Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

“Göydən  sizin  üçün  yağmur  endirən  Odur. 

Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otar-

ğınız ağaclar (və otlar) da içə(ağaclar və otlar da 

onun vasitəsilə bitər)

».  (Allah) onunla  (o su ilə)  sizin 

üçün  əkin  (taxıl,  bitki),  zeytun,  xurma,  üzüm  və 

bütün  (başqa)  meyvələrdən  yetişdirir.  Düşünüb-

daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut 

edən)

 dəlillər vardır!” (Ən-Nəhl, 16/10-11). 

 

Zeytun yağı haqqında 

 

Gündəlik  qida  rasionunda  yağların  xüsusi  çəkisi 

ümumi  enerji  dəyərinin  30%-ə  qədərini  təşkil 

etməlidir.  Qida  institutları  tərəfindən  elmi  cəhətdən 

işlənib  tövsiyə  olunmuş  normaya  əsasən  orta  yaşlı 

insan  gündə  80-100  qr  yağ  istehlak  etməlidir.  O 

cümlədən  kərə  yağı  20  qr,  bitki  yağı  25  qr,  heyvanat 

yağı  20  qr,  marqarin  və  mətbəx  yağları  30  qr  təşkil 

etməlidir.  Istehlak  olunan  yağın  tərkibində  2-6  qr 

polidoymamış  yağ  turşuları,  5  qr  fosfolipidlər  və  0,3-

0,6  qr  xolesterin  olmalıdır.  Yaşlıların  daha  çox  bitki 

yağlarından istifadə etmələri məsləhətdir. 

nsanlar  qədimdən  ən  çox  heyvanat  mənşəli 

yağlardan  (qoyunun  quyruq  yağı)  daha  çox  istifadə 

etmişlər.  Lakin  tarixdə  zeytun  yağından  istifadə 

olunmasına dair çoxlu sayda məlumatlar vardır. Zeytun 

yağından  qida  məqsədləri  üçün  istifadə  olunması 


 

167


haqda  “Qurani-Kərim”də  buyurulan  bir  neçə  ayələrdə 

və Peyğəmbərimizin (s.ə.v.) hədislərində oxuyuruq. 



(Sizin  üçün  həmçinin  mənşə  etibarilə)  Sina 

dağından çıxan bir ağac da (yaratdıq ki)o, yeyənlə

üçün  zeytun  və  (çörəyin  üstünə  yaxılan,  xörəyə 

qatılan) 

yağ bitirər.” (əl-Muminun, 23/20).  

Zeytun yağının insan orqanizmi üçün əhəmiyyətini 

vurğulayan  Peyğəmbərimiz  (s.ə.v.)  də  bu  xüsusda 

“Zeytun yağı yeyin və sağlam həyat sürün” kəlamını 

buyurmuşdur.  

Heyvani yağlardan fərqli olaraq zeytun yağı nəinki 

qan-damar  xəstəliklərinə  səbəb  olmur,  hətta  heyvani 

yağlarla qəbul olunmuş xolesterinin orqanizmdən xaric 

olmasına fizioloji cəhətdən səbəb olur.  

Zeytun  yağının  tərkibində  faizlə  doymuş  yağ 

turşularından palmitin-12,9; stearin-2,5 və araxin-0,35; 

monodoymamış  yağ  turşularından  olein-64,9  və 

palmitolein-1,5; polidoymamış yağ turşularından linol-

12,0;  linolen-0,1  vardır.  Zeytun  yağında  E,  A,  D 

vitaminləri və insan orqanizmi üçün faydalı olan digər 

bioloji fəal maddələr də vardır. Məhz buna görə zeytun 

yağı həyatın bütün dövrlərində sağlamlığa müsbət təsir 

göstərir. 

Zeytun  yağı  ürək  və  qan-damar  xəstəliklərinə 

səbəb  olan  xolesterini  azaldaraq  damarlarda  tıxanma-

ların  qarşısını  alır.  Zeytun  yağının  üstün  cəhəti  ondan 

ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız 

orqanizm  üçün  zərərli  olan  aşağı  sıxlıqlı  xolesterinin 

miqdarını  azaldır,  lakin  insan  orqanizmi  üçün  lazım 

olan  yüksək  sıxlıqlı  xolesterinə  toxunmur.  Mədə  tur-

ş

uluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qo-



ruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə xömək 

 

168


edir,  tərkibi  antioksidləşdiricilərlə  zəngin  olduğundan 

uşaqlarda  və  yaşlılarda  beyin  və  sinir  sisteminin  inki-

ş

afı və  yeniləşməsində mühüm rol oynayır, orqanizm-



də 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəl-

yanaltıların  və  qızartmaların  hazırlanmasında  istifadə 

olunması  sağlamlıq  üçün  əhəmiyyətlidir.  Eyni  za-

manda  zeytun  yağından  unlu  şirniyyat  məmulatının 

(keks,  yağlı  biskvit,  peçenye  və  digər  məhsulların) 

hazırlanmasında  istifadə  olunması  məsləhət  görülür. 

Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı 

onun  qurumasının  qarşısını  alır.  Zeytun  yağı  həzm, 

qaraciyər  və  öd  kisəsinin  pozğunluğu  olan  insanlara 

yaxşı  təsir  göstərir.  Belə  xəstələrə  səhər  acqarnına  bir 

qaşıq  zeytun  yağı  içmək  məsləhət  görülür.  Zeytun 

yağından  aterosklerozun  profilaktikasında  və  onun 

mürəkkəb  formalarının  qarşısının  alınmasında  istifadə 

etmək  olar.  Zeytun  yağı  dərinin  qoruma  funksiyasını 

gücləndirir,  tonusu  artırır,  qocalmanı  ləngidir  və 

orqanizmdə  kalsiumun  daha  yaxşı  mənimsənilməsini 

təmin  etməklə  sümük  toxumasının  artımına  və 

möhkəmlənməsinə kömək edir. 

Son illər “Bakı Yağ zavodu”-nda “Zeytun bağları” 

və “Final” ticarət nişanı ilə zeytun yağı istehsal olunur. 

Gigiyenik 

normalara 

ə

məl 


olunaraq 

qabaqcıl 

texnologiyanın  tətbiqi  ilə  istehsal  olunan  zeytun  yağı 

250,  500  və  750  qram  kütlədə  4  qranlı  şüşələrdə 

Riviera  tipli  zeytun  yağı  kimi    istehlakçılara  təqdim 

olunur. 


Qeyd  etmək  lazımdır  ki,  zeytun  yağları  3  qrupda 

satışa  çıxarılır.  Təbii  zeytun  yagı,  Rafinə  zeytun  yağı 

və  Riviera  zeytun  yagı.  Təbii  zeytun  yağının  canlı  və 

kəskin  qoxusunu  bəyənməyənlər  Riviera  zeytun  ya-



 

169


ğ

ından istifadə edə bilərlər. Riviera zeytun yağı almaq 

üçün  Rafinə  zeytun  yağı  təbii  zeytun  yağı  ilə  qarış-

dırılır.  Respublikada  istehsal  olunan  zeytun  yağı  tələ-

batı ödəmədiyindən bir çox xarici ölkələrdən də zeytun 

yağı  gətirilib  istehlakçılara  satılır.  Zeytun  yağının  is-

tehsalı  müxtəlif  proseslərlə  başa  çatdırıldığından,  son 

məhsulun  keyfiyyəti  də  müxtəlif  olur.  Xaricdə  əsasən 

Virgen,  Riviera  və  Pomos  tipli  zeytun  yağı  istehsal 

olunur. Respublikamıza əsasən zeytun yağının istehsalı 

ilə  məşğul  olan  3-cü  ölkələrdən  aşağı  keyfiyyətli 

zeytun yağı daxil olur. Bunların əsasını nisbətən aşağı 

keyfiyyətli  olan  Pomos  zeytun  yağı  təşkil  edir.  Lakin 

alıcılar  zeytun  yağı  alarkən  etiketdə  olan  Pomos 

sözünə fikir vermirlər və xaricdən alınan yağlara daha 

çox  meyl  göstərirlər.  Bu  yağların  qiymətlərində  çox 

fərq  olmur,  lakin  keyfiyyətcə  Riviera  tipli  satışa 

verilən  zeytun  yağı  bütün  göstəricilərinə  görə  Pomos 

zeytun yağından üstündür. Əvvəla Riviera zeytun yağı 

təbii və rafinə zeytun yağının qarışığıdır və ona görə də 

standartın  bütün  tələblərinə  uyğundur.  Lakin  Pomos 

zeytun  yağı  əsas  istehsal  prosesi  başa  çatdıqdan  sonra 

yerdə  qalan  jmıxdan  və  zeytun  məhsulları  istehsalının 

qalıqlarından  hazırlanır  və  keyfiyyətcə  Rivieradan 

aşağıdır. 

 “Bakı  Yağ  zavodu”-nda  istehsal  olunan  “Final” 

ticarət nişanı və Riviera tipli zeytun yağının rəngi açıq 

yaşılımtıl çalarlı sarıdır, şəffaf və parlaqdır, dadı təmiz 

və  neytraldır,  mikrobioloji  və  zərərsizlik  göstəriciləri 

Tibbi  Bioloji  Təlimata  uyğundur.  Nəmlik  və  uçucu 

maddələrin  miqdarı-  0-dır  (standartda  0,2%-dən  çox 

olmaması  göstərilir);  xalis  yağın  miqdarı-100%-dir; 

sərbəst  yağ  turşularının  miqdarı-0,29%-dir  (standart 


 

170


göstərici əla sort üçün 0,75%-dir); peroksid ədədi-2,8-

dir  (standartına  görə  15-dən  çox  olmaz).  Xolesterin-

sizdir.  Zeytun  yağının  tərkibində  72  mq/100  qram  E 

vitamini  (tokoferol)  vardır  ki,  bunun  da  90%-ni  daha 

fəal olan α -tokoferol təşkil edir. 100 qram zeytun yağı 

899 kkal enerji verir. 

 

Zeytun yağı haqqında hədislə

 

 Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Sizə tövsiyə edi-



rəm zeytun  yağını. O, ödü açar, bəlğəmi aparar, əsəbi 

bərkidər,  yorğunluğu  aparar,  xasiyyəti  yaxşılaşdırar, 

nəfəsə xoş ətir verər, qəm-qüssəni aparar”. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  Əliyə  (ə)  tövsiyə  edərək 

buyurur:  “Ya  Əli,  zeytun  yağını  yeginən  və  onu 

bədəninə  sürt.  Həqiqətən,  kim  onu  yesə  və  bədəninə 

sürtsə, Şeytan ona qırx səhər yaxın düşə bilməz”. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Zeytun  yağını 

yeyin  və  onu  bədəninizə  sürtün,  çünki  o,  mübarək  bir 

ağacdan hasilə gəlib”. 

Burada  “mübarək  ağac”  ifadəsilə  o  Cənab  (s.ə.v.) 

“Quranı-Kərim”in  iyirmi  dördüncü  (Nur)  surəsinin 

otuz beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur. 

“…  O  çıraq  nə  şərqdə,  nə  də  qərbdə  (aləmin 

ortasında) 

olan  mübarək  bir  zeytun  ağacından 

yandırılır.  Onun  (zeytun  ağacının)  yağı  özünə  od 

toxunmasa  da,  sanki  (haradasa)  işıq  saçır.  O,  nur 

üstündə nurdur…” (ən-Nur, 24/25). 

Təfsirlərdə  deyilir  ki,  bu,  yəni  zeytun  ağacı,  yer 

yox, göy ağacıdır. 

Peyğəmbər (s.ə.v.): 

1.  Zeytun  yağı  için,  onu  bədəninizə  çəkin.  O, 

mübarək ağacdır. 



 

171


2.  Zeytun  yağı için. O, mübarək ağacdandır. Onu 

yavanlıq kimi də istifadə edin, yağını bədəninizə çəkin. 

Çünki o, mübarək bir ağacdan hasil olur. 

3.  “Sünənü-Tirmizi”  -  Zeyd  ibn  Ərqəmdən: 

Allahın  Rəsulu  (s.ə.v.)  bizə  ağciyərin  iltihabı  zamanı 

dəniz  qustu  (dənizdə  bitən  ot)  və  zeytun  yağıyla 

müalicə olunmağımızı əmr etdi. 

4.  Zeytun  yağından  istifadə  edin,  onu  için,  yağını 

bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır. 

5.  Mübarək  zeytun  ağacının  meyvəsi  olan 

zeytunun  yağından  istifadə  edin,  onunla  müalicə 

olunun. O, insanı babasildən qoruyur. 

6.  Zeytun yağı için, ondan bədəninizə çəkin. Onda 

cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var. 

7.  Zeytun  yağı  yaxşı  insanların  yağı,  onların  ya-

vanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovu-

ş

anda bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb. 



Imam  Əli  (ə):  “Zeytun  yağını  bədəninizə  çəkin, 

ondan  yavanlıq  kimi  istifadə  edin.  Zeytun  olan  yerdə 

heç bir xəstəlik insanı yaxalamaz”. 

Imam Cəfər Sadiq (ə): 

1.  Sıyığı  zeytun  yağı  ilə  yemək  ət  gətirir 

(kökəldir),  sümüyü  bərkidir,  dərini  nazikləşdirir  və 

cinsi qabiliyyəti artırır. 

2.  Bir kişinin bədənində sızanaq və ya çiban çıxsa, 

onu  bağlasın  və  zeytun  yağı,  ya  da  heyvan  yağı  ilə 

müalicə aparsın.  

3.   “Zeytun  yağı  pak  adamların  yediyi  yağdır  və 

yaxşı kəslərin təamıdır”. 

 

 

 



 

172


BITKIÇILIK  HAQQINDA 

 

 

“Qurani-Kərim”də  elmin  bütün  sahələrinə  aid 

buyuruqlar  vardır.  Botanika  sahəsində,  o  cümlədən 

bitkiçilik üzrə də bəzi kəlamları oxuyuruq. 



“Yerin  yetişdirdiklərindən,  onların  (insanların) 

özlərindən  və  bilmədiklərindən  (erkək  və  diş

olmaqla)

 cütlər yaradan Allah pak və müqəddəsdir! 

(Eybsiz və nöqsansızdır

)”. (Yasin, 36/36). 

Bu  ayə  bütün  varlıqların  cüt-cüt  yaradıldıqlarını 

göstərir.  Bunların  bir  qismi  indiyə  qədər  elmdə  təsdiq 

və  təsbit  olunmuşdur.  Elmə  məlum  olmayan  bir 

çoxunun  da  mövcudluğu  haqqında  xəbər  verilmək-

dədir.  Necə  ki,  müasir  dövrdə,  istər  canlı,  istərsə  də 

cansız aləmlərdə bir yanda son dərəcə böyük (makro), 

o biri yanda son dərəcə kiçik (mikro) sistemlərdə, ikili 

sistemlərin  və  ya  ikili  funksiyaların  fərqləri  təsdiq 

edilmişdir.  Şübhəsiz  ki,  “Qurani-Kərim”-in  bildirdiyi 

gerçəkliklərlə,  müasir  elmi  gerçəkliklər  arasında  heç 

bir uyğunsuzluq müşahidə edilməmişdir. 

Cənabi-Haqq təkliyi (vahidliyi) yalnız özünə layiq 

qıldığı üçün cəmadət (cansızlar), nəbatət, heyvanat, cin 

və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir. 

Məsələn,  müsbət  elektrik  mənfi  elektriklə 

birləşdikdə işıq yanar. Müsbət bulud mənfi buluda axar 

və  nəticədə  yağış  yağar.  Bu  sünnətüllah  ilahi  qanun 

bütün yaranmışlara şamildir. 

Ayəti-Kərimə  bitkilərin  də  cüt-cüt  yarandıqlarını 

bildirir:  

"Yeri  (insanların  və  başqa  canlıların  yaşaya  bil-

mələri  üçün)

  döşəyən  (ucaldıb  genəldən),  orada 


 

173


möhkəm  dağlar,  çaylar  yaradan,  bütün  meyvələr-

dən  (erkək-dişi,  yaxud  şirin-acı,  turş-meyxoş  və  s.  ol-

maqla) 

cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü 

də gecə ilə)

 örtüb bürüyən Odur…" (ər-Rəd, 13/3). 

Bütün  bitkilərin  çiçəklərində  erkək  və  dişi  cütü 

bilinməkdədir. Erkəyin dişini mayalamasıyla meyvələr 

(bar)  meydana  gəlir.  Yalnız  bu  döllənmə  və  mayalan-

ma külək vasitəsilə yerinə yetirilir. Hələ müasir dövrdə 

bunları  elmi  araşdırmalar  nəticəsində  təzə  çatdığımız 

bu  həqiqətləri  “Qurani-Kərim”  14  əsr  öncə  xəbər 

vermişdir:  



"Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara hə-

yat  verən,  onları  tozlandıran) 

külək  göndərdik, 

göydən  yağmur  endirib  su  verdik  (içirtdik).  Yoxsa 

onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! 

(Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə 

yağdırar

)" (əL-Hicr, 15/22). 

Bitkilərin cüt-cüt  yaranması özünü meyvə ağacla-

rının  bar  verməsində  də  göstərir.  Məsələn,  badam 

ağaclarının  düzgün  əkilməməsi  (yəni  erkək  ağaclarla 

dişi  ağaclar  növbələnmədikdə)  həmin  ağacların  hər  il 

lazımi qədər bar verməsində özünü göstərir. Belə əkin 

sistemi  Yapon  xurması,  bəzi  alma  sortları  və  digər 

meyvə-giləmeyvələrə də aiddir. 

Ə

gər  yağış  yağmasa  bitkilər,  o  cümlədən  meyvə 



ağacları göyərib yarpaq və çiçək əmələ gətirməz; əgər 

külək olmasa çiçəklər tozlanıb bar verməz. Əlbəttə ki, 

çiçəklərin  tozlanmasında  arıların  da  rolu  böyükdür. 

Çünki  arılar  bal  hasil  etmək  üçün  bütün  çiçəklərdən 

nektar toplayır və bu zaman arının xortumu və ayaqları 

çiçəyin  dişi  və  erkək  dişiciklərinə  toxunduğundan 

tozlanma (mayalanma) daha yaxşı gedir. 


 

174


Yağışın  yağması  ilə  meyvələrin  bar  verməsi  və 

həmin  barlardan  insanların  yemələri  haqqında  aşağı-

dakı ayələri oxumaq lazımdır: 

"Ölü  torpaq  onlar  üçün  (qiyamət  günü  ölüləri 

dirildəcəyimizə

bir  dəlildir.  Biz  onu  (yağışla) 

dirildir,  oradan  (arpa,  buğda,  düyü  və  s.  kimi) 

dənələr çıxardırıq, onlar da onlardan yeyirlər". 

"Biz  orada  xurma  və  üzüm  bağları  əmələ 

gətirir, bulaqlar qaynadırıq ki,"  

"Onların  meyvələrindən  və  öz  əlləri  ilə  becər-

diklərindən  (yaxud  becərmədiklərindən)  yesinlər. 

Hələ də şükür etməzlər?" (Yasin, 36/33, 34, 35). 

Bitkiçilikdən söhbət getdikdə əsasən taxıl bitkiləri 

və  meyvə-tərəvəzlər  haqqında  oxucuları  məlumatlan-

dırmaq yerinə düşür. 

 

TAXIL B TK LƏR  VƏ ÇÖRƏK HAQQINDA 

 

Taxıl  bitkiləri  qədimdən  insanların  qidalandığı 

ə

sas  məhsullardandır.  El  arasında  belə  bir  deyim  hələ 



də  mövcuddur.  Buğdanı  yeyib  cənnətdən  çıxıb.  Bu 

sözün  yaranmasına  səbəb  Adəmlə  (ə)  Havvanın 

ş

eytanın  vəsvəsəsinə  uyub  Allahın  onlara  qadağan 



etdiyi  ağacın  meyvəsindən  yemələri  və  buna  görə 

Cənnətdən qovulmalarıdır. Bir çox mənbəələrdə bunun 

buğda olduğu güman edilir. 

Taxıl  bitkilərinin  üyüdülməsilə  un  əldə  edilir,  un 

ə

sasında  da  hələ  qədimdən  çörək  və  digər  qida 



məhsulları hazırlanır.  

“Qurani-Kərim”in  10  surəsinin  21  ayəsində  bitki 

və taxıl haqqında Allah kəlamları buyurulmuşdur. 

 

  



 

175


“Qurani-Kərim”də bitki və taxıl haqqında ayələ

 

Sıra  

Sayı 

Surənin 

nömrəsi 

Surənin adı 

Ayələrin nömrəsi 

10 


Yunus  

24 


13 


ə

r-Rəd 


3, 35 

15 


ə

l-Hicr 


15, 19, 22 

20 


Taha  

53 


22 


ə

l-Həcc 




26 


əş

-Şuəra 




27 


ə

n-Nəml 


60 

36 


Yasin 

33, 34, 35, 36 



50 


Qaf  

7, 9, 1 0 



10 

80 


Ə

bəsə  


24-27 

 

“...(Ey  insan!) 



Sən  yer  üzünü  qupquru  görür-

sən.  Biz  ona  yağmur  endirdiyimiz  zaman  o,  hərə-

kətə  (cana)  gəlib  qabarar  (yaxud  xəmir  kimi  acıyar) 

və  hər  növ  gözəl  (meyvədən,  bitkidən)  bar  gətirər.” 

(əl-Həcc, 22/5). 



“Məgər onlar yer üzünə baxıb orada növbənöv 

gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi  görmür-

lər?” (əş-Şuəra, 26/7). 

“Biz göydən bərəkətli su endirdik, sonra onunla 

bağlar  və  (arpa,  buğda  və  s.  bu  kimi)  biçilən  taxıl 

dənələri yetişdirdik.” (Qaf, 50/9). 

“ nsan  hələ  bir  yeməyinə  baxsın!  (Görsün  ki, 

ona  necə  ruzi  verdik).

  Həqiqətən,  Biz  yağışı  bol 



yağdırdıq.  Sonra  yeri  gözəl  yaratdıq (yaxşı yardıq)

Belə  ki,  orada  dən  (dənli  bitkilər)  göyərtdik;” 

(Əbəsə, 80/24-27). 

Bu  ayəti-kərimələrdən  göründüyü  kimi  Allah  Tə-

barəkə  Təala  öz  bəndələrini  yaşatmaq  üçün  növbənöv 



 

176


bitkilər, eləcə də taxıl (arpa, buğda və s.) yaratmışdır. 

Dənli  bitkilər  botaniki  xüsusiyyətlərinə,  kimyəvi 

tərkibinə,  təyinatına  və  digər  əlamətlərinə  görə  əsasən 

3 qrupa ayrılır. 

1.  Taxıl  cinsinə  mənsub  olan  dənli  bitkilər  2 

yarımqrupa ayrılır. 

1.1.  Əsas  taxıl  tipli  bitkilərə  buğda,  çovdar,  arpa 

və vələmir aiddir. 

1.2. Darıyabənzər tipli taxıl bitkilərinə darı, çəltik 

və qarğıdalı aiddir. 

2.  Qarabaşaq bitkisi. 

3.  Paxlalı-dənli  bitkilər  -  noxud,  nut,  lobya, 

mərci, lərgə, paxla və soya. 

Buğdanın 

tərkibcə 

orta 


hesabla 

84%-ni 


endosperm, 14%-ni kəpək və 2%-ni rüşeym təşkil edir. 

Taxıl  birdəfəyə  və  təkrar  üyütmə  üsulu  ilə 

üyüdülür.  Birdəfəlik  üyütmə  sadə  üyütmə  adlanır  və 

alınan məhsul nisbətən aşağı keyfiyyətli olur. 

Təkrar  üyütmə  iki  müxtəliflikdə  olur:  aşağı 

dərəcəli  üyütmə,  yüksək  dərəcəli  üyütmə.  Yüksək 

dərəcəli üyütmə sortlu üyütmə adlanır. Sortlu üyütmə – 

mürəkkəb üyütmədir. 

Təkrar  sadə  üyütmədə  95-96%-li  kəpəkli  buğda 

unu, 85-87%-li kəpəksiz və 63%-li ələnmiş çovdar unu 

alınır. 

Sortlu üyütmədə əla, o cümlədən dənəvər un, 1-ci, 

2-ci  sort  buğda  unları  əldə  edilir.  Bu  unlar  tərkibinə 

görə fərqlənirlər. 

Müasir  un  dəyirmanlarında  dən  üyüdülərkən  kə-

pək hissə tamamilə  ələnib kənar edilir. Kəpək hissədə 

vitamin,  minerallı  maddələr  və  protein  endospermdə-

kindən  çoxdur.  Ona  görə  də  unda  proteinin  miqdarı 



 

177


13,8%, kəpəkli unda isə 19,3%-dir. 

Dənin  kəpək  hissəsində  sellüloz  və  hemisellüloz 

kimi  həzm  olunmayan  karbohidratlar  vardır.  Lakin  bu 

maddələrin  qəbizliyin  aradan  qaldırılmasında  əhəmiy-

yəti  vardır.  Çünki  sellüloza  mədə-bağırsaq  sistemində 

qidanın  hərəkətini  nizamlayır.  Eyni  zamanda  buğda 

ununda  və  ondan  hazırlanmış  çörəkdə  B  qrupu  vita-

minləri də vardır. 

100 qram kəpəkli undan çörəkdə 0,12 mq ribofla-

vin - B


2

; 0,5 mq tiamin - B

1

, 4,5 mq niasin – PP; 350 



mq  piridoksin  -  B

6

;  30  mq  fol  turşusu  -  B



9

;  1,1  mq 

pantoten turşusu – B

3

 - vitaminləri vardır.



 

 

100  qram  kəpəksiz  undan  çörəkdə  0,04  mq 



riboflavin - B

2

; 0,1 mq tiamin - B



1

; 1,0 mq niasin - PP; 

45 mq piridoksin - B

6

; 15 mq fol turşusu - B



9

; 0,3 mq 

pantoten turşusu – B

3

 vitaminləri vardır.



  

Göründüyü  kimi  kəpəksiz  undan  hazırlanan 

çörəkdə vitaminlərin miqdarı kəpəkli undan hazırlanan 

çörəyə  nisbətən  4-8  dəfə  azdır.  Yediyimiz  çörəyin 

tərkibində  vitaminlərin  az  olması  bir  çox  xəstəliklərə 

səbəb olur. Tiamin çatışmazlığı iştahanın pozulmasına, 

tez  yorulmağa  və  sinir  sisteminin  pozulması  ilə 

nəticələnir. Əgər digər qidalarla da tiamin çatışmazlığı 

olarsa insan “beri-beri” xəstəliyinə tutula bilər.  

Çörəyin tərkibində Na, Ca, K, P, Fe kimi mineral 

maddələr  də  vardır.  Mineral  maddələrin  miqdarca 

nisbəti də kəpəkli undan çörəkdə daha yaxşıdır. 40-50 

yaşından  sonra  insanlarda  vitamin  və  mineral  maddə 

çatışmazlığı  daha  çox  özünü  göstərir.  Çünki  kəpəksiz 

undan  hazırlanan  çorəklə  uzun  müddət  qidalananlarda 

bağırsaq  xəstəliyinə  səbəb  olan  qəbizlik  daha  çox 

müşahidə edilir. 


 

178


Çörəyin  necə  yeyilməsi  barədə  islamda  bəzi 

göstərişlər vardır. 14 əsr öncə Peyğəmbərimiz (s.ə.v.), 

buğdanın  üyüdüldükdən  sonra  ələnmədən,  kəpəkli 

yeyilməsini  tövsiyə  etmişdir.  Müasir  dövrdə  bu 

göstərişlərin  hikməti  çoxsaylı  kimyəvi  və  biokimyəvi 

tədqiqatlarla təsdiq olunmuşdur. Çünki, artıq deyildiyi 

kimi  buğda  kəpəyi  B

1, 


B

2, 


B

3, 


B

6, 


B

9, 


PP  vitaminləri  ilə 

zəngindir.  Eyni  zamanda  kəpəkdə  olan  sellüloza  və 

hemisellüloza  mədə-bağırsaqda  qidanın  həzmini  və 

hərəkətini nizamlayır. 

Ulu  Peyğəmbərimiz  (s.ə.v.)  çörəyi  kiçik  tikələrə 

bölərək  yeyilməsini  məsləhət  görmüşdür.  Çörəyi  bir 

ə

llə  kəsmək,  dişləyərək  yemək  olmaz.  Çörək,  iki  əllə 



tutulub xırda tikələrə kəsilməli və aramla çeynənilərək 

yeyilməlidir.  nsanın  ağız  və  mədə  vəzilərinin  ifraz 

etdiyi şirənin tərkibində sellülozanı parçalayan ferment 

yoxdur.  Lakin  çeynəmə  ilə  sellüloza  xırdalanır  və 

qidanın  tərkibində  mexaniki  rol  oynayaraq  qidanın 

mədə-bağırsaq sistemində hərəkətini nizamlayır. 

Yeməyin  ağızda  çeynənilməsi  də  vacibdir.  Bu 

xüsusda  müdriklərin  kəlamlarında  deyilir:  “Ağzına 



Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin