Mikroiqtisadiyyat (11-cu dərs)


Başqa sözlə, uzunmüddətli dövrdə xərclərin dinamikası miqyas effekti ilə müəyyənləşir



Yüklə 19,47 Kb.
səhifə4/4
tarix20.12.2023
ölçüsü19,47 Kb.
#187343
növüDərs
1   2   3   4
mövzu 11

Başqa sözlə, uzunmüddətli dövrdə xərclərin dinamikası miqyas effekti ilə müəyyənləşir.

  • Başqa sözlə, uzunmüddətli dövrdə xərclərin dinamikası miqyas effekti ilə müəyyənləşir.
  • İstehsalın miqyası artdıqca orta xərclər azalmağa meyillidirsə, miqyasın müsbət effektli olduğundan və ya istehsal artımında qənaətdən söhbət gedir. Belə qənaət əməyin ixtisaslaşdırılması, daha səmərəli idarəetmə, kapitaldan (binalar, avadanlıq, elektrik enerjisi və s.) istifadədə qənaət hesabına əldə olunur.
  • LRAC
  • LRAC
  • Miqyasın mənfi effekti
  • İstehsalın miqyası artdıqca orta xərclər də artırsa, miqyas effekti mənfi olacaq. Nəhənglik həvəsi idarəetməyə xərcləri artırmaqla onun səmərəliliyini aşağı sala bilər; bürokratizm, məsuliyyətin biri-birinin üstünə atılması və s. artar. Nəticədə resurslara kapital qoyuluşundan gələn gəlir azalar (məsələn, resursların 5% artırılması məhsulun həcmini cəmi 2% artıracaq), uzunmüddətli dövrdə orta xərclər isə istehsalın həcmi artdıqca artmağa başlayacaq.
  • LRAC
  • Nəhayət, istehsal həcmi artdıqca orta xərclər vahidi də-yişmirsə, miqyas effekti sıfır olacaq
  • Uzunmüddətli orta xərclər əyrisi adətən yuxarıda göstə-rilmiş hər üç əyrilərin qarışığından ibarət olur. Bu onunla əlaqədardır ki, istehsal miqyasları artdıqca orta xərclər əv-vəlcə azalır, sonra bir müddət sabit qalır və nəhayət elə bir məqam var ki, ondan sonra istehsal həcminin artması orta xərclərin artımına səbəb olur.

§4. İzokosta. İstehsal xərclərinin minimallaşdırılması

  • §4. İzokosta. İstehsal xərclərinin minimallaşdırılması
  • İstehsal xərclərinin təhlilinin qrafik alətlərindən biri izokostadır .
  • İzokosta iki resursun cəmdə eyni dəyərlərinin bütün kombinasiyalarına müvafiq olan nöqtələrin həndəsi yeridir. İzokosta istehlakçının büdcə xəttinə bənzəyir. İzokostanın mailliyi düz xətt boyu sabitdir və hər iki resursun qiymət münasibətlərinə bərabərdir (PL/PK).
  • Bir sıra paralel izokostalar amillərin qiymətlərinin dəyişməzliyi və ya qiymətlərin eyni nisbətdə dəyişməsi şəraitində məcmu xərclərin müxtəlif səviyyələrini səciyyələndirir.
  • İzokostanın mailliyi dəyişirsə, bu bütün digər şərtlər bərabər olmaqla amillərdən birinin qiymətinin dəyişməsini (və ya hər iki amilin qiymətinin, lakin müxtəlif nisbətlərdə, dəyişməsini) göstərir.
  • Səmərəli davranış prinsipinə riayət edərək sahibkar nəzərdə tutulmuş məhsul həcminin istehsal xərclərini minimallaşdırmağa can atır. Bu məsələnin qrafik həlli bir neçə izokost və verilmiş istehsal həcminə müvafiq izokvantdan istifadəni nəzərdə tutur. Standart izokvant üçün (Kobb-Duqlas istehsal funksiyası) həlli şəkildə qeyd olunub.
  • A
  • K
  • L
  • Q
  • Xərclərin minumumlaşdırılması
  • İzokvantdan aşağıda yerləşib onunla ümumi nöqtələri olmayan izokostalar göstərir ki, xərclərin belə aşağı səviyyəsində verilmiş istehsal həcminə çıxmaq mümkün deyil.
  • İzokvantı kəsən və onunla iki ümumi nöqtəsi olan izokostalar göstərir ki, xərclərin səviyyəsi lazım olduğundan artıqdır. Verilmiş həcmdə məhsul istehsalını daha az xərclə təmin edən başqa resurs kombinasiyasını həmişə seçmək mümkündür.
  • İzokvanta toxunan izokosta verilmiş məhsulun istehsalı üçün tələb olunan xərclərin minimal səviyyəsini səciyyələndirir. Verilmiş izokvantın mümkün qədər aşağı izokosta ilə toxunma nöqtəsi bu halda tətbiq olunası resurslar kombinasiyasını göstərir.
  • Toxunma nöqtəsində əyrilərin maillik bucağı bərabərdir, yəni MPL/MPK=PL/PK. Qrafik yolla da xərclərin cəbri yolla alınmış minimallaşdırılması düsturu alındı.
  • Məsələ bir qədər başqa cür də qoyula bilər. Əgər istehsal xərclərinin kəmiyyəti verilmişsə (sahibkarın bundan artıq vəsaiti yoxdur), bu xərclə əldə oluna biləcək maksimal məhsul istehsalı nə qədərdir? Bu sualın cavabı izokvantlar xəritəsi və məsələnin şərtləri ilə verilmiş bir izokosta vasitəsilə tapılır (şəkil)
  • k
  • A
  • Q1
  • Q2
  • Q3
  • L
  • Optimal həll bu izokostanın mümkün qədər yüksək izokvantla toxunma nöqtəsindədir. İzokostadan yuxarıdan keçən izokvantlar bu xərclərlə çatılmazdır. İzokostu iki nöqtədə kəsən izokvantlar səmərəli deyil, çünki belə izokvantlarda həmişə daha ucuz başa gələn resurs kombinasiyalarını tapmaq olar. Yalnız toxunma nöqtəsi bu xərclərlə mümkün olan ən yüksək istehsal həcmini göstərir.
  • Həm istehsal həcminin, həm də xərclərin kəmiyyətinin dəyişməsi mümkün olan vəziyyəti nəzərdən keçirək. Hər bir izokvant yalnız müəyyən izokostaya toxunacaq. Nəticədə müxtəlif həcmdə məhsul istehsalının istehsal xərclərinin mi-nimallaşdığı bir sıra nöqtələr alınacaq. Bu nöqtələri birləşdi-rərək xərclər əyrisini alarıq (14.25).
  • K
  • L
  • Xərclər əyrisi
  • A
  • B
  • C
  • D
  • İstehsal həcminin həm də xərclərin kəmiyyətinin dəyişməsi zamanı xərclər əyrisi
  • Diqqətinizə görə sağ olun!

Yüklə 19,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin