Mövzu: “Azərbaycan dilində işgüzar və akade


NİTQİN HAZIRLANMASINDA KONSPEKTDƏN İSTİFADƏ



Yüklə 262,64 Kb.
səhifə90/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   86   87   88   89   90   91   92   93   ...   142
1634046683046 Mühazirələr 1

6.NİTQİN HAZIRLANMASINDA KONSPEKTDƏN İSTİFADƏ

 Nitqin hazırlanmasında konspektlərdən də istifadə edilə bilər. Hətta bəzi natiqlər plandan daha çox konspektə üstünlük verir. Natiq mövzu əsasında materiallar toplayır. Bu hazırlıq mərhələsində müəyyən pərakəndəlik hökm sürür. Buna görə o ya plandan, ya da konspektdən istifadə edir (Plan haqqında məlumatımız artıq vardır). İndi isə konspektin özünəməxsus xüsusiyyətlərindən bəhs edəcəyik. Konspekt əldə edilmiş məlumatların, faktların, sitatların ardıcıllığını, şərhini əks etdirir. Bir çox natiqlər əldə etdikləri hər hansı bir məlumatı konspektə köcürur. Sonra nitqin hazırlanmasında ondan istifadə edir. Məlumat, mülahizə yığcam şəkildə kağıza köçürülür. Konspekt məzmun ilə formanın bir-biri ilə əlaqələndirilməsində, fikrin düzgün, dəqiq ifadə olunmasında natiqə köməklik göstərir. Bəzi natiqlər konspekti nitqin ideyasını dinləyicilərə çatdırmaqda vasitə kimi qəbul edir. Bəziləri onu geniş şəkildə, bəziləri isə yığcam şəkildə tərtib edir.

Konspektin yığcam növündən təcrübəli natiqlər istifadə edir. Təcrübəli natiqlər nitqini bəzən kiçik bir vərəq üzərində ardıcıl şəkildə yalnız bir cümlə, ya söz, hətta işarə qeyd etməklə nitqini qurur. Konspekt təcrübəli natiqlər tərəfindən dönə-dönə redaktə olunur, daha dəqiq və yığcam şəkilə salınır.

Geniş şəkildə konspekt nisbətən təcrübəsiz natiqlər tərəfindən tərtib olunur. Bəzən konspekt o qədər geniş yazılır ki, icmal xarakteri daşıyır. Sitatların genişliyi, fikrin uzadılması, dolayı yolla ifadəsi və s. məsələlər konspekti icmala çevirir. Geniş konspekt tərtib etmək natiqi yaddaşsızlığa, öz işinə məsuliyyətsiz yanaşmağa, laqeydliyə, savadsızlığa yuvarlayır. Bütün ümidini konspektə bağlayan natiq nitqi fərqinə varmadan oxuyur və bununla da üzərinə düşən işi bitmiş hesab edir. Belə nitqdə şəxsi fikir, mülahizə, elmi mübahisəyə yer «ayrılmır».

Konspektin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o, təqlidçiliyin qarşısını alır və natiqin qarşısına yeni məqsədlər, yeni ideyalar qoyur. Məsələyə bu nöqteyi-nəzərdən yanaşan natiq geniş məzmun və yüksək ideyaları tərənnüm edən bir nitq hazırlayır. Nitq hazırlanarkən, natiq ona qədər elm aləminə bəlli olan materiallarla kifayətlənməməli, tamamilə yeni bir yolla gedib, orijinal fikir söyləməyi qarşısına məqsəd qoymalıdır. Məhz, belə üslubda işləyən natiqə konspekt kömək edir. Natiq konspektlərin köməyi ilə şifahi şərhə başlayır; onun hazırcavablığı, natiqlik qüvvəsi və kəskin mühakiməsi dinləyiciləri heyran edir. Natiq nitqində (şifahi nitq nəzərdə tutulur), hadisələrin şərhində dinləyicilərin xəyalını uzaq keçmişə çəkib aparır (əgər söhbət tarixi mövzudan gedirsə), onları tarixi keçmişin ənənələri ilə tanış edir.

Konspekt nitqi uzunçuluqdan qurtarmaqla bərabər, onun emosionallığını artırır. Emosionallıq isə nitqin daha zəngin, obrazlı, canlı ifadə olunmasına, qavranılmasına, ona yaradıcı yanaşılmasına şərait yaradır. Konspektdə olan ardıcıllıq, yığcamlıq prinsipləri emosionallıq üçün əsas şərtlərdən biridir. Emosional nitqdə isə «kobud» sözlər, uzunçuluq, fikir təkrarı o dəqiqə hiss olunur. Emosionallıq nitqin təsir qüvvəsini artırdığı kimi, natiqin də həyəcanını artırır. Belə hallarda natiq konspektlərdə seçdiyi misallarla, mövzunun mahiyyətini əks etdirən maraqlı faktlarla dinləyicilərin diqqətini özünə cəlb edə bilər. Tədricən emosionallıq aradan qalxır, natiq isə nitqini ardıcıl şəkildə davam etdirir. Gərgin zəhmətin və elmi biliyin vəhdəti natiqə hər zaman müvəffəqiyyət qazandırır. Belə natiqlər xalqın və dinləyicilərin sevimlisinə çevrilir.

 


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin