287
İqtisadi Yardım Şurası (QİYŞ) təşkil etdi. Buraya ancaq
Yuqoslaviya daxil olmadı. SSRİ NATO-ya qarşı 1955-ci ilin
mayında bu ölkələrin iştirakı ilə Varşava müqaviləsi təşkilatını
təşkil etdi. Bu hərbi təşkilata da Yuqoslaviya daxil olmadı.
Avstriya isə başqa yolla getməli oldu.
POLŞA: Mərkəzi və Cənub-Şərqi Avropa dövlətləri
içərisində SSRİ ilə birinci müxalifətdə olan ölkə Polşa oldu.
Hələ 1944-cü ilin avqust ayında sovet qoşunlarına qarşı
Varşavada böyük üsyan oldu. Elə SSRİ ilə ABŞ arasında da ilk
ixtilaflar bu məsələ ilə əlaqədar başladı. 1943-cü ilin Tehran,
1945-ci ilin Krım və Potsdam konfransında Polşa məsələsi
xüsusi müzakirə obyektlərindən biri oldu. Nəticədə Polşanın
1938-ci il sərhədləri özünə qaytarıldı. Oder və Neysi çaylarının
qərb sahilləri Polşaya verildi. 1944-1945-ci illərdə ölkədə
milliləşmə həyata keçiridi.
Müharibə nəticəsində Polşada 6 milyon insan həlak oldu,
sənaye müəssisələrinin 70%-i, kəndli təsərrüfatlarının isə 20%-
i dağıldı.
1945-ci ilin iyununda Polşada təşkil edilmiş hökumətə
Usubka Moravski başçılıq edirdi. Bu hökumətin tərkibinə
Polşanın azad edilməsində xüsusi rolu olan Krayevo Rada
Naradova və Polşa Milli azadlıq komitəsinin üzvlərindən də
daxil edildi. 1948-ci ildə Polşa Fəhlə və Polşa Sosialist
Dostları ilə paylaş: