MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

TAĞIYA 

Ey əzizim, ərcüməndim, rasti-fərzəndim, Təqi, 

Ey ənisim, munisim, fərzəndi-dilbəndim, Təqi. 

AtəĢi-hicranın içrə oldu cismim çün risas, 

Surəti-əhvalimə eylər təmaĢa amu xas. 

Məhbəsi-qəmdən məni bu ruzigar etməz xilas

Etmə bari qət’i-ülfət, baqi olsun ixtisas, 

Ey vəfa bağında bir sərvi-bruməndim, Təqi. 

Bil səni yaddan çıxartmaz mürĢidi-sahibnəfəs, 

Yoxdu mənzuri onun səndən səvayi heç kəs, 

YaxĢı diqqət qıl əsəldə qalmasın payi-məkəs, 

Tərki-əhbab eyləyib dünyaya çox salma həvəs, 

Gər qəbul etsən, sənə əzzəl budur pəndim, Təqi. 

Sinnü salin azdu, bə’zi kardə mə”zursan, 

Zövqin artıqdır, vəli, baĢdan-ayağa Ģursan, 

Fikri-batil eyləmə, zahirdə məndən dursan, 

Sən mənə gər istəsəm hər halidə mənzursan, 

Munisim, yarım, rəfiqim, xiĢü peyvəndim, Təqi. 

Naleyi-bülbül yetər hər sübhi-gülĢəndən mənə, 

Mən özüm billəm nə halətdir yetir məndən mənə, 

Sən həmin izhari-ixlas etgilən gendən mənə, 

Hər zaman xoĢ xəbərlər kim yetər səndən mənə, 

Binihayət Ģad olur bu qəlbi-xürsəndim, Təqi. 

Bir də düĢsəydi əgər vəslün mənimçün ittifaq, 

Çəkməziqim bir də hərgiz naləhayi-əlfəraq, 

Tiği-hicrün riĢteyi-səbrimi qılmıĢ taq-taq, 

Canüvə olsun qəsəm Qasirdə çoxdur iĢtiyaq, 

Yox adundan qeyri hərgiz özgə sovkəndim, Təqi. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

22



Bu zaman əndiĢeyi-batil mənə həmrəng olub, 

ġiĢeyi-qəlbi-zəifim həmniĢini-səng olub, 

Tovcəni tə’bim dəxi kirdar etmir, ləng olub, 

Qafiyə bu vəzndə çox fikr qıldım, təng olub, 

Sən bilirsən, yox rəməl bəhrində manəndim, Təqi. 

Ruzigari-dün əlindən bəd keçər əyyamimiz, 

Zülfi-dilbər tək olub aĢüftə sübhü Ģamımız, 

Bəlkə, xaliq lütf qılsun xeyr ola əncamımız, 

KaĢ vəslünlə oleydi bir də Ģirin kamımız, 

Ey mənim noğlum, nabatım, Ģəkkərim, qəndim, Təqi. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

23



TAGIYA 

Genə fərzəndi-əzizim, Təğiyi-Ģəhzadə, 

Təbim olmuĢ bu rəviĢ nüktələrə amada. 

ĠĢtiyaqin mənə bir növ ilə olmuĢ qalib, 

Nə olur həddi müĢəxxəs, nə gəlir edadə. 

Gər sənə varisə, ixlasi iradətdə qüsur, 

Var mənim mehri-məhəbbət sənə fövqüladə. 

Neçə müddətdi demirsən necədir Qasiri-pir

Budu qəsdin ki, gələm mərhəleyi-iradə. 

YetiĢib guĢimə kim, vəqti təqazasilə, 

Tərk edib Bəsrəni köç eləmisən Bağdadə. 

Bizə Seyyid Hüseyn ağa bu zaman qoysa məhəl, 

Görəsən hansı zamanı salacaqdır yadə? 

Biz ilən, munisü, həmsöhbətü həmməĢrəb idi, 

Niyə həqqi-nəməki, bəs verib indi badə? 

Girmisən daireyi Seyyid Hüseyn ağayə, 

Biz də bir vaxt varıdıq məhrəm ol məvadə. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

24



MOLLA ƏHMƏD FAİZƏ 

Faiza! Bizdən nə cürmü, nə xilaf olmuĢ sizə 

Kim cavabi-namə yazmaqlıq maaf olmuĢ sizə? 

Yavərim, alicənabım, qibləgahım, sərvərim, 

Yaz görək, bizdən nə təqsirü günah olmuĢ sizə. 

Biz duagulər bozorgü xord, ünasü ya zükur, 

Niyyəti-ixlasımız sidqilə saf olmuĢ sizə. 

Namələr yazdım peyapey, heç birindən yox cavab, 

Kim nə illətdən məzaci-inhiraf olmuĢ sizə? 

Ya edibsən ixtiyari-inziva Simurğ var, 

Badikybə qələsi bir kuhi-Qaf olmuĢ sizə. 

Hər qədər qıldım təfəhhüs nə xəbər var, nə soraq, 

Hansı məscid guĢəsində e’tikaf olmuĢ sizə? 

Cümleyi-müxlislərüzdən biz də məhsub olmuĢuq, 

Nə səbəb var bizlərə əzmi-məsaf olmuĢ sizə? 

Bəzmi-ixlasü iradətdə bizük əvvəl mürid, 

Bu cəhətlərdən həmiĢə e’tiraf olmuĢ sizə. 

Mehrigüstər, dostpərvərlikdə bəs mö’tadsüz, 

Xulqi-xoĢ, övsafi-dilkəĢ, ittisaf olmuĢ sizə. 

Cins ara ĢəmĢiri-hicrün qət edüb hər üzvümi, 

Tiği-mehrün çəkmə çün cismim ğilaf olmuĢ sizə. 

Biz sənə etdik vəfa Misrində Yusifdən qiyas, 

Elə bildük əsl qiymət bir kəlaf olmuĢ sizə. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

25



Barı bundan sonra hər bir əmrdə müxtarisən, 

Annadıq hər xidməti etsək kəzaf olmuĢ sizə. 

Yazgilən, mə’lum qıl, göstərgilən isbat elə, 

Hər yaman əxbar bizdən telqiraf olmuĢ sizə. 

Hansı xidmətdür bizi əncamına etdün ricu? 

Fe’limiz batil, sözümüz kizbü laf olmuĢ sizə. 

RiĢteyi-hübbünlə Qasir tarü pudi-cismini, 

Ruzü Ģəb müstəhkəm eylüb Ģe’rbaf olmuĢ sizə. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

26



MOLLA ABBASA 

Molla Abbas, əgər yox sənilə ülfətimiz, 

Leyk vardır, sizi görməklik üçün niyyətimiz. 

Bilirəm sən də məni görməyə varsan müĢtaq, 

Heyf kim, yoxdu bizim sən bəyənən söhbətimiz. 

Bəs ki, ovsafını təqrir eyləyib Əbdürrəhim, 

Bu səbəbdən bizim artıbdı sizə rəğbətimiz. 

Dedi var təbi’ filanın, oxudu əĢ’ardan, 

ġükr elə xaliqə kim, vardı əcəb sən’ətimiz. 

Bə’zi yerdə Ģüəra gərçi olubdur məğmum, 

ġivəyi-inni min əĢĢər olub hikmətimiz. 

Gah Məhzun təxəllüs olusan, gah Abbas

Görcək əbyatını bərəks olur iĢrətimiz. 

Latəsənni ki, Nəbi qoludu illa salis, 

Qoygilən ayrı təxəllüs sənə var minnətimiz. 

Həm rədifi düz elə, qafiyəni söyləmə kəc, 

ġairtək söz deməyə vardı bizim cür’ətimiz. 

Lənkəranı eləyibsən özünə sən məskən, 

Mülki-sərhəddünə vardı bizim üzlətimiz. 

Nə rəfiğ, nə müsahib, nə ənisü nə cəlis, 

Ömr bica yerə sərf oldu, hanı dövlətimiz? 

Nə əcəbdür ola bir yerdə münəccim çaqqal, 

ĠnĢaallah, günü-gündən ücalır Ģövkətimiz. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

27



Yol açıq, ərzdə vüs’ət, dizimzdə qüvvət, 

Var getməgliyə qudrət, yoxmuĢ himmətimiz. 

Əbəvi xıdmətinə bizdən eylə ərz salam, 

Olur, əlbət ki, ola vəsli onun ne”mətimiz. 

Vasifin xülqi əgər zimmeyi-movsufə düĢər, 

Qasirəm, bircə qədər tənbəkidir ücrətimiz. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

28



MOLLA FƏTTAHA 

Molla Fəttah, ey matan molla, 

Mollalar içrə Ģarlatan molla. 

Gah olan Ģeyx, gah mərsiyəxan, 

Gah qamıĢ, gah odun satan molla. 

Kəsb edirdün, nə xoĢ zamanlar idi, 

Palçığa-ləhməyə batan molla. 

Eylə kəsb eyləsəydün, indi sənə, 

Yox idi pulda bir çatan molla. 

Ġndi hər sənətə vurursan əl, 

Bir həya eylə, bir utan, molla. 

Mollaların adını pəst etdin, 

BaĢladın özgə dastan molla. 

Mollaya bə’zi iĢ deyil layiq, 

Olma hərcayi çün natan molla. 

ġeyx tarmanə olmuĢ idi mürid, 

Çərçə əhli-Ərbatan molla. 

Sən də cəhd et, mürid yığ baĢıva, 

Onlara söylə dastan, molla. 

Səni cəm’ içrə xəlq görsə deyir, 

QoĢulub ördəyə qutan, molla. 

Yemisən bəs ki, sıf, çəpaqü çəki, 

QalmıĢ adın balıq utan, molla. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

29



Yay zamanında yun libası geyən, 

QıĢ zamanı geyən kətan, molla. 

Sənə nifrin edir pulun yemisən, 

Güdə Seyyid qalıb lütan, molla. 

Öz əlilə cəhənnəmin içinə, 

Özünü gurpadan atan molla. 

EĢidən vəqtə molla Fəttah adın, 

AğlaĢır əhli-Xarxatan molla. 

Sənə bu sözləri yazıb Qasir, 

Molla Fəttah, ey matan molla. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

30



NƏCƏFƏ 

Ərzimə  eylə nəzər, ey niku mərdi-rastbin

Ey cavanmərdü səxi, xoĢe’tiqadü pakdin. 

Ol zaman kim, Lənkəran mülkünə etmiĢdin səfər, 

ġamil olmuĢ halüvə taəti-rəbbül-aləmin. 

Bir neçə əĢxaslan oldun müsahib, həm rəfiq, 

Bə’zi nəfsi xərmani lütfindən oldu, xuĢəçin. 

Xələtü pulilə qıldln mən fəqiri-sərəfraz, 

Kim duagü sənəbu ġeyx Zeynəlabdin. 

Ġsmi-pakündür Nəcəf, qurban ismi-paküvə, 

Çün Nəcəfdir, mədfəni-paki-Əmirəlmöminin. 

Çün bilmirəm hər qəsdlə xoĢnud qıldın sən məni, 

Eyləsin xaliq səni peyğəmbər ilə həmniĢin. 

Var bizə bir mürĢidi-Ģair, özü sahibnəfəs, 

Nəfsinə səd mərhəba, təb’inə yüz min afərin. 

Gər özü Qasirdi, amma yox kəlamında qüsur, 

Nəzmlən inĢa edibdü bir kəlami-nazənin. 

Hər vücudi dəhridə Ģayəstəyi mədh olmayıb, 

Eylə mədhi kim, ola hər lütfi bir dürri-səmin. 

Dəhridə hər kimsə gər bir nəfsi əhya eyliyə, 

Ruzi-məhĢərdə olur girdarı bir həblülmətin. 

Daima rövĢən olur qəlbi bəsani afitab, 

Olsa hərbir Ģəxs üçün zahir əgər rahi-yəqin. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

31



Qəlbi-pak istər ki, onda nəqĢ ola təsviri-həqq, 

Lütfü Ģe’rində ola zahir dəmi ruhül-Əmin. 

Hər dəniyi-süflə olmaz dövlətilə nikinam, 

Hər xəsisü təngi çeĢm olmaz, səadətlə qərin. 

ġəmməyi-əxlaqi övsafdan etdi Ģeyx gər, 

Yazdı Qasir, nüktə vallahi xeyrürraziqin. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

32



MİRZƏ MƏŞHƏDİ ƏLİ ƏKBƏRƏ 

Əya, əziz niku xülq xoĢxisal, ey dust, 

Ləbibü aqilü hüĢyarü əhli-hal, ey dust. 

Nə vaxtdır, neçə müddətdir iĢtiyaq ilə, 

Edərdim arizuyi-ne”məti vüsal, ey dust. 

Necə əziz ki, bəh-bəh adı Əli Əkbər, 

Bu əsrdə ona yox türfə bir misal, ey dust. 

Təbibü arifü-fərxündarəyü niksiyər, 

Həmi də xisləti xoĢ, rə’yi nikhal, ey dust. 

Zərifü Ģuxü qəzəlxanü dilbəri-xoĢtəb, 

Bu dəĢtidə gəhi səyyadü, gəh qəzal, ey dust. 

Yetib vicudimə hicrində inqilabi-məzac, 

Təbiətimdə dəxi yoxdur e’tidal, ey dust. 

O günləri ki, vüsalınla var idim mə’nus, 

Yox idi məndə qəmü qüssəvü məlal, ey dust. 

Qəribə tərk elədin bu rəfiqü əhbabı, 

Nə tərk eyləmisən, bəlkə payimal, ey dust. 

Zəif edibdi fəraqın məni bu qayətdə, 

Görən müayinə söylər mənə hilal, ey dust. 

Əgər nəzər eləsən dideyi-məhəbbətlə, 

Edər bu namə sənə kəĢfi-Ģərhi-hal, ey dust. 

Və gər bu növ iman ilə qanımı tökəsən, 

Ana südü kimi olsun sənə halal, ey dust. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

33



Təvəqqüf eyləmisən çün bu qədr Bakuda, 

Yəqin müraciətinə yoxdur ehtimal, ey dust. 

Əcəb aralığa bir sədd çəkmiĢ Ġskəndər, 

Qərəz nə Rüstəm onu pəst edər, nə Zal, ey dust. 

YetiĢdi Molla Həsən, ol müridi-xoĢməĢrəb, 

Hekayət eylədi səndən, necə məqal, ey dust. 

Açıb yəmin sənin kimi dost haqqında, 

Nə xoĢ olu ki, mənimçün aça Ģimal, ey dust. 

Nə hüsndür Həsəni-xoĢlıqa edib ehsan, 

Tökübdür dürc-dəhəndən bəsi ləal, ey dust. 

Səni o halət ilə kim görüb, olu Ģakir, 

Deyər ki, həqq verib dusta Calal, ey dust. 

Bu pir mürĢid üçün mayeyi-təĢəkkür olub, 

Cavablar mən edən vəqtidə sual, ey dust. 

Olubdu qövli-Həsən çün mühərrikitəb’im, 

Fəda o dosta ki, var sahibi-kəmal, ey dust. 

Edibdi natiqeyi-təbi-gövhər əfĢanlıq, 

Açıb təzərvü kimi beylə pərrü bal, ey dust. 

Belə müĢəxxəs olur kim, səni müqəyyəd edib, 

O sərzəmində bir cilveyi-cəmal, ey dust. 

Tapıbsan orda məgər həmcəlisü sahibi-zövq? 

Bizi fəramuĢ edib, etmisən xıyal, ey dust. 

Dəxi nə nüktə yazım, dəxi e’tibarım yox, 

Xüsusən ömrə yetər günbəgün zaval, ey dust. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

34



Olubdu Qasiri-dilxəstə natəvanü əlil, 

Nə növ ilən edə dəviyyi-xəttü-xal, ey dust. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

35



KNYAZA 

Knyaza oxu bu sözü, ey dost, müsəlsəl, 

Ondan olacaq mən bilirəm, müĢkilimiz həll. 

Çünki nücəbada olu peyvəstə səxavət, 

Heyhat, hər ağacda ola xasiyyəti-səndəl. 

Bu sözləri bihudə hesab eyləməyün siz, 

Məzmununu Knyaza deyib etmə müəttəl. 

Yüz danə balıq xahiĢ edib Qasiri-Ģair, 

Qoymun düĢə ortalığa bica yerə əngəl. 

Hər kimsə mənim mətləbimə versə əgər yel, 

Ağzı əgilər, boynu sınar, qıçı olar Ģəl. 

Bir Ģəmi’lə əhbab məni eyləsə razı, 

XoĢdur ki, əgər yandura bir qeyrisi məĢ’əl. 

Bu tezliklə balığı göndərgilə gəlsün, 

MürĢüd eyləyüb boynuza vəlmahı müdəlləl. 

Bir belə sözü gərçi Nəzərbəyova yazsam, 

Billəm kim, edər balıq iĢini mənə əshəl. 

Mürdab ona, knyaza Kələdəhnədü məxsus, 

Qoymun balığın vəqti ötə, iĢ qala möhməl. 

Tez gəlməsə balıq, çıxaram cəngə sizlə, 

Qasir durub amadə, qılınc əldə mükəmməl. 

Hər həftə sizə Ģe’r yazıb göndərirəm mən, 

Qoymun mənim, əlbəttə, dəmağım ola müxtəl. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

36



Fürsət yoxdu yazmağa, söz müxtəsər oldu, 

Bundan sora yazsam, yazaram Ģərhi müfəssəl. 

Bayram yetiĢir, tazə libas istər uĢaqlar, 

Hər biri verir ayineyi-qəlbinə seyqəl. 

Birsi papaq istər, biri baĢmaq, biri çuxa, 

Biri baharı, birisi arxalıqi məxməl. 

Eylüb məni aĢüftə bu günlərdə xəyalat, 

Bir kəlmə ki, əhvalım olubdur mütəqəlqəl. 

Bu halətilə Ģe’r demək xeyli çətindir, 

Nə zövq ola əĢa’rə, nə yazmağa yarar əl. 

Tezliklə balıq gəlsə, dəmağım ola Ģəngül, 

Qəm-qüssəm olur Ģadlığa cümlə mübəddəl. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

37



MİR İBRAHİM BƏYƏ

(N)

Mir Ġbrahim bəy dustiniku məhzəri-mən, 

EĢitmiĢəm ki, sizin vardı qələmgahi. 

Lətifü naziku Ģirinü həm tərü tazə, 

Olub lətafətdən böyrü üstə rəm gahi. 

Ki, vardı çün bizim həmsayəlikdə bir bagı, 

Əkiblər, orada necə-təzə həm gahi. 

Eni on iki sajındü, uzunu əlli sajın, 



.............................................................. 

Təhavül eyləmiĢik çox lətifi nazikdir, 

Odur bunun kimi bu Lənkəranda kəm gahı. 

Bəyin evundə dünən bə’zi söhbət eylərdik, 

Olurdu digər aralıqda dəm bədmə gahı. 

O qonĢu gahısını mən də eylədim tə’rif, 

Dedim zəmanədə yox belə möhtərəm gahı. 

Üzümə baxdı mənim tünd MəĢədi Nəccar, 

Dedi: Qadam yemisən yəqin hələm gahı. 

O gahılar ki, yeyibsiz ələf-üləfdü, balam, 

Mir Ġbrahim bəyi gör istəyiz bu dəm gahı. 

Rəfiqimiz belə bir bostan gahı əkib, 

Edib hər tini bir gülĢəni-irəm gahı. 

Qəribə nəzmilə gahılara verib tərtib, 

Qoyubdu bir-birinin üstə qədəm gahı. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

38



Birisi çətr çəkib baĢı üstə çadır tək, 

Biri havaya çəkib baĢçün ələm gahı. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

39



MƏHƏMMƏDƏLİ BƏY MƏCRÜHƏ 

Ey qüssəvü qəmdən ürəyi xali, əzizim, 

Xalq içrə olan mərtəbəsi ali, əzizim. 

Yüz dərd yaxamdan yapıĢıb, hər biri bir dağ, 

Agah deyilsən eyləyibdir məni tapdaq. 

Oldur biri dustağ olub sahibi-Ģəllaq, 

Olmadı eĢidən bizə asari-çürük sağ

'lum olunur var yenə əĢkalı, əzizim.



ġuĢidə idim namə-pəyamın mənə gəldi, 

Ol əmrə dedim mən də cavabı sənə gəldi, 

Seyr eyləmədin qoymadı Ģövqün yenə, gəldi, 

Dam içrə düĢüb mürği-xəyalın dənə, gəldi, 

Sındırmayasan barı pərü bali, əzizim. 

Fəryad fələkdən çəkən əfqan qocalıqdan, 

Zalım, niyə etdin yenə tüğyan qocalıqdan, 

Can xof elədi incidi canan qocalıqdan, 

Vurdun elə kim zəxm gəlir qan qocalıqdan, 

Dil mürğünə duyğun kimi çəngali, əzizim. 

Mən də deyə billəm bir elə söz sənə canım, 

Amma demək olmaz o sözə döz, sənə canım, 

Qoyma ciyər üstə deyirəm göz, sənə canım, 

Allah verib əql, belə göz sənə canım, 

Həm görmək üçün bilməyə ə”malı, əzizim. 

Gəl mürğü xanə ilə minnət, səni-Allah, 

Bəlkə verə bir lütf ilə rüxsət, səni-Allah, 

Qaldıqca gəlir əlliyə töhmət, səni-Allah, 

Bəsdir bu qədər çəkdiyi zəhmət, səni-Allah, 

Bəlkə yatırıq biz bu rəviĢ lali, əzizim. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

40



Bilməm bu nəçün kor kələ tək birdən atıldı, 

Silkindən ötüb firqeyi-bədzata qatıldı, 

Elat da varı kimi baĢ-baĢa çatıldı, 

Meydana girib sövi-kəsafətdə satıldl, 

Bildin necə usta idi dəllalı, əzizim. 

Eyb eyləmə gördün kiĢinin halını mübhəm, 

TutmuĢdu ishal ol tutulan gün onu möhkəm, 

Tez-tez yügürürdü qayanın altına hərdəm, 

Söylərdi  Cavada məni əldən salıb ənsəm, 

Sən gör nə kələkdir ola gör halı, əzizim. 

Molla kiĢidir xidmətə amadəsi yoxdur, 

Təsbeyi itib möhrilə səccadəsi yoxdur, 

Sağər tühi dəstində qalıb badəsi yoxdur, 

Təbində sovuqluq hanı ruxsadəsi yoxdur, 

Qasir neləsin çal ilə dükkalı, əzizim. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

41



MƏHƏMMƏDƏLİ BƏY MƏCRUHƏ 

Sənə, ey pədərim, bu iki sözü, 

At baĢı göndərdim Ağa Muraddan, 

Neçə gündür, xidmətinə gəlmirəm, 

Bəlkə, çıxarmısan bizləri yaddan. 

Könlümdə çox vəhĢət, çox əza olub, 

Mənə zəmanədən yüz cəfa olub, 

Tazə Kərbəlayi bivəfa olub, 

Doğrusu, düĢmüĢəm mən, e’tiqaddan. 

Yenə sənə deyim, qoy bari dərdi, 

Sənsən zəmanənin mərdanə mərdi

Hərçəndi çəkirəm bəxtimə nərdi, 

Möhreyi-taleyim çıxmaz kasadan. 

Gedir Gülüstana xəyali-ruhun, 

Görəsən necə oldu məskəni Nuhun, 

Derlər var Qasirə lütfi Məcruhun, 

Həqiqət, dilĢadam bu quru addan. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

42



AĞA MƏHƏMMƏDƏ 

GuĢ eylə, ey rəfiqi-xoruzbazı Qasirin, 

Ey mumiyayi-xatiri-nasazı Qasirin. 

Ağa Məhəmməda! Bu müĢəxxəsdü bəndəyə, 

Səndən olubdu hörmətü e’zazı Qasirin, 

Səndən savayı hər yana baxdım görunməyir, 

Həmrəngü həm əqidəvü həmrazı, Qasirin. 

DüĢmüĢ iraqü Ģuri dəxi pərdədən kənar, 

Tarü kəmançavü neyü həm sazı, Qasirin. 

BaĢdan gedib Ģüuru dəxi eyləyib nəva, 

Dər həm olub müxalifü Ģəhnazı, Qasirin. 

Gahi ərəb-əcəm kimi qəsdi-hicaz edər, 

Gah fikr edər, səyahəti-ġirazı, Qasirin. 

Ġtmamə yetdi ömür açıb qol-qanadını, 

Aya, nə canibə ola pərvazı, Qasirin. 

Hər nə yetirsə kim, sənə xəllaqi-qeybdən, 

Olsun həmiĢə çoxu sənin, azı Qasirin. 

OlmuĢ çu çilvəgah cəmali Məhəmmədi, 

Bu qəlb pak ayinə pərdazi Qasirin. 

Əfsus kim, qəbavü əba baĢa gəlmədi, 

Ta kim ola dəlilü sərəfrazı Qasirin. 

Ərbabi-mə’rifət bu sözə eylər e’tiraf, 

Lazımdı, bu zaman çəkilə nazı Qasirin. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

43



Əlbəttə, aĢina dilini aĢina bilir, 

Avaz sahibin tanır avazı Qasirin. 

Əyyam edibdü gülĢəni-ömrim payimal, 

Bir çarə yox xəzanə dönüb yazı Qasirin. 

Bilməz kiĢi bu sözləri sahibdil olmasa, 

Naəhlə hərgiz olmuyub ibrazi Qasirin. 

Bəs natəvan olubdu, qalıbdı Ģikaridən, 

Etməz kəfaf tö’meyi-Ģəhbazi Qasirin. 

Cümlə qüvva zəif bədən natəvan olub, 

Dəxi düĢübdür baltasının pazı Qasirin. 

Yox pulu malü dövləti, mülkü ziraəti, 

GuĢ et, bu mətləbə ola ağazi, Qasirin. 

Ancaq varidü bircə danə ları xoruzu, 

Bundan səvayı yoxdu pəsəndazı Qasirin. 

Molla Həsən də çox bəyənibdür həqiqəti, 

Söylər ki, var nəhəngi-cədəlbazi Qasirin. 

Həm daĢ pipikdü, saqqalı yox, dimdiyi uzun, 

Guya ki, var bədəndə iki qazı Qasirin. 

BaĢdan kiçikdü, sinəsi gen, qaĢları yoğun, 

Guya ki, var dükançeyi-xəzzazi Qasirin. 

Mənlən savaĢdı, saxlama ac, çox arıqdı bu, 

Yoxdur məgər ki, gəndümü xəbbazı Qasirin? 

Arpa olub bir abbasi, altı Ģahi çörək, 

Ya rəbbi, qoyma, zahir ola razi, Qasirin. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

44



Bir gaz vurubdu gör necə həqqi-Səlimidə

DərviĢ tək əgər tuta gazi Qasirin. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

45



NƏ YAZIM 

Bilmirəm mən sənə, ey sahibi himmət, nə yazım? 

Eyləyim bir neçə əhvalıva diqqət, nə yazım? 

Bilüsən var sənə ixlas dəryalaricən, 

Xalq arasında tapıbdır belə Ģöhrət, nə yazım? 

Zikrdən etməmiĢəm heç fəramuĢ səni, 

TanımıĢdım səni mən əhli-mürüvvət, nə yazım? 

VermiĢəm gah-gəhi mən sənə bə’zi zəhmət, 

Əvəzində yetəcəkdir sənə rahət, nə yazım? 

EtmiĢəm mən sənə peyvəstə məhəbbətlə nəzər, 

GörmüĢəm səndə var asari-fütüvvət, nə yazım? 

Həqq bilir, olmamıĢam zərrəyi-bədgüy sənə, 

Xah zahirdə və ya kim ola qeybət, nə yazım? 

Ya vəfa etmisən öz əhdüvə, ya etməmisən, 

Gər gəlüb baĢa və ya gəlməyüb ol vəxt nə yazım? 

Ya həqiqət səni mən tanımıĢ idim bir Ģəxs, 

Ya həqiqət yoxumuĢ, məndə fərasət, nə yazım? 

Hər nə söz bəndədən olmuĢ sizə sadir, əlhəqq, 

Sizilən etməmiĢəm heç zərafət, nə yazım? 

Ərdəbildən mənə hər gündə gəlir bir kağız, 

YetiĢür xatirimə xeyli küdurət, nə yazım? 

Gözləyir yol, mənə xərclik gələcək Mirzə Səlim, 

Etdi ağayi-Məhəmməd ona hörmət, nə yazım? 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

46



Bir siyahı özü yazmıĢdı cənabi-Ali, 

EyləmiĢdi nə qədər lütfü Ģəfəqqət, nə yazım? 

Zikr etmiĢdi neçə Ģəxsin adın kağızda, 

Hamısı müxlisi-can sahibi-dövlət, nə yazım? 

Bir qəribə ola gər ata-babası məchul, 

Əllisi pul verir, on beĢi xəl’ət, nə yazım? 

Xan siyahını bu qəsdilə sənə vermiĢ idi, 

Edəsən ta onu cəm’ etməyə sibqət, nə yazım? 

Bilmirəm kim, nə səbəbdən elədi fürsəti-fövt, 

Heç düĢməzdi ələ bir belə fürsət, nə yazım? 

Belə bimehriliyin çox mənə tə’sir eyləyib, 

Bilmirəm ki, yetəcəkdir kimə töhmət, nə yazım? 

Görəsən, biz kimin haqqına xilaf eyləmiĢik? 

Etməyirlər bizə bir kimsə həmiyyət, nə yazım? 

Nə mənə vardu, nə oğluma bir yarü müin, 

Ey bizim bəxtimizin içinə lə’nət, nə yazım? 

Məsələn kim, ola bir xarici, ya bir dərviĢ, 

Hamı pul verməyə eylər ona rəğbət, nə yazım? 

Eyliyəydin bizi bu dəfə də bir xəbr hisab, 

Necə qıldın ki, Səlimi çəkə üsrət, nə yazım? 

NeyləmiĢdik sənə biz, bircə bunu bilseydim, 

Eyləyərdim özümü xeyli məzəmmət, nə yazım? 

Əlqərəz, mərhəmətü hümmətün olsun ali, 

Tutmasın heç giribanivi nikbət, nə yazım? 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

47



Xassə təntəneyi-daireyi-sərkarə, 

Lütfi-haqdan yetə hər anda rif’ət, nə yazım? 

Belə mə’lumdu bu Ģəhridə pul verməklik, 

Qeyriyə vacib olubdur, bizə sünnət, nə yazım? 

Belə fərz eylə ki, mən əhli-təvazöLəku deyiləm, 

Bəs, Səlimin iĢinə kim çəkə surət, nə yazım? 

BaĢlayıb fiqh üsulu, qalıb orda möhtac, 

Nə kitabı, nə də var almağa qudrət, nə yazım? 

Bir para yerdə həqiqətdə ölüm xöĢraqdur, 

Tayü tuĢdan ki, kiĢi çəkə xəcalət, nə yazım? 

Görəsən, doğrusu, bu iĢdə müqəssir kimdir? 

Görsə hər kim səni, Qasir, edə hörmət, nə yazım? 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

48



Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin