Microsoft Word mulki huquq doc


§ 7. Mülki hüquq normalarının t



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə8/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   4   5   6   7   8   9   10   11   ...   1820
lıca olaraq iki sahəni birləşdirir: mülki hüququ (Bürgerliches Rechts, 

Zivilrecht); ticarət hüququnu (Handelsrecht). Mülki hüquq qeyri-ticarət dövriyyəsinin müstəqil subyektləri 

arasındakı  əmlak  münasibətlərini,  habelə  ailə  münasibətlərini  və  bəzi  şəxsi  hüquqları  tənzimləyən  normaları 

birləşdirir. Ticarət hüququ isə tacirlər arasında xüsusi qarşılıqlı münasibətləri və ticarət əqdlərini nizama salan 

hüquq  normalarından  ibarətdir.  Bu  hüquqla  ticarət  xarakterli  münasibətlər  qaydaya  salınır.  Ticarət  hüququ 

ticarət dövriyyəsi ilə yaxından təmasda olan xüsusi hüquq normalarının məcmusudur. 

Fransada  həm  1804-cü  il  Mülki  Məcəlləsi,  həm  də  1807-ci  il  Ticarət  Məcəlləsi  qüvvədədir.  Almaniyada 

dövriyyə subyektlərinin əmlak münasibətləri (ticarət hüququ ilə qaydaya salınan ticarət xarakterli münasibətlər 

istisna  olmaqla)  Almaniya  Mülki  Qanunnaməsi  ilə  (1896),  ticarət  dövriyyəsi  və  ticarət  əqdləri  isə  Almaniya 

Ticarət Qanunnaməsi ilə (1897) tənzimlənir. Beləliklə, Almaniya, Fransa və s. xarici dövlətlərin hüquq sistem-

lərində iki məcəllənin - Mülki Məcəllənin və Ticarət Məcəlləsinin olması xüsusi hüququn dualizmini (latınca 

dua - ikilik) yaradır. Bu məcəllələrin münasibəti məsələsi xüsusi hüququn dualizm problemini ifadə edir. Konti-

nental (roman-german) hüquq sistemində bu problemin genezisi (əmələ gəlmə mənbəyi və mənşəyi) orta əsrlərə 

gedib çıxır. Ingilis-amerikan hüquq sistemində isə xüsusi hüququn dualizmi problemi müvcud deyil. Ona görə 

ki, bu hüquq sistemi, kontinental (roman-german) hüquq sisteminə məxsus olan qaydada, hüququn ümumi və 

xüsusi hüquq adlı iki sahəyə bölünməsini tanımır. 

Bununla  belə,  bəzi  ölkələrin  hüququ  xüsusi  hüququn  dualizminə  yox,  monist  sistemə  -  monizm  (latınca 

mono — tək, vahid) prinsipinə əsaslanır. Monizm dedikdə, ticarət dövriyyəsi normalarının mülki hüquqa tabe 

olması və onun sistemində qurulması, yəni ticarət münasibətlərinin mülki hüquq normaları ilə tənzimlənməsi 

başa düşülür. Məsələn, Italiya, Hollandiya və digər xarici ölkələrdə hüququn monist sistemi qəbul edilmişdir. 

Italiyada  həm  Mülki  Məcəllə  (1865),  həm  də  Ticarət  Məcəlləsi  (1865)  qüvvədə  olmuşdur.  Ticarət  Məcəlləsi 

1882-ci  ildə  mühüm  dərəcədə  yenidən  işlənilmişdir.  1942-ci  ildə  yeni  Mülki  Məcəllə  qəbul  edildi.  Bununla 

mülki və ticarət hüququ birləşdirildi. Beləliklə, dualizm hüququn monist sistemi (monizm) ilə əvəz edildi. 

Hollandiyanın 1807-ci ildə hazırlanmış Mülki Məcəlləsinin layihəsi monizm prinsipi əsasında qurulmuşdu. 

Amma o dövrdə Fransadan siyasi asılılıq Hollandiya hüququnun Fransa xüsusi hüququnun dualist sistemini qə-

bul etməsini şərtləndirdi. 1838-ci ildə həm Mülki Məcəllə, həm də Ticarət Məcəlləsi qəbul edildi ki, bu sənəd-

lərdə Fransa hüququnun güclü təsiri hiss olunurdu. 1947-ci ildə Hollandiyada yeni Mülki Məcəllənin layihəsi-

nin hazırlanmasına başlandı. 1976-cı ildə bu iş əsasən başa zatdı. Həmin məúəllə artıq 25 ildir ki, hissə-hissə 

qüvvəyə minməkdə davam edir. Bu proses hələ də başa zatmamışdır. Beləliklə, Hollandiya xüsusi hüququn du-

alist sistemindən imtina etmiş, monizm prinsipi əsasında qurulmuşdur. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin