Həmədan qazısı haqqında danışırlar ki, o bir nalbənd oğluna
bənd olmuş, qəlbinin nalını oda qoymuşdu, bir müddət dərdilə
kədərlənmiş, bir müddət ətrafında hərlənmiş, gah dalınca düşüb
gedərmiş, gah haqqında danışıb, şer deyərmiş.
Şer
Gözümə göründü o sərv qamət,
Qəlbimi qaparaq saldı ayağa.
Ürəyi kəməndə salan bil, gözdür,
Qəlbi qorumaqçın gözünü bağla.
Deyirlər ki, bir dəfə yoldan gecərkən oğlan qazının yolunu kəsdi,
özü haqqında deyilən bəzi sözləri eşitdiyinə və bərk incidiyinə görə,
qazını söyməyə başladı, ürəyi soyumadı, sonra onu daşladı, ağzına
gələni dedi, olmazın hörmətsizliklər etdi.
Qazı əhvalatı müşahidə edən, onunla birlikdə gedən üləmalardan
birinə demişdi:
Beyt
179
Gözəlin acığı nazə bərabər,
Üzünü turşutsa şirin dad verər.
Ərəb ölkələrində belə bir məsəl var, deyərlər: –«Sevgilinin söyü-
şü şirin kişmiş kimidir».
Beyt
Sənin gül əlindən yumruq yesəm mən,
Xoşdur öz əlimlə çörək yeməkdən.
Qara–qışqırıq salır, demək razılıq iyi gəlir.
Beyt
Üzüm qora çağı turş olar yəqin,
Üç-dörd gün səbr elə ki, olsun şirin.
Qazı bunu deyib geri döndü, gəlib qəzavət kürsüsündə oturdu.
Onun xidmətində olan mənsəb sahiblərindən bir neçəsi baş əyib
təzim etdilər, yeri öpüb belə dedilər:
–Ədəb xaricində olsa da, icazə verin sizə bir sual verək.
Böyüklər deyiblər:
Beyt
Hər bir sözə irad tutmaq bil, deyildir, məsləhət,
Böyüklərə qələt tutmaq özü sayılar qələt.
Lakin bütün ömrümüz boyu sizdən mərhəmət görüb, ənam
aldığımız üçün, bildiyimiz məsləhəti deməsək, xəyanət etmiş olarıq.
Yaxşısı budur ki, sən bu nalbənd oğlundan əl çəkib öz ehtiras süfrəni
yığışdırasan, pak qəzavət kürsüsünü belə çirkin işlərlə kəsafətə
bulaşdırmayasan. Hərifin kim olduğunu kördünüz, hərfin nə
olduğunu eşitdiniz.
Şer
180
Biri həyasızlığa etmişsə adət,
Özgə həyasına verərmi qiymət?
Çox olmuş əlli il yaxşı qalan ad
Bir çirkin iş ilə olmuşdur bərbad!
Qazı dostlarının fikrini bəyəndi, onların xeyrxahlığına qarşı təşəkkür etdi, və dedi: – Mənim haqqımda əziz dosqlarımın dedikləri
tamamilə düzdür, ona etiraz ola bilməz, çünki doğru sözdur, lakin:
Beyt
Nə qədər kefindir elə məzəmmət
Zəncini yumaqla ağarmaz əlbət.
181
Beyt
Bu dünyada səni mənə unutduran iş varmı?
Başı qopmuş bir ilanam, qıvrılmasam olarmı?
Bunu deyib onu yola gətirmək üçün adam saldı, mal tökdü, pul
xərclədi, hədiyyə aldı. Demişlər ki, kimin qızılı qovluğundadır, onun
gücü də öz qolundadır; kimin dünyada kisəsi boşdur, onun da
dünyada heç kəsi yoxdur.
Beyt
Qızılı kim görsə ona baş əyər
Dəmirqol tərəzi olsa da əgər.
Müxtəsər, bir gecə aranı xəlvət eləmişdilər ki, darğaya da xəbər
çatdı. Qazı bütün gecəni şərab içir, sevgilisinin gah sağına, gah
soluna keçir, məhəbbətin şiddətindən belə zümzümə edirdi:
Şer
Ey kaş xoruz banlamasın bu səhər erkən,
Aşiqlər hələ doymadı məşuqələrindən
Yatdıqda yarın sən oyaq ol, fürsəti vermə,
Bu ömrü, amandır, belə bivayə keçirmə.
Məsciddən azan səsləri yüksəlsə də hər an,
Ya təbl sasi qalxsa Atabəy sarayından.
Sən açma xoruz gözləri tək ləbləri zinhar,
Əfsanə demə, etmə sən ez sirrini izhar.
Qazı bu vəziyyətdə idi ki, yaxın adamlarından biri gəlib dedi: –
Nə oturmusan qalx, nə qədər bacarırsan tez qaç! Paxılların sənə
həsəd aparıb xəbərçilik etmişlər, bəlkə də haqq demişlər. Nə qədər ki,
fitnə odu alovlanmayıb, bəlkə onu tədbir suyu ilə söndürək, sabaha
qalsa güclənib yanğına çevrilər, yayılıb dünyanı bürüyər.
Qazı gülümsəyərək ona baxdı və dedi:
Şer
182
Şirlər ov üstünə pəncə açanda,
Nə fayda itlərin hürüşməsindən.
Yarınla üz–üzə söhbət elə, qoy
Əlinin dalını çeynəsin düşmən.
O
gecə şaha da məlumat verdilər ki, sənin ölkəndə belə bir
murdar hadisə baş vermişdir, əmrin nədir?
Şah dedi: – Mən onu əsrimizin görkəmli alimi, misilsiz qazısı kimi tanıyıram, ola bilər düşmənləri bu hadisəni onun haqqında
uydurmuş olalar, bu məsələni yoxlamayınca mən ona inana
bilmərəm. Ağıllı adamlar deyiblər:
Şer
Hirslənib qılınca tezcə əl atsan,
Sonra peşmançılıq baş verər inan.
Qazının yanına gəldi. Gördü şam yanır, oğlan oturub, şərab
dağılıb, qədəh sındırılıb, qazı isə özündən getmiş, dünyadan bixəbər,
məst, sərxoş, bihuş, mədhuş bir halda yatır. Şah ehmalCa qazını oyadaraq ahəstə dedi: – Dur, günəş çıxmışdır.
Qazı işin nə yerdə olduğunu başa düşüb soruşdu:
–
Hansı tərəfdən çıxmışdır?
Dedi:
–Hər gün çıxdığı tərəfdən, məşriqdən.
Dedi:
–Allaha
şükür olsun ki, tövbə qapıları hələ açıqdır, hədisdə
deyilib: «Tövbə qapıları o zaman bağlanar ki, günəş məğribdən çıx-
s