Mövzu-08. Texnogen mənşəli fövqəladə hallar və onların əsas zədələyici amilləri [4, 5, 32, 34, 44, 47, 49]



Yüklə 1 Mb.
səhifə7/7
tarix02.01.2022
ölçüsü1 Mb.
#47370
1   2   3   4   5   6   7
MOVZU 0808

İonlaşdırıcı şüalanma. Məlumdur ki, müxtəlif maddələr­dən keçməklə ionlaşdırıcı şüa­lan­ma onların atom və molekulla­rı ilə qarşılıqlı təsirə girir. Belə zədələyici amil atom elek­trik stansiyalarındakı qəzalar, radioaktiv maddələrdən istifadə olu­nan istehsalatda tex­noloji proseslərin pozulması və ionlaşdırıcı şüalanma mənbələri ilə iş zamanı və bir sıra di­gər hal­larda müm­­kündür. Bu zaman insanların şüalanması həm birbaşa föv­qəladə halların ya­ran­ması anında, həm də onların atmosferə atılması zamanı ətraf mühitin sonrakı radio­aktiv çirklənməsi zamanı baş verə bilər.

Psixoemosional təsir. Ekstremal şəraitlər insanlara psixi xəsarət yetirən təsir göstərir. Bu isə özünü iş qabiliyyətinin aşa­ğı düşməsində, psixi fəaliyyətin pozulmasında, ayrı-ayrı hal­­larda isə daha güclü pozulmalarda büruzə verir. Qeyd etmək lazımdır ki, belə psixoloji təsir həyat üçün birbaşa təhdidlə bə­rabər, dolayı ifadə olunmuş təhdidlə, yəni bu təhdidin real­laş­masının gözlənməsi ilə şərtləndirilir. Həyat üçün təhlükəli şə­raitlərdə müxtəlif əl­verişsiz amillərin insanın psixikasına təsi­ri­ni qiymətləndirərkən belə insan reaksiyaları fərqlən­dirilir: -insanların ekstremal vəziyyətə qeyri-patoloji psixo­emo­sional reaksiyası (müəyyən dərəcədə normal fizioloji cavab reak­siyasından ibarətdir); -insanların ekstremal vəziyyətə patoloji psixoemosional re­ak­siyası (reaktiv vəziyyətlər).
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin