329
müddətli kredit sazişi bağlandı. İsveç SSRİ-yə 1
milyon kron
kredit verdi. Bu sovet bazarının açılmasına və işsizlərin çıxıb
getməsinə şərait yaratdı. İsveç həmçinin İngiltərə, Norveç,
Danimarka, Finlandiya, Hollandiyaya 4 milyon kron kredit
verdi. 1946-da o, BMT-yə daxil oldu. İsveç Avropa şurasına,
Avropa kömür və polad birliyinə də daxil oldu ki, bu da onun
«Qərb dünyası» ilə əlaqəsini göstərirdi.
İsveç XX əsrin 50-60-cı illərində. İsveç «soyuq
muharibə» dövründə çox böyük gəlir əldə etdi. ABŞ-ın
Koreyadakı müharibəsi İsveçin hərbi
sənayesinə stimul verdi,
ixrac artdı. Əgər 1946-cı-1950-ci illərdə topdansatış milli
məhsul 44% artmışdırsa, 1960-cı ildə bu rəqəm 60%-ə qalxdı.
Dövlət-ishisarçı kapitalizmin mövqeyi gücləndi. Onun
əsas nümayəndələri Vandenberq, Yunsonov, Bonerov,
Brustyomov, Vener-Qrenov ailələri idi. Qulluqçuların xüsusi
çəkisi 50-ci illərdə 34% artdı. Sahibkarların sayı 25% azaldı.
Bu istehsalın mərkəzləşməsi və təmərküzləşməsi
ilə əlaqədar
idi.
İqitsadi yüksəliş ilk növbədə maliyyə oliqarxiyasına iri
gəlir gətirdi. Zəhmətkeşlərin vəziyyəti də bir qədər yaxşılaşdı.
50-ci illərlə real əmək haqqı 35% artdı. 60-cı illərdə sənayedə
saathesabı əmək haqqı 2 dəfə artdı. Zəhmətkeşlərin mənafeyi
naminə bir sıra sosial tədbirlər həyata keçirildi.
İsveç hökumətinə başçılıq edən sosial-demokratların
mövqeyi gücləndi. 1951-ci ilin payızında sosial demokratlarla
Kəndli ittifaqı partiyası (qırmızı yaşıl koalisiya) ikipartiyalı
koalisiya yaratmaq haqqında razılığa gəldilər. Onlar istehsalın
ayrı-ayrı sahələrinin milliləşdirilməsindən imtina etdilər. Xarici
siyasət sahəsində hər iki partiya bitərəfliyi müdafiə etdilər.
Erlander hökuməti yenə də
əvvəlki siyasətini davam
etdirirdi. İsveç həmkarlar İttifaqı Mərkəzi Birliyi və sahibkarlar
İttifaqı əmək haqqı şkalasının artmasını dayandırdı. 1951-ci
ildə üçhəftəlik pulu ödənilən məzuniyyət verildi. 1955-ci ildə
xəstəliyinə görə sığorta verildi. İsveç özünün şərq
330
yarımkürəsində dəmir filizi yataqlarının milliləşdirilməsi
haqqında qanun qəbul etdi. 1957-ci ildən 45 saatlıq iş həftəsi
tətbiq edilməyə başladı. Əməyə görə
pensiya məsələsi ilə
əlaqədar 1957-ci ilin oktyabrın 13-də referendum keçirildi.
1957-ci ilin oktyabrında aqrarilər hökumət koalisiyasından
çıxdılar, sosial-demokratlar birpartiyalı hökumət təşkil etdilər.
1957-ci ilin sonu 1958-ci ilin birinci yarısında İsveçdə
iqitsadi vəziyyət pisləşdi. İqtisadi və siyasi böhran başlandı.
1958-ci ilin aprelin 25-də riksdağın ikinci palatası pensiyalar
haqqında qanun layihəsini qəbul etməkdən imtina etdi. Bundan
sora Erlander hökuməti riksdağı buraxdı və yeni
növbədənkənar seçkilər təyin etdi. Sosial demokratlar yenə
əksəriyyət qazandılar. 1958-ci ilin mayında pensiya haqqında
qanun əksəriyyət səslə qəbul edildi. Bir sıra sosial
tədbirlər
həyata keçirildi. Sosial təminat haqqında qanun qəbul edildi.
Doqquz illik təhsil məcburi oldu. 1963-cü ildən 40 saatlıq iş
həftəsinə keçildi. 1964-cü ilin yanvarından çoxuşaqlı, aşağı
təminatlı ailələrə müavinat iki dəfə artırıldı. Yarımmilyon
qulluqçunun maaşı 5% artırıldı. 1968-ci ildən pensiyalar da
38% artırıldı. Bununla bərabər, daşınmaz əmlakı 100 min
krondan çox olanlara vergilər də artırıldı. Bu tədbirlər sosial-
demokratların nüfuzunu artırdı. 1968-ci ildə keçirilən
seçkilərdə yenidən sosial demokratlar 50 % səs aldılar.
1969-cu ildə Erlander istefaya getdi. Hökumətə və
Dostları ilə paylaş: