Mövzu iQTİsadi BİLİKLƏRİn meydana çixmasi, formalaşmasi, MÜXTƏLİf elmi MƏKTƏb və İSTİqaməTLƏR


İqtisad elminin formalaşması və müxtəlif məktəblər



Yüklə 80,92 Kb.
səhifə2/5
tarix13.12.2023
ölçüsü80,92 Kb.
#175548
1   2   3   4   5
MÖVZU 3

3.2. İqtisad elminin formalaşması və müxtəlif məktəblər
XVII əsrə qədər ümumi şəkildə müxtəlif elmlərin (fəlsəfə, tarix, politologiya, hü­quq) daxilində inkişaf edən iqtisadi biliklər (fikirlər, ideyalar, təlimlər), artıq müstəqil bir elm sahəsi kimi formalaşmağa başladı. Sərbəst bazar (kapitalist) münasibətlərinin mey­­dana çıxıb təşəkkül tapması, onun mahiyyəti, məqsədi, vəzifələri haqqında sis­tem­ləş­dirilmiş biliklər kimi iqtisadi nəzəriyyənin məhz XVI-XVII əsrlərdə yaranmasını şərt­ləndirmiş və onun ilk məktəbi merkantilizm olmuşdur. Merkantilizm iqtisadi mək­tə­bi­nin Q.Skaruffi (İtaliya), T.Man (İngiltərə), A.Mon­kret­­yen (Fransa), V.Staffor (İn­gil­tə­rə), A.Serra (İtaliya) kimi nü­ma­yən­­də­lə­ri, ticarətin rolunun artdığı ilkin kapital yığımı döv­rünün iqtisadi-nəzəri ba­xış­la­rı­nın tə­kamülündə mühüm rol oynamışlar. Müxtəlif öl­kə­lərdə yaşayıb fəaliyyət gös­tər­dik­­lə­rin­dən, konkret şəraitlə bağlı onların mövqe və fi­kir­lərində, şübhəsiz müəyyən fərq­lər olmuş, lakin bir sıra mühüm məsələlərdə birliyi mü­­şahidə olunmuşdur.
Merkantilizm anlayışı, pul və ticarət, yaxud alverçi mənasını verir. Merkantilistlər ta­cirlər təbəqəsinin mənafe və maraqlarının müdafiəçisi kimi çıxış edərək, sərvətin mən­bə­yini ticarətdə görmüş, eyni zamanda sərvətlə pulu eyniləşdirmişdilər. Onların fik­rin­cə, “sərvət puldur, pul isə qızıl və gümüşdür”. Pulu, qızılı ölkədə qoruyub saxlamaq, ix­ra­cı artırmaq, idxalı isə məhdudlaşdırmaq yolu ilə “aktiv ticarət balansı” ideyasını irəli sü­rən merkantilistlər, milli iqtisadiyyatın, habelə daxili bazarın dövlət himayəsinə eh­ti­ya­cı olduğunu göstərirdilər. Ümumiyyətlə mer­kan­ti­list­lər ölkə iqtisadiyyatını (təsərrüfat həyatını) vahid sistem halında deyil, onun yalnız bir sahəsini - əmtəə tədavülü, mü­ba­di­lə, alqı-satqı dairəsini tədqiq və təhlil etməklə, ya­şa­dıqları dövrün konkret tələb, habelə sosial sifarişinə cavab axtarmaqla məhdudlaşmışlar.
İqtisad elminə və nəzəriyyəsinə “siyasi iqtisad” anlayışı (məfhumu) fransalı mer­kan­ti­list Antuan Monkretyen tərəfindən gətirilmişdir. O qədim yunan sözləri olan “siyasət” və “iqtisadiyyat” anlayışlarını birləşdirərək, milli iqtisadiyyatın dirçəlişinə çağırış xa­rak­terli əsərini “Siyasi iqtisad traktatı” (1615) adlandırmışdı.
Fiziokratlar iqtisadi məktəbinin adı, fransızca “fizis” (təbiət) və “kratos” (ha­ki­miy­yət) sözlərinin birləşməsindən əmələ gəlib, “təbiətin, yaxud torpağın hökmranlığı, ağa­lı­ğı” mənasını verir. Fransada yaranmış və əsasən orada inkişaf edərək başqa ölkələrdə də ya­yılmış fiziokratlar ideyaların banisi Fransua Kene (1694-1781), görkəmli nü­ma­yən­də­ləri isə J.Türqo, V.Mirabo, Q.Letron olmuşlar. Bu məktəbin nümayəndələri mer­kan­ti­list­lərdən fərqli olaraq, təkcə tədavül dairəsini və ticarəti öyrənməklə məhdudlaşmamış, bilavasitə təbiətlə sıx bağlı olan kənd təsərrüfatı istehsalını, oradakı iqtisadi mü­na­si­bət­lə­ri öyrənməyi qarşılarına məqsəd qoymuşlar. Onların əsas xidməti öz iqtisadi təd­qi­qat­la­rını tədavül dairəsindən istehsala, konkret olaraq kənd təsərrüfatına, aqrar böl­məyə yö­nəlt­mələridir. Onlar sərvətin başlıca mənbəyini təbiətin və torpağın birgə iştirak etdiyi kənd təsərrüfatında görmüş, bu sahədə çalışanların əməyini “ən məhsuldar əmək”, əkin­çi­liklə məşğul olanları isə “məhsuldar təbəqə” kimi qiymətləndirmişlər. Fi­zi­ok­rat­la­rın fik­rincə, əkinçilikdən kənar istehsal sahələrində xammal kimi, o cümlədən də sə­na­ye­də, sə­nətkarlıqda istifadə olunan məhsulların da ilk mənbəyi elə təbiət və tor­paq­dır. Ona görə də hakimiyyətin bütün diqqəti və qayğısı torpağa, əkinçiliyə yönəldilməlidir.
Klassik siyasi iqtisad məktəbi U.Petti (1623-1687), A.Smit (1723-1790), D.Ri­kar­do­nun (1772-1823) adları ilə bağlıdır. Bu iqtisadi məktəb İngiltərədə meydana çıxıb for­ma­­­laşmış və Qərbi Avropa, habelə dün­yanın bir sıra ölkələrində geniş yayılmışdır. Klassik siyasi iqtisad məktəbinin İngil­tə­rədə ya­ran­­ması təsadüfü deyildi, çünki XVII-XIX əsr­lər­də o, Avropanın və dünyanın ən yüksək in­kişaf etmiş sənaye ölkəsi sa­yıl­dı­ğın­­dan, “dün­ya emalatxanası” rolunu oy­na­yırdı. XVIII əsrin ikinci yarısından başlanmış “sə­na­ye çevrilişi” ölkədə əl əməyinə əsaslanan manufaktura tipli istehsaldan iri maşınlı za­vod-fabrik sənaye mərhələsinə keçməyə imkan yaratmışdı. Cə­miy­yətdə və iq­ti­sa­diy­yat­da getdikcə güclənən meyllər, istehsalın ayrı-ayrı sahələrində baş verən kəmiyyət və key­fiyyət dəyişiklikləri, ölkənin təsərrüfat həyatını bütöv sistem, yaxud tam halında öyrənməyi irəli sürürdü.
Sərbəst bazar (kapitalist) iqtisadi münasibətləri sisteminin elmi nəzəriyyəsini for­ma­laş­dıran klassik məktəbin nümayəndələri, əmək-dəyər nəzəriyyəsi əsasında, insanın iq­ti­sa­di azadlığı, onun sərbəst surətdə öz qabiliyyətini reallaşdırması, iqtisadi fəa­liy­yə­tin şəx­si maraq əsasında aparılması, rəqabət mübarizəsinə real şərait yaradılması mə­sə­lə­lə­ri­nə ciddi diqqət yetirmişdilər. U.Pettinin “sərvətin atası əmək, anası isə torpaqdır” ob­raz­lı sözləri, klassik siyasi iqtisad məktəbinin ən mühüm xidməti sayılan əmək dəyər nə­zəriyyəsinin yığcam ifadəsidir.
A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1776) əsərində insanların iqtisadi marağı, onların sərbəstliyi, bazarda rəqabətə geniş yol verilməsi prin­sip­lərini irəli sürərək yazırdı ki, bazarı “görünməz əl” (tələb, təklif, qiymət, rəqabət mə­na­sında) idarə edir. A.Smitin fikrincə, bizim naharımız qəssabın və ya çörəkçinin xe­yir­xah­lığından deyil, onların öz ma­raq­la­rı­na uyğun peşə-sənət məşğuliyyətləri (əmək fəa­liy­yətləri) ilə bağlıdır. Doğrudur, “hər bir fərd ictimai mənafeyi qorumaq niyyətində ol­ma­dığı kimi, onu nə dərəcədə güddüyünü də bilmir. O yalnız öz mənfəətini düşünür və bu­nu edərkən, arzulamadığı (nəzərdə tut­ma­dığı) məqsədlərə doğru bazarın “gö­zə­gö­rün­məz əli” tərəfindən idarə olunur”. Ona görə də dövlətin vəzifəsi bazarın işinə qarışmaq yox, onun normal təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaratmaq, ölkə və­tən­daş­la­rı­nın iqtisadi sərbəstliyini qorumaqdır.
D.Rikardonun “Siyasi iqtisadın və vergi qoyulmasının əsasları” (1817) əsərində iq­ti­sa­di nəzəriyyənin pul, onun tədavülü, kredit münasibətləri, vergi məsələlərinə dair elmi-nə­zəri, habelə konkret əməli fikirlər söyləmiş, beynəlxalq əmək bölgüsü və dünya ti­ca­rət əlaqələrinə, xüsusilə bu münasibətlərdə A.Smitin “mütləq üstünlüklər” nə­zə­riy­yə­si­nin davamı kimi özünün “müqayisəli üstünlüklər” konsepsiyasını işləyib hazırlamışdır.
Marksist məktəb K.Marks (1818-1883) və F.Engelsin adı, habelə dünyanın müxtəlif ölkələrində bu təlimin davamçılarının inqilabı fəaliyyətləri ilə bağlıdır. Ümumiyyətlə mark­sizm nəzəriyyəsinin və onun iqtisadi ideyalarının yaranması, XIX əsrin 30-40-ci il­lə­rindən başlayaraq Qərbi Avropa ölkələrində, ilk növbədə isə İngiltərədə iri maşınlı sə­na­yenin inkişafı, cəmiyyətin kapitalistlərə və proletariata (fəhlələrə) bölünməsi, bu si­nif­lər arasında iqtisadı-siyasi mübarizəsinin kəskinləşməsi, gələcəkdə daha ədalətli bir qu­ruluş (sosializm - kommunizm cəmiyyəti) formalaşması zəruriliyinə əsaslanmışdı. On­ların fikrincə, yeni qurulacaq cəmiyyətdə xüsusi mül­kiy­yət ləğv ediləcək, istehsal va­si­tə­ləri üzərində ictimai mülkiyyət bərqərar olacaq, rə­qa­bət mübarizəsi aradan qaldırılacaq, işsizlik olmayacaq, ədalətli bölgü prinsipi həyata keçiriləcəkdir.
K.Marks və F.Engelsin əsərlərində kapitalizm cəmiyyətinin əsas iqtisadi qanununun “izafi dəyər” olduğu irəli sürülmüşdü. Bu qanun marksist iqtisadi təlimin “təməl daşı” adlandırılaraq, kapitalistlərin bütün sərvətinin mənbəyinin fəhlələrin haqqı ödənilməmiş izafi əməyi olduğu göstərilmişdi. Marksist təliminə görə kapitalizm quruluşu tez-gec hökmən dağılaraq, daha ədalətli kommunizm cəmiyyəti ilə əvəz olunacaq və orada “hər kəs əməyinə, hər kəsə ehtiyacına görə” humanist prinsipi həyata keçiriləcəkdir. Marksist nəzəriyyə gələcək sosializm və kommunizm cəmiyyətlərinin əslində necə olacağı barəsində aydın mənzərə yarada bilməsə də, onun “bazar özbaşınalığı”, “ədalətsizliyi”, “nizamsızlığı” kimi nöqsanlardan hökmən azad olacağı əsaslandırmağa çalışmışdı.
Marksizmin müddəalarını öz ideologiyası, siyasi xətti və iqtisadi-sosial dəyişikliklər proqramı elan etmiş bolşeviklər, V.İ.Leninin başçılığı ilə 1917-ci ilsə Rusiyada ha­ki­miy­­yəti zorakılıqla ələ keçirdikdən sonra, bu təlimin prinsiplərini doqmatik, əzbərçi şə­kil­­də tətbiq etməklə totalitar diktatura tipli, inzibati-amirlik sistemi yaratmışdılar. Lakin öl­kənin təsərrüfat həyatının hədsiz dərəcədə mərkəzləşdirilməsi 1991-ci ildə Azər­bay­can Respublikasının da işğal yolu ilə daxil edildiyi bu quruluşun dağılması ilə nəticələndi.

Yüklə 80,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin