18. Hekayət Hiçaz
karvanı ilə gedərkən bir dərviş də bizə qoşuldu. Ərəb
əmirlərindən biri ona yüz dinar baqışladı ki, o da qurban kəsdirsin.
Yolda Xəface
103
yol kəsənləri tökülüb karvanı çapdılar, hər nə var
idisə, sil–süpür edib apardılar. Tacirlər ahü–fəryad etməyə, nahaq
yerə dadü–bidad qoparmağa başladılar.
Beyt
Ağlayıb sızlasan sən hər nə qədər,
Geriyə qaytarmaz oğru bircə zər.
Vəziyyətini dəyişməyib sakit oturan bir adam var idisə, o da
haman dərviş idi.
Dedim: – Məgər sənin pullarını oğrular aparmayıblar? Dedi:
–Nə üçun, aparıblar, ançaq mən pulun varlığında ona bağlı deyil-
dim ki, yoxluğunda ağlayam.
Dedim:
–Seylədiyin vəziyyət tanışdır, çünki mənim də cavanlıq-
da sevgilim olmuşdur. Mən o dilbərə elə bağlı idim ki, camalı gözümün qabləsi, vüsalı ömrümün sərmayəsi idi.
Şer
176
Səmadan nazil olmuş bir mələkdi sanki xilqətdə,
Ki, yerdə bir bəşər mümkün deyildir bu lətafətdə
Qəsəm ol dostluğa kim, ondan ayrı boşdur hər söhbət,
Ki, olmaz insan övladı belə hüsnü vəcahatdə.