Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə12/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   8   9   10   11   12   13   14   15   ...   1820
5. Xüsusi hüquq sistemi 

Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi qəbul edilmişdir. Vacib rola malik olan bu hüquqi sənəddə 

xüsusi hüquq qəti olaraq rəsmən tanınmış və qanunvericilik qaydasında ifadə olunmuşdur. Mülki Məcəllədə nə-

zərdə tutulan anlayışlar məhz belə fikir süyləməyə əsas verir. Belə halda xüsusi hüquq və düvlətdaxili hüquq ara-

sındakı münasibəti aydınlaşdırmaq məsələsi ortaya çıxır. Şübhəsiz, Azərbaycan Respublikasının milli hüquq siste-

mində xüsusi hüququn yerinin müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının milli hüquq sistemi bəzi kontinental Avropa ölkələri-

nin  hüquq  sistemindən  fərqli  olaraq  xüsusi  hüququn  dualizmi  problemini  tanımır  və  qəbul  etmir

Azərbaycan Respublikasının hüququ monizm prinsipi — monist sistemi üzrə qurulur. Bütün bunlar o demək-

dir ki, kommersiya (ticarət) fəaliyyətini tənzimləmək üçün müvafiq normalar mülki hüquqdan ayrılmamış və 

ticarət hüququnu yaratmamışdır. Kommersiya (ticarət) fəaliyyətini və dövriyyəsini nizama salan normalar mül-

ki hüquqa tabe olmaqla, onun sisteminə daxildir. Yeni Mülki Məcəllə rəsmi surətdə sahibkarlıq (o cümlədən 

ticarət-kommersiya)  fəaliyyətini  mülki  hüququn  nizamasalma  predmetinə  daxil  edir  (13-cü  maddə).  Bu 

məcəllədə pərakəndə ticarət dövriyyəsini rəsmiləşdirən pərakəndə alqı-satqı müqaviləsi, topdansatış ticarət döv-

riyyəsini nizama salan mal göndərmə (tədarük) müqaviləsi, ticarət vasitəziliyini tənzimləyən ticarət agenti mü-

qaviləsi (o cümlədən broker, komissiya, konsessiya müqavilələri) kimi hüquqi konstruksiyalar nəzərdə tutulur. 

Yeni Mülki Məcəllə beynəlxalq ticarət dövriyyəsində geniş surətdə tətbiq edilən faktorinq, maliyyə lizinqi və 

franzayzinq kimi müqavilələri tənzimləyir. Bunlar onu nümayiş etdirir və təsdiqləyir ki, ölkəmizin müasir qa-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin