348
XII. Cənubi Avropa dövlətləri
YUNANISTAN
İkinci Dünya müharibəsinin
Yunanstan üçün nəticələri
İkinci Dünya müharibəsi ölkəyə böyük fəlakət gətirdi.
Əhalinin 8%-i həlak oldu. Sənaye və kənd təsərrüfatı istehsalı
aşağı düşdü. Xarici ticarət kəsiri artdı. Ölkə iqtisadiyyatında
hakim mövqeni inhisarçı ticarət kapitalı, iri torpaq sahibləri,
bankirlər, kral ailəsi tuturdu. Ölkə əhalisinin əksəriyyətini
təşkil edən kəndlilər əsasən icarədarlar idi. Fəhlə sinfi sayca az
olsa da, azadlıq mübarizəsində əsas rol oynayırdı. Hədsiz sağ
mövqedə duran partiyalar «Qara blok» cəbhəsi təşkil etdilər.
Onların içərisində ən nüfuzlusu Xalq (populist) partiyası idi.
«Qara blok» cəbhəsinə 1945-ci ilin martında kollaborasionist
general Qonastas da daxil oldu. Milli liberal partiyanın xeyli
hissəsi də bu cəbhəyə qoşuldu. Mərkəz partiyası və liberallar
Dostları ilə paylaş: