Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Şəxsi pedaqoji qabiliyyətlər



Yüklə 69,17 Kb.
səhifə15/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   11   12   13   14   15   16   17   18   ...   52
Mövzu 12.

1. Şəxsi pedaqoji qabiliyyətlər dedikdə, adə­tən, şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Buraya uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük və özünəsahib olmaq (özünü ələ ala bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş apar­maq üçün optimal psixi vəziyyət yarada bilmək qabiliy­yətlərini aid etmək olar.

Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti peda­qoji qabiliyyətlərin strukturunda əsas “özəyi” təşkil edir. Bu cür pedaqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı məhəbbət və onlara bağlılıq, onlara qarşı xeyirxah münasibət, onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa düşülür. Bu cür pedaqoji qabiliyyətə malik olan müəllim uşaqlarla pedaqoji ünsiyyətdən, qəribə uşaq aləminə daxil olmaqdan həzz alır, onlara qarşı diqqətli, xeyirxah münasibət bəsləyir. Lakin bu müna­sibətlərin heç birinin ürəyiyum

şaqlıq, güzəştə getmək, məsuliy­yətsizlik səviyyəsinə enməsinə yol vermir. Uşaqlar həqiqi və ya süni münasibəti bir-birlərindən asanlıqla ayıra bilirlər. Onlar müəl­limin özlərinə qarşı həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də cavab verirlər.

Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də dözümlülük və özünəsahib olmaq qabiliyyətidir. Müəllim həmişə, hər cür, hətta gözlənilməyən şəraitdə özünü ələ almağı, özünə sahib olmağı, öz hisslərini, temperamentini cilov­lamağı bacarmalı, öz davranışına nəzarəti itirmə­məlidir. Lakin bu heç də o demək deyildir ki, müəl­lim öz hisslərini daima süni şəkildə boğmalıdır. O, şagirdlərlə birlikdə şadlana, sevinə də bilər. Lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və nara­zılığını da nümayiş etdirə bilər. Lakin bu zaman o heç vaxt özündən çıxmamalı, qışqıra-qışqıra, kobud və təhqiramiz tonla danışmamalıdır. Bununla belə müəllimin dözümlülüyü özünə sahib olması eti­nasızlıq səviyyəsinə qalxmamalıdır.

Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilməsidir. Bu cür qabiliyyətə malik olan müəllimlər özlərinin gümrahlığı, həyatse­vərliyi, kifayət qədər canlılığı ilə fərqlənirlər. Nə olursa olsun, müəllim həmişə nikbin, arzuolunan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi bacarmalıdır.




Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin