Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#678
1   2   3   4   5   6   7   8   9   10   ...   13

SALAM 
 
Anam qoca, 
ömrü yarı,  
Axıtdığı göz yaşları  
Atama bir cavabdır.  
Ə
srlərdən qadın üçün  
Ağlamaq bir savabdır...  
Bişir, düşür, yama, dara;  
Günün qara, gecən qara.  
Get dalında yetim gəzdir,  
Döşlərindən süd əmizdir.  
Ac qalsan da il uzunu,  
Sənə layiq gördü bunu  
Məhəmmədin şəriəti.  
Çünki adın  
Oldu qadın. 
Sillə, yumruq, qamçı, zopa,  
Haqq bağıran nəfəsindən  
Qışqırıqlar qopa-qopa  
Bu dünyada nələr çəkdin!..  
Nə gül dərdin, nə gül əkdin;  
Sən qaranlıq bucaqlarda  
Gün görmədin əzəlləri,  
O dərdindən danışmadı  
Vaqiflərin gözəlləri.  
Sirri dərin 
ə
srlərin 
Pəncəsində çox zarıdın.  
Nə gün gördün, 
nə yarıdn… 
Salam sənə, işçi qadın!  
Dəyişmişdir bu gün adın.  
Boynundakı o halqalı  
Zəncirləri atırsan,  
Artıq bu gün yeni-yeni  
Məqsədlərə çatırsan. 
  

________________________Milli Kitabxana________________________ 
131 
 
Bildim, səni Oktyabr yaratdı,  
nsanlığın günü-gündən  
Çiçəklənib boy atdl.  
Salam sənə, azad qadın!  
Dəyişmişdir bu gün adin.  
Sən bizimlə yol yoldaşı...  
Səninlədir bu həyat,  
Səni oğul və ər kimi  
Salamladım iki qat! 
 
1932 
 
  

________________________Milli Kitabxana________________________ 
132 
 
AŞIĞIN DƏRD  
 
Mən səni görmüşəm on beş ıl əvvəl,  
Dilində bir qoşma, bir dərdli qəzəl,  
Çadırdan çadıra qonaq gəzərdin.  
Yazıq! Duyulmadı sənin də dərdin,  
Sənin də göz yaşın sellərə döndü,  
Qaranlıq yollarda çırağın söndü;  
Sənin də bağrını nizələr dəldi,  
Buludlar qarşında salama gəldi.  
Sənin de yar deyib gözlədiyin qız  
Satıldı... şahlara dolandın yalnız.  
Bağladın meylini telli bir saza – 
O sarı simlərə söz yaza-yaza,  
Keçdikcə dağlardan, göy dərələrdən,  
Bir də ürək açan mənzərələrdən,  
Dərd alıb, dərd yedin illər uzunu,  
Bir soran olmadı kim gördü bunu? 
 
* * * 
Dilsiz qayalara dil deyib durdun  
Sənin bu dərdini dinlədi yurdun,  
Tapdandı gəncliyin, şərəfin, adın;  
Qamçılar altında sındı qanadın,  
Elin şikayəti ötdü səsində.  
Bəzən də bəylərin toy məclisində  
Dedin Koroğludan, Leyli-Məcnundan,  
Yoxsula bir xeyir çıxmadı bundan.  
Odlara bir yanıb, bir də qalandın,  
Ağır ellər kimi sən də talandın ... 
 
* * * 
Ay da taleyinə uzaqdan baxdı,  
Çaldığın havalar yandırıb yaxdı  
Yaslı gəlinləri, yaslı qızları,  
Ahından əridi dağların qarı. 
  

________________________Milli Kitabxana________________________ 
133 
 
Söylədi nalənin başqa hüsnü var, - 
Bəzi "şeir" yazan "nazik adamlar"...  
Onlara xoş gəldi, nədənsə, aşıq,  
Səssiz üfüqlərdə sönən hər işıq!.. 
 
* * * 
Sən ömrün uzunu çəkildin dara  
Baxıb şeir dedin göy yaylaqlara;  
Ağladı dərdinlə güllər, çiçəklər;  
Dumanlı dağlardan əsən küləklər  
Qurtuluş günündən vermədi müjdə,  
Haqqı söylədilər, hər zaman üzdə...  
Bükdü qamətini ahlar, amanlar,  
Göylərə sığmayan ağır zamanlar,  
Adına insanlar - məcnundur - dedi.  
Yoxsullar qazarnb, varlılar yedi.  
Bağladın meylini telli bir saza – 
O zərif simlərə söz yaza-yaza  
Obalar dolaşıb, oymaqlar aşdın,  
Sonsuz üfüqlərə hər gün yol açdın. 
 
* * * 
Yaxşı yadımdadır, bir yaz gecəsi  
Bir toy məclisində sən oxuyurdun.  
Dinib-danışdıqca sazının səsi,  
Ortada qışqırıb bir xal da vurdun,  
O toy məclisində sən oxuyurdun...  
Axşamdan bir uzun nağıl başladın,  
Qurtardı söhbətin gecə yarısı.  
Köhlən igidləri çox alqışladın,  
Məclisin gəlini, qızı, qarısı  
Üzünə boylanıb baxdılar mat-mat,  
Bir deyən olmadı: "Yoruldun, get yat"... 
 
  

________________________Milli Kitabxana________________________ 
134 
 
O gəzdiyin dağların qoynuna gün doğalı,  
Bir ömürlük sitəmdən insan azad olalı, 
Sənin də rəngində, bax 
Günəş doğmadan qabaq 
Bir qızartı parladı; 
Onun - həyatdır adı... 
Öz alnının tərindən, 
Sinənin dəftərindən 
Söz qoşursan qəhrəman insanların adına,  
Yaşmağını götürüb iclas açan qadına; 
Qışda, yazda və yayda 
Hər həftədə, hər ayda 
Bizim kolxoz kəndlərinin konsertinə gedirsən,  
Ş
abaş deyib qışqıran toyları tərk edirsən,  
Sən bu yeni dünyadan baxıb ilham alırsan,  
Olub keçən hər şeyi öz sazında çalırsan;  
Bəzən də radioda dalğalandıqca səsin,  
Bilirəm ki, yaşamaq, çalışmaqdır həvəsin.  
Mən demirəm büsbütün dəyişmişdir varlığın,  
Canından çıxmamışdır köhnə tamahkarlığın. 
 
* * * 
Sən yenə vaxt tapıb hey soxulursan  
Kirli çayçıların küncünə sən;  
Hər gələn yolçuya həmdəm olursan.  
O tərlan könlünün, şahin vüqarı  
Beş quruş uğrunda, bəzən alçalır,  
Özün də bilmirsən əlin nə çalır.  
Bazar başlarında soğan satanlar,  
Oğrular, əyrilər, o şarlatanlar  
Toplanıb başına: "sağ ol!" - deyirlər.  
Nuhun gəmisindən qalma şeirlər,  
Onlara dad verir xurmalar kimi,  
Soyuq məzarlarda həyat var kimi... 
 
  

________________________Milli Kitabxana________________________ 
135 
 
* * * 
Sən ey varlığında sənət yaşayan,  
O sarı simlərin ustası yoldaş!  
Ə
gər mənliyini sevməsə insan,  
Onun bu dünyada mənası bir daş...  
Bəlkə də bir tozdur... onu küləklər  
stədiyi səmtə alıb sürüklər.  
Ölüb gedənlərin yasını burax,  
Anla ki, hər zaman axır bu həyat  
Daşqın sular kimi, gəncliyə bir bax!  
Fikrində, hissində inqilab yarat,  
Anla ki, hər zaman axır bu həyat! 
 
1932 
 
 
 

________________________Milli Kitabxana________________________ 
136 
 
YOLDAŞ KOMANDAN 
 
Bu gün dünya boyu bir axın var ki,  
nsanlar ayrılmış iki cəbhəyə.  
Avropa, meydanın o qədər dar ki,  
Ömrün tükənəcək "vay" deyə-deyə 
 
Bilirik, tülküdən daha qurnazsan
*
.  
Dilində "qardaşlıq", əlində silah;  
Yüz barışdırıcı kitab da yazsan,  
Tutqun üfüqlərdə açılmaz sabah. 
 
Bəsdir aldatdığın tarix boyunca  
ş
ləyib, yorulub ac yatanları;  
Yalan vədləri gördük doyunca,  
Gördük o gizlindən ox atanları... 
 
Sübutmu? Kitayın bu günkü halı,  
Yerindən danışan bədənsiz başlar...  
Qayalar qoynunda qəlbi yaralı,  
Zəhərdən gicəlib gülən qardaşlar... 
 
Biz az döyüşmədik, qoca dünyada,  
Qorxub çəkinmədik isti qanlardan.  
Atımız ölüncə, getdik piyada,  
Çıxdıq o qarışıq imtahanlardan. 
 
Sibir düzlərində, Türkmən çölündə  
Açıldı qolların dəmir bağları.  
Nevada, Volqada, Baykal gölündə,  
Sahillər boyunca qovduq ağları. 
 
Ş
erim olacaqdır iti süngülər  
Sinəmi səngərə verdiyim zaman.  
O gün cəbhədəki hər qızıl əsgər  
Səsləyəcək məni - "Yoldaş komandan!" 
 
1932 
                                                           
*
 
Hiyləgər 
 

________________________Milli Kitabxana________________________ 
137 
 
 
 
  
XAVƏR ÜÇÜN 
 
Karanlıklar çökürkən pəncərəmdə hər axşam,  
Parlar, gülər ruhimə gözlərində yanan şam.  
O şam ki, bir günəşdən daha parlak işıldar.  
Onda şair qəlbinin başqa bir arzusu var... 
Həyat, ölüm, səadət, 
Göz yaşları, fəlakət. 
Bütün bunlar canlanır xəyalımın önündə,  
Və ömrümün bəxtiyar olacağı bir gündə. 
Mən sənə bağlıyam bax! 
Səni görməzdən qabaq.  
Bu dünyada başımdan nələr keçdi, gözəlim,  
Gəl unutdur dərdimi, gəl bərabər gözəlim.  
yrənmişəm həyatın başı soyuqluğundan,  
Yorğunam sevdiciyim nəşə, kef yoxluğundan  
Gəl avla könlümü sən, inanmışam sözünə,  
Bəzən sadə və yoxsul görünsəm də gözünə.  
Bəni əfv et eşq üçün, bütün bunlar düzələr,  
ki gəncin payına yalnız səadət gələr. 
 
1932, fevral 
  

________________________Milli Kitabxana________________________ 
138 
 
SEVG L M XAVƏRƏ
 
Sınamışam dönə-dönə bu dünyada baxtımı,  
Heç ömrümdə məna karşı doğru bir göz baxdımı?  
Ə
gər sən də vəfasızlıq və xəyanət göstərsən,  
Olacaqsan gözlərimdə qiymətsiz pul kimi sən.  
Açıq danış, açıq boylan örtülü pərdələrdən,  
Ş
übhə doğar, çox görmüşəm insanlarda bunu mən.  
Yaraşırmı sənə, Xavər, ikiüzlü yaşamak?  
Sonra məni uçurarsan... bir aya bak, günə bak.  
Ləkəsiz ol onlar kimi, bu yaraşır adma,  
Vəfasızlıq və xəyanət səfalətdir kadına.  
Varsın, məni okşamasın gözəllərin kılığı  
Neyləyirəm bir aşkı ki, onun var ayrılığı?  
Gülür günəş, gülür həyat, bu gülüşdə həyat var,  
Sənin görə bilmədiyin özgə bir kainat var.  
Uçurumlar, kayalıklar korkutmayır kəlbimi,  
Dayanmışam dənizlərdə, dalğalarda dağ kimi.  
Tufan kopsun, yellər əssin, oynamaram yerimdən,  
Poladlardan kurulmuşam, əyilmərəm insana mən. 
 
1932 
  

________________________Milli Kitabxana________________________ 
139 
 
BAHAR 
 
Mən səni gördükcə gözlərim yanır,  
Sən ey gəncliyimin güzgüsü bahar!  
Uçan buludların bəzən dayanır,  
Yoxsa söyləyəcək bir sözünmü var?  
Sən ey gəncliyimin güzgüsü bahar! 
 
Özün bilirsən ki, xeyli zamandır  
Çiçəkli düzlərə qanad gərmədim.  
Kim deyər gəncliyim haman, hamandır – 
Mən keçən günlərə yol göstərmədim;  
Çiçəkli düzlərə qanad gərmədim. 
 
Bahar! Gəl demə ki, qanım soyuqdur,  
Mənim də qəlbimdə əməllərim var...  
Kim deyir, sevginin mənası yoxdur?  
Gözlə, qırılmasın ortada ilqar,  
Mənim də qəlbimdə əməllərim var... 
 
Qoy deyim onlari, eşit, sən də bil;  
Bil ki, hər əməlim bir kainatdır.  
Səsimə səs versin bağçada bülbül;  
Cahanda ən gözəl, məncə, həyatdır,  
Bil ki, hər əməlim bir kainatdır... 
 
1932 
  

________________________Milli Kitabxana________________________ 
140 
 
KOMSOMOL MARŞ
 
Bir yeni qüvvətlə sıçradıqca sən  
Baxır qüdrətinə sevinir Vətən.  
Dağlar da səslənir, daşlar da birdən:  
Hücuma tanklarla keçir komsomol,  
Təbiət, təslim ol! Düşmən, təslim ol! 
 
Qorxub çəkinmədik ölümdən, qandan,  
Çıxdıq illər boyu çox imtahandan,  
Dağı dağ üstünə qaldırır insan.  
Hücuma tanklarla keçir komsomol,  
Bir-iki, bir-iki, bir-iki... Sol! Sol! 
 
Daiğalan, bayrağım, qayna, dalğalan!  
gidlər qanıdır rəngindəki qan...  
Sabahın qoynunda borular çalan  
Hücuma tanklarla keçir komsomol,  
Təbiət təslim ol! Düşmən, təslim ol! 
 
Kimdir addımını sağdan atanlar?  
Yürüş ahəngini pozub qatanlar?  
Yerlərin göylərə işarəsi var:  
Hücuma tanklarla keçir komsomol,  
Bir-iki, bir-iki... bir-iki... Sol! Sol! 
 
Atın güllələri, yayılsın göyə.  
Azğın ürəklərə budur hədiyyə!  
Dünyada qan izi kəsilsin deyə  
Hücuma tanklarla keçir komsomol  
Təbiət, təslim ol! Düşmən, təslim ol! 
 
1932 
  

________________________Milli Kitabxana________________________ 
141 
 
C NAYƏ
 
Səbəbsiz deyildir nə ölüm, nə qan,  
Nə sevda, fırtına, nə dağda duman;  
Bütün fəlakəti yaradır "insan",  
Mən bu həqiqəti səndən öyrəndim. 
 
Bəlkə sayıqladan məni azardır,  
Başıma gen dünya yenə də dardır.  
çimdə gizli bir"cinayət" vardır...  
Nə qədər alçalıb, nə qədər endim,  
Mən bu həqiqəti səndən öyrəndim. 
 
Parçalan, ey qəlbim! Bir dəfə sökül!  
Xəstə yarpaq kimi ovxalan, tökül!  
Bəlkə zədələndi o dərdiyim gül...  
Artıq öz-özümə baxıb iyrəndim,  
Mən bu həqiqəti səndən öyrəndim. 
 
1933, 7 oktyabr 
  

________________________Milli Kitabxana________________________ 
142 
 
B Z M BAYRAM 
 
Hər il bu bayramın adı gələndə  
Al geyib bəzənir bizim Vətən də.  
O gün izdihama qarışıb mən də  
Qəlbimin qanıyla şeir yazıram,  
Bu şərətli günə mən də hazıram. 
 
Bir gün silahlandı işçinin əli,  
Yıxıldı dünyanın əski təməli.  
Alıb dalğalara beynəlmiləli,  
Sahillər boyunca oxudu Neva,  
Yerin qüvvətindən titrədi hava. 
 
Sibir çöllərində zəncir səsləri  
Lal olub, ötmədi o gündən bəri;  
Lenin - inqilabın böyük rəhbəri  
Söylədi əmr ilə "bu gün" sözünü,  
Zaman ayırmadı bizdən özünü. 
 
O vaxtdan bəriyə onaltı ildir,  
Dünya o əvvəlki dünya deyildir.  
Mənim sözlərimi cahana bildir:  
Yurdumun bu əziz, şanlı günündə  
Qızarsın od kimi, rəngi günün də! 
 
Kimdir əbasının altda ağlayan,  
Yaslı gəlin kimi qara bağlayan?  
Görsün, sular kimi coşub çağlayan  
Bu qızıl bayraqlı gənc nəslimizi,  
Dənizlər arxası tanısın bizi... 
 
Bu əsgər, bu yürüş, bu hündürboy at, 
Bu üstü yazılı rəngli plakat, 
Bu daşqın həyəcan, bu qaynar həyat 
nsanın fikrini alıb gəzdirir, 
Hər biri şeirdir sayılsa bir-bir. 
  

________________________Milli Kitabxana________________________ 
143 
 
Bir su kənarında şəhərdən uzaq  
Dağların qoynunda o şənliyə bax!  
Kolxozçu yoldaşlar günəşdən qabaq  
Durub qarşılayır bu böyük günü,  
Aşıqlar da çalır öz gördüyünü. 
 
Könül havalanıb gəzir dağları,  
Sinəmdən getməyir elin ilqarı.  
Bir də o yerləri görsəydim barı  
Deyərdim onlara şerimi özüm,  
Onda yaşarardı şadlıqdan gözüm. 
 
Deyirlər bu ilin məhsulu çoxdur;  
O gördüyüm kənddə dilənçi yoxdur;  
Ə
limiz işdədir, gözümüz toxdur.  
Bu xəbər ölkəmin zəfər səsidir,  
Bu şanlı bayramın hədiyyəsidir. 
 
Yenə də qışqırır yoldaş Lökbatan,  
Bütün torpağında, daşında fantan;  
Günəşə yüksələn, ulduza qalxan  
Sağlam insanların intuziazmı  
Dağlardan alçaqmı, sulardan azmı? 
 
Bu hal düşündürur qan düşmanı,  
Başına sıçrayır qəlbinin qanı;  
Qoy külə döndərsin gendən baxanı  
Ə
təkli çöllərdə ağaran dəniz;  
O canlı sənəti görə bilsəniz!.. 
 
1935 
  

________________________Milli Kitabxana________________________ 
144 
 
SEVG  
 
Yenə də ruhumu gəzdi bir duyğu...  
Götür albomunu, mən deyim, sən yaz!  
Bizim dünyamızda günah deyil bu – 
Səninlə üz-üzə danışsaq bir az.  
Götür albomunu, mən deyim, sən yaz! 
 
Gecələr yalnızam mən yatağımda,  
Bilirəm yalnızsan hələlik sən də.  
Xəyalım dağılır yellər əsəndə,  
Dalıb düşünürkən öz otağımda,  
Gecələr yalnızam mən yatağımda. 
 
Söylə, təbiətə uyğunmu, səncə  
Keçdiyim yollarda qalmasın bir iz?..  
Özünü anlayıb, duyan bir gəncə  
Gülüncdür bu başısoyuqluq şəksiz;  
Keçdiyim yollarda qalmasın bir iz?.. 
 
Bax, nıəni incidir, ağrıdır bəzən  
Hər axşam bir evdə qonaq qalmağım:  
Rəngində ölümün kölgəsi gəzən  
Ş
übhəli qızlardan adres almağım;  
Hər axşam bir evdə qonaq qalmağım... 
 
Bağışla, sevgilim, açıq söylədim!  
Gizli nöqtələrə əl aparma sən.  
Sonra o qızları, sorma neylədim.  
Həyatın iç üzü örtünür bəzən.  
Gizli nöqtələrə əl aparma sən... 
 
1933 
  

________________________Milli Kitabxana________________________ 
145 
 
SEV RƏ
 
Mən də bir insanam, mən də canlıyam,  
Mənim də qəlbimin arzuları var.  
Deyirlər arabir dəliqanlıyam.  
Çox da deyinməsin dalımca əğyar!  
Mənim də qəlbiınin arzuları var... 
 
Mən səni sevmədim "o gözlər" deyə,  
Gözümdən od kimi yaşlar tökmədim.  
Mən sənə vermədim qızıl hədiyyə,  
Çünki yalvarmadım və diz çökmədim;  
Gözümdən od kimi yaşlar tökmədim. 
 
Sən Xumar deyilsən, mən də ki, Sənan,  
Bugünkü sevginin başqadır andı.  
Nə Məcnun, nə Leyli, nə də biyaban  
Qalmamış, onların adı yaşandı;  
Bu günkü sevginin başqadır andı. 
 
Qoy bizə gülməsin nə dost, nə də yad,  
Ehtiyatlı danış, ehtiyatlı dur!..  
Nə qədər mən sağam, get dolan azad!  
Fəqət sevgilimdən xahişim budur:  
Ehtiyatlı danış! Ehtiyatlı dur!.. 
 
Haydı, insanlara qaynayıb qarış  
Qalma bu dünyada həyatdan iraq!  
stəsən aləmi gəz qarış-qarış,  
Xain adamları tez görüb buraq,  
Qalma bu dünyada həyatdan iraq! 
 
Hüsnünü örtməsin nə pərdə, nə rəng – 
Ay kimi saf dolan, gün kimi açıq.  
Keçmişin üstünə qələm çəkərək,  
Vuruş meydanında vuruşmağa çıx,  
Ay kimi saf dolan, gün kimi açıq! 
  

________________________Milli Kitabxana________________________ 
146 
 
Bu son sozlərimi qulağından as!  
Dünyada, hər günün bir hökmü vardır.  
Vaxtını almasın nə toy, nə də yas,  
Gurlayan səsinlə "irəli!" hayqır;  
Dünyada hər günün bir hökmü vardır. 
 
1933 
 
BƏZƏK VƏ Z NƏ
 
Deyirlər arabir arxamca baxıb  
Sadə geyimimdən gileylənirsən.  
Bəzən də yuxudan yarımçıq qalxıb,  
Titrəyib, döyünən o qəlbinlə sən  
Sadə geyimimdən gileylənirsən. 
 
Omrümün ən yoxsul zamanlarından  
Məndə bu sadəlik bir adət olmuş.  
Başqadır güzəran, başqadır insan.  
Könlüm azad gəzən havalı bir quş – 
Mandə bu sadəlik bir adət olmuş, 
 
Bir də sevgilimi aldatmaq üçün  
Dəyişib cildimi başqalaşmadım.  
Böyük bir hünərim yoxsa da bu gün,  
Necə olsa, yenə şairdir adım;  
Dəyişib cildimi başqalaşmadım. 
 
Səndən əvvəlkilər uymuş zinətə,  
Yaşamış dünyada simuzər üçün.  
Nə qəlbə yanmışdır, nə məhəbbətə...  
Qadın böyüdülmüş yalnız ər üçün:  
Yaşamış dünyada simuzər üçün. 
 
Hər daşı qaldırıb altına baxsan,  
Ordan unudulmuş bir nalə gəlir... 
 (Sən həyata görə hələ uşaqsan)  
Dünyada hər nə ki, xəyala gəlir – 
Ordan unudulmuş bir nalə gəlir!.. 
 
 

________________________Milli Kitabxana________________________ 
147 
 
1933 
 
  
ANAMIN DƏRD  
 
Bəzən o insanı düşündükcə mən,  
Titrədir canımı dağlar ruzigarı;  
Köklü ağac kimi qopub yeriradən,  
Uçuram bir dərin boşluğa sarı,  
Titrədir canımı dağlar ruzgarı. 
 
O gözol xilqətin nəydi vərdişi? – 
Beşik yırğalayıb, paltar yamamaq;  
Onun belindəydi evin hər işi.  
Anamı səslərdi günəşdən qabaq.  
Beşik yırğalayıb, paltar yamamaq. 
 
Atam yuxulardı tər tökə-tökə,  
Günəş qurşağına qalxana kimi;  
Onun qarşısında diz çökə-çökə  
Anam çalışardı, bir ana kimi;  
Günəş qurşağına qalxana kimi. 
 
Sonra da dərindən nəfəs alaraq,  
Ş
ikayət eylərdi öz taleyindən;  
Qızlıq günlərini yada salaraq  
Həyata, hər şeyə küsərdi bəzən,  
Ş
ikayət eylərdi öz taleyindən; 
 
Atam acıqlanıb döyəndə onu,  
Durub boylanardı qara qul kimi;  
Vaxtına çatmadı ömrünün sonu.  
Qaranlıq üstündə qaraul kimi,  
Durub boylanardı qara qul kimi. 
 
Anamın gözləri baxtından qara...  
Bəzən buluıdlara baxıb dalardı.  
Dərdini söyləyib qarlı dağlara.  
Qəlbini saz kimi tutub çalardı. 
 
  

________________________Milli Kitabxana________________________ 
148 
 
* * * 
Bir sabah anamın belində sənək,  
Yolda gah üşüyüb, gah əsnəyərək,  
Dönüb qayıdanda bulaq başından,  
Yolda söz atmışdı ona bir cavan:  
"Bir dayan, ay gedən, de haralısan?  
De hansı,dağların tək maralısan?"  
Anam bu səsdəki hissi-hörmətə.  
Təmiz şairanə bir məhəbbətə  
Cavab verməyərək evə tələsmiş,  
Vücudu yel kimi titrəyib əsmiş.  
Sonra da atamı tutaraq dilə,  
Açmış əhvalatı o gülə-gülə.  
" nək göz etməsə, buğa sıçramaz", - 
Deyərək, anama vurulan qapaz  
Qadın başını endirmiş yerə...  
O məhkum insana tutulan dirə;  
Özün görursən ki, bir faciədir...  
Anla ki, sevgilim, qısqanclıq nədir?  
O gündən qadının qəlbi qanadı,  
Bir də açılmadı qolu-qanadı.  
Qəfəsdə inləyən o yaralı quş  
Açıq bilirdi ki təhqir olunmaış.  
Odur ki, hər zaman ah çəkib ağlar,  
Ahını dinlərdi dinləyən dağlar...  
O gündən bəriyə bir gün görmədi;  
Onun cavan ömrü uzun sürmədi.  
Qadın bu dərd ilə içini yedi,  
Bir axşam varlığa əlvida dedi.  
Çökdü evimizə acı bir sukut,  
Gülürdü sağlara o ölü-tabut...  
O gündən dəyişdi atamın halı;  
Pozuldu onun da fikri, xəyalı,  
Arabir anamın yatdığı yerə  
Baxıb ağlayardı o birdən-birə  
Tutduğu işlərə peşiman kimi. 
 
  

________________________Milli Kitabxana________________________ 
149 
 
Vaxtsız ayrılığa dözmədi qəlbi – 
Ağardı saqqalı, saçı qar oldu,  
Dərdi yetim qalmış uşaqlar oldu,  
Dərdini, fikrıni dağıtmaq üçün  
Gedib qonşuları gəzərdi hər gün.  
Gəzdiyi - məhv olmuş səadət idi.  
Son təsəllisi də - ibadət idi.  
Ki, tanrı əfv edə onun suçunu.  
O gündən gülmədi ömrü uzunu...  
Sevgilim! Anla ki, qısqanclıq nədir?  
Anla ki, doğrudan o, faciədir... 
 
1933 
  

________________________Milli Kitabxana________________________ 
150 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin