Yeniyetmə nə qədər ki, gözəldir,
Dili acı olar, xisləti yaman.
Elə ki, üzünün gülşəni soldu,
Hamıya dil töküb olar mehriban.
12. Hekayət
Bir
alimdən soruşdular: – Bir adam gözəl bir nigarla xəlvət otağa
çəkilə, qapını daldan baqlaya, rəqiblər yuxlamış, şəhvət coşmuş ola,
ərəblər demişkən: «Xurmalar dəymiş, bağban yatmıqa ola», insan öz
nəfsini saxlayıb gözəllərin əlindən qurtara bilər, ya yox?
Alim
dedi:
–Gözəllərin əlindən qurtarsa da, söz gəzdirənlərin dilindən
qurtara bilməz.
168
Beyt
İnsan qurtarsa da pis əməlindən.
Qurtarmaz bədxahın tənələrindən.
Beyt
Bacararsan bir iş görüb salmayasan səsə sən,
Bacarmazsan lakin xalqın dillərini kəsəsən.