Mövzu: 10 ƏDƏBİ DİL, onun normalari



Yüklə 233,5 Kb.
səhifə4/17
tarix24.12.2023
ölçüsü233,5 Kb.
#192421
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu -10

Morfoloji prinsip yazıda sözlərin qrammatik tərkibini əsas götürür, sözün və ya şəkilçinin bir tələffüz forması yazı üçün düzgün sayılır, qalan formalar ona tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məs.: adi danışıq dilində ayaq-əyaq, qəbul-qabul, kənar-kanar, xəmir-xamır, pencək-pəncək, bıçaq-pıçaq, bütöv-pütöv və s. kimi iki variantda işlənilən sözlərin birinci tələffüz forması orfoqrafiyada düzgün sayılır. Yaxud, -lar/-lər, -dar/-dər, -zar/-zər, -nar/ -nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli –lar/-lər yazılı dildə əsas götürülür.


Orfoqrafik qaydaların tərtibində nəzərə alınan başqa bir prinsip tarixi-ənənəvi prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli saxlanılır, əsas götürülür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan sözlərin müəyyən bir qismi (məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim, növbə, şənbə, vicdan, uşaq, palıd, ailə s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə sözlərin vaxtilə ola bilsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətə daha yararlı, asan olan bir şəkil almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası və orfoepiyası arasında uyğunsuzluq yaranmışdır. Belə bir uyğunsuzluq sözlərin yazılışının mənimsənilməsində müəyyən çətinliyə səbəb olur. Lakin bununla belə, bu prinsipi kənara atıb müəyyən sözləri müasir tələffüzə uyğunlaşdırıb yazmaq da mümkün deyildir. Belə dəyişiklik yazıda ümumi bir dola-şıqlığa, savadsızlığa gətirib çıxarar.


Tarixi-ənənəvi prinsipin başqa bir tələbinə görə alınma sözlər mənbə dilin orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. Məsələn, protokol, motor, konsert, komanda, orfoepiya və s. kimi sözlər alındığı dilin orfoqrafiya qaydalarına uyğun şəkildə (yuxarıda göstərilən kimi) yazılır. Əslində isə bu sözlər şifahi nitqdə həm alındığı dilin orfoepik qaydası, həm də dilimizin ümumi ahənginə müvafiq olaraq yazıldığından fərqli şəkildə (pr(a)t(a)kol, m(a)tor, k(a)nsert, k(a)manda, (a)rf(a)epiya şəklində ) tələffüz edilir.


Lakin bununla belə bir sıra alınmalar dilimizin fonetik sisteminə - tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə yazılır. Məsələn, vokzal – vağzal, nomer-nömrə, stakan-stəkan, çemodan-çamadan, metall-metal, şosse-şose, proqramma-proqram və s.


Orfoqrafiyamızın tərtibi prinsipləri ilə bağlı deyilənlərdən belə bir nəticə hasil olur ki, fonetik prinsip yazımızda əsas və başlıca, morfoloji prinsip isə köməkçidir. Qalan digər prinsiplər (tarixi-ənənəvi və alınma sözlərin yazılışı prinsipləri) orfoqrafiya qaydalarının bəzi maddələrində əsas götürülür. Yazılı nitqdə orfoqrafiyamızın prinsiplərindən vəhdət şəklində istifadə olunur ki, bu, yazımızın inkişafını, yeniləşməsini, qaydaların asan mənimsənilməsini təmin edir.


Nitqin yazılı formasından istifadə ilə bağlı bir sıra qüsurlar vardır ki, onların böyük bir qismi düzgün tələffüzün təsiri ilə baş verir, başqa sözlə, yazılışı düzgün tələffüzündən fərqli olan sözlər, qrammatik formalar deyildiyi kimi yazılır. Bu qüsurları aşağıdakı şəkildə qruplaşdırmaq olar:





  1. düzgün tələffüzün təsiri ilə baş verən orfoqrafik səhvlər;




  1. qüsurlu tələffüzün – adi danışıq dili və yerli şivəyə məxsus tələffüzün

təsiri ilə baş verən səhvlər.


Birinci qrup səhvlərin özünü də aşağıdakı qruplara ayırmaq olar:






    1. Yüklə 233,5 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin