Mövzu fiziki tərbiyə nəzəriyyəsi və metodikası kursu barədə anlayış və onun tədqiqat metodları p L a n



Yüklə 21,02 Kb.
səhifə1/2
tarix19.12.2023
ölçüsü21,02 Kb.
#185756
  1   2
2.1.Fiziki tərbiyə nəzəriyyəsi və metodikası kursu barədə anlayış və onun tədqiqat metodları


MÖVZU 1.
1.Fiziki tərbiyə nəzəriyyəsi və metodikası kursu barədə anlayış və onun tədqiqat metodları
P L A N:
1. Funksional təminat xüsusiyyəti
2. Tətbiqi xüsusiyyət
3. Fiziki inkişaf
4. Fiziki tərbiyə - fiziki kamillik

Ə D Ə B İ Y Y A T
1.Əlibəy Tağıyev., Ağamirzə Şirinov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”. Bakı-1996
2.H.H.Qurbanov., A.Y.Əsgərov., A.X.Ramazanov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”. “Avropa”nəşriyyatı. Bakı-2006

Hər hansı bir fəndə olduğu kimi, fiziki tərbiyə nəzəriyyəsi və metodikası fənninin də özünəməxsus mühüm əlamətlərini əks etdirən anlayışları vardır. Əsas anlayışlar bunlardır: Bədən tərbiyəsi, fiziki inkişaf, fiziki tərbiyə, fiziki kamillik. Bu anla-yışlar bədən tərbiyəsi fənninin dövlət strandartlarında izah edilir.1



Bunlarla yanaşı onun bir sıra digər anlayışları da vardır. Lakin bu anlayışlar haqqında təlim – tərbiyənin spesifik cəhət-lərindən, bədən tərbiyəsində tətbiq edilən vasitə, forma və me-todlardan bəhs edərkən məlumat verəcəyik.

1. Bədən tərbiyəsi – cəmiyyətin ümumi mədəniyyətinin mühüm hissəsi olub, onun qazandığı elmi nailiyyətlərin insanın fiziki kamilliyi üçün istifadə olunan metod, xüsusi vasitələr və şəraitin yaradılmasına, səmərəli istifadəsinə istiqamətləndiril-məsidir. Bədən tərbiyəsi anlayışı iki xüsusiyyəti ilə səciyyələnir:
1.Funksional təminat xüsusiyyəti - İnsanların fiziki inkişafının optimallaşdırılması, fiziki hazırlıq səviyyəsinin təmin olunmasına yönəlmiş xüsusi vasitələr, metodlar şəraitin yaradıl-ması və istifadə edilməsi daxildir.
Bu xüsusiyyət mövcud bədən tərbiyəsi sisteminin funksional fəaliyyəti üçün zəruri olan elementləri özündə əks etdirir. Buraya sistemin təşkilat forma-sının elmi metodiki cəhətdən əlverişli olması, maddi-texniki ba-zası, sistemin fəaliyyət sahələrini təmin edəcək mütəxəssislərin hazırlanması daxildir.

Yüklə 21,02 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin