234
Yeni hökumətin baş naziri Sosial Demokrat Mərkəz parti-
yasının lideri olan Kolvo Sotelo oldu. Lakin «bunkerdən olan
adamlar» təslim olmurdular. Onlar öz təbliğatlarında bu
faktlardan istifadə edirdlilər ki, ölkədə frankizm dövründə
olmayan kütləvi işsizlik, milli azlıqların muxtariyyət iddiası və
terrorizm kimi hadisələr baş verir. Generalitet və jandarm (İs-
paniyada o, «mülki qvardiya» adlanır) dairələrində hökuməti
devirmək və hərbi diktatura qurmaq məqsədilə qəsd hazırlan-
mışdı. Hökumətin bu barədə məlumatı olsa da, təhlükəni
zərərsizləşdirmədi.
1981-ci il fevralın 23-də korteslərin iclası gedən zaman
polkovnik-leytenant Texero-Molina başda olmaqla qvardiya-
çılar iclas zalına soxuldular. Onlar general X.Milans de Baskla
razılaşaraq dövlət çevrilişi etmək istədilər. Lakin qornizonun
əksər hissəsi onları müdafiə etmədi. Kral televiziya ilə bildirdi
ki, o, Konstitusiyada nəzərdə tutulmuş və xalq tərəfindən
referendumla bəyənilmiş demokratik prosesi zorla dayandır-
maq üçün heç bir təşəbbüsə yol verməyəcəkdir. Xuan Karlosun
qəti mövqeyi qəsdçiləri dayandırdı. Onlar öz planlarının
icrasını davam etdirməyə cəsarət etmədilər, qoşunlar Madrid
üzərinə yerimədi. 1981-ci il fevralın 27-də bütün siyasi
Dostları ilə paylaş: