Mövzu müəssisələrin rəqabətliliyinin artırılması və qarşıya çıxa biləcək problemlərin həlli


motivasiyasının    müəyyən    olunmasına    əsaslanır



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#48212
1   2   3   4   5   6   7   8   9   10   11
Mussislrin rqabtliliyinin artirilma

motivasiyasının    müəyyən    olunmasına    əsaslanır.    Malın    «    məhsuldan    istifadəyə  

görə müştərinin  duyduğu  fayda»  məkanında    (məsələn,  alıcı  üçün  yuyucu  maşının  

barabaninin fırlanma sürəti deyil, yuyulmuş paltarın sonrakı qurudulmasının olmaması  

daha  vacibdir)  malın  xarakteristikalarının  məcmusunu  əks  etdirmək  lazımdır.  Hər  

bir  məhsul    üçün    əsas    aparıcı    motiv    -    alış    məqamında    alıcının    daha    çox    özünü  

bildirmiş tələbatı  (qənaət,  təhlükəsizlik,  adət,  komfort,  yenilik,  nüfuz  və  s.) müəyyən  

olunur.  

Motivləşdirmənin  sonrakı  təfsilatlı  təhlili  daha  vacib  istehlak  xarakteristikalarının  

seçilməsinə  yönəldilir  ki,  bunlar  da  sahə  bazarının  seqmentlərinin  tədqiqi  və  malların 

onların sorğusuna cavab verməsi dərəəcəsinin qiymətləndirilməsi üçün əsasa çevrilirlər. 

       Seqmentləşdirmənin metodikaları aşağıdakıları nəzərdə tuturlar:  

  sahədə ənənəvi olaraq istifadə olunan və yaxud istifadə üçün perspektivə  

malik  olan  seqmentləşdirmə  meyarlarının  seçilməsi    (məsələn,  tutumluluq,  istifadə 

üçün  yaxın  olan,  dayanıqlılıq,  mənfəətlilik,  rəqabət  səviyyəsi,  rəqiblərdən  müdafiə 

olunma, reklam imkanları, servis və s.);  

  sahə bazarının seqmentlərə diferensiasiyası, onların təsviri;  

  məqsədli  seqmentlərin  seçimi    (məsələn,  tələbin  seqmentdə  artım  tempi  



16 

 

göstəricilərinə görə, daha vacib rəqiblərin mövqeləri və s.);  



  seqmentdə servis, qiymət, keyfiyyət və s. üzrə spesifik tələblərin olması;  

  hər  bir  məqsədli  seqment  üçün  istehlakçıların  üstünlüklərinin  müəyyən  

olunması.  

        Seqmentlərin  daha  təfsilatlı  tədqiq  olunması  məqsədilə,  məsələn,  istehlakçıların 

qiymət  hissiyatının  təhlili  metodikasından  istifadə  oluna  bilər  ki,  bu  da,  nəzərdən 

keçirilən  istehlakçı  qrupları  üçün  qiymətin  vacibliyi  determinantını  müəyyən  etməyə 

imkan verir. 

       Malın    rəqabət    qabiliyyətliliyinin    qiymətləndirilməsi,    məhsulun    digər    firmanın 

müvafiq  məhsulu  ilə  müqayisə  olunması  yolu  ilə həyata  keçirilir.  Məhsulun rəqabət  

qabiliyyətliliyinin  qiymətləndirilməsi  göstəricisi,  faydalı  effektin  istehlak  qiymətinə  

nisbəti    ilə    ifadə    olunur,    faydalı    effekt    kimi    isə    malın    xarakteristikasının  onun 

keyfiyyətinin inteqral göstəriciləri qəbul olunurlar.  

       İstehlakçını    maraqlandırmayan    məhsulun  keyfiyyəti  xarakteristikaları  (məsələn, 

məhsulun  hazırlanmasının    texnolojiliyi),    rəqabət    qabiliyyətliliyininnin    nəzərdən 

keçirilməsi zamanı nəzərə alınmırlar.    

       Rəqib-firmaların  ayrı-ayrı  məhsullarının  rəqabət  qabiliyyətliliyinin  

qiymətləndirilməsi  zamanı  informasiya  toplanması  zamanı  keyfiyyətin  aşağıdakı  

göstəricilərindən (atributlarından) istifadə olunması daha məqsədəuyğundur:  

  məhsulun  təyinatı  (funksional  imkanlar,  elm  və  texnikanın  son  

nailiyyətlərinə, istehlakçıların sorğusuna, modaya və s. uyğun gəlmə);  

  etibarlılıq;  

  marerial, enerji resurslarından qənaətlə istifadə olunması;  

  erqonomiklik (istismarda rahatlıq və sadəlik);  

  estetiklik;  

  ekolojilik;  

                                                               Cədvəl 2.   

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin