Mikroiqtisadiyyat (11-cu dərs)



Yüklə 19,47 Kb.
səhifə3/4
tarix20.12.2023
ölçüsü19,47 Kb.
#187343
növüDərs
1   2   3   4
mövzu 11

  • Son hədd xərcləri əlavə məhsul vahidinin istehsalı ilə əlaqədar ümumi xərclərin artmasını səciyyələndirir.
  • Aşağıdakı misal son hədd xərclərinin təbiətini və onların ümumi xərclər və dəyişən xərclərlə əlaqəsini anlamağa kömək edər
  • Ìÿùñóëóí
  • Ìÿúìó äÿéèøÿí
  • Ñîí ùÿää
  • ìèãäàðû
  • õÿðúëÿð
  • õÿðúëÿðè
  • 0
  • 0
  • 0
  • 1
  • 10
  • 10
  • 2
  • 18
  • 8
  • 3
  • 24
  • 6
  • Ümumi dəyişən xərclər bütün son hədd xərclərinin cəminə bərabərdir.
  • Son hədd xəcləri iki yanaşı duran məcmu dəyişən xərclərin qiymətləri fərqinə bərabərdir

§3. Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti

  • §3. Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti
  • Uzunmüddətli dövrdə xərclərin bütün elementləri dəyişəndir. Əgər hər bir istehsal həcminə ən az dəyərə malik re-surs kombinasiyası tətbiq olunmuşsa, uzunmüddətli dövrdə orta xərclər əyrisi hər bir istehsal həcmi üçün minimal xərcləri xarakterizə edən nöqtələrin məcmusundan ibarət olacaq (LRAC əyrisi).
  • p
  • Q
  • srac
  • srac2
  • srac3
  • srac5
  • srac4
  • LRAC
  • Şəkildə bir sıra qısamüddətli xərclər əyrisi verilib və bunlar müəssisənin müxtəlif ölçülərinə (istehsal miqyasına) müvafiqdirlər. Deyək ki, sahibkar əvvəlcə 1-ci qısamüddətli dövrdədir. O, istehsal veriminin azalması effekti özünü göstərənə, yəni qısamüddətli orta xərclər artmağa başlayana qədər istehsalı artıra bilər.
  • Bundan sonra qısamüddətli dövrdə istehsalın artırılması imkanları tükənir. Müəyyən vaxt tələb olunur ki, sahibkar istehsalı yeni miqyasda təşkil edə bilsin, məsələn, yeni zavod tiksin, təzə sex açsın, əlavə dəzgahlar quraşdırsın.
  • Yəni bütün resurs növlərinin parametrləri dəyişməlidir. Beləliklə, müəssisə 2-ci miqyasa çatır və ikinci qısamüddətli dövrdə əlavə işçi qüvvəsinin, əlavə xammal və materialların cəlb olunması hesabına istehsal həcmini məhsuldarlığın azalması effekti işə düşüncəyə qədər artıra bilər. 3, 4, 5 və s. istehsal miqyaslarına keçid də eyni qaydada baş verəcək.
  • Müxtəlif qısamüddətli dövrlərin xərclərindəki dəyişiklikləri birləşdirib, qısamüddətli xərclər əyrilərinə toxunan olaraq onları sanki əhatələyən uzunmüddətli orta xərclər əyrisini alarıq. Uzunmüddətli orta xərclər əyrisini çox vaxt paket-əyri də adlandırırlar, çünki onun içində, paketdə olduğu kimi, bütün qısamüddətli dövrlərin əyriləri yerləşir.

Yüklə 19,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin