Mövzu №5. Sadə qəti sillogizmin tərkibi. Sillogizmin aksiomu



Yüklə 53,55 Kb.
səhifə6/8
tarix26.04.2023
ölçüsü53,55 Kb.
#103049
növüQaydalar
1   2   3   4   5   6   7   8
Mühazirə-5

3-cü fiqurun qaydaları:
a)kiçik müqəddimə iqrari hökm olmalıdır.
b)nəticə xüsusi hökm olmalıdır.
4-cü fiqurun da qaydaları var. Lakin, bu fiqur üzrə nəticə çıxarma mühakimə prosesi üçün səciyyəvi deyil. Ona görə də bu qaydalar burada nəzərdən keçirilməyəcək.
5.Sillogizmin modusları. Sillogizmin müqəddimələri keyfiyyət və kəmiyyətinə görə fərqli olan hökmlərdən ibarət ola bilər: ümumi iqrari (A), ümumi inkari (E), xüsusi iqrari (İ), xüsusi inkari (O).
Müqəddimələrin kəmiyyət və keyfiyyət səciyyəsinə görə fərqlənən sillogizmin növləri sadə qəti sillogizmin modusları adlanır.
Belə ki, hər bir müqəddimə dörd hökmdən ixtiyari biri ola bildiyi üçün, hər bir fiqurda müqəddimələrin mümkün kombinasiyalarının sayı 24-ə, yəni 16-ya bərabərdir:
AA EA İA OA
AE (EE) İE (OE)
Aİ Eİ (İİ) (Oİ)
AO (EO) (İO) (OO)
Aydındır ki, dörd fiqurda kombinasiyaların sayı 64 olacaq.
Lakin, heç də hər modus sillogizmin ümumi qaydası ilə uzlaşmır. Məsələn, mötərizəyə alınmış moduslar müqəddimələrin 1-ci və 2-ci qaydalarına ziddir. Ona görə də sillogizmin ümumi qaydaları ilə uzlaşmayan modusları seçib ayırsaq düzgün adlandırılan 19 modus əldə edərik. Onları nəticə ilə birlikdə yazmaq qəbul edilmişdir:
1-ci fiqur (4 modus): AAA, EAE, Aİİ, EİO
2-ci fiqur (4 modus): EAE, AEE, EİO, AOO
3-cü fiqur (6 modus): AAİ, İAİ, Aİİ, OAO, EAO, EİO
4-cü fiqur (5 modus): AAİ, AEE, İAİ, EAO, EİO.
6.Ayırıcı hökmlərdən yaradılan qəti sillogizmlər. Yuxarıda sillogistik əqlinəticələr üçün formulə edilmiş ümumi qaydaları, həmçinin hər bir fiqura aid olan xüsusi qaydaları nəzərdən keçirdik. Lakin, müqəddimələri ayırıcı hökmlər olan sillogizmlər bu qaydalara tabe olmur. Belə sillogizmlərdən ən geniş yayılanları nəzərdən keçirək.
a)İki xüsusi müqəddimədən nəticə çıxarılır.
Məsələn:
Bəzi vəkillər (M–) –Bakı Dövlət Universitetini bitirmişlər (P–)
Bəzi hüquqşünaslar (S–) –vəkildirlər (M+)
Bəzi hüquqşünaslar (S–) –Bakı Dövlət Universitetini bitirmişlər (P–).

Bu misalda kiçik müqəddimə –predikatı ehtiva olunmuş (sillogizmin orta termini) xüsusi iqrari ayırıcı hökmdür (“Bəzi hüquqşünaslar, və yalnız hüquqşünaslar vəkildirlər”). Belə ki, orta termin müqəddimələrin birində ehtiva olunduğu üçün, iki xüsusi müqəddimədən zəruri olaraq nəticə çıxır. Asanlıqla yoxlamaq olar ki, sillogizmin bütün digər ümumi qaydalarına riayət olunur.



Yüklə 53,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin