Yeni xarici siyasət
Ümumilikdə isə Rusiya, İran, ABŞ, və Əsəd rejimi ilə razılığa gəlinmədən Türkiyənin burda hər hansı ciddi hərbi uğurlara imza atması olduqca qəliz məsələdir.
Hələ ki, bütün bu ölkələr heç bir fəal müdaxilə etmədən sadəcə müşahidə aparmaqla kifayətlənirlər.
Regional güc balansı nəzərə alınmadığı təqdirdə isə Türkiyəni bölgədə ciddi məğlubiyyət gözləyə bilər.
Yaxın Şərqdə daha da dərinləşən böhran böyük ehtimalla Türkiyənin yeni xarici siyasət kursu götürməsinə səbəb olacaq.
Rəsmi Ankaranın hər keçən gün ABŞ-a olan müttəfiqlik inamı daha da azalır. Washington-un da passiv mövqeyi Türkiyəni Rusiya və İran bloku ilə daha da yaxınlaşmağa vadar edir.
Türkiyə artıq açıq-aydın görür ki, Washington Suriya məsələsində hələ uzun müddət daha heç bir ciddi uğur əldə edə bilməyəcək.
Danılmaz həqiqətdir ki, Türkiyə özünün bu çətin günlərində yeni siyasi paradiqmaya və strategiyaya ciddi ehtiyac duyur.
Dostları ilə paylaş: |