Mövzu №5. Sadə qəti sillogizmin tərkibi. Sillogizmin aksiomu



Yüklə 53,55 Kb.
səhifə8/8
tarix26.04.2023
ölçüsü53,55 Kb.
#103049
növüQaydalar
1   2   3   4   5   6   7   8
Mühazirə-5

1)Simmetriklik münasibəti bu halda olur ki, x və y predmetləri arasında münasibətlər y və x predmetləri arasındakı münasibətlər kimidir. Başqa sözlə desək münasibət üzvlərinin yerini dəyişdikdə münasibətin növü dəyişmir. Simmetriklik münasibətinə bərabərlik (əgər a b-yə bərabərdirsə, onda b də a-ya bərabərdir), oxşarlıq (əgər c d-yə oxşardırsa, d də c-yə oxşardır) misal ola bilər. Simmetriklik münasibəti simvolik olaraq belə yazılır:
xRy→yRx
2)Münasibət o zaman refleksiv adlanır ki, bu münasibətdə iştirak edən hər bir üzvün özünün özünə münasibəti də, onun digərinə olan münasibəti kimidir. Məsələn: bərabərlik münasibəti: əgər a=b, onda a=b, b=b. Refleksivlik belə yazılır:
xRy→xRx ˄yRy
3)Münasibət o zaman tranzitiv adlanır ki, x və z arasındakı münasibətlər x və y arasında, habelə y və z arasında olduqda özünü göstərir. Başqa sözlə münasbət yalnız və yalnız o vaxt tranzitiv adlanır ki, x və y arasına və y və z arasında münasibətdən x və y arasında eyni münasibət alınsın. Məsələn, bərabərlik münasibəti: a=b, b=c, onda a=c. Yazılışı belədir:
(xRy ˄yRz)→xRz
Münasibət bildirən hökmlərdən səhih nəticələr əldə etmək üçün aşağıdakı qaydalara əsaslanmaq zəruridir.
Simmetriklik xassəsi üçün (xRy→yRx): əgər xRy hökmü həqiqidirsə, onda yRx hökmü də həqiqidir. Məsələn:
A B-yə oxşardır
B A-ya oxşardır
Refleksivlik xassəsi üçün (xRy→xRx ˄ yRy): əgər xRy hökmü həqiqidirsə, onda xRx və yRy hökmləri də həqiqidir. Məsələn:
a=b
a=a və b=b
Tranzitivlik xassəsi üçün (xRy ˄yRz →xRz): əgər xRy həqiqidirsə və yRz hökmü həqiqidirsə, onda xRz hökmü də həqiqidir. Məsələn:
K. hadisə yerinə L.-dən tez gəlib
L. hadisə yerinə M.-dən tez gəlib
K. hadisə yerinə M.-dən tez gəlib.


Yüklə 53,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin