Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#678
1   ...   5   6   7   8   9   10   11   12   13

SEVG L M N QILIĞ
 
Gecə cansız, gecə sakit, gecə lal!  
Nə qədər uçsa da uçduqca xəyal.  
Udur insanı bu zülmətli gecə,  
Bu vəfasız, bu rütubətli gecə.  
Ay uzaqlarda, küsüb gendə durur,  
Məni yelkən kimi fikrim uçurur  
Döyür ətrafını şiddətli boran,  
Sevgilimdir başım üstündə duran,  
Yuxusuz gözləri hərdən süzülür,  
Baxıb əhvalıma candan üzülür  
Və deyir: "Yazma, yazıqsan, daha yat,  
Düzələn şey deyil onsuz da həyat.  
Nə mürəkkəb, nə kağız qalmadı, dur,  
Bu esr şairi vaxtsız unudur...  
Qapının ağzını almış qara qış,  
Filosoflar belə şaşqın qalmış,  
Bu həyatın dolaşıq yollarına,  
Ac qalarsansa bu gündən yarına.  
Bizə bir kimsə çörək verməyəcək,  
Qadının "ver!", çocuğun "ver!" deyəcək.  
Nə mürəkkəb, nə kağız qalmadı, dur!  
Bu əsr şairi vaxtsız unudur...".  
Xayır! Aldanma əziz arkadaşım,  
Daşa dəysin də, qayıtsın da başım,  
Ta ki, dünyadakı hər sirri bilim,  
Uzun olsun da həyatımda dilim.  
Demə sərsəm gecələr yolçusuyam,  
Mən doyüşlərdə həyat ordusuyam!  
Geri qalmaq - ölümün nərdivəni,  
O qaranlıqlara qaytarma məni.  
Sən deyirsən ki, "yazıqsan, daha yat,  
Düzələn şey deyil onsuz da həyat".  
Nə sənindir, nə mənimdir bu əməl,  
Özgə bir yerdə danışma bunu gəl. 
  

________________________Milli Kitabxana________________________ 
151 
 
Düşün, ətrafını gör, bir də düşün,  
Yoxsa mənasız olur hər gülüşün,  
Daha xoşbəxt edəcəksən məni sən,  
Özün öz taleyini həll etsən...  
Sən deyirsən ki, "yazıqsan, daha dur,  
Bu əsr şairi vaxtsız unudur".  
Nə sənindir, nə mənimdir bu əməl,  
Özgə bir yerdə danışma bunu gəl.  
Qoparıb qəlbimi sən vurma daşa,  
Gəl! Yaxın gəl! Oxuyub qıl tamaşa  
Ə
sərimdən gorünən heykəlimi;  
Tutma, qoy yazsın, əzizim, əlimi.  
Nə rəyasət, nə cəlal istəyirəm,  
Sadə hiss, sadə xəyal istəyirəm, 
- Məni şerinlə sevindirdin, əvət! 
- Yaşaşın öyləsə dünyada sənət! 
Onun ardında nə hikmət görünür!. 
Bütün insan və təbiət görünür. 
 
1933 
 
  

________________________Milli Kitabxana________________________ 
152 
 
DƏN Z GƏZ NT S  
 
Sevgilim, gecənin rənginə bir bax!  
Sayrışan ulduzlar göz kimi parlaq.  
Sallamış dənizə ay məndilini
*
,  
Dəniz danışdırır öz sahilini.  
Baxıb keçənlərə, göz qırpır mayak,  
O bir keşikçidir hər zaman oyaq

.  
Gəzdirir özünü böyük bir vapor,  
Vaporda səslənir, döyünür motor.  
Onun zirvəsində durur kapitan;  
ndi təbiətə hökm edir insan.  
Yorulmaq bilməmiş insanın əli  
nsan yer üzünə tanrı gələli.  
Görünməz olmuşdur dənizin dibi.  
Qayıq yırğalanır bir beşik kimi.  
Dalğalar atlanır, dalğalar enir,  
Doğru demişlər ki, şairanədir,  
Qayıq gəzintisi mahtaba

 qarşı,  
Sahildə səslənir gazıntı marşı,  
Gəzdirir bizi də mehriban dəniz  
Açılıb dincəıir sinirlərimiz.  
Suda ilan kimi şütüyür qayıq...  
Xavərim, yatmamış... sevgilim ayıq!..  
Sevgilim, nə gözəl bahar gecəsi!  
Bizə layla çalır dənizin səsi.  
O kimdir sulara qəzəl oxuyur,  
Cahana hər gələn bir əsər qoyur...  
Sussun o bayquşun pərişan səsi;  
Sevgilim istəyir həyat nəğməsi!  
Dalğalar əsəbi, dalğalar qara,  
Köksünü çırpdıqca bu dalğalara  
Suda ilan kimi şütüyür qayıq,  
Sevgilim yatmamış... sevgilim ayıq!.. 
 
1933 
                                                           
*
 Dəsmal (əl dəsmalı) mənasında  

 Yəni  

 Ay işığı
 
 
 

________________________Milli Kitabxana________________________ 
153 
 
 
 
ÇƏNƏ SÖHBƏT  
 
Qapılar bağlanır, gecə yarıdır,  
Gəzir pəncərəmin qabağında ay.  
Bu ay qaranlığı sorub əridir;  
Buludlar dağılır uzaqda lay-lay,  
Gəzir pəncərəmin qabağında ay. 
 
Sevgilim yanımda yatır baş-başa,  
Uzanır ortada çənə söhbəti.  
Onun hər zamankı xoş təbiəti  
Deyir: mehriban ol, mehriban yaşa,  
Sevgilim yanımda yatır baş-başa. 
- Doğru demişlər ki, qızların nazı 
Onların eşqindən uzun olurmuş. 
Yolunda illərcə süründüm azı, 
Get-gəli sevməyir bizim quruluş... 
 
- Qınama qızları, bu ehtiyatdır, 
Dünyada tez qızan, tez də soyuyur. 
Məhəbbət özü də canlı həyatdır, 
Onun varlığını yaşayan duyur; 
Dünyada tez qızan, tez də soyuyur. 
 
- Xayır! Məhəbbətin gözü kor olur. 
Onda nə ehtiyat, nə imtahan var. 
Sevməyin hissi ki, ürəyə dolur 
O bəzən güldürür, büzən ağladır,  
Onda nə ehtiyat, nə imtahan var. 
 
- Bu sözdə doğruluq olsa da qismən, 
Yenə də fikrinə qol çəkmirəm mən. 
Ömür-gün sevdası deyildir asan, 
Çox gözəl olsa da zahirən insan, 
Yenə də ortada imtahan gərək. 
Yoxsa ki, gündə bir eşqə gələrək 
Hər ötən yolçuya könül bağlamaq. 
  

________________________Milli Kitabxana________________________ 
154 
 
Sonra da ardınca baxıb ağlamaq  
Ə
skiklik gətirər hər insana, bil!  
Nə erkək, nə qadın əyləncə deyil.  
Bir parça söyləyim misal üçün mən  
Həyatda gördüyüm bir faciədən:  
Yaşıl təpələrdə izlər buraxan,  
Yel kimi kükrəyib, su kimi axan  
Qeydsiz bir könül, azad bir könül,  
Ə
tirli bir çiçək ətirli bir gül  
Gündə boy atardı günəşə qarşı;  
Onun kaman kimi əyilmiş qaşı,  
Durna baxışları, şirin söhbəti,  
O gözəl xilqətin xoş təbiəti  
Gəzib dolaşırdi ağızda, dildə;  
"Xuraman" dedikcə ağız da, dil də  
Gözəllik dadardı bu adda insan!  
Bir nur tökülərdi baxışlarından.  
Xuraman sevərdi ay işığını,  
Xilqətin o gözəl yaraşığını;  
Baxıb saatlarca mahtaba sarı,  
Uçardı göylərə zil baxışları.  
Bir su kənarında göyərən otlar,  
Göydə məclis qurub duran buludlar  
Bir qaya, bir təpə, bir dağ, bir dərə,  
Xəyalı güldürən bir xoş mənzərə  
Onun diqqətini tutardı həmən.  
"Of...Sənin eşqindən divanəyəm mən"  
Deyən, bir insana uydu zavallı  
O şair könüllü, rəssam xəyallı.  
Xuraman izlədi, öz arzusunu,  
Ondan çəkinmədi illər uzunu;  
O qoşdu şəhərə oxusun deyə,  
Ömrünü sənətə verdi hədiyyə.  
Yazıq! Zəhərlədi o gözəl qızı  
Həyatın pozulmuş bir əxlaqsızı.  
"Mən sənin eşqinlə, əziz Xuraman,  
Xəstə uşaq kimi inlərəm hər an", - 
  

________________________Milli Kitabxana________________________ 
155 
 
Deyən bir alçağa! uydu zavallı,  
O rəssam duyğulu, şair xəyallı,  
O dağlar gözəli Xuramancığaz.  
Birinci görüşdən keçməmiş bir az  
Onlar evləndilər, fəqət faciə  
Bununla qurtarıb bitməyir yenə.  
Xuraman bir axşam evində yalnız,  
Çəkdiyi lövhələr qarşısında qız  
Dalıb düşünərkən yoldaşı birdən:  
"Xuraman, qalmamış o məhəbbətim,  
Getdi etibarım, getdi hörmətim,  
Nə incə sənətin, nə də bədənin,  
Nə də ki, o durna gözlərin sənin  
Artıq güldürməyir, açmayır məni,  
Bağışla, saxladım yolundan səni.  
Xuraman yerində daş kimi donur,  
Xəyalı çırpınıb, dağlara qonur,  
Orda maral kimi boynunu bükür,  
 
Qumral gözlərinə qaranlıq çökür... 
"Əvət, təbiətim hər zaman dönür,  
Könül bir oddur ki, yandıqca sönür...  
Məndə nə irada, nə ixtiyar var;  
Xəyalım ölçüsüz bir dəli ruzgar,  
Köçəri quş kimi hər yerə qoşar,  
Harda axşamlasa, orda da yaşar.  
Onun başqa donlu bir xilqəti var,  
Hər zaman dəyişən təbiəti var.  
Səadət, ailə, sevgi əbəsdir – 
Dünya dedikləri bir quru səsdir..."  
O gündən yaşadı Xuraman yalqız,  
Dünya gözlərində günəşsiz, aysız  
Bir qaranlıq kimi boğurdu onu,  
Yaxşı gətirmədi ömrünün sonu;  
Dağlardan aldığı vüqarı qızın  
Çəkmədi zülmünü bir əxlaqsızın. 
 
  

________________________Milli Kitabxana________________________ 
156 
 
Dəyişdi günbəgün qızcığın halı,  
Pozuldu gördüyüm o gül camalı.  
Pozuldu ömrümün ağ gün dəftəri  
Qızlığı əllərdə gedəndən bəri.  
Bir axşam ah çəkib asdı özünü,  
Həyata, hər şeyə yumdu gözünü  
Deyən sevgilimin sinəsi qalxdı,  
Elə bil üstündə ildırım çaxdı.  
Süzüldü göz yaşı kirpiklərindən,  
Çəkib nəfəsini aldı dərindən.  
Sevgilim yanımda yatır baş-başa,  
Uzanır ortada çənə söhbəti;  
Onun hər zamankı xoş təbiəti  
Deyir: melıriban ol, mehriban yaşa!  
Sevgilim yanımda yatır baş-başa... 
 
1933 
  

________________________Milli Kitabxana________________________ 
157 
 
CƏBHƏDƏ 
 
Toxunub dağlara qayıdır yenə  
Sərhəd boyundakı hücum borusu;  
Soxulmuş gecənin dərinliyinə  
Komandam altında insan ordusu,  
Sərhəd boyundakı hücum borusu. 
 
Atım köpüklənir, atım buğlanır – 
Donmuş qırov kimi sinəsində tər.  
Atımin nalları od tutub yanır;  
O, bəzən altımda uçunub, titrər,  
Donmuş qırov kimi sinəsində tər. 
 
Topçular alayı gəlir arxadan,  
Fırlanır, dolaşır təkər səsləri.  
Bir yeni şey deyil nə ölüm, nə qan...  
Ordumuz yenə də axır irəli,  
Fırlanır, dolaşır təkər səsləri. 
 
Günəş qırpınanda açıldı hava,  
Dayandı ordular, durdu üz-üzə - 
Hər iki cəbhədən başlandı dava,  
Yayıldı atəşlər o geniş düzə,  
Dayandı ordular; durdu üz-üzə. 
 
Qızışdı, getdikcə qarışdı ara,  
Gəldi toqquşmamız süngü-süngüyə;  
Havanın bağrını düz yara-yara  
Ş
aşqalar başını qaldırdı göyə,  
Gəldi toqquşmamız süngü-süngüyə. 
 
Odur bax! Ayrıldı tən yarısından  
Gövdəsi qarşıma çıxan insanın;  
Atından yıxıldı, yəhərində qan...  
Qızardı od kimi içində qanın  
Gövdəsi qarşıma çıxan insanın. 
 
  
Axşamdır, qaralır axşamın yeri,  
Düşməni salmışıq əldən-ayaqdan;  

________________________Milli Kitabxana________________________ 
158 
 
Basılmış ordusu çəkilib geri,  
Kinli baxışlarla baxır uzaqdan,  
Düşməni salmışıq əldən ayaqdan. 
 
Çoyutma
*
 bir güllə gözlənilmədən  
Yapışır alnıma, yıxılıram mən,  
Tutub gözlərimi örtür qızıl qan...  
nsan ölümünü bildiyi zaman  
Nələr keçirirmiş!.. Kainat qara.  
Kainat gözümdə çəkilir dara...  
Dolanır başıma sonsuz yamaclar,  
Yürüyür üstümə otlar, ağaclar,  
Canımda bir qara üşütmə vardır,  
Döyünən köksümün nəfəsi dardır; 
 
Bu dar zamanımda hamıdan əvvəl  
Qaldırır başımı mehriban bir əl,  
Çəkib dizlərinin üstünə alır,  
Bağlayıb yaramı qeydimə qalır  
Və deyir: "Özünü toxtaq tut bir az,  
Düşəndə dar günə insan danlmaz!"  
Duyub bir insanın dost olduğunu,  
Güclə tanıyıram səsindən onu.  
O, cəbhə yoldaşım, öz sevgilimdir,  
O, mənim agzımda şirin dilimdir.  
Silir gözlərimin qanını təmiz:  
"Biryerdə ölsəydik, deyir, ikimiz..." 
 
1933  
 
 
                                                           
*
 
Gözlənilməz 
 

________________________Milli Kitabxana________________________ 
159 
 
Ş
A R N SEVG L S NƏ
 
Sevgilim! Xavərim! Son bahar çağı  
Uçub tökülürdü ömrümün bağı...  
Həyata küsmüşdüm sozümün sağı,  
Üzümə ilk dəfə gülən sən oldun,  
Ş
airin qədrini bilən sən oldun. 
 
Qaşların surməsiz, üzün boyasız,  
Budur xəyalımda aradığım qız.  
Deyərək nə qədər sevindim, yalnız,  
Qızların vəfası olmayır deyə,  
Düşdüm əvvəlləri ümidsizliyə... 
 
Rəng alıb rəng verən ismətinlə sən,  
Həyata qaytardın məni yenidən.  
O ilk təsadüfün xəyalilə mən  
Həftələr yaşadım, aylar yaşadım  
Bir gün evinizdə çəkildi adım... 
 
Sən ey bağçaların, bağların barı!  
Könlümün sultanı, qəlbimin yarı!  
O gün, qapınıza gəldi çoxları  
Fəqət sən dediıı ki, ölməz sənətkar,  
Mənim ölməzlərə məhəbbətim var. 
 
Böyüdü heykəlin gözümdə əlan
*
,  
Tüstülü bir duman qalxdı başımdan!  
Bircə canım vardır, o sənə qurban  
Haqdan istəmişəm yarıyaq qoşa,  
Sən də de qocalaq, qarıyaq qoşa, 
 
ndi xumar-xumar baxan gözlərin,  
Süzülüb-süzülüb axan gözlərin, 
 
 
 
 
                                                           
*
O
 
andaca 
 

________________________Milli Kitabxana________________________ 
160 
 
Ruhumda bir günəş yaxan gözlərin,  
Oldu sənətimin ilham ocağı!  
Ömrümün ən gözəl, ən xoşbəxt çağı. 
 
Boranlı qışlardan çıxmışam yaza,  
Könlüm oynamayır gündə bir saza.  
Baxıb camalına söz yaza-yaza,  
Bir də söyləyirəm yarıyaq qoşa  
Sən də de qocalaq, qarıyaq qoşa. 
 
1934 
 
  

________________________Milli Kitabxana________________________ 
161 
 
QAFQAZ 

 
Uçurur fikrimi boşluqlara, bax:  
Göyü xəncər kimi dümdüz yararaq  
Uzanan dik qayalar, silsilələr;  
Qara yellər ona dörd yandan əsər.  
Ağ buludlar onu bərk-bərk sarmış.  
Dəli Qafqaz! O, baharsız bir qış – 
Deyə təsvir olunarmış hərdən;  
Torpaq olmuş o keçən günlərdən  
Sadə izlər görürəm daşlarda...  
Ağ dumanlar ağarır qaşlarda.  
Hələ dağlar, uçurumlar, dərələr,  
O gözəlliklə gülən mənzərələr  
Saxlayır yolçunu yoldan gecələr  
Sayrışır göydəki ulduzlu səhər... 
 
II 
 
Burda at çapdı keçən azğınlar,  
Burda yoxlandı qılınclar, qınlar.  
Burda şahlar, dərəbəylər, xanlar,  
Şə
ni-şöhrət keçirən xaqanlar  
Çoxdan öz vaxtını tərk etmişdir,  
Göyün altında sönüb getmişdir... 
 
* * * 
Elbrus! Söylə, bilinməzmi yaşın?  
Göyə meydan oxuyan qarlı başın  
Nə bəlalar, nə cəfalar çəkmiş?  
Kimlərin gözləri hey yol çəkmiş?  
Tökülən qanların haqqında danış!  
Ona matəmmidir üstündəki qış? 
 
  

________________________Milli Kitabxana________________________ 
162 
 
III 
Unudulmuş o keçən günlərdə,  
Yaşamış ömrünü sürgünlərdə  
Bir böyük şairin azadə səsi,  
Qalır ancaq yenə dünyada səsi.  
O sevərmiş bu gözəl Qafqazı tək,  
O, yaşıllıqları yalqız gəzərək,  
Düşünərmiş bəşərin taleyini,  
Qamçılarmış göyü, qanunu, dini;  
Arabir dinləyib əfsanələri,  
Meyli, rəqqasəli meyxanələri,  
Bir gülərmiş dodaq altından ona- 
Bəşərin öylə gülünc olduğuna. 
 
* * * 
Mən də keçdim o qaranlıq gecədən,  
Seyrə vardıqca o heçlikləri mən,  
Deyirəm: torpağa dönmüş babalar  
Uyub aldandı o boşluqlara hey...  
ndi dönmüş və dəyişmiş hər şey!  
Hər günün, hər gecənin bir canı var;  
Qara torpaqlara dönmüş babalar.  
ndi yoxdur uzanan qafilələr
*
,  
ndi yoxdur o talanlardan əsər... 
 
IV 
 
Keçdi səssiz saralan axşamlar,  
Qəmə qərq olmuş o odlar, şamlar...  
Keçdi mizraqlı döyüşlər, qanlar*,  
Zınqırovlu dəvələr, karvanlar  
Ki, bizim dağları aşmış hərdən...  
Torpaq olmuş o keçən günlərdən  
Sadə izlər görürəm daşlarda... 
 
 
                                                           
*
Atlı dəstələri 
  

________________________Milli Kitabxana________________________ 
163 
 
Ağ dumanlar ağarır qaşlarda. 
Başqadır indi bu dağlar, düzlər. 
Ne gözəldir gecələr, gündüzlər; 
Başqadır duyğu, şüur, iş, zəhmət, 
Başqadır elm, düha, min hikmət 
Dinamitlər qoyulur dağlara, bax, 
O qaranlıqlara yollar açaraq, 
Göy qatarlar şığıdıqca irəli, 
Daşmır zəhmətimin meyvələri. 
Nə gözəldir, necə xoşdur gecələr, 
Yolçular yoldaca rahat gecələr; 
Nə qaçaq var, nə də quldur səsi var, 
Nə "Soyun, ver!" nə də bir "Dur!" səsi var 
Axır axdıqca qızıl karvanlar, 
Yaşasın qardaş olan insanlar! 
 
* * * 
Bir zaman göz yaşı içmiş dərələr,  
Qayalar, silsilələr, məşcərələr  
ndi üç qardaşın olmuş vətəni...  
Üçü bir yerdə düşündükcə, məni  
Anacaqlar, sevəcəklər, bilirəm;  
O zaman dağda küləklər, bilirəm,  
Ötəcək bir gələcək şairini,  
Bu günün, bəlkə də, tək şairini!.. 
 
1934 
 
* * * 
Uzərimdə qara-qara,  
lan başlı buludlar var...  
Gəril, sinəm, hücumlara!  
Ayğır dalınca toz qopar... 
 
[1934
 
  

________________________Milli Kitabxana________________________ 
164 
 
ƏHL -QƏLƏM” 
 
"Pul verin! Çox verin! Mən sənətkaram! 
Yoxsa siyasətlə pozular aram... 
Mənəm məmləkətin yol göstərəni, 
Siz tay əlinizlə tutmaym məni! 
Ş
airəm, imzamı hər yerə atın! 
Bu bəsdir, tanısın məni həyatın, 
Tarixin ən böyük qəhrəmanları, 
Onlarsa imzamı oxusun barı... 
Doğrudur... yazdığım iki parçadır, 
Ürəyim haçadır, dilim haçadır; 
Ağzıma çullu bir dovşan da sığmaz, 
Mənim də qədrimi bilsinlər bir az. 
Bir də ki, dünyada böyük adamlar 
Sağlığmda böyük ad almamışlar.  
Neyləyim? Görünür taleym budur,  
Məni öz zəmanəm vaxtsız unudur.  
Pul verin! Çox verin! Mən sənətkaram!  
Yoxsa siyasətlə pozular aram...  
Ellərə gedirəm, orda həyat var", - 
Deyib, istədiyi məbləği alar,  
Səfərdən geriyə qayıdan başı  
Gülüb dil çıxarar həyata qarşı: "Canım!  
Səs-küy imiş, əfsanə imiş,  
Orda da görmədim, nə insan, nə iş.  
Nə bir alicənab, nə bir qanan var,  
Nə də ilham verən bir qəhrəman var.  
Bütün uydurmadır bu söylənənlər...  
Rəngi də rəngləmək nəyə gərəkdir?  
Düşünsək həyatı dərindən əgər,  
Bütün uydurmadır bu söylənənlər...", - 
Deyib ağrımaz ki, onun vicdanı!  
Bir də o insanda bu vicdan hanı?  
Ağzı burulanda gülərək həmən  
Xırda bir kitabça qapıb cibindən:  
"Mənmiyəm yaramaz? Demək... demək siz... 
 
  

________________________Milli Kitabxana________________________ 
165 
 
Təşkilat üzvünü təhqir etdiniz...", 
Deyər bu bəzəkli sözlər ustası, 
Alnına yüz dəfə basmışdır azı 
Yumaqla getməyən bu ləkələri, 
O əyri yollara düşəndən bəri. 
ş
ində mahirdir, ustadır, fəqət, 
Ondakı qüvvətli oynaq təbiət 
Yazıq ki, izləyir başqa bir yolu, 
Kinli baxışları həsədlə dolu. 
Odur bax, özüdür! Bərbərxanadan 
Basıb yanlarını çıxdığı zaman, 
Kənardan-kənara seyr edin onu. 
O qədər vurmuş ki, adikalonu, 
Yayılmış qoxusu iki verstliye. 
"Dünyada keyf çəkim, gün görüm!" - deyə 
Düşmüş gecələrin canına o quş... 
Onda bu xəstəlik bir adət olmuş. 
Gecədir, yorğundur o "əhli-qələm", 
Qafiyə axtarıb vurnuxur dəm-dəm. 
"Zəhrimar! Elə bil gizlənib qəsdən, 
Eh... nahaq başımı sındırıram mən; 
Elə bu yazdığım adi sözlər də 
Böyük görünəcək xırda gözlərdə, 
Ş
eri və sənəti anlayan hanı?" - 
Deyərək "əsrimin bu qəhrəmanı" 
Bütün çətinliyin daşını atır, 
Başını yastığa söykəyib yatır. 
 
* * * 
Səhərdir "şairin" zil baxışları  
Uçur pəncərədən günəşə sarı.  
Gülüb xumarlanır qoca təbiət;  
"Şairin" ilhamı qurumuş fəqət;  
"Kainat nə qadar!.." gəknəyir dalı,  
"Ey... a yoldaş günəş!" onun xəyalı  
Yüksəyə qalxmayır topuqlarından... 
 
  

________________________Milli Kitabxana________________________ 
166 
 
Zorlanan bir qəlbin həyəcandan  
Nə çıxar? Bir sürü boş söz anbarı.  
nsan öz qədrini bilsəydi barı!..  
Təbiət! Nə böyük səxavətin var?!  
Neçin yaranmışdır artıq adamlar? 
 
Bununla bitməyir bu sorğu-sual,  
Göstərim yenə də başqa bir misal:  
Baxır jurnalların bir nömrəsinə,  
Anlamaq istəyir qəsdən tərsinə  
Ordakı bir şeri, gözəl yazılmış – 
Göstərilir bahar, göstərilir qış...  
Ş
erin kəlmələri axır su kimi,  
Hücum zamanında bir ordu kimi  
Yüksəldir insanın düşüncəsini,  
Tüfəngin, yürüşün, topun səsini  
Göstərir varlıqdan daha yuxarı,  
Enir ucaldıqca həyata sarı.  
Fəqət bu incəlik, fəqət bu sənət,  
Hər sözün üstündə çəkilən zəhmət  
Onun gözlərinə batır ox kimi;  
O alçaq insanın ləkəli qəlbi  
Titrəyir, döyünür, qızdırma çəkir,  
Ə
n yaxşı sözləri seçərək bir-bir:  
"Bunlar əskimişdir", - deyə uduxur.  
Onun da vicdanı, duyğusu budur.  
Təbiət! Nə böyük səxavətin var?!  
Neçin, yaranmışdır artıq adamlar? 
 
Yoldadır, sallamış ağız-burnunu,  
Gəlib gedənlərdən kim görsə onu  
Deyər ki, bir əziz öləni vardır,  
Heç deyən olmaz ki, o bəxtiyardır.  
Rənginə çıxmışdır qəlbinin kini,  
Saxta insanların qəlbindəkini  
Sadə baxışlarla yoxlamaq olmaz. 
  

________________________Milli Kitabxana________________________ 
167 
 
Yorulma oxucum, hələ qulaq as:  
Həsəd qurutmuşdur onun canını;  
Aynaya tutsalar qara qanını  
çində quyruqlu qurdlar oynaşar,  
Soxulmaq istəyir bizə bu azar.  
Toplamış başına bir qara dəstə,  
Hücuma keçmişdir sənətin üstə...  
Yol uzun, o gedir...Tutun! Qoymayın!  
Rəngini soldurar günəşin, ayın  
Xəstəlik gətirən o qara bulut...  
Yoldaş milisioner! O gedəni tut! 
 
1934, 5 mart 
  

________________________Milli Kitabxana________________________ 
168 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin