Mövzu 23, 24, 25. Analizatorlar qoxu orqanı


Görmə orqanı ( organum visus)-



Yüklə 46,14 Kb.
səhifə3/7
tarix31.12.2021
ölçüsü46,14 Kb.
#50143
1   2   3   4   5   6   7
MÖVZU 23,24, 25 ; DUYĞU ÜZVLƏRİ.

Görmə orqanı ( organum visus)-göz yuvasında yerləşib, göz və gözün köməkçi aparatından ibarətdir. Göz ( oculus, yunan dilində ophthalmus) göz almasından və qişalarla birgə görmə sinirindən ibarətdir. Göz alması girdə olub, vertikal ölçüsü 23,5 mm, köndələn ölçüsü 23,8 mm. Onun ön və arxa qütbləri, onları birləşdirən meridianları və ekvatoru var; ön qütb buynuz qışanın önə çıxıq, arxa qütb görmə sinirindən bir qədər xaricə yerləşən nöqtələrə uyğun gəlir. Hər 2 nöqtəni xaricdən birləşdirən xəyali xətt göz almasının xarici oxu (24 mm)_, daxildən birləşdirən –daxili ox (21, 75 mm) adlanır. Daxili ox uzun olduqda büllurda sınan süalar tor qişadan öndə (yaxından görmə-miopiya), kiçik olduqda –arxada (uzaqdan görmə -hipermetriya) alınır. Hər 2 halda görməni korreksiya etmək üçün müvafiq olaraq basıq və ya qabarıq linzalar istifadə olunur. Ön qütbdən tor qişanın görməyə ən həssas olan hissəsinə - sarı ləkənin mərkəzinə çəkilən xəyali xətt görmə ( optik) oxu adlanır.

Göz alması 3 qişadan və daxildə yerləşən nüvədən ( ön və arxa kamera , büllur. şüşəyəbənzər cisim) ibarətdir. Göz almasının qişaları;

1. Xarici lifli qişa-ön hissəsi buynuz qişa ( 12 mm diametrində, 1mm qalınlıqda olan şəffaf, damarsız qişadır), arxa böyük hissəsi sklera və ya ağlı qişa aiddir. Sklera sıx birləşdirici toxumadan təşkil olub, onun arxa hissəsində görmə siniri və damarlara məxsus dəliklər vardır.

2. Orta damarlı qişa-xüsusi damarlı qişa, kirpikli cisim, qüzehli qişa. Damarlı qişanın arxa böyük hissəsi xüsusi damarlı qişadır. Kirpikli cisim isə damarlı qişanın orta qalınlaşmış hissəsidir. Burada olan əzələ saya əzələ toxuması olub, büllurun qısalıb-uzanmasına- gözün akkomodasiyasını təmin edir. Qüzehli qişa disk şəklində olub, qalınlığı 0,4 mm , mərkəzində bəbək yerləşir. Bu qişa piqmentlə zəngin olub, gözün rəngini müəyyən edir.

3. Daxili tor qişa- görmə sinirinin xaric olduğu yerdən bəbəyin kənarına kimi damarlı qişaya sıx birləşərək xarici piqment və daxili sinir qatlarından ibarətdir. Funksional cəhətdən tor qişanın arxa böyük hissəsi – görmə, ön hissəsi – kor hissə adlanır. Kor hissədə çöp və kolbacıqlar olmur. Torlu qişada olan çöplərin sayı 120-130 mln., onlar əsasən torlu qişanın kənarında yerləşir, ala-toran ( rəngsiz) görməni təmin edir. Kolbacıqlar 6 mln., torlu qişanın mərkəzində yerləşir. Onlar gündüz (rəngli) görməni təmin edir. Görmənin qabıqaltı mərkəzi orta beyində - yuxarı 3

Buynuz qişa ilə qüzehli qişa arasında göz almasının ön kamerası, qüzehli qişa ilə büllur arasında göz almasının arxa kamerası yerləşir, kameralar bir-biri ilə bəbək vasitəsilə birləşir. Büllur qabarıq linza şəklində olub, xaricdən kapsula ilə örtülmüşdür, ön və arxa qütbləri var. Hər 2 qütbü birləşdirən xəyali ox – büllur oxu 3,7-4,4 mm-ə qədər dəyişə bilir ki, bu da büllurun şüasındırma qabiliyyətini müəyyən edir. Şüşəyəbənzər cisim büllurdan arxada yerləşir. Buynuz qişa, büllur, şüşəyəbənzər cisim, ön və arxa kamera mühiti şüa sındırıcı sahə olub gözün optik sistemi adlanır.

Gözün köməkçi aparatına göz almasının əzələləri, göz yuvası fassiyası, göz almasının yataq qişası, göz yuvasının piy cismi, göz qapaqları, konyunktiva və göz yaşı aparatı aiddir. Görmənin qabıqaltı mərkəzi orta beyin-yuxarı qoşatəpədə yerləşir.


Yüklə 46,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin