Mövzu: 10 ƏDƏBİ DİL, onun normalari


(R.Rza) NİDA İŞARƏSİ



Yüklə 233,5 Kb.
səhifə17/17
tarix24.12.2023
ölçüsü233,5 Kb.
#192421
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu -10

(R.Rza)


NİDA İŞARƏSİ



  1. Bu işarə nida cümlələrinin sonunda qoyulur. Məs.;




    1. Bayatına yaslı şerim qoşulsun,



Sənin dərdin, mənim serim bir olsun!


(Ə.Cavad)



  1. Yurdumuzun baharı, xalqımızın Novruz bayramı mübarək olsun!

Nida intonasiyası ilə deyilib təkid, alqış, razılıq, təşəkkür, buyuruq, çağırış və s. bildirən əmr cümlələrindən sonra nida işarəsi qoyulur. Məs.;


Kəsin eyşi-nuşi, gələnlər, susun!


Dumandan yorğanı, döşəyi – yosun.


Bir yorğun pəri var: bir az uysun,


Uysun dağların maralı Göy göl!


(Ə.Cavad)



  1. Xitablardan sonra. Məs.;




    1. Gəl, ey boranlı qış, səpələn ey qar!



Geyin ağ kürkünü, sən ey ixtiyar!


Gəl, ey sevimli yaz, dəli gəncliyim!


Günəşin eşqilə çağlaşın sular!


(M.M.)



  1. Müəllim! Belə bir şərəfli adı daşıyan sənin kimi kamil bir adamla

ünsiyyətdə olmaq mənim üçün xoşdur.


3. Bəli, xeyr, çox gözəl, yox kimi təsdiq və inkar sözlərindən sonra. Məs.; 1) Çox gözəl! Razıyam (nağıl. 2)Yox! Arvad, bu olan şey deyil, mən gedib ov ovlamalıyam (nağıl). 3) Bəli! Mən ona zəhər verib öldürərəm, heç kəs də




bilməz (nağıl).

Durğu işarələrinin işlənmə məqamları rəngarəngdir. İmkanın məhdudluğunu nəzərə alıb yuxarıda deyilənlərlə kifayətlənirik. Bu barədə geniş məlumat üçün aşağıdakı mənbələrə müraciət etmək olar:





  1. Z.İ.Budaqova. Azərbaycanda durğu işarələri. Bakı, 1977.




  1. M.Həsənov. Durğu işarələri təliminin metodikası. Bakı, 1974.




  1. Durğu işarələrinin işlədilməsi qaydaları. Bakı, 2011.



Yüklə 233,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin