Mövzu-08. Texnogen mənşəli fövqəladə hallar və onların əsas zədələyici amilləri [4, 5, 32, 34, 44, 47, 49]



Yüklə 1 Mb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü1 Mb.
#47370
  1   2   3   4   5   6   7
MOVZU 0808


Mövzu-08. Texnogen mənşəli fövqəladə hallar və onların əsas zədələyici amilləri [4, 5, 32, 34, 44, 47, 49].

Texnogen mənşəli fövqəladə hallar barədə məlumat. Texnogen xarakterli qəzalar. Texnogen xarakterli fövqəladə halların qəza növlərinə görə təsnifatlaşdırılması. Texnogen mənşəli fövqəladə halların əsas zədələyici amil­ləri.
Texnogen mənşəli fövqəladə hallar barədə məlumat. XX əsrdə baş verən elmi-texniki inkişaf, o cümlədən atom bombasının kəşfi, atom ener­ji­sindən sənayedə və energetikada ge­niş istifadə, iri sənaye komplekslərinin yaranması, nəq­liyya­tın durmadan sürətlə inkişafı və s. bu kimi bəşəri nailiyyətlər öz­ləri ilə daha dəhşətli yeni, texnogen təhlükələr də gətirmiş­lər.

Texnogen xarakterli təhlükə dedikdə istehsalat müəssisə­lərində, bina və tikililərdə, kom­mu­nikasiya sistemlərində, nəq­liyyatda, energetika sistemlərində, hidrotexniki qurğu­larda in­sanın hər hansı formada təsiri ilə əmələ gələn, partlayış, da­ğıntı, yanğın, uçqunların əmələ gəlməsi ilə nəticələnən, habelə insanlara müxtəlif zədələr vuran, iqtisadiyyatı zəif­lədən təhlü­kəli hadisə başa düşülür.

Texnogen xarakterli fövqəladə halların tipik səbəblərinə isə bunları aid etmək olar: -in­san fəaliyyəti ilə əlaqəli ha­disələr (operatorun, sürücünün səhvləri, konstruksiyanın de­fekt­ləri, qurğu və avadanlıqlara xidmət vaxtı xətalar); -qurğu və avadanlıqlara aid olan hadi­sələr (mexanizmlərdə sürtkü ma­te­ri­allarının olmaması, həssas elementlərin düzgün vermə­diyi siq­nallar və s.); -ətraf mühitlə əlaqəli hadisələr (ildırım vurma, su­yun axmasından, subasmadan və s. səbəbdən elektrik xətlə­rin­də qısa qapanmalar, istehsalat proseslərində, tikililərində baş verən qəzalar və s.).

Texnogen xarakterli təhlükələr reallaşdıqda fövqəladə hallar yaranır və onlar ağır, yün­gül, kim­ya, yanacaq, tikinti material­ları sənayesi sahələrinin, nəqliyyat müəssisələrinin da­ya­nıqlı iş rejimi üçün qəza və fəlakətli vəziyyətlərə gətirib çıxarır. Onlar həmçinin insan itkilərinin, ekoloji fəlakət­lə­rin səbəbləri ola, dağılmalara və uzun müddət ərzində isteh­sa­lın dayanmasına gətirib çıxara bilər. Hər il dün­yada 500 mln.-dan çox mənfi fəsadlı texnogen hadisə baş verir. Nəticədə milyonlarla in­san həlak və ya şikəst olurlar.

Texnogen sahədə qəzaların və ya fövqəladə halların yaran­masının çoxsaylı səbəblərini beş sinifə bölmək olar: 1) qur­ğuların işinin dayanması; 2) texnoloji reqlamentdən meylet­mələr; 3) texniki sistemlərin yüksək energetik səviyyəsi; 4) is­tehsalat personalının səhvləri; 5) xarici səbəblər (təbii fəla­kət­lər, diversiyalar və s.).

Texnogen xarakterli qəzalara aşağıdakıları misal göstər­mək olar:


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin