Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan


Mövzu 4. Müxtəlif bitkilərlə qidalanan düzqanadlılar və bitkilərin kök sisteminə ziyan vuran böcəklər, onlarla mübarizə tədbirləri



Yüklə 265,2 Kb.
səhifə14/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   10   11   12   13   14   15   16   17   ...   84
entomologiya

    Bu səhifədəki naviqasiya:
  • GƏNCƏ
Mövzu 4. Müxtəlif bitkilərlə qidalanan düzqanadlılar və bitkilərin kök sisteminə ziyan vuran böcəklər, onlarla mübarizə tədbirləri

İsmayılzadə N.N.


Məmmədov V.Ə.
PLAN:



  1. Asiya, Mərakeş, səhra çəyirtkələrinin, şalaların, sisəklərin və danadişinin morfologiyası və biologiyası, onlara qarşı mübarizə tədbirləri.

  2. Şıqqıldaq böcək və payızlıq əkin sovkasının morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.



ƏDƏBİYYAT
1. Məmmədova S.R, – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.
Xəlilov B.B.
2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004
3. Hümbətov Ə.M., - Entomologiyadan prkatiki məşğələlər, Bakı, 2009
Əliyeva. M.Q.
4.Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat
Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.
5.Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с


GƏNCƏ - 2017
Mövzu 4. Müxtəlif bitkilərlə qidalanan düzqanadlılar və bitkilərin kök sisteminə ziyan vuran böcəklər, onlarla mübarizə tədbirləri

Kənd təsərrüfatı bitkilərinin bir qrupu müxtəlif bitkilərlə qidalanır ki, bunlara polifaq həşəratlar deyilir.


Polifaqlara düzqanadlılar (çəyirtkələr, şalalar, sisəklər), sərtqanadlılar (şıqqıldaq, qarabədən və lövhəbığ böcəklər), pulcuqqanadlıların payızlıq əkin sovkassı və nümunələri daxildir.
Hörümçək gənələri, çılpaq ilbiz, nematodlar və siçanabənzər gəmiricilər də polifaq həşəratdır.
Düzqanadlı həşərat (Orthoptera) – Buraya 3 yarım dəstə: çəyirtkələr, şalalar, sisəklər və danadişi daxildir. Bu zərərvericilər bir-birlərindən xarici görünüşünə görə fərqlənirlər.
Şala və sisəklərdə bığcıqlar bədənin yarısından uzun olub, dişi fərdlərdə uzun yumurta qoyan vardır. Şalalarda dal ayaqların pəncəsi 4, sisəklərdə isə 3 büğümdan ibarətdir. Çəyirtkələrdə bığcıqlar bədənin yarısından qısa olub 26 buğumdan çox deyil. Yumurta qoyanı qısadır. Çəyirtkələrdə eşitmə orqanı qarıncığın birinci halqasında, şalalarda isə qabaq ayaqların baldır hissəsində yerləşir.
Çəyirtkələr (Acrididae) – Bitkilər üçün ən təhlükəlisi çəyirtkələrdir. Yaşayış tərzlərinə görə çəyirtkələr iki qrupa bölünür: sürü və tək halda yaşayanlar. Sürü halında yaşayan çəyirtkələrin 1m2 sahədə miqdarı 1000-2000-ə qədər ola bilir.
Sürü halında yaşayan çəyirtkələrdən Asiya, Mərakeş və səhra, tək halda yaşayanlardan isə Zaqafqaziya xaçlı, bostan, göyqanadlı və s. göstərmək olar. İtaliya çəyirtkəsi aralıq təşkil edir, bəzi illərdə tək, bəzi illərdə isə sürü halında yaşayır.
Bitkilər üçün təhlükəli növlər sürü halında yaşayan çəyirtkələrdir.
Asiya çəyirtkəsi (Locusta migratoria L.) – Bədəni yaşıl, yaxud qonur rəngdədir. Qanad üstlüyü uzun olub, üzərində qonur ləkələr vardır. Qanadları şəffafdır. Bədəninin uzunluğu 60-75 mm-dir.
Asiya çəyirtkəsi əsasən çay vadilərində, göllərin ətrafında bitən qamışlıqda yaşayır və çoxalır. Asiya çəyirtkəsi Araz, Kür və Qarasu çaylarının qamışlığında vaxtaşırı çoxalır.
Asiya çəyirtkəsi respublikamıza başqa yerlərdən də uçub gələ bilər.
Asiya çəyirtkəsi bütün mədəni bitkilərə xüsusi olaraq ən çox dənli-taxıl bitkilərinə zərər verir.
Mərakeş çəyirtkəsi (Dociostaurus maroccanus T.) – Bədəni sarımtıl-boz rəngdə olub, üzərinəd tutqun rəngli xallar vardır. Qabaq kürəkciyində «X» şəklində xüsusi naxış vardır. Bu naxış sürfə fazasında, yetkin fərdə nisbətən daha aydın nəzərə çarpır. Qanadları şəffafdır. Dal ayaqların baldır hissəsi qırmızı rəngdədir. Yetkin fərdlərin uzunluğu 25-38 mm-dir.
Azərbaycanda Mərakeş çəyirtkəsi başlıca olaraq yovşanlı sahələrdə yaşayıb, çoxalır. Daimi çoxalma yerləri Eldar düzü, Ceyrançöl, Mil və Qarabağ düzənliyidir.
Mərakeş çəyirtkəsi İran və Əfqanıstanda da kütləvi şəkildə çoxalıb respublikamıza uçur və kənd təsərrüfatı bitkilərinə zərər verir.
Zərərverici dənli-taxıl, paxlalı, bostan, pambıq və s. bitkilərə ziyan verir.
Səhra çəyirtkəsi (Sohistocerca gregaria F.) – yetkin səhra çəyirtkəsi limonu-sarı rəngdədir. Yetkin çəyirtkələrin uzunluğu 40-50 mm-ə çatır. Azərbaycanda çoxalma yeri yoxdur. Bəzi illərdə İranın cənubundan uçaraq sərhəd rayonlarına gəlir.
Bu çəyirtkə əsasən dənli-taxıl, texniki və tərəvəz bitkilərinə ziyan verir.
Çəyirtkələrin inkişafında ümumi cəhətlər çoxdur. Bütün növlərin inkişafı bir il çəkir. Yazda qışlamış yumurtalardan çıxan sürfələr 1-2 ay müddətində yetkin fərdə çevrilir. Yetkin çəyirtkələr 2-3 ay yaşayır və yumurta qoyaraq ölür.
Dişi fərdlər öz yumurtalarını torpağa qoyur. Yumurta qoyan zaman dişi fərd qarıncığını əyərək yumurtaqoyanını torpağa yeridir. Bu zaman cinsi orqanın əlavə vəzilərinin ifraz etdiyi köpükvari selik yuvaya buraxılır. Selik yumurtaları bir-birinə yapışdırıb quruyur. Bu zaman dişi fərd torpaqda qarıncığına oxşar formada küpəcik (kisəcik) hazırlayır. Küpəciklərin xarici səthinə torpaq dənələri yapışır və kəltəni xatırladır. Küpəciklər bəzi növlərdə müxtəlif olur. Küpəciklərin uzunluğu 8-75 mm arasında dəyişir.
Hər bir çəyirtkə növü küpəcik daxilinə müxtəlif miqdarda yumurta qoyur. Asiya çəyirtkəsi hər küpəciyə 55-115, Mərakeş çəyirtkəsi isə 35-40 yumurta qoyur. Bir dişi fərd bütün həyatı boyu 2-3 küpəcik düzəldə bilir.
Çəyirtkələr yumurta qoymaq üçün müəyyən münasib yer seçir. Məsələn, Asiya çəyirtkəsi çayın aşağıları və qamışlıqlara, Mərakeş çəyirtkəsi bitki örtüyü seyrək olan xam torpaqlara yumurta qoyur. Yumurta qoyulan kimi rüşeym inkişafı başlayır və qısa müddətdə inkişafı dayanır ki, o gələn ilin yazına qədər diapauzada olur. Bunu temperaturun aşağı olması ilə izah etmək olar.
Yazda, əlverişli şərait olan kimi yumurtalardan sürfələr çıxmağa başlayır. Azərbaycan şəraitində Mərakeş çəyirtkəsinin sürfələri martın axırı və aprelin əvvəllərində, Asiya çəyirtkəsinin sürfələri isə mayın birinci ongünlüyündə görünməyə başlayır.
Yumurtadan çıxan sürfələr qurdabənzər olur və torpaq səthinə çıxdıqdan sonra onlar öz qabıqlarını, daha doğrusu dərisini atır və birinci yaş sürfələr olur. Sürfələr 30-60 gün yaşayır və bu müddət ərzində 5 yaş keçirir.
Tək halda yaşayan çəyirtkələrdə sürfələr yumurtadan çıxdıqdan sonra onlar bir yerə yığılmır və tək-tək hərə özü istədiyi istiqamətdə hərəkət edir.
Sürü halında yaşayan çəyirtkələrdə isə sürfələr yumurtadan çıxdıqda onlar bir yerə toplaşır və sürü ilə uzaq məsafələrə hərəkət edir. Başqa sürülərlə qarşılaşdıqda onlara qarışaraq daha iri sürülər əmələ gəlir.
Yetkin fərdlər bütün həyatı boyu qidalanır və böyük zərər vurur. Çəyirtkələr sonuncu dəfə yumurta kisəciklərini qoyduqları yerdə də ölür.



Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin