Mövzu fiziki tərbiyə nəzəriyyəsi və metodikası kursu barədə anlayış və onun tədqiqat metodları p L a n



Yüklə 21,02 Kb.
səhifə2/2
tarix19.12.2023
ölçüsü21,02 Kb.
#185756
1   2
2.1.Fiziki tərbiyə nəzəriyyəsi və metodikası kursu barədə anlayış və onun tədqiqat metodları

2. Tətbiqi xüsusiyyət - Buraya istifadə edilən vasitə, metod və şəraitin müsbət, tətbiqi nəticələri daxildir. Başqa sözlə, bu xüsusiyyətə mövcud bədən tərbiyəsi sisteminin aid olduğu cəmiyyət üzvlərinin fiziki hazırlığının ümumi səviyyəsi, insan-ların fiziki inkişafı, eyni zamanda yüksək idman nailiyyətləri və bədən tərbiyəsinin xalqın həyatına tətbiqini əks etditən göstə-ricilər daxildir.
Beləliklə, “Bədən tərbiyəsi” geniş, ictimai anlayış olub, bir-biri ilə üzvü surətdə qarşılıqlı əlaqədə olan və bir-birini tamamlayan bir neçə tərkib komponentlərindən ibarətdir. Bunlar aşağıdakılardır:
Fiziki inkişaf – insan orqanizminin morfoloji-funksional xüsusiyyətlərinin təbii dəyişməsi və inkişafı prosesidir. “Fiziki inkişaf” prinsipcə idarə olunan prosesdir. Fiziki tərbiyə prosesində xüsusi sosial funksiyası təyinatı fiziki inkişaf prosesinə məqsədyönlü, istiqamətləndirici təsirdən ibarətdir. Bu anlayış orqanizmin forma və funksiyasının dəyişməsi, həyat şəraitinin (mühitin) və fiziki tərbiyənin təsiri altında orqanizmin təkmilləşməsi prosesi kimi başa düşülməlidir. Burada iki cəhəti nəzərə almaq lazımdır. Bunlardan biri fiziki inkişaf prosesi, ikincisi isə bu inkişaf prosesinin nəticələridir.
Fiziki inkişaf dərəcəsi bir çoxları tərəfindən düzgün başa düşülmür. Belə ki, onlar adamın xarici görkəmini, bədənin formasını nəzərə alaraq onun fiziki inkişafı barədə mühazirə yürüdürlər. Halbuki, yaxşı bədən quruluşu yaxşı iş qabiliyyətinə uyğun olmalıdır. Başqa sözlə desək, bədənin forması orqanizmin funksional inkişafına müvafiq olmalıdır. Bunsuz fiziki inkişaf haqqında fikir söyləmək düzgün deyildir.
Fiziki inkişaf prosesinin özü bioloji amillərin, mühit və həyat şəraitinin təsiri altında icra olunur.
Fiziki tərbiyə - hərəki bacarıq, vərdişlərin forma-laşdırırlması və fiziki keyfiyyətlərin (hərəki qabiliyyətlərin) inkişafının idarə edilməsi prosesini əks etdirir. Fiziki tərbiyənin tətbiqi xüsusiyyəti insanın hərbi, əmək və s. fəaliyyətə fiziki cə-hətdən hazırlanması prosesindən ibarətdir.
Fiziki tərbiyə insanın fiziki cəhətdən təkmilləşməsi kimi əsas məqsədi müəyyən edən bir sıra mühüm xüsusiyyətlərə ma-likdir. Bu məqsəd üçün istifadə olunan vasitələr də spesifikdir. Bunlar fiziki hərəkətlər, təbii qüvvələr (günəş, hava və su) və gigiyena amilləri (şəxsi və ictimai gigiyena), əmək və məişət gigiyenasıdır. Fiziki tərbiyə prosesində insanda qüvvə, sürət, dözümlülük, cəldlik, çeviklik kimi fiziki hərəkət keyfiyyətləri inkişaf edir, orqanizmin forma və qabiliyyyəti yaxşılaşır, bu isə adamların kamilləşməsində çox vacib məsələdir.
Fiziki tərbiyə prosesi bütövlükdə sağlamlığın yaxşı-laşmasına, orqanizmin möhkəmlənməsinə və ömrün uzadıl-masına yönəldilmişdir.
Fiziki tərbiyə vəzifələri ilə yanaşı, ümumtəhsil məsələsi də həll olunur. Bununla əlaqədar olaraq hətta əvvəllər fiziki təhsil anlayışı irəli sürülmüşdür. Bu anlayış bədən tərbiyəsi və idman sahəsində xüsusi biliklərə yiyələnməyi, hərəkət bacarığı və vərdişlərin formalaşmasını nəzərdə tuturdu. Bu halda təhsil məsələlərinin həlli idmanla məşğul olanları müxtəlif fəaliyyət və hərəkətin icrası üçün öz orqanizminin malik olduğu imkanlar haqqında məlumatla silahlandırmalı, zaman və məkan oriyen-tasiyasını təmin etməli, çəki nisbətlərini, mühitlə qarşılıqlı əla-qəni başa düşməyə yardım göstərməli və dəyişməkdə olan şə-raiti nəzərə almaqla öz fəaliyyət və hərəkətlərini idarə etməlidir.
Fiziki tərbiyə insan cəmiyyətinin yaranması ilə eyni vaxtda əmələ gəlmişdir. Bu hadisənin obyektiv səbəbi cəmiyyətin maddi həyat şəraiti, yetişməkdə olan nəsli zəhmətə, sonralar isə müdafiə fəaliyyətinə hazırlamaq zərurəti olmuşdur. Subyektiv səbəbləri isə ictimai şüurun inkişafından, fəaliyyətin və bu fəaliyyətdən döğan nəticələrin dərk edilməsindən ibarət-dir. Bu da əmək və döyüş bacarığı vərdişlərinin daha kamil icrasına kömək edir.
Fiziki kamillik – insanın optimal harmonik fiziki inkişafının və hərtərəfli fiziki hazırlığının vəhdətini əks etdirir, insanın hərtərəfli fiziki inkişafı və fiziki hazırlığı göstəricilərinin səviyyəsini müəyyənləşdirir, onun əmək və məişət fəaliyyətinə, Vətəni müdafiə bacarığına optimal uyğunlaşmağın dərəcəsini ifadə edir və həmçinin mühüm həyat funksiyalarının uzun müddət icrasını təmin edir. Fiziki kamillik dərəcəsi yaş və cinsi xüsusiyyətlərə görə müxtəlif olur.
Yüklə 21,02 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin