Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix07.04.2017
ölçüsü4,94 Kb.
#13622
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
95 
 
 
 
 
 
 
 
 
 
 
 
ĠNTERNET: xeyri, zərəri... (ARAġDIRMA) 
 
O bizə nə verib, nə alır 
 
İnternet bu gün həyatımızın ayrılmaz sahəsinə çevrilib. Bizə lazım olan bütün informasiyaları bu müasir 
texnologiya vasitəsilə əldə edə bilirik. Hətta zamanımızda internetin qurbanlarına, xəstələrinə çevrilənlər də az 
deyil.  
İnternet - istifadəçilərin ―məlumatın saxlanması, paylaşması və rahat əldə olunması‖ istəkləri nəticəsində 
yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. 
Bu gün internet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. 
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili 
əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları 
Təhlükəsizlik nazirliyi tərəfindən işlənib ARPAnet layihəsi çərçivəsində qurulub və on minlərlə dünya 
proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilib və mükəmməlləşdirilib.  
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
96 
 
İnternet Azərbaycan gənclərinə nə verir? 
 
Əvvəla onu deyək ki, hazırda Azərbaycan əhalisinin 11-12%-i İnternet istifadəçisidir. Bu da təxminən 900 000 
nəfər deməkdir. Bu il isə Azərbaycanda İnternet istifadəçilərinin sayında 2007-ci ilə nisbətən təxminən 3 dəfə 
artımın olacağı gözlənilir.  
Hazırda Azərbaycan internetdən istifadə edənlərin sayına görə MDB məkanında aparıcı yerlərdən birini tutur. 
Azərbaycanda internetdən daha çox istifadə edənlər 16-35 yaşlı gənclərdir. Əylənmək məqsədilə internetə daxil 
olan gənclərimiz ümumən internetlə məşğul olan gənclərin təxminən 80%-ni təşkil edir. Yaşı 64-dən çox 
olanların internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 0.7% təşkil edir. İstifadəçilərin 55%-i ali 
təhsillidir.  
Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir 
və məhz bu texnologiyalar bəzi problemlərin həlli üçün tutarlı vasitələrdən biri hesab olunur. Bununla yanaşı, 
internet gənclərin həyatında müəyyən mənfi fəsadlar da doğurur. Gənclər mənəviyyatlarına mənfi təsir göstərən, 
arzuolunmaz təsirlərə gətirib çıxaran internet saytlarına daxil olurlar. Bu isə hələ özünü təsdiq etməmiş gəncin 
gələcək həyatının yanlış istiqamətdə formalaşmasına səbəb ola bilər. Hazırda, bu, çox narahatlıq doğuran bir 
məsələdir. 
 
İnternet klublarımızda qiymətlər gənclərin cibinə uyğun deyil... 
 
Multimediya Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, bu gün bilik, informasiya mənbəyi, yaradıcı adamlar 
üçün hər bir şeyin mənbəyi internetdədir. Amma bir problem var ki, internet klublarımızda qiymətlər gənclərin 
cibinə uyğun deyil: ―Keyfiyyətli internet almaq üçün qiymətlər qonşu ölkələrdən qat-qat bahadır. Bu da 
gənclərin internetdən daha sərfəli məlumatlar almaq imkanlarını məhdudlaşdırır. Əlbəttə, internetdə dövr edən 
informasiyalar içərisində gənclər üçün zərərli olanlar da var. Yəni, pornoqrafiya, terrorizmə çağırış və s. Bunun 
qarşısını almaqla bağlı müəyyən tədbirlər görülür və bu işlər sürətlənsə yaxşı olar‖.  
O.Gündüz internetin gənclərin psixologiyasına təsiri məsələsinə də münasibət bildirib və qeyd edib ki, hər şey 
müəyyən həddində, qədərində olanda normal olur: ―Mən düşünmürəm ki, hansısa zərərli informasiyaya bir 
baxış psixologiyaya mənfi təsir etsin. Amma bu davamlı və sistemli olanda təbii ki, təsirsiz qalmaz. Gənclər 
məzmunlu, intellektli oyunlar oynayarlarsa, bu, onlar üçün faydalı olar. Ancaq narkotik maddələrdən, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
97 
 
siqaretdən, içkidən asılı olan adamlar kimi internetdən asılı olmaq da artıq xəstəlikdir. Belə hal o zaman yaranır 
ki, uşağa diqqət göstərilmir. İnternetdən asılılıq dərəcəsinə çatmamaq üçün uşaqlar arasında istiqamətverici işlər 
görülməlidir‖.  
O.Gündüz Azərbaycanda internetdən istifadə edən gənclərin ciddi problemlərdən biri kimi faydalı resursların az 
olmasını söyləyir. Onun fikrincə, faydalı resursların çoxu ingilis və rus dilli saytlardadır və Azərbaycan dilində 
belə resursların sayı artsa gənclərimiz onlara maraq göstərəcəklər.  
 
Uşaqlar kompüterin ancaq oyun vasitəsi olduğunu düşünürlər... 
 
İnformasiya və Kommunikasiya Texnologiyaları İctimai Birliyinin sədri Firudin Əhmədovun sözlərinə görə, 
bütün digər yüksək texnologiyalar kimi internetin də kökü hərbi tələblərə gedib çıxır: ―İlk dəfə olaraq ötən əsrin 
60-cı illərində ABŞ-da hərbi strukturlarda internetdən istifadə etməyə başlayıblar. Sonralar insanlar internetdən 
istifadə etməklə rahat, operativ və rəngarəng informasiya almaq imkanı əldə etdilər. İnternetin meydana çıxması 
ilə köhnə bilik əldəetmə prosesi tamamilə yeni proseslə əvəz olundu. Dövlət müstəqilliyini əldə etdiyimiz 
vaxtlarda Azərbaycanın ali məktəblərində ana dilimizdə elmi ədəbiyyatın çatışmazlığı problemi vardı. Lakin 
indi elmi istiqamətdə ixtisaslaşmış internet saytlarda Azərbaycan dilində ədəbiyyat və mühazirələr var. İnternetə 
daxil olub istənilən mövzuda ədəbiyyatı, mühazirəni tapa bilərik. Amma ana dilində ədəbiyyatın internetə 
yerləşdirilməsi prosesini yüz, min dəfələrlə sürətləndirmək də olar. Hazırda bu istiqamətdə iş gedir. İndi xarici 
ekspertlər digər ölkələrlə bağlı vəziyyəti qiymətləndirəndə o ölkəyə olan informasiya axınının həcmini və 
sürətini əsas götürürlər. Əgər sürət çoxdursa, demək, burada iş görmək olar‖.  
 
Birlik sədrinin sözlərinə görə, internetin sürətli informasiya əldə etmək kimi müsbət tərəfi ilə yanaşı, müəyyən 
mənfi cəhətləri də var. Xüsusən, gənc nəslin nümayəndələri arasında müşahidə olunan bu mənfi cəhətlər 
vaxtında internetdən düzgün istifadə olunmamasından irəli gəlir. Əgər birinci gündən kompüter qarşısında 
əyləşən uşağa internetdən düzgün istifadə başa salınmasa, o yeniyetmə və gənc çağlarında səhv addımlar 
atacaq: ―Əslində, kompüter sistemlərində arzuolunmaz mövzuların qarşısını almaq üçün kifayət qədər texniki 
imkanlar var. Məsələn, ―Windows XP‖ sistemində valideyn nəzarəti rejimi üçün bölmə yaradılıb. Bunun 
vasitəsilə praktik olaraq uşağın mənfi fəsadlar doğura biləcək saytlara daxil olmasının, ümumiyyətlə, 
kompüterin həmin saytı açmasının qarşısını almaq mümkündür. Texniki baxımdan bu cür problemlərin yoluna 
qoyulması üçün elə vasitələr var ki, bir mütəxəssis kimi mən özüm də onlarla bu yaxınlarda tanış olmuşam. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
98 
 
İnternetin uşaq və yeniyetmələrin, gənc nəslin təlim-tərbiyəsinə pis təsir etməsinin səbəblərindən biri də ölkədə 
kompüter biliklərinin səviyyəsinin aşağı olmasıdır. Çünki bizim məktəblərdə bilikvermə prosesinə diqqət 
göstərilmir, maliyyə sərf olunmur. Ölkədəki bütün orta məktəblərə kompüter dəstləri verilir. Amma 
müəllimlərin kompüter bilikləri çox aşağıdır, şagirdləri öyrədəcək ixtisaslı mütəxəssislər çatışmır. Hətta elə 
məktəblər var ki, orada informatika dərsləri ancaq şagirdlərin kompüterdə oyun oynamaları ilə keçir. 
Kompüterin ancaq oyun vasitəsi olduğunu düşünən şagird onun müsbət tərəflərini təbii ki, heç vaxt anlaya 
bilməz‖. 
 
İnternetdən düzgün istifadə olunmaması homoseksuallığa gətirib çıxarır... 
 
Respublikanın baş psixoloqu Gəray Gəraybəyli isə internetin psixi və psixoloji fəsadlarından danışaraq qeyd 
edib ki, problem, ilk növbədə, kompüterdən düzgün istifadə etməməyin nəticəsində yaranır: ―O ki qaldı 
internetə, burada tibbi və psixoloji problemlərdən söhbət açanda, ilk növbədə, iki məqamı vurğulamaq lazımdır. 
Bunun birincisi, internetdən asılılıqdır. Bu, saytdan asılı olaraq insanların, xüsusilə, yeniyetmələrin ona həddən 
artıq alışmasıdır. Nəticədə, həmin yeniyetmə insanlarla öz arasında olan normal, emosional ünsiyyəti itirir və 
onda autizm - özünəqapanma yaranır. Son dövrlərdə autizmin yeni növləri yaranıb. Bunların bəzisi endogen 
xarakter daşıyır. Tam şəkildə termin kimi istifadə olunmasa da, bu gün sosial autizm də meydana çıxıb. Bu, 
hansısa xəstəliklə bağlı deyil, insanın düşdüyü mühitlə əlaqədar özünə qapanmasıdır. O, normal mühitdən 
uzaqlaşır, insanlarla ünsiyyətə girə bilmir‖.  
 
G.Gəraybəylinin sözlərinə görə, kompüterdən, internetdən düzgün istifadə olunmaması nəticəsində bir çox 
nevroz və psixi pozuntular da meydana çıxır. Yuxu pozuntularını da misal gətirmək olar. Xüsusən, nevroloji 
aspektləri olan uşaqlarda, bu, özünü daha çox büruzə verir. Bizə bununla bağlı edilən müraciətləri araşdıranda 
görürsən ki, yeganə səbəb kompüterdən düzgün istifadə olunmamasıdır. Elə ailələr var ki, orada uşaqların 
kompüterdən necə istifadə olunmasına qətiyyən nəzarət edilmir. Nəzarətsiz qalan uşaq isə 6-8 saat, hətta səhərə 
qədər kompüterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi əlamətlərə 
gətirib çıxarır. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
99 
 
―İnternetdə hansısa mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana 
bilər‖ - deyən baş psixoloqun sözlərinə görə, hazırda seksual mövzular internetdə daha geniş yayılıb. 
İnternetdən istifadəsinə nəzarət edilməyən uşaq və ya yeniyetmənin bunu görməsi, maraqlanması bir çox 
hallarda onun normal inkişafına mane olur. Cinsi həyata hələ daxil olmayanlar bu mövzulu saytlara baxırsa, 
onlarda istər-istəməz maraq oyanır. Normal inkişafın olmaması hətta homoseksuallığa da gətirib çıxarır: 
―İnternetin insan psixikasında doğurduğu problemlərdən biri də aqressiyadır. Məsələn, uşaq hər hansı filmə 
baxanda ondan özü üçün nümunə götürür. Hətta bəzən orda insan həyatı üçün təhlükə yaradan halları da normal 
olaraq qəbul edir. Təəssüf ki, bu gün nümayiş olunan cizgi filmlərində kifayət qədər aqressiya doğuracaq 
motivlər var. Azyaşlı uşaq isə onu normal qəbul edir və yeri gələndə tətbiq edir. İnternetdən də düzgün 
istifadənin uşaqlara aşılanmaması onlarda bu cür aqresiyanın baş qaldırmasına gətirib çıxara bilər. Şagird 
kompüterin müsbət tərəfləri ilə yanaşı, doğurduğu mənfi fəsadları da bilməlidir. Bu, daha effektiv bir mübarizə 
vasitəsi olardı. Valideynlər bilməlidirlər ki, övladlarının kompüterlə həddindən artıq məşğul olması onlara 
mənfi təsir göstərir. Bəzən elə hal olur ki, həkimlər uşağa qəti şəkildə kompüterə yaxın getməyi qadağan 
edirlər‖. 
 
Azərbaycanda ―çat‖dan istifadə edənlərin bir qismi seksual azlıqlardır...  
 
Mütəxəssislərin fikrincə, gənclərin ―çat‖ əyləncəsi müəyyən cinayət tərkibli meylləri ortaya çıxır. Bu, əsasən 
Rusiyada qeydiyyat keçmiş internet saytlarına aiddir və onun ―çat‖ strukturundan azərbaycanlı gənclər də 
kütləvi şəkildə istifadə edirlər. Məsələn, həmin ―çat‖lara daxil olub bir balaca yazışanda kimlərin narkotiklərlə 
məşğul olduğunu, kimlərin hansı cinayət tərkibi olan əməllər törətdiyini bilmək olur. Qeyri-rəsmi məlumatlara 
görə, Azərbaycanda ―çat‖dan istifadə edənlərin bir qismi seksual azlıqlardır. Bu da həyat barədə anlayışı hələ 
zəif olan gənclərin hərəkətlərində və həyata baxışlarında fəsadlar yaradır. Digər tərəfdən, məlum olduğu kimi
ölkəmizdə internet klubların fəaliyyətinə nəzarət yoxdur. Heç kim bilmir ki, orada gənclər nə işlə məşğul 
olurlar. Bu nəzarətsizlik kriminal elementlərin meydana çıxması üçün münbit zəmin deməkdir.  
Müasir dövrümüzdə kompüter texnologiyalarının sürətlə inkişafı tezliklə bütün dünyanın qlobal kompüter 
mərkəzində birləşəcəyinə dəlalət edir. İndi gənclərin böyük bir qismi vaxtının çoxunu internet klublarda keçirir. 
Onların əksəriyyəti ―çat‖ məqsədi ilə, internetin imkanlarından yararlanırlar. Məhz bunun nəticəsidir ki, bu gün 
ayrı-ayrı çatlarda Azərbaycana aid onlarla otaqlara rast gəlmək mümkündür. Məsələn, təkcə www.mail.ru 
saytının çatında Azərbaycanın adı ilə 15 otaq yaradılıb. Bu nəinki, bizim ölkəmizdə, hətta dünyanın əksər 
ölkələrində də belədir.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
100 
 
 
―Çat‖ nədir? 
 
―Çat‖ ingilis sözü olub, tərcümədə ―boş söhbət‖ deməkdir. Yəni ―boş söhbət‖ etmək istəyənlər çata daxil 
olurlar. Bu cür istifadəçilərin kimliyinin, yaşının, yaşayış yerinin və bəzən hətta cinsinin 100% düzgün qeyd 
edilməsinə heç kim zəmanət verə bilməz. Odur ki, bu cür ―internetbaz‖larla münasibətdə ehtiyatlı olmaq 
məsləhət görülür. İnternetə hədsiz aludəçiliyi xəstəlik adlandıran bir çox mütəxəssislər onları alkoqolik və 
narkomanlarla müqayisə edirlər. Son 5 ildə dünyada virtual dünyaya hədsiz bağlanan 10 mindən çox insan iş 
yerini və ailəsini itirib, hətta intihara meyl edib. Belə insanlar arasında azərbaycanlıların da olduğu inkar 
edilmir.  
Bakıdakı internet klublarında vəziyyət necədir? 
Bakının Binəqədi rayonunda yerləşən internet klublardan birinin sahibi Nicat Məmmədov deyir ki, hər gün 
təxminin 50-70 müştərisi olur. Onun sözlərinə görə, internet kluba gələnlər müxtəlif yaşda olanlardır: ―Beş 
yaşından 45 yaşına kimi müştərilərimiz olur. Bizdə pornosaytlar bağlıdır. Ancaq bəzən xəlvət girənlər də olur. 
Bir qədər böyük yaşda olanlar əsasən qızlarla tanış olmağa can atırlar. Bizim bir müştərimiz var, 45 yaşındadır. 
O, hər gün gəlib qızlarla danışır‖.  
Klub sahibi azyaşlı uşaqların əsasən oyun oynadıqlarını bildirir: ―Bizim klub səhər saat 9-dan axşam saat 23-ə 
kimi açıq olur. Lakin elə insanlar var ki, gecəni də klubda qalırlar. Bizim internet klubun yaxınlığında yaşayan 
bir oğlan var, Murad Ələkbərov. 29 yaşı var, hər axşam gəlir oturur burda, səhər biz klubu açanda görürük hələ 
kompüterin qarşısındadır. O, da əsasən qızlarla tanış olmaq üçün gəlir. Onun dediyinə görə, bəzən qızlar, 
qadınlar ona pul, maşın təklif edirlər ki, onlarla cinsi münasibətdə olsun‖.  
Metronun Elmlər Akademiyasının yaxınlığında olan internet klubun adını bildirməyən sahibi isə müştərilərinin 
əsasən tələbələr olduğunu söyləyir: ―Diplom işi, kurs işi yazmaq, internetdən hər hansı məlumatı tapmaq üçün 
bizim internet kluba gələn çox olur. Bəzən ziyalı insanlar da gəlir. Onlar internetdəki axtarış sistemlərində lazım 
olan materialları axtarıb tapırlar‖.  
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Xumar Həsənova internetdən əsasən, seminarlara hazırlaşmaq 
üçün istifadə etdiyini deyir: ―İstəyirəm öz sahəmin mütəxəsisi olum. Ona görə də müəllimlərimin 
öyrətdiklərindən əlavə şeyləri də bilmək istəyirəm. İndiyə kimi heç vaxt çat saytlarına girməmişəm. Məncə ağlı 
başında olan oğlan və ya qız ondan istifadə etməz. Çat boş yerə vaxt keçirməkdən savayı şey deyil‖.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
101 
 
Sonda gəlin etiraf edək ki, artıq həyatımıza daxil olan və xüsusən, gənclərin həmdəminə çevrilən internet 
intellektual inkişafa təsiri əvəzsizdir. Hətta bir çox ailələrin təməli də internetdə tanışlıqdan sonra qoyulur.  
Apardığımız sorğu zamanı internet vasitəsilə tanış olub ailə quran gənclər seçimlərində heç də peşman 
olmadıqlarını və ilk görüş məkanlarının kompüter olmasına baxmayaraq, real həyatda ailələrinin məhəbbət və 
sadiqlik üzərində qurulduğunu deyirlər.  
 
Nigar Məmmədli, Şəhriyar Əlizadə. Lent.az saytı  
 
http://www.xariciedebiyyat.azeriblog.com/2008/11/11/internet-xeyri-zereri-arashdirma 
 
 
Ġsmayıl ĠSMAYILOV 
 
ĠġÇĠ TƏLƏB OLUNUR: KONTENT-REDAKTOR 
  
İnternet ənənəvi jurnalistikanı və çap mediasındakı təsəvvürləri mətbuatın özündən də xəbərsiz dəyişdi. 
Qəzetçilikdəki bir çox atributlar – mürəkkəblə yazılmış əlyazmalar, soyuq redaksiyalarda boynuna şərf, çiyninə 
palto, başına papaq keçirib yazını qələmlə qaralayan redaktorlar, jurnalistlərin məlumat almaqçün qapı-qapı 
gəzmələri, hətta çayxanalarda isti söhbətlər də yoxa çıxmaqdadı.  
 
Yeni anlayış - internet jurnalistikası anlayışı yarandı. Xəbər saytlarının istifadəçiləri, qəzetləri internetdən 
oxuyan, informasiya agentliklərini internetlə izləyən oxucuların sayı artır, internet televiziya, radio və çap 
mediasının vahid meydanına çevrilir.  
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
102 
 
İnternet jurnalistikası ənənəvi jurnalistikadan seçilir, onun öz tələbləri, fəlsəfəsi var. İnternet jurnalisti 
kompüter, mobil əlaqə, fotoaparat, videokamera, rəqəmsal diktofon, müasir skaner, printerlə «silahlanıb». Ən 
əhəmiyyətlisi isə o, daim beynəlxalq şəbəkədədi, bir anın içində istənilən yerdən məlumatı çəkib gətirə bilər. 
İnternet jurnalisti ana dilindən savayı ən azı bir xarici dili bilməli, bir neçəsini isə heç olmasa təxmini başa 
düşməlidi. İnternet jurnalisti elektron poçtla gələn məlumatdan baş çıxarmalı, onu informasiyaya çevirməyi 
bacarmalıdı. 
 
İnternet jurnalistikasında tək müxbirlər yox, redaktorlar da ənənəvi jurnalistikada olduğundan fərqlənir. Yeni 
media yeni redaktor tipini - kontent-redaktorluğu yaradıb.  
 
Müxbir, redaktor, həm də texniki işçi 
 
İngilis dilindən tərcümədə «kontent» mahiyyət, məzmun deməkdi. Bu bir az informasiya ötürmək mənasını da 
verir. Kontent-redaktor anlayışı məlumatla işləyən insanı ehtiva edir. 
 
Saytların heç də hamısı operativ fəaliyyət göstərmir. Çoxlu korparativ, şəxsi saytlar, QHT-lərin, dövlət 
təşkilatlarının internet səhifələri var. Ancaq hər bir internet səhifəsi nə vaxtsa təzələnməlidi və bu vaxt işin 
yaxşı alınması üçün kontent-redaktora ehtiyac yaranır.  
 
Məqalə yazmağı, xəbər, press-reliz hazırlamağı və aydın məsələdi ki, redaktə etməyi bacarmayan adamın 
kontent-redaktor işinin öhdəsindən gələ biləcəyinə inanmaq çətindi. Daha bir tələb texniki savadla bağlıdı. 
Kontent-redaktor kompüterdə ən azı ofis proqramlarından, qrafik proqramdan baş çıxarmalı, saytda materialları 
təzələmək qaydalarını bilməlidi. Kontent-redaktor özündə texniki və yaradıcı qabiliyyətləri birləşdirən şəxsdi.  
 
Varlı şirkətlərdə saytı işlədən adamın, kontent-redaktorun qarşısında qoyulan əsas tələb - bir neçə xarici dili 
bilməkdi. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
103 
 
İmkansız QHT-lər və ya saytını tez-tez təzələməyən dövlət idarələri öz internet səhifələrini bir qayda olaraq 
başqa işlə məşğul olan, amma interneti bilən adamlardan birinə tapşırır. 
 
Əyləncə saytlarını təzələyən kontent-redaktorlarun əksəri texniki bilikləri güclü, yazmaq, redaktə etmək 
qabiliyyəti zəif olan gənclərdi. 
 
Kontent-redaktor üçün ən ağır iş yeri xəbər istehsal edən jurnalist kollektivlərindədi. İnformasiya saytının 
kontent-redaktoru hər gün onlarla xəbər, iri məqaləylə işləyir. O həm müxbir, həm redaktor, həm də texniki 
işçidi. Onun zövqü, yazını şəkil, link, videosüjetlə zənginləşdirə bilməsi oxucuların sayına əməlli-başlı təsir 
edir. Kontent-redaktorun həssaslığı internet səhifəsinin ümumi tərtibatının təkmilləşdirilməsi, yəni sayt 
qurulanda və ya saytın tərtibatı təzələnəndə oxucu üçün daha rahat bir dizaynın tapılması işinə də yaraya bilər. 
 
Kontent-redaktorun problemləri 
 
Azərbaycanlı kontent-redaktora ana dilində olan materialların hərəsi bir şriftdə gələ bilər. Bu, necə deyərlər, 
yerli problemdi. Vətəndaşların elektron poçtla göndərdiyi xəbərlərin faydalı və ziyanlı olanını ayırmaq 
(kontent-redaktor bəzən ictimai təzyiqə məruz qalır, xəbərinin saytda yerləşdirilməsini çox arzulayanlar 
dalbadal elektron məktub yollayır, hətta zəng edirlər), məktuba cavab verib-verməməyi müəyyənləşdirmək, 
təmkini itirməmək isə ümumi «dərddi». 
 
Anonim ünvanlardan gələn informasiyalarla nə cür davranmaq məsələsi də kontent-redaktor üçun çətin işlərdən 
biridi: informasiya yollayanın məqsədini duymaq və hər hansı çirkli oyunun iştirakçısına çevrilməmək istedad 
tələb edir.  
 
Kontent-redaktorun hər gün üzləşdiyi daha bir problem rəsmi mənbələrin, şirkətlərin və QHT-lərin mətbuat 
xidmətlərindən, ictimaiyyətlə əlaqələr üzrə strurkturlarından gələn press-relizlərdi. Bu cızma-qaralar həm 
müxbirlərin, həm də redaktorların xeyli vaxtını alır. İki-üç abzaslıq xəbərin əvəzinə iki-üç səhifəlik press-

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
104 
 
relizlər olur. Mətbuat xidmətlərinin və piar menecerlərinin xəbər yazmaq qabiliyyətinin artması bütün medianın 
işini xeyli asanlaşdırardı.  
 
Xəbərin istiotu-duzu 
 
İnternet səhifəsindəki materialın oxunaqlılığı həm də onun «bəzəyindən» - maraqlı şəkil və videosüjetlərin, 
liklərin olmasından, hətta şriftinin ölçüsündən asılıdı.  
 
Şəkil materialın ölçüsünə uyğun kəsilməli, mövzudan kənar olmamalıdı. Qeyri-müəyyən şəkillər oxucunu çaş-
baş salır. Azərbaycan mediasında, xüsusilə kriminal xəbərlərin təqdimatında çox vaxt hadisə ilə bağlılığı 
olmayan şəkillər verilir.  
 
Yaxud bilyardla bağlı xəbərdi, azərbaycanlı bilyardçının qələbəsindən və ya məğlubiyyətindən bəhs edir, 
baxırsan, şəkil də var, bilyard şarlarıdı – rəngli, alabəzək... Amma Azərbaycanda yalnız rus bilyardı yayılıb, rus 
bilyardında isə rəngli şar olmur. Rəngli şarlardan daha çox ABŞ-da məşhur olan «Pul» bilyard oyununda 
istifadə edilir. Xırda detaldı, amma nəzərə alınmır…  
 
Şəklin solda, sağda, ya mərkəzdə yerləşdirilməsi də fotodakı şəxsin hansı rakursdan baxmasından asılıdı. Belə 
məqamlara diqqət yetirən kontent-redaktor azdı. Linklərin işləməməsi, üzərində müvafiq işarə peyda olsa da 
şəklin böyüməməsi kimi xırda texniki səhvlər onlayn jurnalistikasının adına yaraşmayan qüsurlardı. Bəzən 
xırdaca qeyri-dəqiqlik bütün işi korlayır, kontent-redaktor yerləşdirdiyi skripti bir də yoxlamalı olur.  
 
İşçi qüvvəsinin məhdudluğu kontent-redaktoru texniki biliklərə daha dərindən yiyələnməyə məcbur edir. O, 
saytda sorğular, bannerlər yerləşdirir, yeni bölmələr yaradır, forumda dəyişiklik edir. Bu onun işi deyil, amma 
nə etməli, informasiya bazarında uduzmaq istəmirsənsə çevik olmalısan.  
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
105 
 
«Siçan»ı şəkilə yaxınlaşdırarkən onun götürüldüyü mənbənin adının ayrıca pəncərədə görünməsinə Rusiya 
saytlarında tez-tez rast gəlmək olur. Bu sırf texniki məsələdi və bizim saytlar da belə imkanlardan istifadə etsə, 
jurnalistikada etik prinsiplərin qorunmasına yaxşı zəmin yaranar.  
 
Kontent-redaktorun səhvləri 
 
«Day.az» saytında getmiş «Fidan və Xuraman Qasımovalar Kapelhausda çıxış edəcək» başlığında tələbəsi 
sözünün itməsi («Fidan və Xuraman Qasımovaların tələbəsi Kapelhausda çıxış edəcək») xəbərə tam ayrı məna 
verib. 
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin binasının girəcəyində vurulmuş lövhədə qurumun adının ingilis 
dilində səhv yazıldığı haqda material yayan «1news.az» saytı öz yazısında Dini Qurumlarla İş üzrə Dövlət 
Komitəsinin adının düz getmədiyini görə bilməyib. 
 
«Trend» agentliyinin saytında («Trend.az») yerləşdirilən xəbərdə adı çəkilən idmançıların hamısının adı və ya 
soyadı səhv gedib. Gecə növbəsində çalışan kontent-redaktorun yol verdiyi qüsurdu bu. 
 
İşçi qüvvəsinin çatışmazlığı da saytın keyfiyyətli material hazırlamasına mənfi təsir edir. Vaxtilə çox məşhur 
olan «Realnı Azerbaydjan» qəzetinin onlayn versiyasında («Realazer.com») cəmi iki işçi çalışırdı. 
 
Kontent-redaktor və plagiat 
 
Mənbənin göstərilməməsi, plagiat halları tez-tez müşahidə olunur. Əziyyət çəkib informasiya hazırlayan 
kontent-redaktor etik normalırı gözləyib mənbəni göstərir, amma az sonra öz əməyinin oğurlandığını görür. 
Başqa bir informasiya saytı materialda yalnız ilkin mənbənin adını saxlayır, onu hazırlayana, tərcümə, redaktə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
106 
 
edənə istinad etməyi məqbul saymır. Bu, düzgün deyil, axı, tutalım, rus mənbəsi onu sizə Azərbaycan dilində, 
Azərbaycan oxucusunun marağına uyğun hazırlamamışdı. 
 
Belə hallardan qorunmaqçün kontent-redaktor bəzən üzərində çox əziyyət çəkdiyi materialda ilkin mənbəni 
göstərməmək məcburiyyətində qalır. Amma bunun özü də artıq etik normanın pozulması deməkdir. 
 
Fərqli hallar da olur. Səhər elektron poçta Diaspor Komitəsindən press-reliz gəlir, günorta isə «Turan» agentliyi 
eyni məlumatı «etibarlı, diplomatik mənbələrə istinadən» yayır. 
 
Azərbaycanda böyük kollektivi olan bir sıra informasiya agentliklərində, telekanallarda əməkdaşların yerli 
informasiya saytlarına girişinə məhdudiyyət qoyulub. KİV rəhbərləri bu yolla müxbirlərin başqa mənbələrin 
xəbərini mənimsəməsinin qarşısını almağa çalışdıqlarını deyirlər. Belə redaksiyalarda informasiyaya çıxış 
yalnız kontent-redaktorda, rəhbər işçidə olur. Bunun həm yaxşı, həm də pis tərəfi var. Mənimsəmək imkanından 
məhrum olan jurnalist yalnız özü informasiya istehsal edir, amma o, müəyyən qədər informasiya mühitindən də 
məhrum olur, günün nəbzini redaktorun tapşırıqları əsasında tuta bilir. Kontent-redaktorsa istənilən məlumatı 
mənimsəyə bilər. O bütün günü müxtəlif mənbələrə baş vurur, maraqlı informasiyaya rast gələndə müxbirə 
xəbəri yoxlamağı tapşırır. Vaxt varsa, müxbir özü nəsə yazır, yoxdusa onda redaktor hazır məlumatı bir az 
dəyişdirib saytda yerləşdirir.  
Başqa mənbənin yaydığı məlumatı yoxlayıb sonra öz saytında öz məlumatın kimi yerləşdirmək də onu 
mənimsəməkdi. 
 
Başlığı qısa vermək ehtiyacından da bəzi qüsurlar yaranır. «Media forum»da «Səfir ölkədən qovuldu» kimi 
başlığa rast gəlmək olar. Əslində isə bu, faktiki mümkün deyil, səfir nazirliyə dəvət olunur, ona «persona non 
qrata» elan edildiyi bildirilir, ölkəni tərk etmək üçün vaxt verilir. Bu bildiriş elə səfirin mədəni şəkildə 
qovulmasıdı, amma «qovulmaq» ifadəsi işlənməsə yaxşıdı.  
 
«İşçi tələb olunur: kontent-redaktor» 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
107 
 
 
Kontent-redaktor informasiya müharibəsinin önündədi, «arxa cəbhə»də hazırlanan məhsul bircə düyməni 
basmaqla onun ixtiyarından çıxıb ictimailəşir. Qalmaqallar, ictimai təzyiq, forumlardakı müzakirələr, mümkün 
məhkəmə çəkişmələri bu müharibənin fəsadları sırasındadı. 
 
Hazırda Azərbaycanda jurnalistikanın tədrisi sistemində internet jurnalistikasına, kontent-redaktorluğun 
tədrisinə xüsusi yer yoxdu. Ancaq internet sürətlə öz şərtlərini diqtə etməkdədi, artıq mətbuat, agentliklər, 
televiziya və radiolar saytsız ötüşə bilmir. Lap yaxın vaxtda «İşçi tələb olunur: kontent-redaktor» tipli elanlara 
rast gələcəyik. Əslində kontent-redaktor axtarışı başlayıb, sadəcə, saytlara yaxşı redaktor axtaranlar bəzən özləri 
də bilmirlər ki, əslində kontent-redaktor axtarırlar. 
E-mənbə: http://mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20081127065121591 
 
 
 
Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin