Bir
adamın gözəl və cavan arvadı öldü, kəbini üzündən çox qo-
calmış qaynanası onun evində yaşamalı oldu
97
. Kişi qaynanasının
söhbətindən bezmiş, lakin arvadın kəbinini verə bilmədiyindən onun-
la bir evdə yaşamaq məcburiyyətində qalmışdı. Dostlarından bir
neçəsi onu görməyə gəldilər. Onlardan biri soruşdu:
–Əziz sevgilinin dərdinə dözmək çoxmu aqırdır? Kişi cavab
verdi:
–Qaynana
üzü
görmək mənim üçün arvad dərdinə dözməkdən
daha ağırdır.
Şer
Güllər tarac oldu, tikanlar qaldı,
Xəzinə dağıldı, ilanlar qaldı.
Gözümə batarsa zəhərli mismar,
Düşməni görməkdən daha xoş olar.
Kaş ki, mən itirim min dostu, yarı,
Görməyim yanımda bircə əğyarı.
16. Hekayət
Xatırımdadır, cavanlıq günlərindən birində bir küçədən keçərkən
gözəl bir nigara rast gəldim. Təmuz
98
ayı idi, istisi ağızları qurudur,
səmum yeli beyinlari qaynadırdı; qızmar günorta günəşinə tab
gətirməyib divar kölgəsinə pənah apardım, dedim bəlkə bir adam bir
içim su verib Təmuz atəşini söndürə. Birdən bir evin qaranlıq dəh-
lizindən bir nur parladı, yəni elə bir camal göründü ki, qadir bir natiq
onun nadir gözəlliyini təsvir etməkdən acizdir. Sanki qaranlıq bir
gecədən səhər açıldı, ya zülmətdən həyat suyu tapıldı. Əlində qarlı su
ilə dolu bir piyalə vardı, içinə qənd tökülmüş, müşk qarışdırılmışdı.
Bilmirəm onu gülablamı belə ətirləndirmiş, yoxsa gül yanağından
ona bir neçə qətrə tər damcılatmışdı.
Xülasə, onun inçə əllərindən piyaləni alıb başıma çəkdim, dirilib
cana gəldim.
O xoşbəxtə eşq olsun ki, göz açanda hər səhər,
Belə huri cəmalına baxıb edir iftixar.
Şərab məsti gecə yarı ayılsa da, şübhəsiz,
Bu saqidən məst olanlar qiyamətdə ayılar.