Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə10/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   6   7   8   9   10   11   12   13   ...   1820
susi hüquq yolu ilə irəliləmək prinsipindən ibarətdir. 90-cı illərin əvvəllərindən başlayaraq öz mülki qanun-

vericiliyini dəyişən və təzələyən ölkələrdən hez biri Ticarət Məcəlləsi qəbul etməmiş və ticarət hüququnu ayır-

mamışdır. Indiki qanunvericilik vahid xüsusi hüquq yolu ilə inkişaf edir. Bununla belə, indiki dövrdə mülki hü-

quqda ticarət (kommersiya) dövriyyəsini və sahibkarlıq fəaliyyətini tənzimləyən normalar meydana gəlir. Mülki 

hüquq  həmin  bu  normaların  təsiri  altında  inkişaf  edir.  Bu  cür  tendensiya  (meyl)  və  təmayül  mülki  hüququn 

«kommersiyalaşdırılması»  adlanır.  Mülki  hüququn  «kommersiyalaşdırılması»  dedikdə,  mülki  hüquqda 

ticarət (kommersiya) dövriyyəsini və sahibkarlıq fəaliyyətini tənzimləyən normaların əmələ gəlməsi və nəzərdə 

tutulması başa düşülür. 

Ümumi hüquq (ingilis-amerikan) hüquq sisteminə (ailəsinə) gəldikdə isə qeyd etmək lazımdır ki, bu sistem, 

bir az əvvəldə göstərdiyimiz kimi, kontinental (roman-german) hüquq sistemində (ailəsində) müvcud olan qay-

dada formal cəhətdən hüququn xüsusi və ümumi hüquqa bölünməsini tanımır. Bildiyimiz kimi, müasir dövrdə 



 

ümumi hüquq (ingilis-amerikan) hüquq sistemi ilə kontinental hüquq sistemi arasında yaxınlaşma prosesi gedir. 



Bu yaxınlaşma prosesi ingilis-amerikan hüquq sistemində faktiki cəhətdən (formal cəhətdən yox) ümumi və xü-

susi  hüququn  fərqləndirilməsini  şərtləndirir.  Amma  ingilis-amerikan ailəsindəki xüsusi hüququn daxili sistemi 

kontinental hüquq ailəsi üzrə xüsusi hüququn daxili sisteminə uyğun gəlmir və üst-üstə düşmür. Belə ki, ingilis-

amerikan hüquq ailəsində xüsusi hüquq sahəsinə bir nezə müstəqil hissə daxildir: mülkiyyət hüququ; müqavilə 

hüququ; müəlliflik hüququ; patent hüququ; kompaniya (şirkət) hüququ; zərərin əvəzinin ödənilməsi hüququ və s. 

Bundan fərqli olaraq, kontinental hüquq ailəsində xüsusi hüquq sferasına əşya hüququ, öhdəlik hüququ və müstəs-

na hüquqlar kimi konstruksiyalar aid edilir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin