Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Mövzu : Nitqin etik məsələləri. Nitq etiketləri



Yüklə 262,64 Kb.
səhifə91/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   87   88   89   90   91   92   93   94   ...   142
1634046683046 Mühazirələr 1

Mövzu : Nitqin etik məsələləri. Nitq etiketləri

Plan:


1.Ünsiyyət qurma bacarığı

2.Nəzakətli rəftar, daxili təbiət

3.Mədəni səviyyə

4.Müraciət, görüşmə,ayrılma, təbrik və s. etiketləri

5.Davranış mədəniyyəti

6. Nitq etiketi, etika və ünsiyyət



1. Ünsiyyət qurma bacarığı

Ünsiyyət qurmaq özü də bir mədəniyyətdir və ünsiyyət mədəniyyəti ümumnitq mədəniyyətinin tərkib hissəsidir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə ünsiyyət sözünün bir neçə mənası verilmişdir: “1) qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət; 2) əlaqə, rabitə, qarşılıqlı münasibət; 3) xoş münasibət, yaxınlıq, mehribanlıq”(6,428). Ünsiyyət psixologiyanın da geniş tədqiq olunan sahələrindəndir və psixoloji araşdırmalarda ünsiyyətin insan həyatının müxtəlif sahələrini əhatə etməsi, insanları birgə fəaliyyətə sövq etməsi məsələləri qeyd edilmişdir.“Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çox planlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir (5, 98)”. Ünsiyyət prosesi sadəcə insanlar arasında qarşlılqlı anlama və birgə fəaliyyəti təmin etmir, həm də informasiya mübadiləsi kimi çıxış edir. Bu baxımdan, psixoloji ədəbiyyatlara nəzər salsaq, söylədiyimiz fikrin əksini taparıq. “Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur: 1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi; 2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi; 3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi (5, 99 )”.

Nitq etiketi və ünsiyyət mədəniyyəti bir-birini tamamlayan və bir-birindən ayrılmaz, üzvi əlaqədədir. “Ünsiyyət prosesində danışan özünü üç formada təqdim edə və ya tanıtdıra bilər: 1) öz hərəkəti, rəftarı, daxili təbiəti ilə; 2) şəxsiyyəti, elmi və mədəni səviyyəsi ilə; 3) kimlə necə və kimə nədən danışmağı ilə (3,  179)”. Ünsiyyət prosesinin hər bir iştirakçısı həmsöhbətinin nitq davranışına təsir edir, dil vasitələrinin seçimini müəyyənləşdirir. Bu zaman həmsöhbətlərin cinsi, yaşı, sosial statusu və s. amillər mühüm rol oynayır. Cəmiyyətdə insanlar arasında ünsiyyətin yaradılmasında nitq etiketlərinin daşıdığı rol olduqca böyük və əhəmiyyətlidir. Etiket ünsiyyətin zahiri tərəfini təşkil edir və “nitq etiketi sabit, milli dəyərlər daxilində olan ünsiyyət formaları sistemidir (2, 40)”. O, insanlar arasındakı münasibətləri tənzimləyir və mənəvi-əxlaqi norma, dəyərlərini özündə  əks etdirir. Nitq etiketləri nitq daşıyıcısının davranış norma və qaydalarını ehtiva etməklə, etik davranış mədəniyyətini formalaşdırır. Bundan başqa, insanların verbal və qeyri-verbal davranışını müəyyənləşdirməklə insanların bir-birinə olan münasibətinin təzahürüdür. Nitq etiketləri verbal və qeyri-verbal ünsiyyət prosesində geniş istifadə edilir. Verbal ünsiyyət kommunikasiya vasitələrinin – dilin, söz və ifadələrin köməyi ilə yaradılır. Qeyri-verbal ünsiyyət isə mimika, jestika, pantomimika, işarələr sistemi ilə qurulur.

İctimai yerlərdə, müəyyən cəmiyyət daxilində, kollektivdə və ya ailədə insanın özünü necə aparması, kimə necə müraciət etmək qaydaları danışıq etikasında yer alır. Danışıq etikası sistem təşkil edib, özünün normaları mövcuddur. Səmimi və mədəni ünsiyyətin yaradılmasında danışıq etikasının gözlənilməsi olduqca əhəmiyyətlidir. Danışıq etikası bir sıra komponentlərdən ibarətdir: 1) müraciət qaydaları; 2) şad və ya qəmli xəbərləri çatdırma qaydaları; 3) dinləmə qaydaları; 4) söhbətə qoşulma; 5) verilən suallara mədəni cavab qaydaları; 6) mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları. Danışıq etikasına istər şifahi, istərsə də yazılı nitqdə riayət edilməsində nitq etiketlərindən düzgün və səmərəli istifadə gərəkdir. Nitq etiketləri cəmiyyətdə insanlararası sağlam münasibətin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Bu və ya digər situasiyalarda nitqin səlis, məqsədəuyğun qurulmasında hər situasiyaya müvafiq söz və ifadələrdən lazımınca və məqsədli surətdə istifadə  insanlar arasında  anlaşıqlı dialoqun qurulmasını təmin edir.




Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin