəkarlığı,    inandırıcı    olması    və 

nəzakətli olması, təklif olunan malların və xidmətlərin təhlükəsizliyi;  

     -  Tangibles/Maddilik, duyulan. Malların  maddi  xassələrinin  qavranılması (xidmətlər  

üçün  onların  göstərilməsinin  maddi  «şahidləri»,  məsələn,  ofisin  tərtibatı, təmizlik);  

     - Empathy/Qayğıkeşlik. İstehlakçıya/müştəriyə köməklik göstərmə arzusu, onun    

tələbatlarının və problemlərinin başa düşülməsi;  

    -  Responsiveness/Xeyirxahlıq.  Şirkətin  açıq  olması,  malları  və  xidmətləri  

vaxtında təqdim etməsi. 

      Hər bir beş  istiqamət  üzrə qiymətləndirmə parametrlərinin siyahısı tərtib olunur  (hər 

bir  şirkət  üçün  ayrı-ayrılıqda).    Parametrlərin    qiymətləndirilməsi    üçün    adətən    5və 

yaxud  7-ballı  miqyasdan  istifadə  olunur.  Alınmış  rəqəmlər  əsasında  həm  hər  bir 

arametr üzrə ayrılıqda əmsallar, həm də ümumi SQI əmsalı hesablanır.  

       Bundan başqa, müştəri, xidmətin keyfiyyətindən məmnun olması üçün bu və ya digər 

amilin əhəmiyyətliliyini qiymətləndirir .  

5. Müəssisənin təşkilati mədəniyyətinin inkişaf səviyyəsi göstəriciləri.  

      Qeyd  eləmək  lazımdır  ki,  xidmət  sferasının  təşkilati  mədəniyyətini  xarakterizə 

dən    göstəricilərini:    təşkilatın    işinin    nəticələrinin    yaxşılaşdırılmasının    maddi 

göstəricilərinə    və            təşkilatın    işinin    nəticələrinin    yaxşılaşdırılmasının    qeyri-maddi 

göstəricilərinə,  əməkdaşların  özlərinin  rəftarı  göstəricilərinə,  əməkdaşların  məqsədləri 

göstəricilərinə  ayırmaq  olar.  Onların  öyrənilməsi  üçün  aşağıdakı  əmsallar  qrupu  təklif 

oluna bilər.  

● kadr axınının səviyyəsi;  

● əmək intizamının səviyyəsi;  

● absenteizmin (işdən yayınmanın) səviyyəsi;  

● münaqişəliyin səviyyəsi;  



15 

 

● motivləşdirmənin səviyyəsi (o cümlədən, əmək məhsuldarlığının səviyyəsi);  



● işçi heyətinin rigidliyi (möhkəmlik) dərəcəsi;  

● işçi heyətinin rəhbərliyə inam dərəcəsi;  

● işçi heyətinin orta uyğunlaşma müddəti;  

● kreativlik (yaradıcılıq) səviyyəsi.  

       Malların  rəqabət  qabiliyyətliliyinin  onların  satış  həcmlərinə  görə   


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin