Mövzu №6. İnduktiv əqlinəticə. Analogiya üzrə əqlinəticə. İnduktiv əqlinəticənin ümumi səciyyəsi. İnduktiv əqlinəticənin növləri



Yüklə 40,23 Kb.
səhifə6/11
tarix21.05.2023
ölçüsü40,23 Kb.
#118838
1   2   3   4   5   6   7   8   9   10   11
Mühazirə-6

b)İstisna üsulu ilə induksiya. İstisna üsulu ilə induksiya, yaxud eliminativ induksiya –bu elə əqlinəticələr sistemidir ki, onlarda tədqiq edilən hadisələrin səbəbləri haqqında nəticələr iqraredici şərtlərin tapılması və səbəbiyyət əlaqələrinin xassələrini təmin etməyən şərtlərin istisnası yolu ilə qurulur.
Eliminativ induksiyanın idrakı rolu –səbəbiyyət əlaqələrinin təhlilidir.
İki hadisə arasındakı əlaqə o zaman səbəbiyyət əlaqəsi adlanır ki, bu hadisələrdən biri –səbəb –öncə gəlib, digərini –nəticəni –törədir.
Səbəbiyyət əlaqələri aşağıdakı dörd xassəyə malikdir: 1) əlaqələrin ən ümumi olması; 2) əlaqələrin zaman etibarilə ardıcıl baş verməsi; 3) əlaqələrin zəruri xarakteri; 4) səbəb ilə nəticə arasında birmənalı, qəti asılılıq.
1. Səbəbiyyət əlaqələrinin ən ümumi olması bu deməkdir ki, o dünyadakı bütün hadisə və proseslərdə özünü göstərir. Hər bir hadisə digərləri ilə çoxtərəfli əlaqə və münasibətlərdə mövcud olub, onların təsiri sayəsində yaranır və inkişaf edir. Səbəbsiz hadisə yoxdur. Hər bir hadisənin öz səbəbi (bu gün üçün səbəbi müəyyən edilməmiş hadisələrin də) vardır. Hətta təsadüfi baş verən hadisələr də səbəbiyyətdən kənar deyil. Onların səbəbiyyat əlaqələri ehtimallılıq qanununa və ya statistik qanunlara tabedir.
2. Səbəb əlaqələrinin zamanca ardıcıl olması, bunu göstərir ki, səbəb həmişə onun törətdiyi nəticədən əvvəl gəlir. Əlbəttə, səbəb ilə nəticə arasında vaxt müddəti ən qısa və çox uzun ola bilir. Məsələn, tətiyin çəkilməsi ilə tapanacadan güllə açılması arasında saniyədən də az vaxt keçirsə, zəhərlənmə ilə onun törətdiyi nəticələr bir neçə saat və ya gün ərzində özünü göstərir. Geoloji proseslərdə isə bu müddət əsrlərə və minilliklərə bərabər olur.
Zaman etibarilə ardıcıl olmaq səbəbiyyət əlaqələrinin çox vacib şərtidir. Lakin buna əsasən demək olmaz ki, hər sonra gələn hadisə əvvəlkinin nəticəsidir. Məsələn, şimşək ildırım çaxmadan əvvəl görünür, lakin şimşək ildırımın deyil, ildırım şimşəyin səbəbidir. Belə səhv istintaq praktikasında da özünü göstərə bilər: bir şəxsin digərini hədələməsi, hələ sonuncuda baş verən xəsarət və cinayətlərin səbəbi demək deyildir. Bütün bunlar onu sübut edir ki, zamanca əvvəl və sonra gələn hadisələr arasında səbəbiyyət əlaqələrini müəyyənləşdirərkən, onlar arasında zəruri asılılıq da aşkar olunmalıdır.
3. Səbəbiyyət əlaqələrinin bir fərqləndirici xüsusiyyəti də onun zəruri xarakter daşımasıdır. Bu o deməkdir ki, müəyyən nəticə ilə onu törədən səbəb arasında daxili, onların hər ikisinin təbii inkişafı gedişi ilə hazırlanan əlaqələr olmalıdır. Səbəb olmayan yerdə onun zəruri nəticəsi də yoxdur.
4. Nəhayət, səbəbiyyət əlaqələri aşağıdakı keyfiyyəti ilə səciyyələnir: bu əlaqələr birmənalı və qəti xarakter daşıyır. Başqa sözlə deyilsə, konkret bir səbəb, həmişə ona uyğun müəyyən nəticə də törədir. Səbəb və nəticə arasında asılılıq bu mənada simmetriklir. Yəni səbəbdə baş verən dəyişikliklər labüddən nəticə də buna uyğun yeniliklərin olmasını şərtləndirir.
Səbəb ilə nəticə arasında birmənalı asılılığın olması bu və ya digər hadisənin yaranmasına təsir göstərən müxtəlif amillər çoxluğundan, həqiqi səbəbləri seçib ayırmaq imkanı verir.
Səbəbiyyət asılılığının yuxarıda qeyd olunan xassələrini nəzərə almaq çox vacibdir. Onlar empirik tədqiqatı düzgün qiymətləndirir, hadisələr arasında münasibətlərin hərtərəfli öyrənilməsinə kömək edir. Lakin onları tətbiq edərkən, biz dünyada mövcud olan real əlaqələri müəyyən qədər dəyişdirilmiş halda götürürük, yəni aşağıdakılara yol veririk: 1) Hər bir əvvəlki hadisə müxtəlif sadə amillərdən ibarət mürəkkəb obyekt kimi götürülür; 2) Bu amillərin hər biri nisbi müstəqil hesab olunur və başqaları ilə qarşılıqlı təsirdən kənarda götürülür. 3) Belə nəzərdə tutulur ki, heç bir amil diqqətdən kənarda qalmamışdır, bütün amillər əhatə olunmuşdur. Məhz bu qeyd olunanlar səbəb əlaqələrinin əsas xassələri ilə birlikdə götürülərək, elmi induksiya üzrə çıxarılan nəticələrin məntiqi əsası rolunu oynayır.



Yüklə 40,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin