282
vəziyyət pisləşməkdə davam edirdi. Kütləvi tətillər başlandı.
Tezliklə hökumət yerli oliqarxiya və xarici kapitalistlərə
güzəştə getdi. O, latifundiyaları məhdudlaşdırmadı. Xarici
ticarət üzərində dövlət nəzarəti azaldıldı. Ölkəyə xarici
kapitalın axını gücləndi. Frondisi hökuməti ABŞ-la ölkənin
neftli torpaqlarının 30 il müddətinə ABŞ-a icarəyə verilməsi
haqqında saziş bağladı. ABŞ Argentinaya 329 mln. dollar
kredit verdi.
1962-ci ildə Argentina ABŞ-ın təzyiqi nəticəsində Kuba
ilə diplomatik əlaqələri kəsdi. Böhran şəraitində Argentinanın
mühafizəkar qüvvələri ABŞ səfirliyinin razılığı ilə 1962—ci il
martın 28-də hərbi çevriliş etdilər. Hakimiyyətə senatın sədri
X.Mariya Qido gəldi. Demokpatik qüvvələrə qarşı mübarizə
davam etdirildi. 1963-cü ilin iyununda keçirilən prezident
seçkilərində Vətəndaş radikal partiyasından olan İlia qələbə
qazandı. Onun dövründə milliləşdirmə siyasəti yeridilirdi.
Ölkədə sosial sahədə mühüm tədbirlər həyata keşirildi.
Prezident A.İlia tərəfindən mürtəce qanunlar ləğv edildi. Siyasi
məhbuslar əfv olundu və siyasi partiyaların fəaliyyətinə icazə
verildi. 1963-cü il noyabrın 15-də neft sənayesi milliləşdirildi.
Bu siyasət ABŞ və bir sıra inhisarçı dairələrin narazılığına
səbəb oldu. 1966-ci il iyunun 27-dən 28-nə keçən gecə general
Onqaniyanın başçılığı altında çevriliş oldu, xunta yaradıldı.
1966-cı ildə Onqaniya prezident seçildi. Onun əsas prinsipi
intizam, qayda-qanun və kommunizmin kökünü kəsmək idi.
Demokratik azadlıqlar ləğv edildi. ABŞ-la «səmimi
münasibətlər» yaradıldı. Konqres buraxıldı. Bütün siyasi
Dostları ilə paylaş: