Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc Nİzami GƏNCƏVİ



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix23.02.2017
ölçüsü2,98 Mb.
#9318
1   ...   27   28   29   30   31   32   33   34   35

Iqlidis  (Evklid)  -  qədim   Y unam stanın  эп  böyük  riyaziyyatçılarm dandır; 

riyaziyyatın  banisi  hesab  olunur.  "Məcəsti"  -  Bətlim usun  (Ptolom ey)  dünyanm  

quruluşu haqqm da yazdığı əsərinin adıdır.

85 


D iv dəm irdən qorxar, çadu südabdan...

Südab  -  pis  iy  verən  bir  aqac  növüdür,  sehrlə  m əşğul  olanlar  onun  iyindən

xoşlanmazlar.

86 

Pərviz,  Şirin, Fərhad - bu sözlərin, bax,



H ərəsinin vardır beş hərfi ancaq.

Ərəb əlifbasında səsli hərflərin bəzisi düşdüyü üçün bu ad lan n  hər birisi beş hərflə 

yazılır.

Beytin mənası:  пэ üçün adlarda hərflərin m iqdan  eyni olduğu halda,  biri bədbəxt, 

digəri xoşbəxtdir?

87 


О xəznə altm da olm uşdu səqət...

Səqət olm aq - xarlıqla ölm ək, gəbərm ək deməkdir.

88 


İsa kim i girər elə bir deyrə,

G örünməz, düzülsə çıraq hər yerə.



D eyr - m onastır, kilsə deməkdir.

89 


B u çöl torpağm da çox qan axmışdır,

Sanm a bir Səyavuş yerdən qalxmışdır.

Səyavuş Firdovsinin m əşhur  "Şahnamə"  əsərinin  surətlərindən  olub,  İran padşahı 

K eykavusun oğludur.

Beytin  mənası:  bu  çöl  torpağm a  axan  qanlardan  canlı  adam m   dünyaya  gələcəyinə 

üm id etmə!

90 

Turuncdan qaçm asan Y usiftək əgər,



Züleyxa narınctək səni tez kəsər.

"Y usif  və  Züleyxa"  dastanm a  işarədir.  Poem ada  Y usifin  eşqində  Züleyxanı 

töhm ətləndirən  qadınlara  cavab  olsun  deyə,  Züleyxa  onlan  n an n ca  qonaq  edir  və 

qadınlar nanncı kəsdikləri zam an Y usif otağa daxil olur.  Q adınlar Y usifin gözəlliyinə 

heyran qalıb narınc, əvəzinə barm aqlannı kəsirlər.

497


Göy N əsri-tayiri sənə vurulm uş...

N əsri-tayir -  səm ada yanaşı iki işıqlı ulduzun biridir.

İkincisi N əsri-vaqe adlamr.  İslam dan qabaq эгэЫэг bu ulduzlara sitayiş etmişlər.

92 

M əryəm tək о M əryəm  oruc tutaraq,



Şahın şəgərindən düşdü çox iraq.

N ecə çəng-M əryəm dən qurtarar zahı,

M əryəm dən qurtardı dünyalar şahı.

M əryəm in vücudu köçdü aləmdən,

М э г у э т  ağacıtək şah çıxdı qəmdən.

Bundan  sonrakı  sətirlərin  bir  çoxunda  X osrov  Pərvizin  arvadı  М э г у э т   İsanın 

anası  M əryəm lə  m üqayisə  edilir.  M əryəm in  oruc  tutm ası,  M əryəm   aqacı  -  ikinci 

M əryəm lə əlaqədardır.

Beytlərin  mənası:  arvadı  М э г у э т   vəfat  etdikdə  Xosrov  sevindi  və  azad  nəfəs 

alm ağa  başladı.  Cəngi-M əryəm   bitki  adıdır,  doğuşu  çətin  keçirən  hamilələrə 

verərmişlər.

93 


B u dünyam n vardır ikiçə rəngi:

B əzən rum lu olur, bəzən də zəngi.

K lassik  poeziyada  rumlu  -  ağ  rəng,  zəngi  -  qara  rəng  m ənasm da  işlədilmişdir. 

B urada dünyam n ikiüzlü olm asm a da işarə edilir.

94 

Zam anın Cəmşidi, dünya günəşi 



Örtixb çadınyla Bənatünnəşi.

B eytin mənası:  günəş çıxan zam an öz nuru ilə ulduzlar üzərinə bir pərdə çəkdi.

95 

Y a x şısıb u d u rk i, M əryəm iunut,



İsaya dönsən də, qayıtmaz vüçud.

B irinçi  m israda  adı  çəkilən  М э г у э т   X osrovun  vəfat  etm iş  arvadıdır.  D ini 

əfsanəyə görə, İsa peyğəm bər ölüləri dirildə bilərmiş.

B eytin mənası:  arvadm  М э г у э т  ölmüşdür.  Ə gər Ö lüləri dirildə bilən İsa da olsan, 

onu bir də geri qaytara (dirildə) bilməyəcəksən.

96 


E lə ki bəzm dən əl üzdü М э гу эт ,

"М эгу эт bəzmi" kim i şah oldu xürrəm.

B eytin  mənası:  М э г у э т   şadlıq  m əclisindən  əl  uzən  zam an  şahm  kefı  açıldı,  şad 

oldu.


97 

О taxt taxt deyildi, bir asimandı,

О  şah şah deyildi,  sahibqərandı.

Sahibqəran  -  qərinə,  əsr  sahibi  deməkdir.  Şair  burada  şahm   taxtını  səma  qədər 

yüksək, özünü isə zəm anənin ağası kim i m übaliğə ilə göstərir.

95 

G ecə qaranlıqdı, D ağm  üstünə,



Sanki qara qarğa qonmuşdu yenə.

N izam i öz əsərlərində gecənin qaranlığım  çox zam an qara qarğaya bənzətmişdir.

498


99 

Təbilçi əlini vurm uşdu ilan,

U lduz ayağm a batm ışdı tikan.

Səhər  açılanda  təbil  vurulur,  həm   də  ulduzlar  uçurlar.  B urada  şair  dem ək  istəyir 

ki,  elə  bil  ulduzların  ayaqlarm a  tikan  batıb,  uçmur,  təbilçinin  də  əlini  ilan  vurub, 

səhərin açılm asını xəbər vemıir.

100 

N ə Zənd oxum ağa möbiddə dil var,



N ə qanad çalm ağa m ayildi quşlar.

N izam i bu və bundan sonrakı beytlərdə səhərin açılm adığım  göstərir.

101 

Q ızıl bayrağım  açanda aləm 



D ağılm ış qoşuntək qaçıb getdi qəm.

B urada  aləm in  qızıl  bayrağı  ifadəsi  günəşə,  dağılmış  qoşun  ifadəsi  ulduzlara 

işarədir.

Beytin mənası:  sohər günəş doğan zam an ulduzlar yoxa çıxdığı kim i, X osrovun da 

qəmi dağılıb getdi.

102 


G aviyan bayrağı çox ucalm ışdı,

Şahm  ay üzunə kölgə salmışdı.



Gaviyan  bayrağı  əslində  D rəfşi-G aviyani  tərkibi  ilə  ifadə  edilmişdir.  Drəfşi- 

Gaviyan  "Şahnam ə"dəki  G avənin  dəri  döşluyünə  verilən  addır.  Beytin  mənası:  şahm 

bayrağı ucalaraq, onun üzünə kölgə  saldı.

103 


Şaxtanm  gücündən donm uşdu hər yan,

Qılmc yaradırdı ipək sulardan.

Beytin mənası:  şaxta  о  qədər  şiddətli  idi ki,  ipək kim i  olan  sular donaraq nizə  və 

qılınca oxşayırdı.

104 

Q əm ari ud yamr, ağac qovrulur,



E lə bil yağırdı havadan kafur.

Qəm ari ud -  Q əm ər yerinə m əxsus ud, ətirli maddə.

K afur - kam fora - xoş ətrə işarədir.

Beytdə təbiətin ruh oxşayan bir zam anı olduğu qeyd edilir.

105 

Şəfəq təbibləri girdi meydana,



Çərtib boyadılar onu al qana.

Beytin mənası:  səhər açılarkən üfüq qan rənginə boyandı.

106 

Tündlükdən əl çəkib, bir az yum şalsam ,



D ünyada V eysətək olaram  bədnam.

Fəxrəddin Gürganinin  "Veys və Ramin"  poem asm dakı V eysə işarədir,

107 

Ü tarid cüt bürclü olsa, yeri var.



Sən günəşsən, sənə bir bürc yaraşar.

N ücum   elm inə  görə:  səyyarələrdən Ü tarid  (M erkuri)  Öz  hərəkəti  zam am   Cövza 

(Ə kizlər)  və  Sünbülə bürclərindən keçdiyi  halda,  G ünəş  ancaq  Ə səd  (Şir) bürcündən 

keçir.


499

Ü tarid  kiçik  səyyarədir;  o,  günəşə  çox  yaxın  olduğundan  həyat  əlam ətlərindən 

məhrumdur.

108 

Səğlab banusiydim  - bir gözel çiçək,



Q alm ışam  şüşədə indi gülabtək.

Səğlab  - D anub çayı  sahilində yaşam ış  slavyan tayfasıdır ki, bu tayfanın gözəlləri 

nüm unə kim i göstərilmişdir. B anu - xanım  deməkdir.

109 

H indularım  hələ atəşpərəstdir.



Sərxoş Шгк1эг kim i gözlərim  məstdir.

B urada  qara  gözlərim  m ənasm da  işlədilm iş  hindularım   -  Şirinin  hiddet  və 

qəzəbini ifadə edir.

B eytin  mənası:  qara  gözlərim   od  saçır,  onlar  sərxoş  türklər  kim i  m əstdir  (yəni 

onlardan xəta baş verə bilər).

110 


M aral gözlərim ə çox həsrət çəkər,

Tökər kirpiyim dən tiryək yox, zəhər.



Tiryək  iki  m ənalı  sözdür.  O,  həm   insanı  m əst  edici  zəhərli  maddə,  həm   də  ilan 

zəhərini m əhv edən dərmandır.  B u beytdə ikinci m ənada işlənmişdir.

111 

Şirinə şəkərdən dəm vurma, bir bax,



Q əssabdan qəsəbbaf durur çox uzaq.

Q əsəbbaf - kətan toxuyan.

B eytin  mənası:  Qəssabla  qəsəbbafı  m üqayisə  etm ək  Şirinlə  Şəkəri  m üqayisə 

etm əyə bənzər.  Y əni -  Şirin Şəkərdən üstündür.

112 


Qazandakı hələ bişm əyib, xamdır,

H alva hazır deyil, iş natamamdır.

B eytin mənası:  sənin şüurun həle yetişm əyibdir,  sən helə kam il deyilsən.

113 


Belə yum şaqlıqla sərtlik пэ gərək?

Q aqum a yaraşmaz olsun kirpitək.



Qaqum  -  yum şaq  dərili  sincabdır  (dovşan  fəsiləsindən).  Beytin  mənası:  sən 

qaqum kim i yum şaq ikən, kirpi kim i iynəli olm a (sancma).

114 

Ləli uzərindən m ərcanı açdı.



G övhərləri düzdü, m irvari saçdı.

Yəni Şirin sözə başladı.

115 

Q alm adı şüardan bir "şəir"  də tək,



Ərəbcə bilm irsən - bir "arpa"  demək.

B urada şüar sözü şəir (arpa) sözü ilə qarşılaşdmlır.

B eytin mənası:  verilən vədələrdən bir arpa qədər də əlam ət qalmadı.

116 


Yüz Y usif yuxusu əzbərin olsa,

Y enə də ham ansan, eşşək və İsa.

"Y usif və Züleyxa"  dastanm da Y usif həbsdə ikən m əhbuslann yuxusunu yozur və 

hadisələr də  onun dediyi kim i baş  verir.  Sonra Ə zizi-M isr yuxu  görür.  Y usif onun da 

yuxusunu düz yozub ölkəni üz verəcək qəhətlik və fəla-

kətdən xilas edir.  B una görə də yuxu yozm aqda Y usif şöhrət tapır.  İsa peyğəm bər isə 

həm işə  eşşək  m inib  gəzərm iş,  m əlum dur  ki,  kim in  m inm əyindən  asılı  olm ayaraq

500


eşşək  yenə  də  eşşəkdir.  B u  barədə,  N izam i  kim i,  Sədi  Şirazi  də  demişdir:  İsanın 

eşşəyini M əkkəyə də aparsalar, yenə də hacı olmayıb, eşşəkliyində qalar.

117 

B ir deyləm  idin sən, indi şah oldun,



Baltanı sataraq bir nizə aldm.

D eyləm ilər  Gilan  vilayətində  hərbcu  bir  tayfam n  adıdır.  Eyni  zam anda  deyləm 

qul m ənası verir.  Y əni sən qul ikən şahlıq rütbəsinə yüksəldin.

118 

Babil H arutusa onun camalı,



H indu cadugərsə о qara xalı.

Beytin mənası:  camalı m ələk qədər gözəl idi, qara xalı sehrlər yaradırdı.

119 

Şirin bu səfram özü duymuşdu.



Şəkərin altm a sirkə qoymuşdu.

Səfra  -  sanlıq  və  ödə  işarədir.  M əlum   olduğu  kim i,  öd  acılıq  əlamətidir.  Beytin 

mənası:  Şirin bu acılığı özü yaradırdı, o,  şirin dilinin altm a sirkə tökm üşdü; yəni:  Şirin 

nazlanaraq qəsdən acı danışırdı.

120 


Y arım can quş kim i səndələyirdi,

N ərgizdən səm ənə dürr ələyirdi.



Nərgiz  -  göz;  səm ən  -  yanaq;  dürr  -  göz  yaşı  deməkdir.  Beytin  mənası: 

həyəcandan çırpm araq gözlərindən yanaqlanna inci danələri axıdırdı (ağlayırdı).

121 

M anqala dönm üşdu əlindəki ud,



K önüllər yam rdı onda, sanki ud.

U d  sözünün iki m ənası  var.  О həm   çalğı  aləti,  həm  də  ətirli m addə  adıdır.  Beytin 

mənası:  Onun əlindəki ud (çalğı aləti) m anqal xasiyyəti daşıdığm dan ud (ətirli maddə) 

kim i öz nəğməsilə könülləri yandırırdı.

122 


B arbədlə çənk səsi axıb, muxtəsər,

Tük ilə rəng kim i birləşmişdilər.

N izam i bu beytdə m usiqi sənəti ilə rəssam lıq sənətini yanaşı qoymuşdur.

123 


Sənin şəkər dolu dodaqlarmdan 

Q eyri, badam ım a olmaz toxunan.

Beytin  mənası:  m ənim   gözlərim dən  öpm əyə  ancaq  sənin  ixtiyarm  vardır.  Bu 

səhifədəki  beytlərdə  Şirinin  bədən  üzvləri  m üxtəlif  m eyvələrin  adı  ilə  ifadə 

edilmişdir:

Bad a in  - göz; püstə, innab  - dodaq;  nar,  n a n n ç - məmə;  alma - yanaq və s.

124 


Pis gözdən gizlənən abi-həyattək 

M əndən yaym m ısan, bu nəyə gərək?



A bi-həyat  -  dirilik  suyu;  guya  insanlann  gözündən  iraq  yerdə  -  zülm ətdə  imiş, 

ancaq X ızr bu sudan içərək, ölm əzlər cərgəsinə daxil olmuşdur.

501


Sərxoş əyyar kim i göstərib ülfət,

Səcdə etdi şaha о  gözəl afət.



Əyyar  -  olduqca  çevik,  sürətlə  qaçan,  bacanqlı,  əlindən  hər  iş  gələn  adam a 

deyilir.


126 

Y enə X osrov dedi:  "B uulduz cinni,

N əyə minm iş,  söylə, bir kəs bilirmi?"

Ulduzun  cirm i  -  onun  kütləsi  deməkdir.  X osrov  bilm ək  istəyir  ki,  ulduzlan 

fəzada saxlayan qüvvə nədir.

127 

Çoxları bu işə m eylini vermiş,



R əsəd göstərdi ki, m ahaldır bu iş.

R əsəd  -  ulduzlar aləm inin tədqiqi  deməkdir.  B una görə  də rəsədxana m üasir elmi 

dildə observatoriya adlamr.

128 

Q olu yorulsa da, zillət çəkərək 



Tutub küngürədən yapışar bərk-bərk...

Küngürə  -  qala  divarlanm n  üstündə  olan  diş-diş  çıxıntı.  Y ıxılm am aq  üçün  bu 

"diş"dən tutan adam m  qüvvədən düşüb onunla birlikdə yıxılacaqı göstərilir.

129 

Büzürgüm id birdən açıldı gültək,



Q ırx m əna açdı, qırx nağıl deyərək.

Büzürgüm id bu beytdən  sonra m əşhur hind əfsanəsi,  alleqorik təm sillərdən ibarət 

olan "Kəlilə və D im nə"dən ibrətamiz hekayətlər söyləməklə  şaha təsir göstərir.

130 


Fələklər zicini cədvəlbəcədvəl,

Fikrin üsffirlabı eyləm işdir həll.



Ziç  -  ulduzlann  m övqeyini  və  səyyarələrin  m ədarım   göstərən  cədvəl,  usffirlab 

həm in cədvəli tərtib etm ək üçün xüsusi alətdir.

131 

X ətləri m üxtəlif olan nöqtədən,



İlk gələn hərəkət “Ə lif ’di bil sən.

Ə lif -  ərəb (fars) əlifbasm m  ilk hərfinin adıdır.  B u h ə rf iki nöqtəni birləşdirən düz 

şaquli  xətdir.  Sonrakı  beytlərdə  xətlərin  çarpazlaşm asm dan  cisim lərdə  səth  (bəsit)  və 

həcm in yaranm ası göstərir,

132 

D ünya Zöhhak kim i qan içəndir, qan!



Sənə öz arxandan yaratdı ilan.

Firdovsinin  "Şahnamə"  əsərində  təsvir  etdiyi  qaniçən  Zöhhaka  işarədir.  Zöhhak 

çiyinlərindən çıxan ilanlara insan beyni yedirərmiş.  B eytin mənası:  bu qaniçən dünya 

sənin qatilin olm aq üçün öz belindən bir ilan yaratdı.

B urada ilan - X osrovun M əryəm dən olan oğlu qatil Şiruyəyə işarədir.

133 


Q uyuya düşsən də, olm a pərişan,

Y usifi xatırla, təm kinlə dayan!

Beytdə  m əşhur  "Y usif  və  Züleyxa"  dastam na  işarə  edilir.  Y usifı  öz  qardaşlan 

paxıllıqdan quyuya salıb getdikdən sonra tacirlər quyu başm a gəlir və

502


Yusifı  tapıb  ölüm dən  xilas  edirlər.  N izam i  də  bununla  çətinliyə  düşərkən  üm idli 

olm ağı təbliğ etm ək istəm işdir,

134 

D ünyada пэ qədər rus var, zənci var,



Bundan daha yaxşı toy etməz onlar.

B u beytdə  rus  -  ağlıq  əlam əti  kim i  gündüzə,  zənci  -  qaralıq  əlam əti  kim i  gecəyə 

işarədir.  B eytin mənası:  dünya durduqca bundan yaxşı toy edilməyəcəkdir.

135 


N ə uçm aq müm kündür, üstündə çənbər,

N ə onun bəndini aça bilərlər.



Çənbər - halqa, çəpər, örtü, to r deməkdir.  Şair özünü tora düşm üş quşa bənzədir.

136 


Turşənglə təlxəki seçm əyən hacı 

Öldü, tapılm adı dərdə əlacı.



Təlxək son dərəcə acı bitkidir, buna əbucəhl qarpızı da deyilir.  Turşəngi təlxəkdən 

ayırm am aq cəhalət və nadanlığa işarədir.

137 

Öküz bürcünə bax,  sən bir diqqətlƏ,



Y ükünü yer kim i öküzə yüklə.

M ənzilin öküzdür, olsan da Zöhrə,

Öküz üstundəsən getsən hər yerə.

B u beytlərdə işlədilən ökuz  sözü üç m əfhum u ifadə edir:

1.  Öküz  burçu (ərəbçə  Sovr)  12 bürcdən ikincisi; 2.  D ini m ükafata görə,

küreyi-ərz öküz üzərində qərar tutmuşdur;  3.  Zöhrə (V enera) ulduzu kim i пэ qədər 

gözəl  olsan  da,  m əkanm   öküz  uzərindədir.  Zöhrə  ulduzu  öz  hərəkəti  zam anı  səm ada 

həm işə Öküz bürcünə daxil olur.

B u beytlərdən çıxan ümum i m əna belədir:  sən пэ qədər çalışsan da, уепэ  dünyada 

çətinlikdən yaxa qurtara bilməyəcəksən.

138 

B ir gecə ay yerə gum üş tökürdü,



X osrov M ustafanı yuxuda gördü.

M ustafa - M əhəm m əd peyğəm bərin adlarm dan biridir.

139 


N ecaşi nəqşinə bir gün son verdi...

N əcaşi - həbəş padşahı.

140 


О yeddi tayfada gözəl, uludur,

A ydan balığadək onun quludur.

D ini  əfsanəyə  görə,  küreyi-ərzin  ökuz  üzərində,  öküzün  isə  (nəhəng)  balıq 

üzərində durduğuna işarədir.

B alıqdan  aya  və  ya  A ydan  balığadək  ifadəsi  klassik  poeziyada  həm işə  bütixn 

dunya m əfhum unu əvəz etmişdir.

141 

G ecə tərk eləyib fani dünyanı,



Görməyə getm işdi Ümmi-Hanini.

Ü m m i-H ani  -  M əhəm m əd  peyğəm bərin  arvadı  idi.  Rəvayatə  görə,  m eraça  onun 

m ənzilindən getmişdir.

503


142 

Ö zünü Cəbrail göydən yetirdi,

İldınm tək nurdan B uraq getirdi.

C əbrail  -  dini  əfsanəyə  görə,  A llahdan  M əhəm m əd  peyğəm bərə  xəbər  getirən 

mələkdir;  Buraq  isə  başı  insan  başı  olub,  bədəni  at  şəklində  olan  qanadlı  atdır  ki, 

M əhəm m ed guya ona m inərək, göye - A llahın yanm a uçmuşdur.

143 


Fəlek əqrəbinin bağrını sökdü,

Ə sədin üzünə əlini çəkdi.



Əqrəb  səm ada  on  iki  bürcdən  səkkizincisi,  Ə səd  (Şir)  isə  beşincisidir.  Guya 

M əhəm m əd  m erac  zam anı  qədim  astrologiyada  nəhs  olan  Ə qrəb  bürcünü  pisləyib, 

xoşbəxtlik əlam əti olan Şir bürcünü terifləmişdir,

144 


R əhim ini sardı о dörd qarınm,

Q urtardı heyzindən göy  qızlanmn!



Dörd  qarı  dörd  ünsürə  -  su,  od,  torpaq,  havaya  işarədir.  Göy  qızları  isə  ham an 

N əş qızları (Bənatünnəş) adlanan ulduzlar toplusudur.  Y əni peyğəm bər dörd ünsürdən 

üz göndərib, N əş qızlanm  da keçdi.

145 


Y usiftək dəlvdən bir şərbət içdi,

Y unis kim i H utda duracaq seçdi.



D əlv  sözünün  lüğəti  m ənası  dol  (vedrə),  hut  sözünün  lüğəti  m ənası  isə  balıq 

deməkdir.  Q edim   astrologiyada isə D əlv  on iki bürcdən onbirincisi,  hut onikincisidir. 

B u beytlerdə iki dini  əfsane xatırlanır.  Birinçi m israda  "Y usif və Züleyxa"  dastanmda 

qardaşlan  tərəfm dən  quyuya  salınmış  Y usifi  yoldan  keçən  tacirlərin  quyuya  dol 

sallayıb  çıxarmaları,  ikinci  m israda  dinler  tarixindən  Y unis  peyğəm bərin  dənizdə 

naqqa  balıq  tərəfindən  udulm asm a  işarədir.  Y unis  guya  bir  m üddət  ham an  balığın 

qamm da yaşadıqdan sonra уепэ bu dünyaya qayıtmışdır.

B eytin mənası:  M əhəm m əd peyğəm bər  səm ada bir-birinin ardm ca bürcləri keçib, 

sonuncu H ut (Balıq) bürcünə çatdı.

146 


R ikabm da katib Sürəyya qaldı,

Sərhəng həm ayilin çiyninə saldı.

Yəni  Sürəyya  ulduzlan  onun  xidm ətində  dayanıb,  sərhənglik  həm ayilini  çiyninə 

salmışdır.

147 

O nu oxşam azdı о reyhan, о bağ,



G özünə vurm uşdu o, mölm -m azağ.

M azağ  -  эгэЬ  dilində  lüqəti  m ənası  m eyl  etm əm ək,  rəğbət  göstərm əm ək 

deməkdir.  Y əni peyğəm bər bağa, reyhana sarı baxmadı.

148 

İsrafil qanadı üstünə aldı,



R əfrəf xanəsinə tərəf ucaldı.

R efrəfdən Tubaya vurdu ələmi,

O rdan da Sidrəyə qoydu qədəmi.

504


Dini  rəvayətə  görə  R əfrəf peyğəm bərin  m əraca  getdiyi  vaxt  m indiyi  atın  adıdır. 

Tuba  -  behişt  ağacı,  Sidrə  -  Q uranda  yazıldığm a  görə,  yeddinci  göydə  olan  ağacm  

adıdır.


149 

Q ulağı çərtm əkdir başın dərmanı,

D əm üləxəveynidir Səyavuş qanı.

D əm üləxəveyn  -  qardaş  qanı  deməkdir.  "Şahnamə"  əsərindən  Səyavuşun  qamm 

düşm əndən  alm aq  uğrunda  uzun  m üharibə  getm iş  olduğundan  Səyavuş  qam  istilahı 

sonrakı şairlər tərəfindən də qələmə alınm ış, istifadə edilmişdir.

150 


Y aşayış vaxtında xəstə haldayıq,

Ç ünki vəhşi qurdla bir çuvaldayıq.

Burada:  vəhşi  qurd  -  tam aha  işarədir.  Beytin  mənası:  qəlbim izdə  paxıllıq,  tam ah 

və həsəd hissi olduqca biz həm işə xəstə halda öm ür sürəcəyik.

151 

İbrətlə göz yum an о tutiyə bax,



Q əfəsdən "ölərək"  qurtardı ancaq.

K lassik şərq poeziyasm da tutinin ölüb ölüm dən qurtarm ası ifadəsi məşhurdur.  Bu 

m isaldan b ir çox m əşhur orta əsr klassikləri - N izam i, X aqani, Cəlaləddin Rum i,  Sədi, 

Cam i və başqalan istifadə etmişlər.

Q ədim  hind əfsanələrindən alm mış olan bu rəvayətin xülasəsi belədir:

B ir  hind  taciri  səfərə  çıxarkən  bütixn  ailə  üzvlərindən  onlara  hədiyyə  olaraq  пэ 

gətirm əyi  arzu  etdiklərini  soruşur.  Нэгэ  bir  şey  arzu  edir.  N əhayət,  tacir  qefəsdəki 

tutidən  də  nə  arzu  etdiyini  soruşur.  Tuti  ona  H indistan  m eşələrindən  keçərkən  tuti 

yoldaşlanna  salam  yetirm eyi  xahiş  edir  və  deyir:  "Onlara  çatdır  ki,  sizin  dostunuz 

bizim  evdə qəfəsdə tək və tənha yaşam aqdadır".

Tacir  səfərdən  qayıdarkən  tutiyə  deyir  ki,  onun  da  arzusunu  yerinə  yetirmişdir. 

Lakin  m eşədə  bu  sözləri  eşidən tutilərdən  biri  nagəhan уегэ  düşüb,  çırpm dı  və  öldü. 

B u  kədərli  xəbəri  eşidən  tuti  də  çırpm dı  və  bir  az  sonra  ayaqlarm ı  uzadıb  gözlərini 

yum du və yıxılıb hərəkətsiz  qaldı.  B u işə heyrət eden tacir tutini ölm üş bilib, qəfəsdən 

çölə  atdıqda,  tuti  qanadlanıb  uçdu.  Tacir bu  vaxt  başa  düşdü  ki,  qəfəsdən  qurtarmaq 

üçun özünü qəsdən ölülüyə vurm ağı ona meşə tutiləri xəbər göndərmişdir.

152 

B u qara sədəfə diqqət verirkən,



Çox m əna dürrünə rast gələcəksən.

Qara  sədəf-  dedikdə  N izam i  yazm ı  nəzərdə  tutur.  Y əni  bu  əsərdə  çoxlu  məna 

incəliklərinə əl atacaqsan.

153 

D eyirəm  ki, dövran dəyişəndə bəs 



D əqyanus pulu bir arpaya dəyməz.

D ini  rəvayətə  görə,  guya  bir  qrup  adam   zalım   şah  olan  D eqyanusun  zülm ündən 

m ağaraya gedib gizlənmiş, A llahm  əmri ilə bir neçə yüz il orada

505


yatm ış  və  ayıldıqda  ciblərində  olan  pulu  xərcləm ək  istəmişlər.  Lakin  əhali  bu  pulun 

Dəqyanus zam anm dan qaldığını deyib, onlara gulm uş və indi bu pulun heç bir qiym əti 

qalm adığını  demişlər.  N izam i  öz  əsəri  ilə  m üqayisədə  keçm iş  əsərləri  D əqyanus 

dövrünün puluna oxşadır.

154 

М эп məhv olub getsəm, öm əyim dir bu,



Y usif kim i itsəm, köynəyim dir bu.

"Y usif və  Züleyxa"  dastanm a  işarədir.  B u  dastanda Y usifin köynəyi  haqqm da  iki 

dəfə söhbət gedir:

1. 


Y usifi  quyuya  salan  qardaşlan  onun  qana  bulaşdınlm ış  köynəyini  atası 

Y əquba gətirib, Y usifin qurd tərəfındən parçalandığım  demişlər.

2. 

Y usif M isirdə  hökm ran  olduğu  zam an  qəhətlik  illərində  K ənandan  yardım  



alm aq  üçün  gələn  qardaşlanna  ianə  buğda  verdiyi  zam an  öz  köynəyini  kisələrdən 

birinin  içərisinə  qoyur.  A tası  bu  köynəkdən  Y usifin  iyini  duyub,  onun  diri  olduğunu 

bilir  və  ham an köynəyi  Y usifin dərdindən ağladığı zam an kor  olm uş  gözlərinə  sürtür 

və guya gözləri açılır.

N izam i yuxandakı beytdə ikinci əhvalatı nəzərdə tutmuşdur.

155 


Tövhidlə bağlanm ış başı, ayağı.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin